Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə29/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   151

 

145 


Styopa  ayaq  barmaqlarını  tərpədib,  corabla  uzandığını 

baĢa düĢdü, titrəyən əllərini buduna çəkdi ki, Ģalvarlı olub-

olmadığını aydınlaĢdırsın, ancaq aydınlaĢdıra bilmədi. 

Nəhayət,  görəndə  ki  tək-tənhadır,  heç  kimdən  kömək 

yoxdur, nəyin bahasına olur-olsun qalxmaq qərarına gəldi. 

Styopa  bir-birinə  yapıĢan  kirpiklərini  aralayıb,  saçları 

pırtlaĢıq, ĢiĢkin sifətini qara tük basmıĢ, gözləri axan, yaxası 

çirkli  köynəkdə,  qalstukda,  alt  tumanı  və  corabda  adama 

oxĢayan  nəyinsə  bədənnüma  güzgüdə  əks  olunduğunu 

gördü. 


Bədənnüma  güzgüdə  o,  özünü  belə  gördü,  güzgünün 

yanında  isə  qara  paltarda,  qara  beretdə  naməlum  adam 

dayanmıĢdı. 

Styopa  çarpayıda  oturub,  qan  sağılmıĢ  gözlərini 

naməlum adama zillədi. 

Sükutu  naməlum  adam  pozdu,  alçaq,  yoğun  səslə  və 

aksentlə dedi: 

– Sabahınız xeyir, əziz Stepan Boqdanoviç! 

Fasilə  yarandı,  sonra  Styopa  bütün  gücünü  toplayıb 

zorla dilləndi: 

downloaded from KitabYurdu.org



 

146 


– Sizə  nə  lazımdır?  –  Öz  səsini  tanımadığına 

heyrətləndi. "Sizə" deyəndə səsi ciyildədi, "nə" boğuq çıxdı, 

"lazımdır"  sözünü  isə,  ümumiyyətlə,  düz-əməlli  deyə 

bilmədi. 

Naməlum  adam  dostcasına  gülümsədi,  cibindən 

çıxardığı, qapağında almaz üçbucaq olan iri qızıl saat on bir 

dəfə vurandan sonra dedi: 

– On  birdir!  Düz  bir  saatdır  oyanmağınızı  gözləyirəm, 

çünki  siz  saat  on  üçün  yanınızda  mənə  görüĢ  təyin 

etmiĢdiniz. Bu da mən! 

Styopa  əlini  çarpayının  böyründəki  stulun  üstünə 

atılmıĢ Ģalvara uzadıb pıçıldadı: 

– BağıĢlayın... – Ģalvarı geyinib, xırıltılı səslə soruĢdu: – 

XahiĢ edirəm, soyadınızı deyəsiniz. 

DanıĢmaq  onun  üçün  çətin  idi.  Hər  sözü  deyəndə,  elə 

bil, kimsə beyninə iynə batırıb ona dəhĢətli əzab verirdi. 

– Necə?  Siz  mənim  soyadımı  da  unutmusunuz?  – 

naməlum adamgülümsədi. 

downloaded from KitabYurdu.org



 

147 


– Üzr istəyirəm... – Styopa hiss etdi ki, xumarlığın yeni 

əlamətləri üzə çıxır: ona elə gəldi, ayağının altından döĢəmə 

qaçdı və bu dəqiqə kəlləsi üstə cəhənnəmə vasil olacaq. 

– Əzizim  Stepan  Boqdanoviç,  –  qonaq  mənalı-mənalı 

gülümsədi, – piramidon sizə kömək eləməz. Köhnə qaydaya 

əməl  edin  –  pazı  pazla  çıxararlar.  Sizi  həyata  qaytaracaq 

yeganə Ģey acı, isti qəlyanaltıyla iki yüz qram araq ola bilər. 

Styopa bic adam idi, nə qədər halsız olsa da, baĢa düĢdü 

ki,  əgər  onu  bu  görkəmdə  görüblərsə,  hər  Ģeyi  etiraf 

etməlidir. 

– Açığını desəm, – dilini zorla sürüdü, – dünən bir az... 

– Artıq  sözə  ehtiyac  yoxdur!  –  Qonaq  kreslo  ilə  bir 

yerdə yana sürüĢdü. 

Styopanın gözləri bərələ qaldı: balaca stolun üstündəki 

məcməyiyə  doğranmıĢ  ağ  çörək, vazada  sıxılmıĢ  qara  kürü, 

bir  boĢqab  göbələk  turĢusu,  qazança  və  nəhayət,  zərgər 

arvadının  böyük  qrafinində  araq  qoyulmuĢdu.  Qrafinin 

soyuqdan  tərləməsi  Styopanı  xüsusilə  heyrətləndirdi. 

Əslində,  aydın idi  – qrafin  buz doldurulmuĢ vedrənin  içinə 

salınmıĢdı. Bir sözlə, səliqəli, qabiliyyətli süfrə açılmıĢdı. 

downloaded from KitabYurdu.org



 

148 


Yad  adam  Styopanın  heyrətinin  xəstəhallıq  dərəcəsinə 

çatmasına imkan verməyib, ona cəld əlli qram araq süzdü. 

– Bəs siz? – Styopa mızıldadı. 

– Məmnuniyyətlə! 

Styopa  titrəyən  əliylə  qədəhi  ağzına  apardı,  yad  adam 

isə  bir  qurtuma  öz  qədəhini  boĢaltdı.  Kürünü  çeynəyə-

çeynəyə Styopa zorla deyə bildi: 

– Bəs siz... üstündən bir Ģey yemirsiniz? 

– Minnətdaram,  mən  heç  vaxt  arağın  üstündən 

yemirəm,  –  yad  adam  yenə  hər  ikisinə  araq  süzdü. 

Qazançanın qapağını açdılar – tomatlı sosiska idi. 

Gözünün qabağındakı lənətə gəlmiĢ yaĢıl dairələr yoxa 

çıxdı, sözləri artıq deyə bilirdi, ən baĢlıcası, Styopa nələrisə 

xatırladı. Elədir ki var, əhvalat dünən Sxodnada, məzhəkələr 

müəllifi  Xustovun  bağ  evində  baĢ  vermiĢdi;  Xustov  oraya 

Styopanı  taksiylə  aparmıĢdı.  "Metropol"un  yanında  taksini 

necə tutduqlarını da xatırladı, onlarla bir adam da olmuĢdu, 

deyəsən, aktyordu... balaca çamadanda patefonu var idi. Hə, 

hə,  hə,  bağ  evinə  getmiĢdilər!  O  da  yadına  düĢdü  ki, 

patefonda  itlər  ulaĢırdı.  Təkcə  Styopanın  öpmək  istədiyi 

downloaded from KitabYurdu.org



 

149 


qadın məlum deyildi... Allah bilir, kimdir... deyəsən, radioda 

iĢləyir, bəlkə də, yox. 

Dünənki  gün  beləcə  yavaĢ-yavaĢ  aydınlaĢırdı,  ancaq 

Styopanı daha çox bugünkü gün, xüsusən də yataq otağında, 

yad  adamın  qəlyanaltı  və  araqla  peyda  olması 

maraqlandırırdı.  Bax  bunu  aydınlaĢdırmaq  heç  də  pis 

olmazdı! 

– Hə,  ümid  edirəm  ki,  indi  mənim  soyadımı 

xatırladınız? 

Ancaq  Styopa  yalnız  günahkarcasına  gülümsəyib 

əllərini yellətdi. 

– Dayanın!  Mənə  elə  gəlir  ki,  siz  arağın  üstündən 

portveyn içmisiniz! Əfv edin, məgər belə iĢ görərlər! 

– XahiĢ edirəm, aramızda qalsın, – Styopa yaltaqcasına 

dedi. 

– Ah,  əlbəttə,  əlbəttə!  Ancaq  aydındır  ki,  Xustovun 



əvəzindən söz verə bilmərəm! 

– Məgər siz Xustovu tanıyırsınız? 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə