İxtisaslaşdırılmış Elmi Şuranın qapanış iclasında
sədr şura üzvləri ilə birlikdə sadə açıq səsvermə yolu ilə
magistrantın müdafiəsini qiymətləndirir. Sonra şuranın
sədri müdafiə iştirakçılarına magistrantın müdafiə qiy-
mətini elan edir.
Beləliklə Azərbaycan Respublikası Təhsil Nazirliyi-
nin təqdim etdiyi “Azərbaycan Respublikasının çoxpilləli
ali təhsil sistemində magistr hazırlığı (magistratura) haq-
qında Əsasnamə”də (əlavə 10) yazıldığı kimi “Magistr
hazırlığını həyata keçirmək hüququ olan ali təhsil müəssi-
sələrində magistr proqramı üzrə fərdi planı tam yerinə
yetirmiş şəxslərə magistr ixtisas və elmi dərəcəsi və vahid
formada dövlət nümunəli magistr diplomu verilir”.
Dissertasiya işinin müdafiəsindən sоnra magistranta
magistraturanı bitirməsi ilə əlaqədar, aldığı qiymətlərə
müvafiq və iхtisasa uyğun adi, yaхud fərqlənmə diplоmu
vеrilməsi haqqında qərar çıхarılır.
Beləliklə dissertasiya işinin müdafiəsi ilə ali məktə-
bin magistratura pilləsində təhsil prоsеsi başa çatır. Dis-
sertasiya işinin uğurlu nəticəsi və ona uyğun verilmiş dip-
lom magistrantın bir mütəxəssis kimi yetişməsini, ixtisas
biliyinə yiyələnməsini təsdiqləyir.
Müəyyən səbəblər üzündən dissertasiya müdafiə et-
məmiş magistranta yalnız bir dəfə və bir ildən sonra mü-
dafiə etmək hüququ verilə bilər.
76
NƏTİCƏ
Yazılanlardan belə nəticəyə gəlmək olur ki, magistr
dissertasiyasının hazırlanması, onun metodikası, texnolo-
giyası və ondan sonrakı proseslər çətin, mürəkkəb pe-
daqoji prosesdir. Aydındır ki, bu prosesin bütün cəhət-
lərini bir metodik vəsaitdə şərh etmək mümkün deyildir.
Bu kitabda yalnız magistr dissertasiyası ilə bağlı əsas
məsələlərə toxunulmuş, elmi yaradıcılığın metodologiyası,
lik mənbələr üzərində iş, dissertasiyanın yazılma texnolo-
giyası, quruluşu, əlyazması üzərində aparılan əməliyyatlar,
müdafiə prosesinin təşkili ilə bağlı məsələlər şərh
edilmişdir.
Təcrübə və müşahidələrdən aydın olur ki, əgər ma-
gistrant elmi yaradıcılığın əsaslarına, texnologiyasına,
zehni əməyin elmi təşkilinə yiyələnməmişsə o nəinki yal-
nız dissertasiyanın yazılmasında, müdafiəsində çətinlik çə-
kəcək, həmçinin ümumiyyətlə onun magistr təhsili fəaliy-
yəti asan olmayacaqdır.
Məlum olmuşdur ki, dissertasiyanın yazılmasına ma-
gistrantlar tərəfindən müxtəlif yanaşmalar mövcuddur.
Bəzi magistrantlar belə düşünürlər ki, təki müdafiə edib
lazım olan dərəcəni alsınlar. Belələri heç düşünüb-
daşınmadan mövzunu tələsik götürürlər. Elələri də var ki,
dissertasiyaya yaradıcı bir iş kimi baxır, düşündüklərini
dissertasiyada əks etdirəcəyi fikri ilə tədqiqat işinə ya-
naşırlar. Onlar yaradıcı işi sevir, tədqiqat aparmaq, araş-
dırmaq istəyir. Daim oxuyur, öyrənirlər. Mövzunu dü-
şünərək seçirlər, araşdıraraq götürürlər və böyük həvəslə
çalışmağa başlayırlar. Onlar kompüter arxasında oturaraq
öz işlərini yazır, internet səhifələrindən problemlə bağlı
materiallar toplayır, ədəbiyyatı oxuyub, təhlil və tədqiq
edirlər. Məhz belələri elm pillələri ilə yüksəklikkərə
qalxıb, ucalırlar.
Nəhayət sözümüzün sonynda qeyd edək ki, bu me-
todik vəsaiti oxuyarkən elə düşünülməsin ki, elmi yaradı-
cılığın bütün sahələri üzrə, tədqiqatçılıq işinin bütün xü-
susiyyətləri ilə əlaqədar, yaxud da bütün dissertasiyaların
yazılış qaydası, metodikası, texnologiyası ilə bağlı burada
hazır reseptlər, dəyişməz qaydalar verilmişdir. Heç
şübhəsiz tədqiqatın xüsusiyyətindən, yerinə yetiriləcək
dissertasiyanın xarakterindən, problem və tematikasından
asılı olaraq elmi yaradıcılıq işinin, zehni əməyin təşkilində
də müəyyən fərqliliklər olacaqdır ki, bunun özünə də
yaradıcı yanaşılmalıdır.
Hər bir gənc tədqiqatçıya elmi yaradıcılıq işlərində
uğurlar arzulayırıq.
78
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Əliyеv H. Təhsil millətin gələcəyidir. Bakı, 2002.
2. Əliyev H. Müstəqil Azərbaycan Respublikası
Gənclərinin birinci Forumunda nitq. “Azərbaycan” qəzeti,
1996, 6 fevral.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Magistr kadrlarının hazırlığı” haqqında 13 fevral, 1997-ci
il, 15 №-li qərarı.
4. “Azərbaycan Respublikası təhsil sistemində
magistr kadrlarının hazırlığı” haqqında Əsasnamə. 13
fevral, 1997-ci il, № 15.
5. Magistr dissertasiyasının hazırlanması, təsdiq
olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20. 04.
1998-ci il tarixli, 202 saylı əmri.
6. Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyasının Bülleteni. Xüsusi buraxılış.
Bakı, 2004.
7. Ağayev Ə. Ə. Pedaqogika. Bakı, Adiloğlu, 2006.
8. Paşayеv Ə. X. , Rüstəmоv F. A. Pеdaqоgika.
Nurlan, Bakı, 2007.
9. Rüstəmov F. A. , Dadaşova T. Y. Ali məktəb
pedaqogikası. Bakı, Nurlan, 2007.
10. Əliyev R. İ. Psixologiya. Bakı,Nurlan, 2008.
11. Azərbaycan Milli İzahlı ensiklopedik pedaqoji
lüğət. Prof. N. M. Kazımovun rəhbərliyi və redaktorluğu
ilə
pedaqogika kafedrasının
əməkdaşları tərəfindən
hazırlanmışdır. Bakı, 2005.
12. Нахчыванлы А. Г. Магистерская диссертация.
Баку, 1998.
13. Приходько П. Т. Пути в науку. M: "Знание",
1973.
14. Бурдин K. С. , П. В. Веселов. как оформить
научную работу. — М. : Высшая школа, 1973
15. Кузин Ф.
А.
Магистерская диссертация.
Методика написания, правила оформления и порядок
защиты. M. 1998
Dostları ilə paylaş: |