54
– Heç vaxt olmayacaq! – Pilat qəfil elə dəhĢətli səslə
bağırdı ki, ĠeĢua səndələdi. Çox illər əvvəl Qız vadisində
Pilat öz atlılarına bu cür qıĢqırmıĢdı: "Doğra onları! Doğra
onları! Nəhəng Siçovulqıran ələ keçib!" Əmr verməkdən
kallaĢmıĢ səsini bir az da qaldırıb sözləri elə dedi ki, onu
bağda da eĢitsinlər: – Cinayətkar! Cinayətkar! Cinayətkar!
Sonra astadan soruĢdu:
– ĠeĢua Ga-Nosri, allahlardan hansına inanırsan?
– Allah təkdir, – ĠeĢua cavab verdi, – mən ona inanıram.
– Dua elə ona! Möhkəm dua elə! Ancaq, – bu yerdə
Pilatın səsi batdı, – bu da kömək etməyəcək. Arvadın var?
– Pilat, nədənsə, qüssə ilə soruĢdu, ona nə olduğunu özü
də anlamırdı.
– Yox, təkəm.
– Mənfur Ģəhər, – prokurator nəyə görəsə mızıldandı,
üĢüyürmüĢ kimi büzüĢdü, əllərini bir-birinə sürtdü, – əgər
səni kiriaflı Ġuda ilə görüĢdən əvvəl öldürsəydilər, doğrusu,
daha yaxĢı olardı.
downloaded from KitabYurdu.org
55
– Sən məni burax, igemon, – gözlənilmədən məhbus
xahiĢ etdi və səsində həyəcan hiss olundu, – görürəm ki,
məni öldürmək istəyirlər.
Pilatın sifəti səyridi, o, qan sağılmıĢ gözlərini ĠeĢuaya
dikdi.
– Bədbəxt, sən güman edirsən ki, Roma prokuratoru
sənin dediklərini söyləyən adamı buraxar? Ey allahlar,
allahlar! Yoxsa istəyirsən sənin yerini mən tutum? Mən
sənin fikirlərini bölüĢmürəm. Mənə qulaq as: əgər bu andan
sonra sən bircə kəlmə söz desən, kiminləsə danıĢsan, özünü
məndən gözlə! Təkrar edirəm: özünü məndən gözlə.
– Ġgemon...
– Sus! – Pilat bağırdı, yenə eyvana girən qaranquĢu
hirsli baxıĢlarla izlədi. – Yanıma! – Pilat qıĢqırdı.
Katib və mühafizəçilər öz yerlərini tutdular, sonra Pilat
elan etdi ki, Kiçik Sinedrionun yığıncağında cinayətkar
ĠeĢua Qa-Nosriyə çıxarılmıĢ ölüm hökmünü təsdiq edir və
katib Pilatın dediklərini yazdı.
Bir dəqiqə sonra Mark Siçovulqıran prokuratorun
qarĢısında dayanmıĢdı. Prokurator əmr etdi ki, cinayətkarı
downloaded from KitabYurdu.org
56
məxfi xidmətin rəisinə təhvil versin, həmçinin ona
prokuratorun tapĢırığını çatdırsın: ĠeĢua Qa-Nosri baĢqa
məhkumlardan ayrı saxlansın, ĠeĢua ilə nə haqdasa
danıĢmaq, onun hər hansı sualına cavab vermək məxfi
xidmət dəstəsinə qadağan olunur və bu qadağanı pozan ağır
cəza alacaq.
Markın iĢarəsiylə mühafizə dəstəsi ĠeĢuanı dövrəyə alıb
eyvandan çıxardı.
Sonra sinəsində gümüĢ Ģir baĢları parıldayan,
dəbilqəsinə qartal lələkləri, qılıncının çiyin qayıĢına qızıl
lövhəciklər bərkidilən, dizinə qədər qaytanla bağlı
ayaqqabılarına üçqat altlıq vurulmuĢ, qıpqırmızı plaĢını sol
çiyninə atmıĢ boy-buxunlu, sarısaqqal, yaraĢıqlı kiĢi
prokuratorun qarĢısında dayandı. Bu, legiona komandanlıq
edən
leqat idi. Prokurator ondan sebastiyalıların
koqortasının indi harada yerləĢdiyini soruĢdu. Leqat
məlumat verdi ki, sebastiyalılar cinayətkarlara çıxarılmıĢ
hökmün xalqa elan olunacağı hippodromun qarĢısındakı
meydanı mühafizə edirlər.
downloaded from KitabYurdu.org
57
Prokurator tapĢırıq verdi ki, leqat Roma koqortasından
iki kenturiya ayırsın. Onlardan biri Siçovulqıranın baĢçılığı
ilə cinayətkarları, edam üçün lazım olan alətlər yüklənmiĢ
arabaları və cəlladları Keçəl Dağa müĢayiət etsin, oraya
çatandan sonra yuxarıdakı mühafizə dəstəsinə qoĢulsun. O
biri isə elə indi Keçəl Dağa göndərilsin və dərhal orada
mühafizəni təĢkil etsin. Bu məqsədlə, yəni Dağın mühafizəsi
üçün prokurator leqatdan yardımçı süvari alayı – Suriya
alasını
11
da göndərməyi xahiĢ etdi.
Leqat eyvandan çıxdıqdan sonra prokurator katibə əmr
etdi ki, Sinedrionun prezidentini, iki üzvünü və YerĢalaim
məbədlərinin mühafizə rəisini saraya çağırsın, ancaq elə
etsin ki, bu adamlarla keçirəcəyi iclasa qədər prezidentlə
təklikdə danıĢa bilsin.
Prokuratorun əmri tez və dəqiq yerinə yetirildi. Son
günlər YerĢalaimi nəsə qeyri-adi bir acıqla yandırıb-yaxan
günəĢ hələ ən yüksək nöqtəyə çatmamıĢ bağın yuxarı
terrasında, pilləkəni qoruyan iki ağ mərmər Ģirin yanında
11
Ala – qədim Romada 500-1000 nəfərlik süvari dəstə
downloaded from KitabYurdu.org
58
prokuratorla Sinedrion prezidentinin vəzifəsini icra edən,
Ġudeyanın baĢ ruhanisi Ġosif Kaifa qarĢılaĢdı.
Bağda sakitlik idi. Ancaq sütunların arasından nəhəng
fil ayaqlı palmalar bitən, günəĢin yandırıb-yaxdığı bağın
yuxarı meydançasına çıxanda asma körpüləri, qalaları və ən
baĢlıcası, heç bir təsvirə gəlməyən, dam əvəzinə son dərəcə
iri qızıl pulcuqlarla örtülmüĢ mərmər yığınından ibarət
məbədiylə nifrət bəslədiyi bütün YerĢalaim Ģəhəri
prokuratorun gözü qarĢısında açıldı, – iti qulaqları çox
uzaqlardan, saray bağının aĢağı terrasını Ģəhər meydanından
ayıran daĢ hasarın yanından qalxan, hərdən ah-naləyə
bənzəyən səsləri aldı.
Prokurator
artıq
meydana
YerĢalaimdəki
son
iğtiĢaĢlardan
həyəcanlanmıĢ
xeyli
Ģəhər
sakininin
yığıĢdığını, bu kütlənin hökmün çıxarılmasını səbirsizliklə
gözlədiyini, orada qıĢqıranların isə susatanlar olduğunu baĢa
düĢdü.
Prokurator əvvəlcə dözülməz bürküdən daldalanmaq
üçün baĢ ruhanini eyvana dəvət etdi, ancaq Kaifa nəzakətlə
üzr istəyib, bunu edə bilməyəcəyini söylədi. Pilat plaĢın
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |