I fəsil. Alqı-satqı müqaviləsi
nin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar üçün
adətən alman qiymət üzrə ödənilməlidir.
İstehlak xarakterli bəzi əmtəələrin (məsələn, yanacaq, çörək və s.)
qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənir.
Əşyanın qiyməti onun maya dəyəri, hazırlanmasına, daşınmasına
və ya qorunmasına çəkilən məsrəflər və s. əsas götürülməklə
müəyyənləşdirilə bilər. Real həyatda əşyanın qiymətini şərtləndirən
göstəricilər iqtisadi şəraitdən asılı olaraq hər zaman dəyişikliyə məruz
qala bilər. Odur ki, alqı-satqı müqaviləsində əşyanın qiymətini
şərtləndirən göstəricilərdən asılı olaraq onun qiymətinin
dəyişdirilməli olduğu nəzərdə tutulduqda, lakin qiymətin
dəyişdirilməsi üsulu müəyyənləşdirilmədikdə, qiymət müqavilənin
bağlandığı an və əşyanın təhvil verildiyi an üçün həmin göstəricilərin
nisbəti əsas götürülməklə müəyyənləşdirilir (bax. AR MM,
mad.597.3).
Qiymət əşyanın çəkisindən və ya miqdarından asılı olaraq
müəyyən olunur. Qiymət əşyanın çəkisindən asılı olaraq müəy-
yənləşdirildikdə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə
tutulmayıbsa, xalis çəkiyə görə təyin edilir.
Müddət haqqında razılaşma alqı-satqı müqaviləsinin mühüm
şərti hesab olunmur. Müqavilədə müddət haqqında razılaşmanın
olmaması onun etibarlılığına təsir göstərmir. AR MM-in 569.1-ci
maddəsinə əsasən, alqı-satqı müqaviləsi müddəti müəyyənləşdirməyə
imkan vermədikdə. Mülki Məcəllənin 427-ci maddəsində nəzərdə
tutulan qaydalar tətbiq olunur. Həmin qaydalara görə, əgər öhdəliyin
icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək
mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər,
borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
Lakin alqı-satqı müqaviləsinin elə növləri də vardır ki, orada
müqavilənin mühüm şərtləri sırasına predmetlə yanaşı, müqavi
13
Rüfət Göyüşov
lənin qiymətini (satılan əşyanın qiymətini) və öhdəliyin icra
müddətini aid edirlər. Məsələn, AR MM-in 601.1-ci maddəsinin
tələblərinə görə, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması
haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı
müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı, əşyanın qiyməti,
ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş
olsun.
Alqı-satqı
müqaviləsinin
növlərində
olan
göndərmə
müqaviləsində isə müddət haqqında razılaşma müqavilənin mühüm
şərtlərindən biri hesab olunur (bax. AR MM, mad.627.1). Odur ki,
ümumi qaydaya görə, qiymət və müddət haqqında razılaşma yalnız
qanunda nəzərdə tutulduğu hallarda alqı-satqı müqaviləsinin mühüm
şərti kimi çıxış edə bilər. Adi halda isə həm qiymət, həm də müddət
haqqında razılaşma mühüm şərt sayılmır. Qiymət müqavilədə
müxtəlif qaydalarda göstərilə bilər. Bu, bilavasitə hər əşyaya
münasibətdə müəyyən məbləğin göstərilməsi ilə və yaxud əşyaların
toplu şəklində qiymətinin göstərilməsi üsulu ilə ola bilər.
Əşyaların qiyməti həm Azərbaycan manatı ilə, həm də xarici
valyutada müəyyən oluna bilər. Ödəniş vasitəsi kimi xarici
valyutadan istifadə imkanlarının qanunvericiliklə məhdudlaşdırıl-
masma baxmayaraq, əşyaların qiymətlərinin xarici valyuta ilə
müəyyənləşdirilməsinə heç bir məhdudiyyət yoxdur.
Müqaviləni qiymətinin tərəflər arasında sərbəst olaraq
müəyyənləşdirilə bilməsi tərəflərin mütləq hüququ olmaya da bilər.
Belə ki, alqı-satqı müqaviləsinin növlərindən olan pərakəndə al-
qı-satqı zamanı bəzi məhsulların qiyməti bütün istehlakçılar üçün
müvafiq icra hakimiyyəti orqanı və müqavilənin iştirakçılarının biri
tərəfindən müəyyənləşdirilə bilər. AR MM-in 398.1- ci maddəsində
müəyyənləşdirildiyi kimi, qanunda nəzərdə tutulmuş hallarda
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya
tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq
edilir.
14
I fəsil. Alqı-satqı müqaviləsi
Müqavilə iştirakçılarının biri tərəfindən müəyyən olunan
qiymətlərə isə qoşulma müqavilələrində rast gəlinir.
Müqavilənin müddəti isə təqvim tarixi, zaman dövrü, baş verməli
olan hadisəyə istinadən, tələb etmə yolu ilə müəyyən oluna bilər.
Məsələn, AR MM-in 629.2-ci maddəsinə əsasən, göndərmə
müqaviləsində göndərmə dövrləri ilə yanaşı, malların göndərilməsi
cədvəli də (on günlük, günlük, saatlıq və i.a.) müəyyənləşdirilə bilər.
Ümumiyyətlə, müqavilə müddətlərinə əməl olunması öhdəliyin
lazımi qaydada icrasının mühüm şərtlərindən biridir. Müqavilə
müddətlərinin ötürülməsi müqavilənin digər tərəfində müqaviləyə
olan marağı itirmək təhlükəsi doğura bilər. Bu halda müqavilənin
qeyd olunan tərəfi haqlı sayıla bilər. Belə ki, tərəflərdən birinin
müqavilənin müddəti haqqında şərtini pozması əhəmiyyətli pozuntu
sayıla bilər. Belə ki, müqavilə müddətinin pozulması nəticəsində
digər tərəf ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum
olmuş olur ki, bu da həmin tərəfin tələbi ilə müqavilənin ləğv
edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi çıxış edir (bax.
AR MM, mad.421).
Alqı-satqı müqaviləsinin forması onun predmeti, subyekt tərkibi
və qiyməti ilə müəyyən olunur. Predmeti daşınmaz əşya olan
alqı-satqı müqavilələri sonradan etibarsız sayılması təhlükəsi altında
hər zaman yazılı, həm də notariat qaydasında bağlanılmalıdır. Yalnız
bundan sonra daşınmaz əşya üzərində sahiblik və istifadə hüququ
yaranacaqdır. Sərəncam hüququnun yaranması üçün isə notariat
qaydasında bağlanmış əqdin rəsmi reyestrdə qeydiyyata alınması
zəruridir (bax. AR MM, mad. 146).
Daşmar əşyaların alqı-satqısı müqaviləsi tərəflərin istəyindən
asılı olaraq həm şifahi, həm də yazılı formada bağlana bilər. Ümumi
qaydaya görə, daşmar əşyalar üzərində mülkiyyət hüququnun əldə
edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq
əsasında ona verməlidir.
15
Dostları ilə paylaş: |