Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə39/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   151

 

195 


– Budur  müqavilə...  alçaq  tərcüməçi  atıb...  Korovyev... 

eynəkli! 

Portfeli  açıb baxdı,  əlini içinə  soxdu,  sifəti  göyərdi  və 

portfel əlindən borĢun içinə düĢdü. Portfeldə heç nə yox idi: 

nə Styopanın məktubu, nə müqavilə, nə əcnəbinin pasportu, 

nə  pul,  nə  kontramarka.  Bir  sözlə,  qatlama  metrədən  baĢqa 

heç nə. 

– YoldaĢlar!  –  sədr  qəzəblə  qıĢqırdı,  –  onları  tutun! 

Bizim binada cin-Ģəyatin var! 

Bu yerdə Pelageya Antonovnanın gözünə nə göründüsə, 

əllərini Ģappıldadıb çığırdı: 

– Təqsirini boynuna al, Ġvaniç! GüzəĢt edərlər! 

Gözlərinə  qan  sağılmıĢ  Nikanor  Ġvanoviç  yumruqlarını 

arvadının baĢı üzərinə qaldırıb xırıldadı: 

– Ax, lənətəgəlmiĢ səfeh! 

O, halsız halda stula çökdü, görünür, taleyilə barıĢmalı 

oldu. 

Bu  vaxt  pilləkənin  meydançasında  maraqdan  alıĢıb-



yanan  Timofey  Kondratyeviç  Kvastsov  sədrin  mənzilinin 

açar yerinə gah qulağını, gah gözünü dirəyirdi. 

downloaded from KitabYurdu.org



 

196 


BeĢ dəqiqə keçmiĢ  binanın  həyətindəki  sakinlər sədrin 

iki  Ģəxsin  müĢayiətilə  darvazaya  tərəf  getdiyini  gördülər. 

DanıĢırdılar  ki,  Nikanor  Ġvanoviç  ağappaq  ağarıbmıĢ, 

yeriyəndə kefli kimi yırğalanır, nəsə mızıldayırmıĢ. 

Bir  saatdan  sonra  isə  on  bir  nömrəli  mənzilə  naməlum 

bir adam gəldi, Timofey Kondratyeviç baĢqa sakinlərə sədri 

necə yaxaladıqlarını ləzzətlə danıĢdığı vaxt, onu barmağı ilə 

mətbəxdən  dəhlizə  çağırıb  nəsə  dedi  və  birlikdə  yoxa 

çıxdılar. 

 

 



 

X fəsil 


YALTADAN XƏBƏRLƏR 

 

Nikanor Ġvanoviçin baĢına bədbəxt hadisə gəldiyi vaxt 



elə  həmin  Sadovaya  küçəsindəki  302-bis  №-li  binanın 

yaxınlığında  yerləĢən  Varyetenin  maliyyə  direktoru 

Rimskinin  kabinetində  iki  nəfər  var  idi:  Rimski  özü  və 

Varyetenin inzibatçısı Varenuxa. 

downloaded from KitabYurdu.org



 

197 


Teatrın  ikinci  mərtəbəsindəki  böyük  kabinetin  iki 

pəncərəsi  Sadovaya  küçəsinə,  maliyyə  direktorunun 

oturduğu  yazı  stolunun  arxasındakı  pəncərə  isə  Varyetenin 

sərinləĢdirici içkilər satılan bufet, tir və açıq estrada yerləĢən 

yay  bağına  baxırdı.  Kabinetin  bəzək-düzəyi  yazı  stolundan 

savayı  divardan  asılmıĢ  bir  qalaq  köhnə  afiĢadan,  balaca 

masaya  qoyulmuĢ  su  dolu  qrafindən,  dörd  kreslodan  və 

üstünə hansısa tamaĢanın çoxdan toz basmıĢ maketi qoyulan 

küncdəki altlıqdan ibarət idi. Söz yox, bundan baĢqa, boyası 

qopub  tökülmüĢ  köhnə-köĢkül  kiçik  bir  seyf  də  var  idi  ki, 

Rimskinin sol tərəfində, yazı stolunun böyründə yerləĢmiĢdi. 

Masa arxasında oturan Rimskinin səhərdən kefi yoxdu, 

Varenuxa  isə,  əksinə,  həyəcanlı  və  olduqca  iĢgüzar 

görkəmdə  idi.  Bununla  belə,  enerjisini  sərf  etməyə  yer 

tapmırdı. 

Varenuxa  xüsusilə  də  proqramın  dəyiĢdiyi  günlərdə 

zəhləsini  tökən  –  indi  məhz  elə  bir  gün  idi  –  kontramarka 

istəyənlərin  əlindən  maliyyə  direktorunun  kabinetində 

gizlənmiĢdi. 

downloaded from KitabYurdu.org




 

198 


Telefon  zəng  çalan  kimi  Varenuxa  dəstəyi  götürüb 

yalandan dedi: 

– Kimi? Varenuxanı? Yoxdur. Teatrdan çıxıb. 

– Zəhmət olmasa, Lixodeyevə bir də zəng vur, – Rimski 

əsəbi halda dedi. 

– ƏĢi, yoxdur evdə. Karpovu da yollamıĢam. Evdə heç 

kim yoxdur. 

– Bu  nə  iĢdir  qanmıram,  –  Rimski  hesab  makinasını 

Ģaqqıldada-Ģaqqıldada donquldandı. 

Qapı açıldı və kapeldiner yenicə çap olunmuĢ bir yığın 

əlavə afiĢa ilə içəri girdi. YaĢıl vərəqədə iri qırmızı hərflərlə 

yazılmıĢdı: 

Bu gün ve hər gün Varyete teatrında proqramdan əlavə:  

PROFESSOR VOLAND  

Qara magiya seansları tam ifĢası ilə 

 

Varenuxa maketin üstünə atılmıĢ afiĢalara kənardan göz 



gəzdirib,  kapeldinerə  tapĢırdı  ki,  bütün  nüsxələri  təcili 

yapıĢdırsınlar. 

downloaded from KitabYurdu.org



 

199 


– YaxĢıdır, diqqəti cəlb edəndir, – kapeldiner gedəndən 

sonra Varenuxa fikrini bildirdi. 

– Mənimsə  bu  həngamə  heç  xoĢuma  gəlmir,  –  Rimski 

buynuz  sağanaqlı  eynəyinin  arxasından  afiĢalara  acıqla 

baxaraq  deyindi,  –  ümumiyyətlə,  mən  təəccüb  edirəm,  kim 

buna icazə verib! 

– Yox,  Qriqori  Daniloviç,  elə  demə,  bu,  çox  incə 

gediĢdir. Bunun bütün dadı-duzu ifĢadadır. 

– Bilmirəm, bilmirəm, bunun heç bir dadı-duzu yoxdur, 

o,  həmiĢə  özündən  belə  hoqqalar  çıxarır!  Heç  olmasa,  bu 

cadugəri  göstərəydi.  Barı  sən  onu  görmüsən?  Kim  bilir, 

haradan eĢələyib tapıb!  

Aydın  oldu  ki,  Rimski  kimi  Varenuxa  da  cadugəri 

görməyib. Dünən Styopa artıq qaralaması yazılmıĢ müqavilə 

ilə maliyyə direktorunun üstünə (Rimskinin təbirincə desək, 

"dəli  kimi")  cummuĢdu  ki,  təcili  onun  üzünü  çıxarıb  pulu 

versin.  Cadugər  isə  əkilmiĢdi,  Styopadan  baĢqa  onu  görən 

olmamıĢdı. 

Rimski  saatını  çıxarıb  baxdı,  üçə  beĢ  dəqiqə  iĢlədiyini 

görüb  lap  hirsləndi.  Hirslənməyib  neyləsin!  Lixodeyev, 

downloaded from KitabYurdu.org



 

200 


təxminən,  saat  on  birdə  zəng  elədi  ki,  yarım  saata  gəlir, 

gəlmədiyi bir yana, evindən də yoxa çıxdı! 

– Axı  iĢlərim  tökülüb  qalıb!  –  Rimski  barmağı  ilə  bir 

yığın imzalanmamıĢ kağız göstərib nərildədi. 

– Görəsən,  o  da  Berlioz  kimi  tramvay  altına  düĢməyib 

ki?  –  Varenuxa  kəsik-kəsik,  davamlı  və  ümidsizlik  dolu 

siqnallar eĢidilən dəstəyi qulağına tutaraq dedi. 

– Ancaq nə yaxĢı olardı... – Rimski astadan acıqla dedi. 

Elə  bu  vaxt  kabinetə  əynində  formalı  gödəkcə,  qara 

yubka,  baĢında  furajka,  ayağında  çəkələk  bir  qadın  girdi. 

Qadın  belindəki  balaca  çantadan  kvadratĢəkilli  ağ  kağız  və 

dəftər çıxarıb soruĢdu: 

– Varyete buradır? Sizə təcili teleqram var. Qol çəkin. 

Varenuxa  qadının  dəftərinə  əyri-üyrü  bir  qol 

çəkib,yalnız  qapı  onun  arxasınca  örtüləndən  sonra 

kvadratĢəkilli kağızı açdı. 

Teleqramı oxuyub gözlərini döydü və kağızı Rimskiyə 

verdi. 


Teleqramda yazılmıĢdı: "Yaltadan Moskvaya. Varyete. 

Bu gün saat on ikinin yansında cinayət axtarıĢ idarəsinə gecə 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə