Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə41/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   151

 

206 


– BaĢa düĢmürəm! BaĢa düĢmürəm! 

Rimski  isə  pəncərəyə  baxa-baxa  gərgin  halda  nə 

haqdasa düĢünürdü. Maliyyə direktoru çox çətin vəziyyətdə 

qalmıĢdı.  Elə  indi,  yerindən  tərpənmədən  qeyri-adi 

hadisənin adi izahını tapmalı idi. 

Maliyyə  direktoru  gözlərini  qıyıb,  Styopanı  bu  gün, 

təxminən, 

saat  on  ikinin  yarısında  hansısa  misli 

görünməmiĢ, həddən artıq sürətli təyyarəyə gecə köynəyində 

və  çəkməsiz  minən  təsəvvür  etdi,  sonra  isə  elə  həmin 

Styopanı  yenə  on  ikinin  yansında  ayağında  corab  Yalta 

aerodromunda  gözünün  qabağına  gətirdi...  Gəl  indi  bundan 

baĢ çıxar! 

Bəlkə,  bu  gün  onunla  öz  evindən  telefonla  danıĢan 

Styopa  deyilmiĢ?  Yox,  Styopa  idi!  Styopanın  səsini 

tanımırdımı!  Bir  də  heç  Styopa  olmasın,  uzağı,  dünən 

axĢama yaxın Styopa öz kabinetindən bu səfeh müqavilə ilə 

həmin  bu  kabinetə  gəlib,  öz  yelbeyinliyilə  maliyyə 

direktorunu  əsəbiləĢdirmiĢdi.  Teatrda  heç  nə  demədən  o 

necə  gedə,  ya  uça  bilərdi?  Əgər  lap  elə  dünən  axĢam  uçsa 

da, bu gün günortaya çatmazdı. Yoxsa çatardı? 

downloaded from KitabYurdu.org




 

207 


– Yaltaya neçə kilometrdir? – Rimski soruĢdu. 

Varenuxa vurnuxmağını dayandırıb bağırdı: 

– Mən  bunu  artıq  götür-qoy  etmiĢəm!  Dəmiryolla 

Sevastopola  qədər,  təxminən,  min  beĢ  yüz  kilometrdir. 

Yaltaya  qədər  də  üstünə  səksən  kilometr  gəl.  Ancaq  hava 

ilə, əlbəttə, azdır. 

Hm...  Bəli...  Qatardan  söz  belə  gedə  bilməz.  Bəs  onda 

necə? Qırıcı təyyarə? Styopanı qırıcı təyyarəyə kim və necə 

buraxar,  özü  də  çəkməsiz?  Niyə?  Bəlkə,  o,  çəkmələrini 

Yaltaya çatandan sonra çıxarıb? Yenə həmin Ģey: niyə? Elə 

çəkməli  də  onu  qırıcı  təyyarəyə  buraxmazlar!  ƏĢi,  qırıcı 

təyyarənin  də  bu  məsələyə  dəxli  yoxdur.  Axı  yazılıb  ki, 

cinayət  axtarıĢ  idarəsinə  gündüz  saat  on  ikinin  yarısında 

gəlib, Moskvada isə telefonla danıĢıb... icazənizlə... bu yerdə 

Rimskinin  gözünün  qabağına  saatının  siferblatı  gəldi...  O, 

əqrəblərin  harada  durduğunu  xatırladı.  DəhĢətdir!  On  ikiyə 

iyirmi dəqiqə iĢləmiĢdi. Bəs onda nə alınır? Əgər fərz etsək 

ki,  Styopa  telefonla  danıĢandan  sonra  elə  həmin  an 

aerodroma  cumub,  beĢ  dəqiqəyə,  deyək,  oraya  çatıb,  yeri 

gəlmiĢkən,  bu  da  ağlabatan  deyil,  belə  çıxır  ki,  havaya 

downloaded from KitabYurdu.org



 

208 


qalxan həmin təyyarə beĢ dəqiqənin içində min kilometrdən 

artıq yol qət edib? Deməli, o, bir saatda on iki min kilometr 

yol gedir. Belə Ģey ola bilməz, deməli, o, Yaltada deyil. 

Daha nə qalır? Hipnoz? Dünyada elə bir hipnoz yoxdur 

ki,  adamı  min  kilometr  uzağa  ata!  Yəqin,  ona  elə  gəlir  ki, 

Yaltadadır! Bəlkə də, ona elə gəlir, bəs Yalta cinayət axtanĢ 

idarəsinə də elə gəlir?! Yox, bağıĢlayacaqsınız, belə Ģey ola 

bilməz!.. Ancaq onlar axı teleqramı oradan vururlar! 

Maliyyə direktorunun sifəti dəhĢətli hala düĢmüĢdü. Bu 

vaxt  qapının  dəstəyini  bayırdan  dartdılar  və  qapının 

arxasında dayanmıĢ xidmətçi qadının qıĢqırığı eĢidildi: 

– Olmaz!  Buraxmaram!  Oldürsələr  də,  qoymaram! 

Ġclasdır! 

Rimski  bacardığı  qədər  özünü  ələ  alıb,  telefonun 

dəstəyini götürdü: 

– Məni təcili Yalta ilə calaĢdırın. 

"Ağılllı hərəkətdir!" – Varenuxa fikrindən keçirdi. 

Ancaq Yalta ilə danıĢıq alınmadı. Rimski dəstəyi yerinə 

qoyub dedi: 

– Tərslikdən xətt xarab olub. 

downloaded from KitabYurdu.org



 

209 


Hiss olunurdu ki, xəttin xarablığı, nədənsə, onun qanını 

xüsusilə  möhkəm  qaraldıb,  hətta  onu  düĢünməyə  də  vadar 

etdi.  Bir  az  fikirləĢib  yenə  dəstəyi  götürdü,  o  biri  əliylə 

dəstəyə dediklərini yazmağa baĢladı. 

– Təcili  teleqram  qəbul  edin.  Varyete.  Bəli.  Yalta. 

Cinayət  axtarıĢ  idarəsinə.  Bəli.  "Bu  gün,  təxminən,  saat  on 

ikinin  yarısında  Lixodeyev  Moskvada  mənimlə  telefonla 

danıĢıb,  nöqtə.  Ġmzasını  təsdiqləyirəm,  nöqtə.  Adı  çəkilən 

artisti  nəzarətə  götürmək  üçün  tədbir  görürəm.  Maliyyə 

direktoru Rimski". 

"Çox  ağıllı  hərəkət  etdi!"  –  Varenuxa  düĢündü,  ancaq 

düz-əməlli düĢünməyə macal tapmamıĢ baĢımdan bu sözlər 

keçdi: "Axmaqlıqdır! O, Yaltada ola bilməz!" 

Rimski  isə  həmin  vaxt  bu  iĢləri  gördü:  gələn  bütün 

teleqramları və özü vurduğu teleqramların surətini səliqə ilə 

bir  yerə  yığıb  zərfə  qoydu,  zərfin  ağzını  yapıĢdırdı,  üstünə 

bir neçə söz yazıb Varenuxaya verdi. 

– Ġvan Savelyeviç, – dedi, – elə indi Ģəxsən özün apar. 

Qoy orada araĢdırsınlar. 

downloaded from KitabYurdu.org




 

210 


"Bax,  bu,  doğrudan  da,  ağıllı  hərəkətdir!"  –  Varenuxa 

fıkrindən keçirib, zərfi portfelinə dürtdü. Sonra hər ehtimala 

qarĢı  Styopanın  mənzilinin  telefon  nömrəsini  yığıb  dinlədi 

və  sevincək  göz  vurub  ağız-burnunu  əydi.  Rimski  boğazını 

uzatdı. 

– Artist Volandı olar? – Varenuxa nəzakətlə dedi. 

– MəĢğuldur,  –  dəstəkdəki  adam  xırıltılı  səslə  cavab 

verdi, – kimdir soruĢan? 

– Varyetenin inzibatçısı Varenuxa. 

– Ġvan Savelyeviç? – dəstəkdəki adam sevincək qıĢqırdı, 

–  sizin  səsinizi  eĢitməkdən  çox  məmnunam!  Kefiniz 

necədir? 

– Mersi,  –  Varenuxa  təəccüblə  cavab  verdi,  –  mən 

kiminlə danıĢıram? 

– Köməkçisidir,  onun  köməkçisi  və  tərcüməçi 

Korovyev,  –  dəstəkdəki  adam  dil-boğaza  qoymurdu,  – 

canla-baĢla  qulluğunuzdayam,  əzizim  Ġvan  Savelyeviç! 

Əmrinizə müntəzirəm. Nə buyurursunuz? 

– BağıĢlayın, Stepan Boqdanoviç Lixodeyev evdədir? 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə