Yazılış qaydası Metodikası Tərtibi Müdafiəsi Azərbaycan Respublikası Təhsil



Yüklə 4,43 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix08.10.2017
ölçüsü4,43 Kb.
#3860
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   19

İxtisaslaşdırılmış  Elmi  Şuranın qapanış  iclasında
sədr şura üzvləri ilə birlikdə sadə açıq  səsvermə yolu  ilə
magistrantın  müdafiəsini qiymətləndirir. Sonra  şuranın
sədri  müdafiə iştirakçılarına  magistrantın  müdafiə qiy-
mətini elan edir.
Beləliklə  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi-
nin  təqdim  etdiyi  “Azərbaycan  Respublikasının  çoxpilləli
ali  təhsil  sistemində  magistr  hazırlığı  (magistratura)  haq-
qında Əsasnamə”də (əlavə 10) yazıldığı  kimi  “Magistr
hazırlığını həyata keçirmək hüququ olan ali təhsil müəssi-
sələrində  magistr  proqramı  üzrə  fərdi  planı  tam  yerinə
yetirmiş şəxslərə magistr ixtisas və elmi dərəcəsi və vahid
formada dövlət nümunəli magistr diplomu verilir”.
Dissertasiya işinin müdafiəsindən sоnra magistranta
magistraturanı bitirməsi ilə əlaqədar,  aldığı  qiymətlərə
müvafiq və iхtisasa uyğun adi, yaхud fərqlənmə diplоmu
vеrilməsi haqqında qərar çıхarılır.
Beləliklə dissertasiya işinin müdafiəsi ilə ali məktə-
bin  magistratura  pilləsində təhsil prоsеsi başa çatır. Dis-
sertasiya işinin uğurlu nəticəsi və ona uyğun verilmiş dip-
lom magistrantın  bir  mütəxəssis  kimi  yetişməsini,  ixtisas
biliyinə yiyələnməsini təsdiqləyir.
Müəyyən  səbəblər  üzündən  dissertasiya  müdafiə et-
məmiş  magistranta  yalnız  bir  dəfə və bir  ildən  sonra  mü-
dafiə etmək hüququ verilə bilər.


76
NƏTİCƏ
Yazılanlardan  belə nəticəyə gəlmək  olur  ki,  magistr
dissertasiyasının  hazırlanması,  onun  metodikası,  texnolo-
giyası və ondan  sonrakı  proseslər  çətin,  mürəkkəb  pe-
daqoji  prosesdir. Aydındır  ki,  bu  prosesin  bütün  cəhət-
lərini  bir  metodik  vəsaitdə şərh  etmək mümkün  deyildir.
Bu  kitabda  yalnız  magistr  dissertasiyası  ilə bağlı əsas
məsələlərə toxunulmuş, elmi yaradıcılığın metodologiyası,
lik mənbələr üzərində iş, dissertasiyanın yazılma texnolo-
giyası, quruluşu, əlyazması üzərində aparılan əməliyyatlar,
müdafiə prosesinin  təşkili  ilə bağlı məsələlər  şərh
edilmişdir.
Təcrübə və müşahidələrdən  aydın  olur  ki, əgər  ma-
gistrant  elmi  yaradıcılığın əsaslarına,  texnologiyasına,
zehni əməyin elmi təşkilinə yiyələnməmişsə o nəinki  yal-
nız dissertasiyanın yazılmasında, müdafiəsində çətinlik çə-
kəcək, həmçinin ümumiyyətlə onun magistr təhsili fəaliy-
yəti asan olmayacaqdır.
Məlum olmuşdur ki, dissertasiyanın yazılmasına ma-
gistrantlar tərəfindən müxtəlif yanaşmalar mövcuddur.


Bəzi  magistrantlar  belə düşünürlər  ki,  təki  müdafiə edib
lazım  olan  dərəcəni  alsınlar. Belələri  heç düşünüb-
daşınmadan mövzunu tələsik götürürlər. Elələri də var ki,
dissertasiyaya  yaradıcı  bir iş  kimi  baxır,  düşündüklərini
dissertasiyada əks  etdirəcəyi  fikri  ilə tədqiqat  işinə ya-
naşırlar. Onlar yaradıcı  işi  sevir,  tədqiqat  aparmaq,  araş-
dırmaq  istəyir. Daim  oxuyur,  öyrənirlər. Mövzunu  dü-
şünərək  seçirlər,  araşdıraraq  götürürlər və böyük  həvəslə
çalışmağa  başlayırlar. Onlar  kompüter  arxasında  oturaraq
öz işlərini yazır,  internet  səhifələrindən  problemlə bağlı
materiallar  toplayır, ədəbiyyatı  oxuyub, təhlil və tədqiq
edirlər. Məhz  belələri elm  pillələri  ilə yüksəklikkərə
qalxıb, ucalırlar.
Nəhayət  sözümüzün  sonynda  qeyd  edək  ki,  bu me-
todik vəsaiti oxuyarkən elə düşünülməsin ki, elmi  yaradı-
cılığın bütün  sahələri  üzrə, tədqiqatçılıq  işinin bütün xü-
susiyyətləri  ilə əlaqədar,  yaxud  da bütün dissertasiyaların
yazılış qaydası, metodikası, texnologiyası ilə bağlı burada
hazır  reseptlər,  dəyişməz  qaydalar verilmişdir. Heç
şübhəsiz tədqiqatın  xüsusiyyətindən, yerinə yetiriləcək
dissertasiyanın  xarakterindən,  problem  və tematikasından
asılı olaraq elmi yaradıcılıq işinin, zehni əməyin təşkilində
də müəyyən fərqliliklər  olacaqdır  ki,  bunun  özünə də
yaradıcı yanaşılmalıdır.
Hər  bir  gənc  tədqiqatçıya  elmi  yaradıcılıq  işlərində
uğurlar arzulayırıq.


78
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Əliyеv H. Təhsil millətin gələcəyidir. Bakı, 2002.
2. Əliyev  H. Müstəqil  Azərbaycan  Respublikası
Gənclərinin birinci Forumunda nitq. “Azərbaycan” qəzeti,
1996, 6 fevral.
3. Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin
“Magistr kadrlarının hazırlığı” haqqında 13 fevral, 1997-ci
il, 15 №-li qərarı.
4. “Azərbaycan  Respublikası  təhsil  sistemində
magistr  kadrlarının  hazırlığı”  haqqında Əsasnamə. 13
fevral, 1997-ci il, № 15.
5. Magistr  dissertasiyasının  hazırlanması,  təsdiq
olunması  və müdafiəsi  qaydaları  haqqında Əsasnamə.
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  20. 04.
1998-ci il tarixli, 202 saylı əmri.
6. Azərbaycan  Respublikasının  Prezidenti  yanında
Ali Attestasiya Komissiyasının Bülleteni. Xüsusi buraxılış.
Bakı, 2004.
7. Ağayev Ə. Ə. Pedaqogika. Bakı, Adiloğlu, 2006.


8. Paşayеv Ə. X. , Rüstəmоv F. A. Pеdaqоgika.
Nurlan, Bakı, 2007.
9. Rüstəmov F. A. , Dadaşova T. Y. Ali  məktəb
pedaqogikası. Bakı, Nurlan, 2007.
10. Əliyev R. İ. Psixologiya. Bakı,Nurlan, 2008.
11. Azərbaycan  Milli  İzahlı  ensiklopedik  pedaqoji
lüğət. Prof. N. M. Kazımovun  rəhbərliyi  və redaktorluğu
ilə
pedaqogika  kafedrasının
əməkdaşları  tərəfindən
hazırlanmışdır. Bakı, 2005.
12. Нахчыванлы А. Г. Магистерская диссертация.
Баку, 1998.
13. Приходько П. Т. Пути  в  науку. M: "Знание",
1973.
14. Бурдин  K. С. ,  П. В. Веселов. как  оформить
научную работу. — М. : Высшая школа, 1973
15. Кузин  Ф.
А.
Магистерская  диссертация.
Методика  написания,  правила  оформления  и  порядок
защиты. M. 1998


Yüklə 4,43 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə