Rüfət Göyüşov
təkdir və ya eynicinsli əşyalardan fərdiləşmə əlamətinə görə
ayrılmışdır. Məsələn, torpaq sahəsi, əl işi olan bir əşya, rəsm əsəri,
tarixi əsər, antik əşya və s. torpaq sahəsini alıb sonradan keyfiyyətli
olmaması səbəbindən dəyişdirilməsi tələbi absurddur. Ən yaxşı halda
AR MM-in 649-cu maddəsinə əsaslanaraq satılmış daşınmaz əşyanın
müqaviləyə uyğun olmaması səbəbindən müqavilənin ləğv edilməsi
və tərəflərin ilkin vəziyyətə qaytarılması tələb oluna bilər. Eləcə də
rəssamın əsəri və ya antik əşya. Bu cür əşyalara münasibətdə
keyfiyyət anlayışı tətbiq olunmadığı üçün alıcının AR MM-in
587.2-ci maddəsindən irəli gələn hüquqlarının həyata keçirilməsi
məhdudlaşacaqdır.
Keyfiyyətlə əlaqədar müəyyən olunan tələblər əşyanın komp-
lektinə də aiddir. Belə ki, komplektə daxil olan əşya hissələri lazımi
keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə əsas əşya ilə
əlaqədar Mülki Məcəllədə nəzərdə tutulan hüquqları həyata keçirə
bilər (bax. AR MM, mad.587.4).
Alıcının hüquq və vəzifələri. Alıcının hüquqları satıcının
əşyanın verilməsi, malın çeşidi, miqdarı, ləvazimatı, keyfiyyəti,
qablaşdırılması və s. vəzifələri ilə qarşılıqlı əlaqədə olduğu və
yuxanda təhlil olunduğu üçün onları təkrar olaraq sadalamağa ehtiyac
yoxdur.
Alıcının qanunvericiliklə müəyyən olunan vəzifələrini əsas və
əlavə olmaqla iki istiqamətdə qruplaşdırmaq olar. Alıcının iki əsas
vəzifəsi vardır. Bunlardan birincisi, əşyanı qəbul etmək, ikincisi,
qəbul etdiyi əşyanın qiymətini ödəmək.
AR MM-in 596.1-ci maddəsində müəyyən olunmuş qaydaya
görə, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur. Lakin bu
qaydadan istisnalar da vardır. Belə ki, alıcı əşyanı dəyişdirməyi tələb
etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə
ixtiyarı çatdığı hallarda əşyam qəbul etməyə bilər.
Alıcının əşyanı qəbul etmək vəzifəsinin icrası məqamı satıcının
əşyanı alıcıya vermək vəzifəsinin icrası məqamını şərtləndirən AR
28
I fəsil. Alqı-satqı müqaviləsi
MM-in 570-ci maddəsində nəzərdə tutulan qaydalar ilə mütənasibdir.
Ümumi qaydaya görə, alıcı müvafiq əşyanın verilməsini və
alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri
etməyə borcludur. Bu hərəkətlər alqı-satqı müqaviləsinin pred- meti
olan əşyaların satıcı tərəfindən çatdırılması üçün zəruri şəraitin
yaradılmasında, çatdırılma ünvanının dəqiq göstərilməsində, əşyanın
olduğu yerdə bilavasitə sahibliyə qəbul etməkdə və ya daşıyıcıdan
təhvil almasını göstərən hərəkətlərdə ifadə olunur.
Ümumi qaydaya görə, alıcı əşyanın müəyyənləşdirilmiş
qiymətini ödəməyə borcludur. Ödəmə birdəfəlik və ya hissə-hissə ola
bilər. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi
nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam
ödəməyə borcludur (bax. AR MM, mad.598.2).
Əşyanın ödənilməsi qaydasını tərəflər alqı-satqı müqaviləsində
razılaşdıra bilərlər. Belə razılaşma olmadıqda AR MM-in
598.1-
ci maddəsinə əsasən, alıcı əşyanı satıcıdan bilavasitə təhvil
almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
Alıcının qeyd olunan əsas vəzifələri ilə yanaşı, qanunverici bir
sıra fakültativ (əlavə) vəzifələr də müəyyən etmişdir. Fakültativ
vəzifəyə misal olaraq malın qüsurları barədə alıcının satıcını
məlumatlandırmalı olmasını göstərmək olar. Belə ki, AR MM-in
595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar,
çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin
pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə
müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin
pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli
olduqdan sonra ağlabatan müddətdə bildiriş verməlidir. Bu qaydanın
yerinə yetirilmədiyi halda satıcı alıcının tələblərini ödəməkdən
tamamilə və ya qismən imtina edə bilər. Bu hüququn həyata
keçirilməsi yalnız satıcı alıcının həmin qaydam yerinə
yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb
olduğunu və ya müqavilənin
29
Rüfət Göyüşov
pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə
nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirə
bildiyi halda mümkündür.
Alıcının digər fakültativ vəzifəsi kimi, əşyanı sığorta etdirməsi
çıxış edir. Əşyanı sığorta etdirmək vəzifəsi müqavilə ilə hər iki tərəfin
üzərinə qoyula bilər. AR MM-in 602.2-ci maddəsində müəyyən
olunmuş qaydaya əsasən, əşyanı sığorta etdirməyə borclu olan tərəf
müqavilənin şərtlərinə uyğun olaraq sığortanı həyata keçirmədikdə
digər tərəf əşyanı sığorta etdirə və borclu tərəfdən sığortaya çəkdiyi
xərclərin əvəzini ödəməyi tələb edə və ya müqavilənin icrasından
imtina edə bilər.
1.3.
Pərakəndə alqı-satqı müqaviləsi
Parakəndə alqı-satqı müqaviləsinin anlayışı. Pərakəndə
alqı-sat- qı müqaviləsinə görə malların pərakəndə satışı üzrə
sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə
bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan
malı alıcıya verməyi öhdəsinə götürür (bax. AR MM, mad.614.1).
Pərakəndə alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsinin ən geniş
yayılmış növüdür. Gündəlik olaraq dünyada milyardlarla belə əqd
bağlanır. Əmtəənin istehlakçıya çatdırılması, bir qayda olaraq, bir
neçə mərhələdən keçir ki, bu da müxtəlif hüquqi formalarla şərtlənir.
Bu mərhələlər xammalın alınmasını, emalını, istehsalını, əmtəəyə
çevrilməsini və bu əmtəələrin bölgüsünü nəzərdə tutur. Pərakəndə
alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin əsas məqsədi
sonuncu mərhələ olan əmtəələrin bölgüsünü həyata keçirməklə
əhalinin geniş kütləsinin istehlak tələbini təmin etməkdir.
Bu müqavilə mövcud maddi nemətlərin dövriyyəsinin istehlak
olunmadan əvvəlki son mərhələsinin hüquqi formasıdır. Yə
30
Dostları ilə paylaş: |