180
Nikanor Ġvanoviçi evinin dəhlizinə çağırırdılar,
qolundan tuturdular, nəsə pıçıldayırdılar, göz vururdular və
borclu qalmayacaqlarını deyirdilər.
Bu iĢgəncə gündüz saat birə iĢləmiĢə qədər davam etdi,
axırda Nikanor Ġvanoviç öz mənzilindən idarənin həyət
qapısının böyründəki otağına qaçdı, ancaq görəndə ki burada
da onu gözləyirlər, oradan da qaçdı. Asfalt döĢənmiĢ
həyətdən keçib, dabanqırma arxasınca gələnlərdən birtəhər
canını qurtararaq, binanın altıncı çöl qapısından girdi və
murdar 50 №-li mənzilin yerləĢdiyi beĢinci mərtəbəyə
qalxdı.
Kök Nikanor Ġvanoviç qapının ağzında nəfəsini dərib
zəngi basdı, ancaq qapını açan olmadı. Zəngi bir neçə dəfə
də basıb donquldanmağa və astadan söyməyə baĢladı. Ancaq
yenə açmadılar. Nikanor Ġvanoviçin səbri tükəndi, evlər
idarəsinə məxsus açar dublikatlarının topasını cibindən
çıxarıb, qapını hökmlə açdı və içəri keçdi.
– Ay ev qulluqçusu! – Nikanor Ġvanoviç yarıqaranlıq
dəhlizdə qıĢqırdı. – Adın nədir sənin? Qrunyasan-nəsən?
Yoxsan?
downloaded from KitabYurdu.org
181
Heç kim cavab vermədi.
Onda Nikanor Ġvanoviç kabinetin qapısındakı möhürü
qopartdı, qatlama metrəni portfelindən çıxarıb kabinetə
girdi.
Girməyinə girdi, ancaq qapının ağzında heyrətdən
quruyub qaldı, hətta diksindi.
Mərhumun stolunun arxasında əynində dama-dama
pencək, baĢında jokey papağı, gözündə eynək arıq, uzun bir
adam oturmuĢdu... bir sözlə, həmin Ģəxs.
– Siz kimsiniz, vətəndaĢ? – Nikanor Ġvanoviç qorxa-
qorxa soruĢdu.
– Bah! Nikanor Ġvanoviç, – yad adam xırıltılı tenor səslə
qıĢqırıb yerindən sıçradı, zorla sədrin əlini tutub silkələdi.
Bu salamlaĢma Nikanor Ġvanoviçin heç də xoĢuna gəlmədi.
– BağıĢlayın, – o, Ģübhə ilə dedi, – siz kimsiniz? Siz
rəsmi Ģəxssiniz?
– Eh, Nikanor Ġvanoviç! – naməlum adam səmimiyyətlə
cavab verdi. – Nə deməkdir, rəsmi Ģəxs, ya qeyri-rəsmi
Ģəxs? Bunlar qarĢınızdakı adama sizin necə baxmağınızdan
asılıdır, Nikanor Ġvanoviç, bütün bunlar Ģərti və qeyri-
downloaded from KitabYurdu.org
182
müəyyən Ģeylərdir. Bu gün mən qeyri-rəsmi Ģəxsəm, sabah
bir də gördün oldum rəsmi Ģəxs! Əksinə də olur, Nikanor
Ġvanoviç. Özü də necə olur!
Bu mühakimə evlər idarəsinin sədrini qətiyyən qane
etmədi. Ümumiyyətlə, hər Ģeydən Ģübhələnən adam
olduğuna görə belə nəticəyə gəldi ki, qarĢısındakı bu dil-
boğaza qoymayan adam məhz qeyri-rəsmi Ģəxsdir, deməli,
avaranın biridir.
– Axı siz kimsiniz? Soyadınız nədir? – Sədr get-gedə
səsini qaldırmağa və hətta naməlum adamı sıxıĢdırmağa
baĢladı.
– Mənim soyadım... – vətəndaĢ bu kobudluğu vecinə də
almadı, – deyək ki, Korovyevdir. Qəlyanaltı eləmək
istəmirsiniz, Nikanor Ġvanoviç? Çəkinməyin! Hə?
– BağıĢlayın, – Nikanor Ġvanoviç artıq hirsini boğa
bilmədi, – indi qəlyanaltı yeridir! (Nə qədər acı olsa da,
etiraf etmək lazımdır ki, Nikanor Ġvanoviç bir az kobud
adam idi.) Mərhuma aid hissədə oturmaq qadağandır! Siz
burada nə edirsiniz?
downloaded from KitabYurdu.org
183
– Siz bir oturun, Nikanor Ġvanoviç, – vətəndaĢ heç
halını pozmadı, yaltaqcasına sədrə kreslo təklif etdi.
Nikanor Ġvanoviç lap özündən çıxdı, kresloya yaxın
durmayıb bağırdı:
– Axı siz kimsiniz?
– Əgər bilmək istəyirsinizsə, mən bu mənzildə
iqamətgah salan xaricdən gəlmiĢ Ģəxsin tərcüməçisiyəm, –
özünü Korovyev adlandıran kəs silinməmiĢ sarı
çəkmələrinin dabanlarını bir-birinə vurub, özünü təqdim
etdi.
Mikanor Ġvanoviçin ağzı açıla qalmıĢdı. Hansısa bir
əcnəbinin, üstəlik də, tərcüməçiylə birlikdə bu mənzildə
olması onun üçün əməlli-baĢlı sürpriz idi və o, izahat istədi.
Tərcüməçi həvəslə izahat verdi. Əcnəbi artist cənab
Voland Varyetenin direktoru Stepan Boqdanoviç Lixodeyev
tərəfindən
lütfkarlıqla dəvət olunub ki, qastrolları
müddətində, təxminən, bir həftə onun mənzilində yaĢasın və
Yaltaya getməli olduğu üçün Lixodeyev hələ dünən xarici
qonağı qeydiyyata almaq xahiĢilə Nikanor Ġvanoviçə məktub
yazıb.
downloaded from KitabYurdu.org
184
– O, mənə heç nə yazmayıb, – sədr təəccübləndi.
– Siz öz portfelinizi eĢələyin, Nikanor Ġvanoviç, –
Korovyev təbəssümlə təklif etdi.
Nikanor Ġvanoviç çiynini çəkib portfeli açdı və
Lixodeyevin məktubunu tapdı.
– Necə olub ki, mən bunu unutmuĢam? – Nikanor
Ġvanoviç ağzı açılmıĢ məktuba key-key baxıb mızıldadı.
– Olur, olur, Nikanor Ġvanoviç! – Korovyev Ģaqqanaq
çəkdi, – unutqanlıq, unutqanlıq, yorğunluq və qan təzyiqinin
artması, əziz dostumuz Nikanor Ġvanoviç! Mən özüm
dəhĢətli dərəcədə huĢsuzam. Nə vaxtsa içki süfrəsi arxasında
öz tərcümeyi-halımdan sizə bir neçə fakt danıĢaram,
gülməkdən ölərsiniz!
– Lixodeyev Yaltaya nə vaxt gedəcək?!
– O artıq gedib, gedib! – tərcüməçi bərkdən dedi, –
bilirsinizmi, o artıq uçur. Doğrusu, kim bilir, o, indi
haradadır! – Bu yerdə tərcüməçi əllərini yel dəyirmanının
pərləri kimi yellətdi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |