Rüfət Göyüşov
Alqı-satqı müqaviləsinin əlamətləri. Alqı-satqı müqaviləsi hər
zaman konscnsual xarakterlidir. Odur ki, tərəflər müqavilənin bütün
mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı
müqaviləsi bağlanmış hesab olunur. Adətən, alqı- satqı
müqaviləsində tərəflərin razılığa gəlməsi ilə müqavilənin icrası
üst-üstə düşür, lakin bu, alqı-satqı müqaviləsinin kon- sensual
xarakterinə xələl gətirmir. Belə ki, qanunverici əmtəənin verilməsini
alqı-satqı müqaviləsinin mühüm şərti hesab etmir. Bu əlamət
qanunvericilik normalarında öz təsdiqini tapır. Məsələn, AR MM-in
571.2-ci maddəsinə görə, yolda olduğu vaxt satılmış əşyanın
təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı
müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə
tutulmayıbsa, alqı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir.
Deməli, alqı-sat- qı müqaviləsi bağlandığı andan tərəflərin müvafiq
hüquq və vəzifələri yaranır, bunun üçün əşyanın alıcıya verilməsini
gözləmək lazım deyil. Real müqavilələrdə göstərilən qayda tətbiq
oluna bilməz.
Alqı-satqı müqaviləsi əvozli xarakterlidir. Satıcının əmtəəni
verməsi müqabilində alıcı onun dəyərini ödəməlidir. Dəyəri
ödənilməyən əşyaya mülkiyyət hüququ satıcıda qalır. İstər alqı-sat- qı
müqaviləsi bağlandığı anda, istərsə də hissə-hissə ödəmə şərti ilə satış
zamanı müəyyən dövr ərzində alqı-satqı müqaviləsinin dəyərinin
ödənildiyi halda alqı-satqı müqaviləsi lazımi qaydada icra olunmuş
sayıla bilər.
Alqı-satqı müqaviləsi qarşılıqlı xarakterlidir. Hər iki tərəfdə
qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqaviləni
sinelaqmatik müqavilə kimi şərtləndirir. Alıcının təklif olunan
əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı
vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək
hüququna alıcının əşyanın dəyərini vermək vəzifəsi qarşılıqlı olaraq
yönəlmişdir.
10
I fəsil. Alqı-satqı müqaviləsi
Alqı-satqı müqavilosinin elcmcntlori. Mülki hüquqda
müqavilənin elementləri sırasına, adətən, onun tərəflərini, prcdmetini,
müddətini, formasını və məzmununu aid edirlər.
Alqı-satqı müqaviləsinin tərəfləri satıcı və alıcıdır. Satıcı və alıcı
qismində mülki dövriyyənin istənilən iştirakçısı - fiziki şəxslər,
hüquqi şəxslər və dövlət müəssisələri çıxış edə bilərlər. Lakin qeyd
olunan subyektlərin bu və ya digər alqı-satqı müqavilələrində iştirakı
həmin müqavilənin təbiəti və tərəflərin hüquqi vəziyyəti ilə
xarakterizə oluna bilər. Məsələn, dövlət özünün hüquqi vəziyyətinə
görə, yalnız vətəndaşların və hüquqi şəxslərin iştirak edə biləcəkləri
alqı-satqı müqavilələrinin (pərakəndə alqı-satqı, göndərmə
müqaviləsi və s.) iştirakçısı ola bilməz.
Bununla yanaşı, fiziki şəxslərin bağlaya biləcəkləri alqı-satqı
müqavilələrini onların fəaliyyət qabiliyyətlərinin həcminə görə
fərqləndirmək olar. Məsələn, göndərmə müqaviləsinin iştirakçısı
kimi, yalnız fərdi sahibkar statusunda olan fiziki şəxslər çıxış edə
bilər.
Ümumi qaydaya görə, əşyanın satıcısı qismində həmin əşyanın
mülkiyyətçisi çıxış edə bilər. Lakin müəyyən hallarda qanunverici
qeyri-mülkiyyətçinin də əşyanın satıcısı kimi çıxış edə bilməsi
imkanını nəzərdə tutur. Belə qeyri-mülkiyyətçilər kimi, hərrac
təşkilatları və komisyonçular çıxış edirlər. Məsələn, AR MM-in
295-ci maddəsinə görə, girov münasibətlərində girov saxlayanın
(kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş
əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu
səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə
bilər. Bu halda girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar
tərəfimdən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır)
(bax. AR MM, mad.297) və yaxud komissiya müqaviləsinə görə bir
tərəf (komisyonçu) digər tərəfim (komitentin) tapşırığı ilə muzd
müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə
əqd bağlamağı öhdə
11
Rüfət Göyüşov
sinə götürür (bax. AR MM, mad.808.1). Bu cür əqdlər sırasında
alqı-satqı müqaviləsi də çıxış edə bilər. Komissiya müqaviləsi
əsasında əmtəələrin alqı-satqısı zamanı komisyonçu əmlakın
mülkiyyətçisi olmadığı halda əmlak mülkiyyətçisinin tapşırığı ilə
muzd müqabilində öz adından, lakin əmlak mülkiyyətçisinin
(komitentin) hesabına əmtəəni satmağı öhdəsinə götürür.
Alqı-satqı müqaviləsinin predmeti kimi, mülki dövriyyədən
çıxarılmamış istənilən əşyalar (daşmar və ya daşınmaz) çıxış edə
bilər. Əşyalar ənənəvi olaraq alqı-satqı müqaviləsinin əsas predmeti
kimi çıxış edir. Lakin əşyalarla yanaşı, heyvanlar, balıqlar, quşlar,
qiymətli kağızlar, tələblər və hüquqlar da alqı-satqı müqaviləsində
predmet kimi çıxış edə bilərlər.
Mülki qanunvericilik predmet haqqında razılaşmanı alqı- satqı
müqaviləsinin yeganə mühüm şərti hesab edir. Bu o deməkdir ki,
alqı-satqı müqaviləsi tərəflər müqavilənin predmeti barəsində razılığa
gəldikləri zaman bağlanmış hesab edilir. Müqavilədə digər şərtlərin
(qiymət, müddət və s.) yoxluğu halında tərəflər arasında yaranmış
münasibətlər AR MM-in dispozitiv normaları vasitəsilə təmin oluna
bilər.
Qiymət haqqında razılaşma alqı-satqı müqaviləsinin mühüm şərti
hesab olunmur. Belə ki, alqı-satqı müqaviləsində satılan əşyanın
qiyməti göstərilə, göstərilməyə və ya müqavilənin şərtləri əsas
götürülməklə müəyyənləşdirilə bilər. Hətta Mülki Məcəllədə və
müqavilədə nəzərdə tutulmuş hallarda alqı-satqı müqaviləsi
bağlandıqdan sonra belə tərəflərin müqavilədə nəzərdə tutulan
qiyməti dəyişdirməsinə yol verilir.
Əgər müqavilədə qiymət nəzərdə tutulubsa, o zaman alıcı əşyanı
alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməlidir.
AR MM-in 597.1-ci maddəsində göstərilən qaydaya əsasən, əgər
müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas
götürülməklə müəyyənləşdirilə bilmirsə, müqavilə
12
Dostları ilə paylaş: |