Rüfət Göyüşov
Əşyanın verilməsi halları bunlardır: əşyanın əldə edənin birbaşa
sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə
verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala
bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu
əldə edənə verməsi (bax. AR MM, 181.2).
Tələblərin və hüquqların alqı-satqısı zamanı bağlanılan
müqavilənin formasına münasibətdə əlavə tələblər irəli sürülür.
Məsələn, rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və
obyektlərə hüquqların satıldığı hallarda Mülki Məcəllənin 646-
650-ci maddələri (Daşınmaz əşyaların alqı-satqısı müqaviləsi)
müvafiq surətdə tətbiq edilir (bax. AR MM, mad.651). Orderli
qiymətli kağız üzrə tələbin güzəşti həmin qiymətli kağız üzrə in-
dossament yolu (həmin qiymətli kağızın arxasında müvafiq qeydin
edilməsi) ilə həyata keçirilir (bax. AR MM, 194.5).
1.2.
Alqı-satqı müqaviləsinin məzmunu
Satıcının hüquq və vəzifələri. Müqavilənin məzmunu tərəflərin
hüquq və vəzifələrində ifadə olunur. Satıcının əsas hüququ alın-
mış əşyanın ödənilməsini tələb etməkdir. Satıcı alınmış əşyanın
ödənilməsini, əgər alqı-satqı müqaviləsində ayrı-qayda nəzərdə
tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı-qayda irəli gəl-
mirsə, əşyanı alıcıya bilavasitə təhvil verdikdən əvvəl və ya son-
ra tələb edə bilər (bax. AR MM, mad.598.1). Satıcının bu hüqu-
quna adekvat olan alıcının əşyanı ödəmək vəzifəsinin layiqincə
yerinə yetirilməməsi satıcının digər hüququnun əmələ gəlməsinə
əsas yaradır. Belə ki, AR MM-in 600.4-cü maddəsinə görə, əş-
yanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tu-
tulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş
əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını
tələb edə bilər. Göründüyü kimi, satıcının malın qaytarılmasını
^ - V
■ ■ » ■ ’ ♦ i
-
^ U İ
I fəsil. Alqı-satqı müqaviləsi
tələb etmək hüququ onun əşyanın ödənilməsini tələb etmək
hüququnun alıcı tərəfindən icrası vəziyyətindən asılıdır. Alıcının
alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında
ödəməməsi halında qanunverici satıcını əşyanın ödənilməsini tələb
etməklə yanaşı, Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizləri
ödəməyi tələb etmək hüququ ilə təmin edir (bax. AR MM,
mad.598.3).
Satıcının digər mühüm hüququ müqavilənin icrasından imtina
edə bilməsidir. Belə ki, AR MM-in 596.3-cü maddəsində müəyyən
olunmuş qaydaya əsasən, alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı
qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan
əşyanı qəbul etməyi tələb edə və ya müqavilənin icrasından imtina
edə bilər.
Satıcının növbəti hüququ kimi, AR MM-in 606-cı maddəsində
təsbit olunan satıcının alıcı tərəfindən alış qiyməti ödə- nilənədək
əşyaya mülkiyyət hüququnu özündə saxlaya bilməsi hüququdur.
Satıcının mülkiyyət hüququnu özündə saxlaya bilməsi hüququ alıcı
tərəfindən malın ödənilməsi ilə əlaqədar üzərinə düşən vəzifələri icra
etmədiyi təqdirdə satıcı üçün qanunvericiliklə müəyyən olunan
səlahiyyətlərdə ifadə olunur. Belə ki, əgər daşınar əşyanın satıcısı
alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət
hüququnu özündə saxlamışdırsa, şübhə halında ehtimal edilir ki,
mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsahcı
şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini
gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və əşyanı geri götürmək
hüququ vardır.
Satıcının əsas vəzifəsi kimi, AR MM-in 567-ci maddəsində
göstərilən, əşyanı alıcının mülkiyyətinə verməsi vəzifəsi çıxış edir.
Satıcının bu vəzifəsinin icrası bir sıra .şərtlərlə müşahidə olunur.
Mülki qanunvericilik bu şərtləri müəyyən etməklə onların yerinə
yetirilməməsinə görə m-ıgniiy^rıi nQwH-jİQn
pı.
17
Rüfət Göyüşov
tur. Əşyanın alıcıya verilməsi vəzifəsini tamamlayan şərtlər
aşağıdakılardır:
1)
Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya
verməyə borcludur (bax. AR MM, mad.568.1). Göstərilən vəzifənin
icrası ilk baxışdan sadə görünsə də qanunverici kont- ragentlərin
maraqlarının lazımınca qoruna bilməsi baxımından bir çox hüquqi
nəticələrin yaranmasını məhz bu vəzifənin lazımi qaydada icra
edilmiş sayılması məqamından asılı edir. Məsələn, satılmış əşyanın
təsadüfən məhv olması və təsadüfən zədələnmə- si riski əşyanın
alıcıya verilməsi məqamı ilə müəyyən olunur. AR MM-in 571.1-ci
maddəsində
göstərilmiş qaydaya əsasən, əgər alqı-satqı
müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən
məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun
olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı
andan alıcıya keçir.
Əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı an tərəflərin
razılaşması və ya qanun ilə müəyyən oluna bilər. Razılaşmada
müxtəlif qaydalar əksini tapa bilər. Məsələn, müqavilədə satıcının
əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya
onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda satıcının əşyanı
alıcıya vermək vəzifəsi icra edilmiş sayılır (bax. AR MM,
mad.570.1.1). Yox əgər əşya alıcıya və ya onun göstərdiyi şəxsə
əşyanın olduğu yerdə verilməlidirsə, onun alıcının ixtiyarına verildiyi
məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır
(bax. AR MM, mad.570.1.2).
Tərəflər alqı-satqı müqaviləsindən satıcının əşyam çatdırmaq və
ya olduğu yerdə alıcıya vermək vəzifəsini nəzərdə tutmaya da
bilərlər. Bu hallarda da AR MM-in 570.2-ci maddəsinə əsasən,
satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda
nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və
ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır
(bax. AR MM, mad. 570.2).
18
‘J i
T j
. ' H i
Dostları ilə paylaş: |