165
ki, bu əhvalata inanmırlar, ya da onu baĢqa yerə yozurlar.
Ona görə Ġvan bu yoldan da imtina edib, üçüncü yolu seçdi:
təkəbbürlə susmaq.
Buna tamamilə əməl etmək olmadı: qaĢqabaqla,
xəsisliklə də olsa, bir çox suallara istər-istəməz cavab
vermək məcburiyyətində qaldı.
Ġvandan keçmiĢ həyatı barədə, hətta on beĢ il əvvəl
necə və nə vaxt skarlatinaya yoluxduğuna qədər, demək
olar, hər Ģeyi soruĢub öyrəndilər. Bütün bir səhifəni
doldurub, o biri üzünə çevirdilər və ağ xalatlı qadın Ġvanın
qohumları haqqında sorğu-suala keçdi. Əsl zəhlətökən iĢ
baĢlandı: kim ölüb, nə vaxt və nədən, içəniydimi, zöhrəvi
xəstəliklərə yoluxmuĢdumu və bu yöndə cürbəcür suallar.
Sonda dünən Patriarx gölündə baĢ verən əhvalatı
danıĢmasını xahiĢ etdilər, ancaq çox da dərinə getmədilər,
Ponti Pilat haqqında dediklərinə heyrətlənmədilər.
Sonra qadın Ġvanı kiĢiyə ötürdü, onun iĢi bambaĢqa idi,
o artıq heç nə soruĢmadı. Ġvanın istiliyini ölçdü, nəbzini
yoxladı, nəsə bir lampa ilə iĢıq salıb gözlərinə baxdı. Sonra
baĢqa qadın kiĢinin köməyinə gəldi, Ġvanın belinə iynə
downloaded from KitabYurdu.org
166
vurdular, ancaq ağrıyıb eləmədi, balaca çəkicin sapı ilə
sinəsində xətlər çəkdilər, çəkiclə dizlərinə döyəclədilər, bu
zərbələrdən də ayaqları tullanırdı, barmağından qan aldılar,
qolunun bükəcəyinə iynə vurdular, biləklərinə rezin
qolbaqlar keçirdilər.
Ġvan isə özlüyündə acı-acı gülümsəyirdi və hər Ģeyin
necə axmaqcasına qəribə alındığını fikirləĢirdi. ĠĢə bir bax!
Hamını naməlum məsləhətçidən gələ biləcək təhlükədən
xəbərdar etmək istəyirdi, onu tutmağa çalıĢırdı, ancaq nəyə
nail oldu: hansısa müəmmalı bir kabinetə düĢdü ki, nə
vaxtsa Voloqdada əyyaĢlıq edən dayısı Fyodor haqqında
cürbəcür cəfəngiyat danıĢsın. Axmaqlıq!
Nəhayət, Ġvandan əl çəkdilər. Onu yenə öz otağına
qaytardılar, bir fincan qəhvə, iki dənə soyutma yumurta, ağ
çörək və yağ verdilər.
Ġvan yeyib-içib qərara aldı ki, bu müəssisədəki
böyüklərdən kiminsə gəlməsini gözləsin. Heç olmasa, ondan
özünə qarĢı ədalətli münasibətə, diqqətə nail olsun.
O gəlib çıxdı, özü də səhər yeməyindən az sonra. Ġvanın
otağının qapısı qəfil açıldı və içəriyə ağ xalatlı xeyli adam
downloaded from KitabYurdu.org
167
girdi. Hamıdan irəlidə qırx beĢ yaĢlarında, üzü aktyorsayağı
səliqə ilə qırxılmıĢ, qəĢəng, ancaq çox iti gözləri, nəzakətli
davranıĢı olan bir adam gəlirdi. Bütün dəstə ona diqqət və
hörmət göstərirdi, buna görə də onun gəliĢi çox təmtəraqlı
alındı. "Elə bil, Ponti Pilatdır!"
– Ġvan düĢündü.
Bəli, Ģübhəsiz, bu, onların böyüyü idi. O, kətildə
oturdu, qalanları ayaq üstə dayandı.
– Doktor Stravinski, – oturan adam özünü təqdim etdi
və ona dostcasına nəzər saldı.
– Budur, Aleksandr Nikolayeviç, – səliqəli saqqalı olan
bir nəfər astadan deyib, Ġvan haqqında hər iki tərəfi yazılıb
doldurulmuĢ vərəqi baĢçıya uzatdı.
"Əməllicə Ģəxsi iĢ açıblar!" – Ġvan fikirləĢdi. BaĢçıları
isə öyrəncəli olduğundan vərəqə ötəri göz gəzdirib: "Aha,
aha..." – deyə mızıldadı və ətrafındakılarla az tanıĢ olan bir
dildə qısa fikir mübadiləsi apardı.
"Pilat kimi latın dilində də danıĢır..." – Ġvan qüssə ilə
düĢündü. Bu vaxt eĢitdiyi bir söz onu diksindirdi və əfsuslar
ki, dünən Patriarx gölündə lənətə gəlmiĢ əcnəbinin dediyi,
downloaded from KitabYurdu.org
168
bu gün isə professor Stravinskinin təkrar etdiyi söz –
"Ģizofreniya" idi.
"Axı o, bunu da bilirdi!" – Ġvan həyəcanla fikirləĢdi.
BaĢçı, görünür, ətrafındakıların dediyilə razılaĢmağa,
hər Ģeyə sevinməyə və bunu "çox gözəl, çox gözəl"
sözləriylə bildirməyə adət etmiĢdi.
– Çox gözəl! – deyərək Stravinski vərəqi kiməsə qay–
tardı və Ġvana müraciət etdi: – Siz Ģairsiniz?
– ġairəm, – Ġvan pərt halda dedi və ilk dəfə poeziyaya
nəsə izaholunmaz nifrət hiss etdi, həmin an xatırladığı
Ģeirləri də, nədənsə, heç xoĢuna gəlmədi.
Üz-gözünü qırıĢdırıb, o da, öz növbəsində,
Stravinskidən soruĢdu:
– Siz professorsunuz?
Bunun cavabında Stravinski nəzakətlə baĢını tərpətdi.
– Mən sizinlə danıĢmalıyam, – Ġvan Nikolayeviç
mənalı– mənalı dedi.
– Mən elə bunun üçün gəlmiĢəm, – Stravinski dilləndi.
downloaded from KitabYurdu.org
169
– Məsələ belədir, – Ġvan hiss etdi ki, sözünü deməyin
vaxtı çatıb, – mənə dəli paltarı geyindiriblər, heç kim məni
eĢitmək istəmir!..
– Əsla, biz sizi çox diqqətlə dinləyirik, – Stravinski onu
sakitləĢdirdi, – sizə dəli paltarı geyindirməyə də heç vəchlə
imkan vermərik.
– Elə isə qulaq asın: dünən axĢam mən Patriarx gölündə
qəribə bir adamla rastlaĢdım, əcnəbiydi, ya nə idisə,
Berliozun öləcəyini əvvəlcədən bilirdi və Ponti Pilatı Ģəxsən
görmüĢdü.
Ətrafdakılar qımıldanmadan Ģairə dinməzcə qulaq
asırdılar.
– Pilatı? Ġsa Məsihin dövründə yaĢayan Pilatı? –
Stravinski gözlərini qıyıb Ġvandan soruĢdu.
– Özüdür ki, var.
– Aha, – Stravinski dedi, – Berlioz isə tramvayın altına
düĢüb ölüb?
– Bax, elə məhz onu tramvay Patriarx gölündən azca
aralı gözümün qabağında doğradı, həm də bu müəmmalı
adam...
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |