Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə19/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   162

Rüfət Göyüşov 

na  yaxın  olmaqla  başlanğıcını  oradan  götürür.  Faktorinq'  xüsusi 

müqavilə  növü  kimi,  yüz  ilə  yaxındır  ki,  bazar  iqtisadiyyatı 

ölkələrinin qanunvericiliklərində nəzərdə tutulmuşdur. 

Bu  müqavilənin  təsərrüfat  təyinatını  AR  MM-in  655.1-ci 

maddəsində verilən anlayış əsasında təhlil etmək olar. Həmin anlayışa 

görə,  faktorinq  pul  tələbinin  güzəşt  edilməsi  müqabilində 

maliyyələşdirmədir.  Faktorinq  müqaviləsinə  görə  bir  tərəf  (faktor) 

üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə 

mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən 

irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti 

verir  və  ya  verməyi  öhdəsinə  götürür,  müştəri  isə  bu  pul  tələbini 

faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 

Rus  müəlliflərindən  D.A.Medvedevə  görə  faktorinq  müqaviləsi 

bir tərəfin digər iştirakçını ödəniş hüquq və tələblərində ifadə olunan 

kreditləşmə  üsuludur-.  Belə  bir  fikir  yürütməyə  əsas  verən  amili 

faktorinq  müqaviləsinin  Rusiya  Mülki  Məcəlləsinin  borc  və  kredit 

münasibətlərini  tənzimləyən  normalar  sırasında  yer  alması  ilə  izah 

etmək olar. 

Bizim  Mülki  Məcəlləmizdə  faktorinq  müqaviləsi  alqı-satqı 

müqaviləsini  tənzimləyən  29-cu  fəslin  7-ci  paraqrafında 

yerləşdirilmişdir.  Bu  yanaşmanı  faktorinq  müqaviləsinin  təbiətinə 

mü- 

'  Faktorinq  termini  ingilis  dilindən  götürülmüşdür  və  agentliyin  müxtəlif  anlamı 



mənasım ifadə edir. Beynəlxalq təcrübədə faktorinq ilə yanaşı, ona yaxın olan və fransız 

dilindən götürülmüş 



forfait

 anlayışından da istifadə edilir. Sonuncu əsasən veksel üzrə 

hüquqların  maliyyə  agentinə  (forfaitə,  yəni  veksel  alana)  keçməsini  ifadə  edir  (bax. 

Шмитгофф  К.  Експорт:  право  и  практика  международной  торговли.  М.,  1993, 

с.231-237; Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.: Проспект, 2003, С.507). 

- Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с.508. 



58 


I fəsil. Alqı-satqı müqaviləsi 

nasibətdə  daha  doğru  saymaq  olar.  Belə  ki,  AR  MM-in  655.1-ci 

maddəsində faktorinq müqaviləsinə verilən anlayışdan da görünür ki, 

mahiyyət  etibarı  ilə  faktorinq  müqaviləsi  həmin  məcəllənin  29-cu 

fəslinin  6-ci  paraqrafmda  nəzərdə  tutulan  tələblərin  və  hüquqların 

alqı-satqısı münasibətlərinə yaxındır. Bu yaxınlıq AR MM-in 656-cı 

maddəsi  ilə  də  müəyyən  olunur.  Həmin  normaya  görə,  əgər  Mülki 

Məcəllənin faktorinq münasibətlərini tənzimləyən 29-cu fəslinin 7-ci 

paraqrafmın  müddəalarından  ayrı  qayda  irəli  gəlmirsə,  faktorinq 

müqaviləsinə tələblərin alqı- satqısı və verilməsi haqqında müddəalar 

tətbiq edilir. 

Faktorinq  müqaviləsinə  verilən  anlayışdan  çıxış  edərək  deyə 

bilərik  ki,  pul  tələbinin  güzəşti  müqabilində  maliyyələşdirmə 

münasibətləri qarşılıqlı  və əvəzli  xarakterlidir. Həm faktorun, həm 

də müştərinin müqavilədən irəli gələn qarşılıqlı hüquq və vəzifələri 

vardır.  Əvəzlidir  ona  görə  ki,  müştəri  üçüncü  şəxsə  qarşı  olan 

tələblərini faktora güzəştə gedir, faktor isə bunun əvəzində müştərini 

maliyyələşdirir.  Faktorinq  müqaviləsi  üzrə  güzəşt  edilən  tələblərə 

əvəz kimi, pul vəsaitləri ilə yanaşı, müştəri üçün mühasibat uçotunun 

aparılması,  habelə  müştəriyə  güzəşt  predmeti  olan  pul  tələbləri  ilə 

bağlı digər maliyyə xidmətlərinin göstərilməsi də daxil ola bilər (bax. 

AR MM, mad.655.4). 

Faktorinq  müqaviləsi  həm  real,  həm  də  konsensual  müqavilə 

kimi qəbul edilə bilər. Tərifdən də görünür ki, faktor pul vəsaiti verir 

və  müştəri  isə  üçüncü  şəxsə  qarşı  tələbləri  güzəşt  edir,  bu  halda 

müqavilə realdır. İkinci halda faktor pul vəsaitini verməyi, müştəri isə 

üçüncü şəxsə qarşı tələblərini faktora güzəşt etməyi öhdəsinə götürür, 

bu halda isə müqavilə konsensualdır, yəni tərəflər arasında hüquq və 

vəzifələrin yaranması üçün tərəflərin razılığa gəlməsi kifayətdir. 

Adi  halda  faktorinq  müqaviləsinin  əsas  məqsədi,  pul  tələbinin 

güzəşti  müqabilində  faktordan  pul  vəsaitini  almaqdır.  Bununla 

bərabər, qanunvericilikdə pul tələbinin güzəştinin xüsusi 



59 


Rüfət Göyüşov 

halı da nəzərdə tutulmuşdur. Belə ki, AR MM-in 655.3-cü maddəsinə 

əsasən,  müştəri  faktor  qarşısında  öhdəliyinin  icrasım  təmin  etmək 

məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 



Müqavilənin  elementləri.  Pul  tələbinin  güzəşti  müqabilində 

maliyyələşdirmə  münasibətləri  ticarət  vasitəçiliyindən  və  maliyyə 

xidmətlərinin  inkişafının  nəticəsi  olaraq  formalaşmışdır.  Buna  görə 

də  faktorinq  müqaviləsi  üzrə  əlaqələrin  strukturu  komissiya 

müqaviləsinin  sxemi  üzrə  qurulmuşdur.  Müqavilənin  bağlanması 

zamanı əsas (daxili) və törəmə (xarici) olmaqla iki qrup münasibətlər 

yaranır.  Daxili  münasibətlər  müqavilənin  iştirakçıları  arasında 

yaranır:  maliyyə  agenti  olan  faktor  və  müştəri.  Maliyyə  agenti  - 

müqavilənin  xüsusi  subyektidir.  O,  kommersiya  təşkilatı  olmaqla 

peşəkar  surətdə  faktorinq  xidmətləri  göstərir'.  AR  MM-in  655.6-cı 

maddəsində  qeyd  olunur  ki,  faktorinq  müqavilələrini  faktor  kimi 

banklar  və  digər  kredit  təşkilatları,  habelə  bu  cür  fəaliyyəti  həyata 

keçirməyə  icazəsi  olan  başqa  kommersiya  təşkilatları  bağlaya 

bilərlər. 

Bu müqavilə üzrə müştəri qismində mülki dövriyyənin istənilən 

şəxsi  çıxış  edə  bilər.  Lakin  təcrübədə  əksər  hallarda  müştəri  kimi 

kommersiya təşkilatları çıxış edir. 

Faktorinq  müqaviləsi  üzrə  xarici  münasibətlər  faktor  ilə 

müştərinin  borclusu  arasında  yaranır.  Bu  münasibətlər  faktorinq 

müqaviləsinin  predmetinə  daxil  olmasa  da  onunla  bilavasitə 

əlaqədədir. 

Müqavilənin  predmeti  kimi  pul  vəsaitlərinin  alınması 

müqabilində güzəşt edilən pul tələbi çıxış edir. Müqavilənin predmeti 

qismində  çıxış  edən  tələb  mütləq  pul  formasında  olmalıdır-.  Digər 

əmlak tələbinin güzəşti halında (məsələn, əşyanın verilməsi 

‘ Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.: Проспект, 2003, с. 509. 

- Yenə orada, səh. 510. 



60 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə