49
məhbusun baĢı harasa yoxa çıxdı, əvəzinə baĢqa baĢ peyda
oldu. Bu daz baĢa qızıl tac qoyulmuĢdu, alnında dərini yara
etmiĢ və məlhəm çəkilmiĢ yumru xora var idi, diĢsiz ağzı
büzüĢmüĢ, alt dodağı sallanmıĢdı. Pilata elə gəldi ki,
eyvanın çəhrayı sütunları, aĢağıda, bağın arxasında
YerĢalaimin uzaqdan görünən damları yoxa çıxdı və hər Ģey
Kaprey bağlarının sıx yaĢıllığı içində itib-batdı. Qulaqlarına
da nəsə olmuĢdu – uzaqlarda çalınan Ģeypurların vahiməli
səsi gəldi və kiminsə burnunda təkəbbürlə uzada-uzada
dediyi sözlər aydınca eĢidildi: "Əlahəzrətin ləyaqətinin
toxunulmazlığı haqqında qanuna görə..."
Bir-birinə
bağlanmayan qeyri-adi qısa fikirlər
beynindən ötüb-keçdi: "Həlak oldu", "Həlak oldular!.." Və
bunların arasında ən cəfəngi kiminsə mütləq – kimin?! –
ölümsüzlüyə qovuĢacağı fikri idi və həm də ölümsüzlük
fikri, nədənsə, sonsuz kədər oyadırdı.
Pilat qarabasmadan canını güclə qurtardı, baxıĢlarını
eyvanda dolandırdı və yenə qarĢısında dayanmıĢ məhbusa
baxdı.
downloaded from KitabYurdu.org
50
– Qulaq as, Qa-Nosri, – prokurator ĠeĢuanı qəribə
nəzərlə süzdü, onun sifəti acıqlı, gözləri narahat idi, – sən
haçansa böyük qeysər haqqında nəsə demisən? Cavab ver!
Demisən?.. Yoxsa... demə...misən? – Pilat "demə" sözünü
məhkəmədə lazım olduğundan bir az çox uzatdı və baxıĢıyla
ĠeĢuaya, sanki, hansı fikri isə aĢılamağa çalıĢdı.
– Həqiqəti demək həm asan, həm də xoĢdur, – məhbus
dilləndi.
– Mənə dəxli yoxdur, – Pilat boğuq, acıqlı səslə dedi, –
həqiqəti demək sənin üçün xoĢdur, ya xoĢ deyil. Ancaq sən
həqiqəti deməli olacaqsan. Əgər nəinki qaçılmaz, həm də
əzablı ölüm istəmirsənsə, danıĢmamıĢdan hər sözünü ölç-
biç.
Ġudeyanın prokuratoruna nə olduğunu heç kim bilmədi,
ancaq o, gün iĢığından daldalanırmıĢ kimi əlini qaldırmağı
özünə rəva gördü və həmin əlini qalxan edib, məhbusa
baxıĢıyla nəsə iĢarə etməyə çalıĢdı.
– Di cavab ver, – o dedi, – kiriaflı Ġudanı tanıyırsanmı
və əgər qeysər haqqında danıĢmısansa, ona məhz nə
danıĢmısan?
downloaded from KitabYurdu.org
51
– Əhvalat belə olub, – məhbus həvəslə danıĢmağa
baĢladı, – dünən axĢam mən məbədin yanında özünü Kiriaf
Ģəhərindən olan Ġuda kimi qələmə verən bir gənclə tanıĢ
oldum. O, məni AĢağı ġəhərdəki evinə qonaq apardı...
– Xeyirxah insandır? – Pilatın gözlərində iblisanə bir
təbəssüm yanıb-söndü.
– Çox xeyirxah və hər Ģeyi bilməyə can atan adamdır,
məhbus təsdiqlədi. – O, mənim fikirlərimə çox böyük maraq
göstərdi, məni xoĢ üzlə qəbul elədi...
– MəĢəllər yandırdı... – Pilat məhbusun ədasıyla acıqlı-
acıqlı dedi, bu vaxt gözləri parıldayırdı.
– Bəli, – prokuratorun məlumatlılığına ĠeĢua bir az
təəccübləndi, – dövlət hakimiyyəti haqqında fikrimi
söyləməyi xahiĢ etdi. Bu məsələ onu çox maraqlandırırdı.
– Bəs sən nə dedin? – Pilat soruĢdu, – yoxsa nə cavab
verdiyini unutduğunu söyləyəcəksən? – artıq Pilatın səsində
ümidsizlik var idi.
– BaĢqa Ģeylərdən əlavə dedim ki, – məhbus bildirdi, –
hər bir hakimiyyət insanlar üzərində zorakılıq alətidir, vaxt
gələcək nə qeysərlərin, nə də baĢqalarının hakimiyyəti
downloaded from KitabYurdu.org
52
olacaq. Ġnsan həqiqət və ədalət səltənətinə köçəcək, orada
heç bir hakimiyyətə ehtiyac qalmayacaq.
– Sonra!
– Sonra heç nə, – məhbus dedi, – bu yerdə adamlar içəri
doluĢub əl-qolumu bağladılar və məni həbsxanaya apardılar.
Katib bir kəlmə də olsun buraxmamağa çalıĢaraq,
sözləri tələsik perqamentə yazırdı.
– Dünyada
insanlar
üçün
imperator
Tiverinin
hakimiyyətindən böyük və adil hakimiyyət olmayıb, yoxdur,
olmayacaq da! – Pilatın kallaĢmıĢ xəstə səsi guruldadı.
Prokurator, nədənsə, katibə və mühafizəçilərə nifrətlə
baxırdı.
– Ağılsız cinayətkar, onun haqqında fikir söyləmək
sənin iĢin deyil! – Bu yerdə Pilat qıĢqırdı: – Mühafizəçilər
eyvandan çıxarılsın! – Və katibə sarı dönüb əlavə etdi:
– Məni cinayətkarla tək qoy, bu, dövlət məsələsidir.
Mühafizəçilər nizələrini qaldırıb, nallı çəkmələrini
ahəngdar Ģəkildə yerə vura-vura eyvandan bağa çıxdılar,
katib də onların arxasınca getdi.
downloaded from KitabYurdu.org
53
Eyvandakı sükutu bir müddət yalnız fəvvarənin səsi
pozdu. Pilat xırda borularla qalxan suyun kasaya necə dolub
daĢdığına, necə Ģırıltıyla töküldüyünə baxdı.
Ġlk olaraq məhbus dilləndi:
– Mən görürəm ki, kiriaflı gənclə danıĢdığıma görə nəsə
bədbəxtlik baĢ verib. Ġgemon, hiss edirəm ki, ona fəlakət üz
verəcək və mənim ona çox yazığım gəlir.
DüĢünürəm ki, – prokurator qəribə tərzdə gülümsədi, –
sənin dünyada kiriaflı Ġudadan daha artıq yazığın gələsi bir
adam da var, onu Ġudadan betər fəlakət gözləyir. Demək, öz
əqidəsinə sadiq olan soyuqqanlı cəllad MarkSiçovulqıran,
səni, gördüyüm kimi, – prokurator ĠeĢuanın eybəcər hala
salınmıĢ sifətini göstərdi, – moizələrinə görə döyən adamlar,
dörd əsgəri öz əlaltılarıyla öldürən quldur Dismas və quldur
Hestas, nəhayət, murdar satqın Ġuda – onların hamısı
xeyirxah insandır?
– Bəli, – məhbus cavab verdi.
– Və həqiqət səltənəti bərqərar olacaq?
– Olacaq, igemon, – ĠeĢua inamla cavab verdi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |