Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə75/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   71   72   73   74   75   76   77   78   ...   151

 

377 


Bənd  sona  çatan  kimi  həkimdən  ilk  əvvəl  qız  öz 

valerian  payını  aldı,  sonra  həkim  dərman  içirmək  üçün 

katibin və baĢqalarının üstünə qaçdı. 

– BağıĢlayın, vətəndaĢ, – Vasili Stepanoviç birdən qıza 

müraciət etdi, – buraya qara piĢik gəlmiĢdi? 

– PiĢik nədir? – qız hirslə çığırdı, – eĢĢək oturub bizim 

filialda, eĢĢək! – və səsini lap qaldırdı: – Qoy hamı eĢitsin! 

Hər  Ģeyi  danıĢacağam,  –  doğrudan  da,  nə  baĢ  verdiyini 

danıĢdı. 

Demə,  Ģəhərin  "axır  ki,  xaraba  qalan  kiçik  tamaĢalar" 

(qızın sözlərinə görə) filialının müdiri hər cür dərnək təĢkil 

eləmək xəstəliyinə tutulubmuĢ. 

– Müdiriyyətin gözünə kül üfürürdü! – qız bağırdı. 

Müdir il ərzində Lermontovu öyrənmə dərnəyi, Ģahmat-

dama,  stolüstü  tennis  və  at  çapma  dərnəkləri  yaratmağa 

macal tapmıĢdı. Yaya qədər çayda avarçəkmə və alpinistlər 

dərnəyi yaradacağına da söz veribmiĢ. 

Bax, elə bu gün nahar fasiləsində müdir içəri girib... 

downloaded from KitabYurdu.org



 

378 


– Hansısa  bir  it  oğlunu  da  yanına  salıb  gətirib,  –  qız 

danıĢırdı,  –  Allah  bilir  haradan  tapıb,  dama-dama  Ģalvarda, 

eynəyinin ĢüĢəsi çat, sifətinə də tüpürməzsən! 

Qızın 


dediyinə 

görə, 


müdir 

elə 


filialın 

yeməkxanasındaca onu nahar edənlərə xor dərnəyinin təĢkili 

üzrə görkəmli mütəxəssis kimi təqdim eləyib. 

Gələcək  alpinistlər  qaĢqabaq  sallayıblar,  ancaq  müdir 

hamını ürəkli olmağa çağırıb, mütəxəssis isə zarafat eləyib, 

məzələnib və and içib ki, oxumağı öyrətmək üçün lap az pul 

alacaq,  ancaq  oxumaqdan  gələn  xeyiri  yığıb-yığıĢdıra 

bilməyəcəklər. 

Qızın  sözlərinə  görə,  hamıdan  əvvəl,  əlbəttə,  filialın 

tanınmıĢ yaltaqları Fanovla Kosarçuk yerdən sıçrayıblar ki, 

onlar  yazılırlar.  Qalanlar  da  baĢa  düĢüblər  ki,  nəğməsiz 

keçinmək  mümkün  olmayacaq,  onlar  da  dəməyə  yazılıblar. 

Nahar  fasiləsində  oxumaq  qərara  alınıb,  çünki  qalan  vaxt 

Lermontov,  bir  də  dama  ilə  məĢğul  idilər.  Müdir  nümunə 

göstərmək üçün elan edib ki, onun tenor səsi var, sonra isə 

hər  Ģey  pis  yuxuda  olduğu  kimi  baĢ  verib.  Dama-dama 

paltarlı xormeyster bağırıb: 

downloaded from KitabYurdu.org




 

379 


– Do-mi-sol-do!  –  Oxumaqdan  can  qurtarmaq  üçün 

dolabın  arxasında  gizlənənləri  dartıb  çıxarıb,  Kosarçuka 

deyib,  onun  əməlli-baĢlı  musiqi  duyumu  var,  sızıldayıb, 

zingildəyib,  xahiĢ  edib,  qoca  regent-müğənnini  saysınlar, 

barmaqlarını  kamertona  döyəcləyib,  yalvarıb  ki,  "MəĢhur 

dəniz"i oxusunlar. 

Oxuyublar.  Çox  qəĢəng  də  oxuyublar.  Dama-dama 

paltarlı, doğrudan da, öz iĢini bilirmiĢ. Ġlk bəndi oxuyublar. 

Bu  vaxt  regent  üzr  istəyib  ki:  "Bir  dəqiqəyə  qayıdıram!"  – 

və...  yoxa  çıxıb.  FikirləĢiblər  ki,  həqiqətən,  bir  dəqiqədən 

sonra  qayıdar.  Ancaq  on  dəqiqə  keçsə  də,  qayıtmayıb. 

Filialın əməkdaĢları sevincək olublar ki, qaçıb. 

Və  durduqları  yerdə  birdən  ikinci  bəndi  oxumağa 

baĢlayıblar,  elə  bir  musiqi  duyumu  olmayan,  ancaq  kifayət 

qədər  xoĢagəlimli  yüksək  səsi  olan  Kosarçuk  hamını 

arxasınca aparıb. Oxuyublar. Regent yoxdur! Hərə öz yerinə 

dağılıĢıb, di gəl oturmağa macal tapmamıĢ, özlərindən asılı 

olmadan  oxumağa  baĢlayıblar.  Dayana  bilmirlərmiĢ.  Üç 

dəqiqə  susub,  yenə  oxuyublar!  Susublar  –  oxuyublar!  Bu 

downloaded from KitabYurdu.org




 

380 


vaxt  anlayıblar  ki,  fəlakət  baĢ  verib.  Müdir  biabırçılıqdan 

qaçıb öz kabinetində gizlənib. 

Bu  yerdə  qızın  söhbəti  yarımçıq  qaldı.  Valerian  da 

kömək etmədi. 

Ġyirmi  dəqiqə  keçmiĢ  Vaqankovun  hasarına  üç  yük 

maĢını  yaxınlaĢdı  və  müdir  baĢda  olmaqla,  fılialın  bütün 

əməkdaĢlannı maĢınlara mindirdilər. 

Birinci  yük  maĢını  darvazanın  ağzında  yırğalanıb 

küçəyə  çıxmıĢdı  ki,  bir-birinin  çiynindən  yapıĢıb  dayanan 

iĢçilər  ağızlarını  açdılar  və  məĢhur  mahnı  küçəni  baĢına 

götürdü. Ġkinci maĢındakılar, sonra da üçüncü maĢındakılar 

onlara qoĢuldular. Beləcə də getdilər. ĠĢ-güc dalınca tələsən 

adamlar  təəccüblənmədən  yük  maĢınlarına  vur-tut  ötəri  göz 

gəzdirirdilər, elə bilirdilər, Ģəhər kənarına gəzintiyə gedirlər. 

Doğrudan da, Ģəhər kənarına gedirdilər, ancaq ekskursiyaya 

yox, professor Stravinskinin klinikasına. 

BaĢını tamam itirmiĢ mühasib dövlət pulundan, axır ki, 

canını  qurtaracağı  ümidiylə  yarım  saatdan  sonra  tamaĢalar 

müəssisəsinin 

maliyyə 


Ģöbəsinə 

çatdı. 


Təcrübə 

qazandığından ilk əvvəl iĢçilərin oturduğu, tutqun ĢüĢələrinə 

downloaded from KitabYurdu.org



 

381 


qızılı  hərflərlə  sözlər  yazılmıĢ  uzunsov  zala  ehtiyatla  göz 

gəzdirdi. 

Mühasib 

burada 


narahatlıqdan 

və 


qarmaqarıĢıqlıqdan əsər-əlamət görmədi. 

Müəssisəyə xas olan sakitlik hökm sürürdü. 

Vasili  Stepanoviç  baĢını  "Pul  qəbulu"  yazılmıĢ  balaca 

pəncərəyə  uzatdı,  tanımadığı  xidmətçiylə  salamlaĢıb, 

nəzakətlə gəlir sənədini istədi. 

– Nəyinizə lazımdır? – pəncərədəki xidmətçi soruĢdu. 

Mühasib təəccübləndi. 

– Pul təhvil vermək istəyirəm. Varyetedən gəlmiĢəm. 

– Bir dəqiqə,  – xidmətçi tələsik  ĢüĢədəki gözlüyü  torla 

örtdü. 


"Qəribədir!"  –  mühasib  düĢündü.  Onun  təəccübü 

tamamilə təbii idi. Ömründə ilk dəfə bu cür hala rast gəlirdi. 

Pul  almağın  necə  çətin  olduğu  hamıya  məlumdur:  buna 

həmiĢə maneçilik törədən nəsə tapıla bilər. Ancaq on üç illik 

təcrübəsi  ərzində  mühasib  kiminsə, – hüquqi, ya  fiziki  Ģəxs 

olsun,  dəxli  yoxdur  –  pul  götürməyə  çətinlik  çəkdiyini 

görməmiĢdi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə