185
Nikanor Ġvanoviç bildirdi ki, mütləq əcnəbini
görməlidir, ancaq tərcüməçidən rədd cavabı aldı: heç cür
olmaz! MəĢğuldur. PiĢiyə təlim keçir.
– Əgər istəyirsinizsə, piĢiyi göstərə bilərəm, –
Korovyev dedi.
Bundan da, öz növbəsində, Nikanor Ġvanoviç boyun
qaçırdı, tərcüməçi isə dərhal sədrə gözlənilməz, ancaq çox
maraqlı bir təklif etdi.
Cənab Voland heç bir vəchlə mehmanxanada qalmaq
istəmədiyinə görə – o, gen-bol yaĢamağa öyrəĢib – mənzil
yoldaĢlığı Volandın Moskvada qastrolları davam etdiyi bir
həftə müddətində bütün mənzili, yəni mərhumun otağını da
ona kirayə verə bilərmi?
– Axı mərhum üçün təfavütü yoxdur, – Korovyev
pıçıldadı, – Nikanor Ġvanoviç, razılaĢın ki, indi bu mənzil
ona lazım deyil.
Nikanor Ġvanoviç bir az çaĢqınlıqla etiraz etdi ki,
əcnəbilər heç də Ģəxsi mənzillərdə yox, "Metropol"da
qalmalıdırlar...
downloaded from KitabYurdu.org
186
– Sizə deyirəm ki, yaman dəymədüĢərdir! – Korovyev
astadan dedi, – istəmir də! Mehmanxananı xoĢlamır! Bu
əcnəbilər məni, bax, bura yığıblar! – Korovyev barmağını
damarları
görünən boğazına toxundurub, dostcasına
Ģikayətləndi, – inanırsınızmı, məni cana doydurublar!
Gəlirlər... Ġt uĢaqları ya casusluq edirlər, ya da adamın
əsəbləriylə oynayırlar: bu elə deyil, o belə deyil!.. Sizin
idarəyə isə, Nikanor Ġvanoviç, o, əməlli-baĢlı mənfəət
gətirərdi. Pula da qızırqalanmaz, – Korovyev böyür-baĢına
baxıb, sədrin qulağına pıçıldadı: – milyonerdir!
Tərcüməçinin təklifində aydın praktik məna var idi, çox
abırlı təklifdi, di gəl tərcüməçinin danıĢıq tərzində,
geyimində və heç nəyə yaramayan iyrənc eynəyində nəsə bir
abırsızlıq vardı. Buna görə də anlamadığı bir Ģey sədrin
ürəyini sıxırdı, buna baxmayaraq, o, təklifi qəbul etmək
qərarına gəldi. Çünki mənzil yoldaĢlığı, əfsuslar ki, pul
sarıdan çox böyük korluq çəkirdi. Buxar qızdırıcısı üçün
payıza kimi neft almaq lazım idi, ancaq nəylə – məlum
deyildi. Əcnəbinin pulu hesabına isə bəlkə də, vəziyyətdən
birtəhər çıxmaq olardı. Ancaq iĢgüzar və ehtiyatlı Nikanor
downloaded from KitabYurdu.org
187
Ġvanoviç bildirdi ki, bu məsələ, hər Ģeydən əvvəl, əcnəbi
turist bürosu ilə razılaĢdırılmalıdır.
– BaĢa düĢürəm, – Korovyev dedi, – bunsuz olmaz ki,
mütləq lazımdır. Bu da sizin üçün telefon, Nikanor Ġvanoviç,
təcili əlaqə saxlayın. Pula görə isə utanıb eləməyin, – sədri
dəhlizdəki telefona tərəf çəkə-çəkə pıçıltı ilə əlavə etdi, –
ondan da almayıb, kimdən alacaqsınız! Siz onun Nitsadakı
villasını görəsiniz! Gələn yay xaricdə olanda qəsdən gedib
baxın – ağzınız açıla qalar!
Əcnəbi turist bürosu ilə məsələ telefonla, özü də sədri
heyrətləndirəcək dərəcədə tez yoluna qoyuldu. Məlum oldu
ki, cənab Volandın Lixodeyevin Ģəxsi mənzilində qalmaq
istəyindən orada artıq xəbərdardırlar və buna heç bir
etirazları yoxdur.
– Di lap gözəl! – Korovyev bağırdı.
Onun hay-küyündən azca karıxmıĢ sədr bildirdi ki,
mənzil yoldaĢlığı 50 №-li mənzili bir həftəliyə cənab
Volanda verməyə razıdır... – Nikanor Ġvanoviç bir az
duruxub dedi:
– Günü beĢ yüz rubla.
downloaded from KitabYurdu.org
188
Bu yerdə Korovyev sədri lap çaĢdırdı. Ağır piĢiyin
yumĢaq sıçrayıĢları eĢidilən yataq otağına iĢarə edib, xırıltılı
səslə dedi:
– Bir həftəsi üç min beĢ yüzə?
Nikanor Ġvanoviç fikirləĢdi ki, o, yəqin, indi əlavə
edəcək: "ĠĢtahanız böyükdür, Nikanor Ġvanoviç!" Ancaq
Korovyev tamam baĢqa Ģey dedi:
– Məgər bu puldur! BeĢ min istəyin, verəcək.
ÇaĢqın-çaĢqın gülümsəyən Nikanor Ġvanoviç özü dəhiss
etmədi ki, Korovyevin üstündə görünməmiĢ sürət və
cəldliklə iki nüsxədə müqavilə yazdığı mərhumun yazı
stolunun yanına necə gedib çıxıb. Sonra Korovyev əlində
müqavilə yataq otağına cumub qayıtdı, özü də hər iki nüsxə
artıq əcnəbi tərəfindən səliqəsiz Ģəkildə imzalanmıĢdı.
Müqaviləyə sədr də qol çəkdi. Bu yerdə Korovyev ondan
beĢ min üçün qəbz istədi...
– Sözlə, sözlə yazın, Nikanor Ġvanoviç!.. beĢ min rubl...
– və bu ciddi iĢə uyuĢmayan sözlərlə: – Eyn, svey, drey! –
Bankdan çıxmıĢ beĢ paçka təptəzə pulu sədrin qarĢısına
qoydu.
downloaded from KitabYurdu.org
189
Korovyevin bir ucdan üyüdüb tökdüyü "Pul
düzgünlüyü sevir", "öz gözünə inan" kimi zarafatları, zərb-
məsəlləri ilə pul sayılıb qurtardı.
Sədr pulu sayıb, müvəqqəti qeydiyyat üçün əcnəbinin
pasportunu Korovyevdən aldı, onu, müqaviləni, pulu
portfelə qoydu və özünü saxlaya bilməyib utana-utana
kontramarka istədi...
– Bu nə sözdür! – Korovyev nərildədi, – sizə neçə bilet
lazımdır, Nikanor Ġvanoviç, on iki, on beĢ?
Son dərəcə karıxmıĢ sədr izah etdi ki, ona vur-tut iki
kontramarka lazımdır – özünə və arvadı Pelageya
Antonovnaya.
Korovyev o saat bloknotunu çıxarıb, canla-baĢla
Nikanor Ġvanoviç üçün birinci sıraya ikinəfərlik
kontramarka yazdı. Və tərcüməçi bu kontramarkanı sol
əliylə cəld Nikanor Ġvanoviçə verdi, sağ əliylə isə Ģax pul
paçkasını sədrin o biri əlinə dürtdü. Nikanor Ġvanoviç pula
nəzər salıb qızardı və onu geri itələməyə çalıĢdı.
– Bu olmaz... – o mızıldadı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |