Yazılır b «Ex tempore»


Aztreonam preparatı üçün xarakterik olmayan xüsusiyyət



Yüklə 1,18 Mb.
səhifə131/154
tarix07.05.2023
ölçüsü1,18 Mb.
#108923
növüYazı
1   ...   127   128   129   130   131   132   133   134   ...   154
Farmakologiya I-II Az

856. Aztreonam preparatı üçün xarakterik olmayan xüsusiyyət:
A) Qrammüsbət və anaerob mikroblara təsir göstərir
B) Təsiri bakterisiddir
C) β-laktamaza fermentinə qarşı dözümlüdür
D) Qrammənfi bakteriyalara təsir göstərir
E) Yuxarı tənəffüs və sidik yollarının infeksiyaları zamanı istifadə olunur
857. Klindamisin antibiotiki üçün səciyyəvi deyil:
A) Psevdomembranoz kolitin müalcəsində istifadə olunur
B) Mikroorqanizmlərin hüceyrə zülalının sintezini pozur
C) İstifadə dozasından asılı olaraq bakteriostatik və bakterisid təsir göstərir
D) Qrammüsbət və bəzi anaerob mikroblara təsir göstərir
E) HEB-i pis keçir
858. Xloramfenikola aid olmayan ifadə:
A) Mikroorqanizmlərdə RNT-nin sintezini pozur
B) «Boz kollaps» törədə bilər
C) Qanyaranma prosesinə mənfi təsir göstərir
D) HEB-i və cift baryerini yaxşı keçir
E) Ehtiyat antibiotiklər sırasına aiddir
859. Streptomisin üçün səciyyəvi deyil:
A) Enteral və parenteral qəbul olunur
B) Nefrotoksik, ototoksik təsiri var
C) Vərəm çöplərinə qarşı antimikrob təsir göstərir
D) Ribosom səviyyəsində zülal sintezini pozur
E) Əsasən böyrəklər vasitəsilə xaric olur
860. Polimiksin M preparatının antimikrob təsirinin mexanizmi:
A) Sitoplazmanin membran keçiriciliyini pozur
B) RNT sintezini pozur
C) Hüceyrə divarının sintezini pozur
D) Ribosom səviyyəsində zülal sintezini pozur
E) DNT sintezini pozur
861. Kurareyəbənzər təsirə malik olan və yalnız parenteral təyin olunan antibiotik:
A) Streptomisin sulfat
B) Tetrasiklin
C) Neomisin
D) Polimiksin
E) Fuzidin
862. Etil spirti ilə istifadəsi əks göstəriş olan nitrofuran törəməsi:
A) Furazolidon
B) Furasilin
C) Klefurin
D) Furaplast
E) Ferezol
863. QAYT-ın antaqonisti olan xinolon törəməsi:
A) Ofloksasin
B) 5-NOK
C) Nalidiks turşusu
D) Enteroseptol
E) Oksolin turşusu

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə