44
– Mən bu tükü kəsə bilərəm.
– Elə buna görə də səhv edirsən, – məhbus əlilə gündən
daldalanaraq iĢıqlı bir təbəssümlə etiraz elədi, – razılaĢ ki, o
tükü yalnız onu asan kəsə bilər.
– Belə, belə, – Pilat gülümsədi, – indi mən heç Ģübhə
etmirəm ki, YerĢalaimdəki veyllərin hamısı qarabaqara
sənin arxanca gəzirmiĢ. Bilmirəm sənə kim dil verib, ancaq
yaxĢı dil verib. Yeri gəlmiĢkən, doğrudurmu ki, sən
YerĢalaimə Suz darvazasından eĢĢək belində girmisən,
dalınca düĢən qara camaat da səni peyğəmbər kimi
salamlayırmıĢ? – Bu yerdə prokurator perqament
bükülüsünü göstərdi.
Məhbus təəccüblə prokuratora baxdı.
– Mənim eĢĢəyim yoxdur, igemon, – o dedi. –
Doğrudur, mən YerĢalaimə Suz darvazasından keçib
gəlmiĢəm, ancaq piyada, təkcə Levi Matveyin müĢayiətilə.
Heç kim də məni salamlamayıb, çünki o vaxt YerĢalaimdə
məni kimsə tanımırdı.
downloaded from KitabYurdu.org
45
– Sən bu adamları tanıyırsanmı, – gözünü məhbusdan
çəkmədən Pilat sözünə davam etdi, – biri Dismas, o biri
Hestas, üçüncüsü Var-Ravvan?
– Mən bu xeyirxah insanları tanımıram, – məhbus cavab
verdi.
– Doğru deyirsən?
– Doğru deyirəm.
– Ġndi mənə de görüm, "xeyirxah insanlar" sözünü niyə
çox iĢlədirsən? Nədir, sən hamını belə adlandırırsan?
– Hamını, – məhbus cavab verdi, – dünyada pis insan
yoxdur.
– Ġlk dəfədir bunu eĢidirəm, – Pilat gülümsədi, – bəlkə
də, mən həyatı yaxĢı bilmirəm! Daha yazma, – onsuz da, heç
nə yazmayan katibə dedi və məhbusla danıĢmağa davam
etdi, – bunu hansısa yunan kitabından oxumusan?
– Yox, öz ağlımla bu nəticəyə gəlmiĢəm.
– Bunu da təbliğ edirsən?
– Bəli.
– YaxĢı, misal üçün, kenturion Mark, ona Siçovulqıran
ləqəbi veriblər, xeyirxah insandır?
downloaded from KitabYurdu.org
46
– Bəli, – məhbus cavab verdi, – doğrudur, o, bədbəxt
adamdır. Xeyirxah insanlar onu eybəcər hala salandan sonra
qəddar və sərt olub. Maraqlıdır, kim onu eybəcər hala salıb?
– Həvəslə danıĢa bilərəm, – Pilat dedi, – çünki mən
bunun Ģahidi olmuĢam. Ġtlər ayının üstünə tökülüĢdüyü kimi,
xeyirxah insanlar onun üstünə tökülüĢdülər. Almanlar onun
boynundan, əllərindən, ayaqlarından yapıĢdılar. Piyada
manipul (Qədim Romada iki kenturiyadan ibarət qoĢun
hissəsi) mühasirəyə düĢmüĢdü və əgər mənim komandanlıq
etdiyim süvari turma
8
cinahdan yarıb keçməsəydi, sən,
filosof, indi Siçovulqıranla danıĢası olmayacaqdın. Bu
hadisə Ġdistavizo yaxınlığındakı Qız vadisində döyüĢdə
olub.
– Əgər mən onunla söhbət etsəydim, – məhbus birdən
xəyalpərəstliklə dedi, – əminəm ki, o, büsbütün dəyiĢərdi.
– Güman edirəm, – Pilat dedi, – əgər legionun zabit və
əsgərlərindən hər hansı biriylə danıĢmaq fikrinə düĢsən,
8
Turma – Qədim Romada atlı qoşun hissəsi
downloaded from KitabYurdu.org
47
legionun leqatı
9
buna çətin ki, sevinsin. Amma hamımızın
xoĢbəxtliyindən belə bir iĢ baĢ verməyəcək, özü də bunun
qayğısına qalanlardan birincisi mən olacağam.
Bu vaxt bir qaranquĢ süzüb sütunların arasına girdi,
qızıl suyuna çəkilmiĢ tavanın altında dövrə vurub aĢağı endi,
qanadı az qaldı taxçadakı mis heykəlin sifətinə toxunsun və
sütunun kapitelinin
10
arxasında yoxa çıxdı. Görünür, orada
yuva qurmaq fikrinə düĢmüĢdü.
QaranquĢun uçduğu müddətdə baĢı artıq ayazımıĢ,
aydınlaĢmıĢ prokurator nə edəcəyini düĢünüb-daĢındı:
igemon Qa-Nosri ləqəbli səfil filosof ĠeĢuanın iĢini araĢdırıb,
onda cinayət tərkibi tapmadı. O cümlədən bu yaxınlarda
YerĢalaimdə baĢ verən iğtiĢaĢlarla ĠeĢuanın hərəkətləri
arasında heç bir əlaqə aĢkar etmədi. Demə, səfil filosof ruhi
xəstəymiĢ. Bu səbəbdən Kiçik Sinedrion tərəfindən Qa-
Nosriyə çıxarılmıĢ ölüm hökmünü təsdiq etmir. Ancaq Qa-
Nosrinin
ağılsız,
əsassız
çıxıĢlarının
YerĢalaimdə
9
Leqat – Roma senatının sərkərdəsi
10
Kapitel – sütunun yuxarı hissəsi (lat. caput – "baĢ")
downloaded from KitabYurdu.org
48
çaxnaĢmaya səbəb ola biləcəyini nəzərə alıb, prokurator
ĠeĢuanı buradan uzaqlaĢdırır və onu Aralıq dənizindəki
Straton
Qeysəriyyəsində,
yəni
məhz
prokuratorun
iqamətgahı olan yerdə həbsə saldırır.
Bunu katibə diktə etmək qalırdı.
QaranquĢun qanadları igemonun baĢı üstündə pırıldadı,
quĢ özünü fəvvarənin kasasına vurub, bayıra uçdu.
Prokurator gözünü qaldırıb məhbusa baxdı və onun yanında
tozun sütun kimi göyə qalxdığını gördü.
– Onun haqqında olanlar qurtardı? – Pilat katibdən
soruĢdu.
– Təəssüf ki, yox, – katib qəfil dillənib o biri perqament
parçasını Pilata uzatdı.
– Daha nə yazılıb? – Pilat sifətini turĢutdu.
Veriləni oxuyandan sonra onun sifəti lap dəyiĢdi.
Boynuna, üzünə qanmı axdı, yoxsa baĢqa nəsə baĢ verdi,
dərisi sarımtıllığını itirib bozardı, gözləri, sanki, çuxura
düĢdü.
Yəqin, gicgahını zoqquldadan da həmin qandı, ancaq
prokuratorun gözlərinə nəsə olmuĢdu. Ona elə gəldi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |