39
– Avara, axı sən nə üçün haqqında təsəvvürün belə
olmayan həqiqətdən danıĢıb, bazar camaatını çaĢdırırdın?
Nədir həqiqət?
Bu yerdə prokurator fikirləĢdi: "Ey mənim allahlarım!
Mən ondan məhkəmədə lazım olmayan Ģeylər soruĢuram...
Ağlım daha sözümə baxmır..." Və tünd maye dolu kasa yenə
gözünün qabağına gəldi. "Zəhər verin mənə, zəhər..."
Yenə həmin səsi eĢitdi:
– Hər Ģeydən əvvəl, həqiqət odur ki, sənin baĢın ağrıyır
və elə möhkəm ağrıyır ki, ürəksiz də olsa, ölüm haqqında
fikirləĢirsən. Nəinki mənimlə danıĢmaq, mənə baxmaq belə
sənin üçün çətindir. Mən indi qeyri-ixtiyari sənin cəlladına
dönmüĢəm, bu da məni kədərləndirir. Sən nə barədəsə
düĢünə də bilmirsən, yalnız itini arzulayırsan, görünür, bağlı
olduğun yeganə varlıqdır. Ancaq əzabların indi qurtaracaq,
baĢının ağrısı kəsəcək.
Katib gözlərini bərəldib məhbusa baxırdı və deyilənləri
daha yazmırdı.
Pilat əzab dolu gözlərini məhbusa dikdi və gördü ki,
günəĢ artıq hippodromun üstündə xeyli yüksəkdə dayanıb,
downloaded from KitabYurdu.org
40
gün iĢığı sütunların arasına düĢərək, ĠeĢuanın əyilmiĢ
səndəllərinə doğru sürünür, o isə gün iĢığından kənara
çəkilir.
Prokurator kreslodan qalxıb baĢını əlləri ilə sıxdı və
qırxılmıĢ sarımtıl sifətində dəhĢət ifadə olundu. Ancaq o saat
da ağrısını boğub, yenə kresloya çökdü.
Məhbus isə hələ danıĢırdı, ancaq katib artıq heç nə
yazmırdı, boğazını qaz kimi uzadıb, ağzından söz
qaçırmamağa çalıĢırdı.
– Budur, hər Ģey qurtardı, – məhbus dostcasına Pilata
baxa-baxa dedi, – mən buna son dərəcə Ģadam. Ġgemon, sənə
məsləhət görərdim, saraydan çıxıb piyada bu ətrafda, heç
olmasa, Yeleon dağındakı bağda gəzəsən. Tufan qalxacaq, –
məhbus günəĢə baxıb gözlərini qıydı, – gec, axĢama yaxın.
Gəzinti sənə çox fayda verərdi, mənsə məmnuniyyətlə səni
müĢayiət edərdim. BaĢıma yeni fikirlər gəlib, güman edirəm,
sənin üçün də maraqlı olar, həvəslə onları səninlə
bölüĢərdim, üstəlik də, sən çox ağıllı adam təsiri
bağıĢlayırsan.
downloaded from KitabYurdu.org
41
Katib meyit kimi ağardı və perqament bükülüsünü
əlindən döĢəməyə saldı.
– Bədbəxtlik ondadır ki, – heç kimin sözünü kəsmədiyi
əl-qolu bağlı məhbus davam etdi, – sən həddindən çox
qapalısan və adamlara olan inamını büsbütün itirmisən.
RazılaĢ ki, bütün mehrini itə salmaq olmaz. Ġgemon, sənin
həyatın kasıbdır, – danıĢan adam bu yerdə gülümsəməyə
cəsarət etdi.
Katib indi ancaq bir Ģey haqqında fikirləĢirdi, öz
qulaqlarına inansın, ya inanmasın. Ġnanmaq lazım gəlirdi.
Onda çalıĢdı ki, məhbusun görünməmiĢ ədəbsizliyi
qarĢısında özündən tez çıxan prokuratorun qəzəbinin məhz
hansı əcaib Ģəkildə olacağını təsəvvür eləsin. Prokuratoru
yaxĢı tanısa belə, katib bunu da təsəvvür edə bilmədi.
Bu vaxt prokuratorun üzgün, xırıltılı səsi eĢidildi. O,
latın dilində:
– Onun qollarını açın, – dedi.
Mühafizə dəstəsindəki legionerlərdən biri nizəni yerə
vurub, baĢqasına verdi, yaxınlaĢıb məhbusun əlini açdı.
downloaded from KitabYurdu.org
42
Katib perqament bükülüsünü yerdən qaldırdı, qərara aldı ki,
hələ heç nə yazmasın, heç nəyə də təəccüblənməsin.
– Boynuna al, – Pilat yunanca astadan soruĢdu, – sən
böyük həkimsən?
– Yox, prokurator, mən həkim deyiləm, – məhbus
əzilmiĢ, ĢiĢib qızarmıĢ biləklərini ləzzətlə sığalladı.
Pilatın sərt baxıĢları məhbusa sancılmıĢdı, artıq bu
baxıĢlar dumanlı deyildi, onlarda hamıya tanıĢ olan
qığılcımlar əmələ gəlmiĢdi.
– Bayaq heç soruĢmadım, – Pilat dedi, – bəlkə, latın
dilini də bilirsən?
– Bəli, bilirəm, – məhbus cavab verdi.
Pilatın sarımtıl üzünə qızartı çökdü və o, latınca
soruĢdu:
– Nədən bildin ki, mən itimi çağırmaq istəyirəm?
– Çox sadəcə, – məhbus latınca cavab verdi, – sən əlini
havada gəzdirdin, – məhbus Pilatın jestini təkrar etdi, – elə
bil, sığallamaq istəyirdin, dodaqların da...
– Hə, – Pilat dedi.
Susdular, sonra Pilat yunanca soruĢdu:
downloaded from KitabYurdu.org
43
– Demək, həkimsən?
– Yox, yox, – məhbus tələsik cavab verdi, – mənə inan,
həkim deyiləm.
– Di yaxĢı. Əgər bunu sirr saxlamaq istəyirsənsə, saxla.
Bunun iĢə dəxli yoxdur. Sən israr edirsən ki, məbədi
dağıtmağa... yandırmağa, ya hər hansı bir yolla uçurmağa
kimsəni təhrik etməmisən?
– Ġgemon, mən yenə deyirəm, heç kimi bu cür hərəkətə
çağırmamıĢam. Məgər mən ağıldankəm adama oxĢayıram?
– Sən ağıldankəmə oxĢamırsan, – prokurator astadan
dedi və sifətində nəsə qorxunc bir təbəssüm göründü, – and
iç ki, belə Ģey olmayıb.
– Sən nəyə and içməyimi istəyirsən? – əlləri açılmıĢ
məhbus həvəslə soruĢdu.
– Heç olmasa, öz canına and iç, – prokurator dedi, – ona
and içməyin əsl vaxtıdır, çünki həyatın tükdən asılıdır, bunu
bil.
– Yoxsa elə bilirsən onu sən asmısan, igemon? –
məhbus soruĢdu. – Əgər belədirsə, çox səhv edirsən.
Pilat diksindi və acıqla dedi:
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |