Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə10/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   162

I fəsil. Alqı-satqı müqaviləsi 

ni  bu  son  mərhələdə  dövlətin  imkanı  var  ki,  əmtəələrin  bölgüsü 

prosesinin  tənzimlənməsinə  müdaxilə  etsin.  Lazım  gəldikdə  isə 

istehlakla istehsalın əks əlaqəsini konkretləşdirsin. 

Pərakəndə  alqı-satqı  müqaviləsinin  əhəmiyyətinin  böyüklüyü 

qanunvericiliyin  bu  müqavilə  növünün  tənzimlənməsinə  diqqətini 

artırmışdır.  Hüquqi  tənzimləmə  mənbələri  pərakəndə  alqı-  satqı 

müqaviləsinin  həm  istehlak  xarakterini,  həm  də  eyni  zamanda 

ayrı-ayrı  əmtəə  növlərinin  satılması  qaydasını  müəyyən  edir.  Bu 

mənada əsas yeri AR MM-in 29-cu fəslinin 3-cü paraq- rafı və Mülki 

Məcəlləyə  zidd  olmayan  yerdə  "İstehlakçıların  hüquqlarının 

müdafiəsi haqqında" 19.09.1995-ci il tarixli Azərbaycan Respublikası 

Qanunu  tutur.  Həmin  qanun  Mülki  Məcəllədə  öz  əksini  tapmayan 

halları tənzimləyən normaları özündə cəmləşdirir. 



Pərakəndə  alqı-satqı  müqaviləsinin  əlamətləri.  Alqı-satqı 

müqaviləsinin növü kimi pərakəndə alqı-satqı müqaviləsi də əmlakın 

əvəzli  olaraq  özgəninkiləşdirilməsi  ilə  əlaqədar  yaranan  öhdəlik 

münasibətlərinə aiddir. 

Konsensual  xarakterlidir,  yəni  tərəflər  arasında  razılığın  əldə 

olunması  ilə  müqavilə  bağlanmış  hesab  olunur.  Lakin  bu  anın 

müəyyən  olunması  müəyyən  spesifikliyə  malikdir.  Hüquq  və 

vəzifələr  qarşılıqlı  xarakterlidir.  Deməli,  bu  müqavilə  də  qarşılıqlı 

müqavilədir. 

Pərakəndə  alqı-satqı  müqaviləsi  hər  bir  halda  ümumi 

xarakterlidir.  Yəni  bu  müqavilədə  satıcı  tərəf  kimi  çıxış  edən 

sahibkarlıq  fəaliyyətini  həyat  keçirən  subyekt  fəaliyyətinin  bu 

sahəsində  kontragentlərlə  müqavilə  bağlamaqdan  əsassız  imtina 

etməməli, habelə alıcıya qeyri-bərabər şərtlərini təklif etməməlidir. 

Pərakəndə  alqı-satqı  müqaviləsi  ümumi  qaydaya  görə  qoşulma 

müqaviləsi  kimi  çıxış  edir.  Belə  ki,  bu  müqavilə  üzrə  şərtlər  satıcı 

tərəfindən  standart  formalarda  müəyyənləşdirilir  və  bu  şərtləri  alıcı 

tərəf yalnız təklif olunmuş müqaviləyə bütövlükdə 



31 


Rüfət Göyüşov 

qoşulmaq  yolu  ilə  qəbul  edə  bilir.  AR  MM-in  622.1-ci  maddəsi 

pərakəndə alqı-satqı müqaviləsinin qoşulma müqavilələrinə xas olan 

əlamətini açıqca göstərir. Belə ki, həmin normanın tələbinə əsasən, 

əgər  öhdəliyin  mahiyyətindən  ayrı  qayda  irəli  gəlmirsə,  alıcı  mah 

pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi 

qiymətlə ödəməyə borcludur. 

Pərakəndə alqı-satqı müqaviləsinin elementləri. Burada satıcı 

kimi yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs çıxış edir və bu 

sahibkar  pərakəndə  şəkildə  əmtəə  satışı  ilə  məşğuldur.  Sahibkarın 

fəaliyyət  qabiliyyətinin  həcmi  bu  cür  fəaliyyətlə  məşğul  olmağa 

imkan verməlidir. Belə ki, bank, kredit və yaxud sığorta təşkilatı bu 

cür müqavilədə satıcı kimi çıxış edə bilməz. Bununla belə, elə əmtəə 

növləri var ki, onların satışı yalnız xüsusi lisenziya əsasında həyata 

keçirilir  (spirtli  içkilər,  tütün  məmulatları,  zinət  əşyaları,  benzin). 

Alıcı  qismində,  adətən,  vətəndaş  çıxış  edir.  Hüquqi  şəxslər  də 

pərakəndə  alqı-satqı  müqaviləsi  çərçivəsində,  yəni  sahibkarlıqla 

əlaqədar olmayan məqsədlər üçün əmtəə əldə edə bilər. 

Pərakəndə alqı-satqı müqaviləsinin xüsusi xarakteri dövlətin  bu 

münasibətlərdə iştirakını istisna edir. Belə ki, dövlət nə sahibkar, nə 

də ki istehlakçıdır. 

Müqavilənin  predmeti  kimi  mülki  dövriyyədən  çıxarılmamış 

istənilən əşya çıxış edə bilər. Bu həm cinsən, həm də fərdən müəyyən 

olunan əşyalar ola bilər. 

Qiymət pərakəndə alqı-satqı müqaviləsinin mühüm  şərtidir  və 

bu məsələ AR MM-in 622-ci maddəsində öz əksini tapır. Pərakəndə 

alqı-satqı  müqaviləsinin  qoşulma  müqaviləsi  kimi  xarakterizə 

olunduğunu  nəzərə  alaraq,  demək  olar  ki,  alıcı  mah  pərakəndə 

alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə 

ödəməyə borcludur. Yəni bu halda malın qiyməti hamı üçün bərabər 

tərzdə  müəyyən  olunur.  Buradan  belə  nəticəyə  gəlmək  olur  ki, 

pərakəndə  alqı-satqı  müqaviləsi  üzrə  alıcı  bilavasitə  qiymətin 

müəyyənləşməsində iştirak eləmir. 



32 


I fəsil. Alqı-satqı müqaviləsi 

Müddət  pərakəndə  alqı-satqı  müqaviləsinin  adi  şərtidir  və 

müqavilə  tərəfləri  arasında  razılaşma  ilə  müəyyən  olunur.  Yalnız 

əmtəənin kreditlə və ya nisyə satışı, malın alıcı tərəfindən müəyyən 

müddətdə qəbul edilməsi şərti ilə satışı halında müddət müqavilənin 



mühüm şərti hesab olunur. 

Pərakəndə  alqı-satqı  müqaviləsinin  forması  və  bağlanması 

qaydası bir sıra özəl xüsusiyyətlərə malikdir. Belə ki, ümumi qaydaya 

görə,  müqavilə  o  vaxt  bağlanmış  sayılır  ki,  tərəflər  arasında 

müqavilənin bütün mühüm şərtləri ilə əlaqədar razılaşma əldə edilmiş 

olsun. AR MM-in 615-ci maddəsində göstərilən qaydaya əsasən isə 

pərakəndə  alqı-satqı  müqaviləsi  satıcının  alıcıya  kassa  və  ya  əmtəə 

çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan 

lazımi formada bağlanmış sayılır. Lakin ödəmə ilə razılığa gəlmə eyni 

anlayış deyil. Belə ki, ödəmə razılığa gəldikdən sonra və ya əvvəl də 

ola bilər. Axırıncı hala misal olaraq alıcı mağazada seçdiyi əşyanın 

qiymətini kassaya qabaqcadan ödəyir və bu zaman mağaza (kassirin 

simasında)  alıcının  hansı  mah  və  hansı  miqdarda  seçdiyini  hələ 

bilmir.  Lakin  pərakəndə  alqı-satqı  müqaviləsinə  münasibətdə 

qanunun  yuxarıda  qeyd  olunan  birbaşa  göstərişi  vardır.  Burada  biz 

xüsusi hüquqi funksiya ilə rastlaşırıq, bu da ondan ibarətdir ki, ödəmə 

həmişə  razılığın  əldə  olunmasını  bildirir.  Fikrimizi  bir  az  da 

dəqiqləşdirsək,  onu  deyə  bilərik  ki,  AR  MM-in  615-ci  maddəsi 

müqavilənin  bağlanmasını  ödəmə  ilə  deyil,  ödəməni  təsdiq  edən 

çekin  və  digər  sənədin  verilməsi  ilə  müəyyən  edir.  Onu  da  qeyd 

etməliyik ki, çekin və digər sənədin verilməsi heç də bu müqavilənin 

yazılı xarakterinə dəlalət etmir. 

Malların  satılması  şərtlərinə  görə  pərakəndə  alqı-satqı 

müqaviləsinin 4 növünü fərqləndirmək olar: 

1.

 

Malın alıcı tərəfindən müəyyən müddətdə qəhul edilməsi şərti 



ilə satılması. AR MM-in 618.1-ci maddəsində göstərilir ki, pərakəndə 

alqı-satqı müqaviləsi alıcının mah müqavilədə müəy 



33 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə