130
– Bəs ikona nəyə lazımdır?
– Hə, ikona... – Ġvan qızardı, – hər Ģeydən çox elə
ikonadan qorxdu, – yenə barmağını Ryuxinə tuĢladı, –
məsələ belədir ki, o, məsləhətçi, o, sözün düzü... cin-
Ģeytanla oturub-durur... onu elə-belə tutmaq olmaz.
Sanitarlar, nədənsə, farağat durub, gözlərini Ġvandan
çəkmirdilər.
– Hə, – Ġvan sözünə davam etdi, – cin-Ģeytanla oturub-
durur! Bu, danılmaz faktdır. O, Ģəxsən Ponti Pilatla söhbət
eləyib. Mənə belə baxmaq lazım deyil! Düz deyirəm! Hər
Ģeyi gördüm – eyvanı da, palmaları da. Bir sözlə, Ponti
Pilatın yanında olub, buna mən baĢımla cavab verirəm.
– Belə, yaxĢı...
– Hə, nəsə, ikonanı yaxama sancaqlayıb qaçdım...
Bu yerdə saat iki dəfə vurdu.
– Paho! – Ġvan qıĢqırıb divandan qalxdı, – saat ikidir,
mənsə sizinlə boĢ yerə vaxt itirirəm! BağıĢlayın, telefon
hanı?
– Qoyun zəng vursun, – həkim sanitarlara əmr etdi.
downloaded from KitabYurdu.org
131
Ġvan dəstəyi götürdü, qadın isə bu vaxt Ryuxindən
yavaĢca soruĢdu:
– Evlidir?
– Subaydır, – Ryuxin qorxa-qorxa cavab verdi.
– Həmkarların üzvüdür?
– Bəli.
– Milisdir? – Ġvan dəstəyə qıĢqırdı, – milisdir? YoldaĢ
növbətçi, dərhal göstəriĢ verin ki, əcnəbi məsləhətçini
tutmaq üçün pulemyotlu beĢ motosiklet göndərsinlər. Nə?
Dalımca gəlin, özüm sizinlə gedərəm... Dəlixanadan Ģair
Bezdomnıdır danıĢan... Sizin ünvan necədir? – Bezdomnı
dəstəyi ovcu ilə qapayıb həkimə pıçıldadı, sonra yenə
dəstəyə qıĢqırdı: – EĢidirsiniz? Allo!.. Biabırçılıqdır! – Ġvan
birdən çığırıb dəstəyi divara çırpdı. Sonra həkimə sarı
dönüb, ona əl verdi, soyuq tərzdə "hələlik" deyib, getməyə
hazırlaĢdı.
– BağıĢlayın, siz hara getmək istəyirsiniz? – həkim
Ġvanın gözünün içinə baxdı, – gecənin yarısı, alt paltarında...
Siz özünüzü pis hiss edirsiniz, burada qalın!
downloaded from KitabYurdu.org
132
– Buraxın deyirəm, – Ġvan qapının ağzını kəsən
sanitarların üstünə çəmkirdi. – Buraxırsınız, ya yox? – Ģair
qorxunc bir səslə bağırdı.
Ryuxini əsməcə tutdu, qadın isə masanın düyməsini
basdı və stolun ĢüĢəsinin üstünə parıltılı qutuyla bağlı
ampula düĢdü.
– Bəs belə?! – Ġvan tora düĢmüĢ vəhĢi heyvan kimi
döyükdü, – di yaxĢı! Əlvida... – və baĢını irəli verib, pərdəli
pəncərəyə sarı tullandı. Zərbə səsi eĢidildi, ancaq pərdənin
arxasındakı sınmayan ĢüĢə ona davam gətirdi və bir an sonra
Ġvan sanitarların əlində çırpınırdı. O xırıldayır, diĢləməyə
çalıĢır, qıĢqırırdı:
– Gör özləri üçün necə ĢüĢə düzəltdiriblər!.. Burax!
Burax deyirəm!
Həkimin əlində Ģpris parıldadı, qadın cəld hərəkətlə
nimdaĢ köynəyin qolunu cırdı və qadına xas olmayan
zirəkliklə onun qolundan yapıĢdı. Efir qoxusu gəldi, Ġvan
dörd adamın əlində haldan düĢdü və həkim bundan istifadə
edib iynəni onun qoluna batırdı. Ġvanı bir neçə saniyə də
saxlayıb, divana oturtdular.
downloaded from KitabYurdu.org
133
– Quldurlar! – Ġvan qıĢqırıb divandan sıçradı, ancaq onu
yenə geri oturtdular. Əllərini çəkən kimi yenə sıçradı, amma
bu dəfə özü oturdu. O, vəhĢi kimi ətrafına baxaraq
dillənmədi, sonra birdən əsnəyib, hirslə gülümsədi.
– Axır ki, damladınız, – deyərək bir də əsnədi,
gözlənilmədən uzanıb, baĢını balınca qoydu, yanağını uĢaq
kimi yumruğuna söykədi, artıq sakit, yuxulu səslə mızıldadı:
– Di lap yaxĢı... bunların altını çəkəcəksiniz. Mən
xəbərdarlıq etdim, qalanını özünüz bilərsiniz! Məni isə indi
hər Ģeydən artıq Ponti Pilat maraqlandırır... Pilat... – bu vaxt
gözləri yumuldu.
– Vanna, yüz on yeddinci otaqda tək qalsın, həm də
növbətçi qoyun, – həkim eynəyini taxa-taxa göstəriĢ verdi.
Bu yerdə Ryuxin yenə diksindi: ağ qapılar səssizcə açıldı,
göy gecə lampasının iĢıqlandırdığı dəhliz göründü.
Dəhlizdən rezin təkərli taxt gətirildi, sakitləĢmiĢ Ġvanı taxta
uzatdılar, taxt dəhlizə qayıtdı və qapılar bağlandı.
– Həkim, – sarsılmıĢ Ryuxin pıçıltıyla soruĢdu, – o,
doğrudan, xəstədir?
– Əlbəttə, – həkim cavab verdi.
downloaded from KitabYurdu.org
134
– Axı ona nə olub? – Ryuxin çəkinə-çəkinə soruĢdu.
Yorğun həkim Ryuxini süzüb, həvəssiz dilləndi:
– Hərəkət və nitq oyanıqlığı... sayıqlama... görünür,
mürəkkəb haldır... Ehtimal ki, Ģizofreniyadır. Üstəlik də,
alkoqolizm...
Həkimin sözlərindən Ryuxin bir Ģey anlamadı, bircə
onu baĢa düĢdü ki, deyəsən, Ġvan Nikolayeviçin iĢi fırıqdır,
köks ötürüb soruĢdu:
– Niyə o, elə hansısa məsləhətçidən danıĢır?
– Yəqin, kimisə görüb, bu da onun xəstə təxəyyülünü
oyadıb. Bəlkə də, qarabasmadır...
Bir neçə dəqiqədən sonra yük maĢını Ryuxini
Moskvaya aparırdı. Hava iĢıqlaĢırdı, yol kənarlarındakı
fənərlərin hələ söndürülməyən iĢıqları lazımsız və
xoĢagəlməz idi. Gecəni hədər yerə keçirdiyinə görə sürücü
hirslənmiĢdi, var gücüylə qovduğu maĢın döngələrdə az
qalırdı yoldan çıxsın.
Budur, meĢə də arxada qaldı, çay da harasa itdi, yük
maĢınının qarĢısına hər cür Ģey çıxırdı: gözətçi budkaları
olan hasarlar, odun qalaqları, hündür dirəklər, hansısa tirlər
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |