246
Faqot əzilib-büzüldü, piĢik təzim etdi, qız ĢüĢə vitrinləri
açdı.
– Utanıb çəkinmədən buyurun! – Faqot bağırdı.
TamaĢaçılar həyəcanlanmıĢdı, ancaq hələ heç
kimsəhnəyə çıxmağa ürək eləmirdi. Nəhayət, parterdə
onuncu sırada oturan qarasaç bir qadın, heç nəyin vecinə
olmadığını göstərmək üçün, saymazyana gülümsəyərək
durub yan pilləkənlə səhnəyə qalxdı.
– Bravo! – Faqot qıĢqırdı, – ilk müĢtərini salamlayıram!
Begemot, kreslo ver! Ayaqqabıdan baĢlayaq, madam.
Qarasaç qadın kresloda oturdu və Faqot həmin dəqiqə
onun qarĢısındakı xalının üstünə bir yığın tufli tökdü.
Qarasaç qadın tuflisinin sağ tayını çıxardı, yasəmən
rəngdə olanı geyinib baxdı, ayağını xalıya döydü, dabanına
baxdı.
– Sıxmaz ki? – tərəddüdlə soruĢdu.
Faqot bundan inciyərək bərkdən dedi:
– Nə danıĢırsınız, nə danıĢırsınız! – və piĢik pərtlikdən
miyoldadı.
downloaded from KitabYurdu.org
247
– Mən bir cüt götürürəm, müsyö, – qarasaç qadın özünü
sındırmadan deyib, tuflinin ikinci tayını da geyindi.
Qarasaç qadının köhnə tuflilərini pərdənin arxasına
tulladılar, kürən qızın və bir neçə paltar nümunəsini çiyninə
atmıĢ Faqotun müĢayiətilə qadın özü də oraya keçdi. PiĢik
vurnuxurdu, kömək edirdi və daha ciddi görünmək üçün
boynundan dərzi metrəsi asmıĢdı.
Bir dəqiqə sonra qarasaç qadın pərdənin arxasından elə
bir paltarda çıxdı ki, bütün parter köks ötürdü. Heyrətli
dərəcədə gözəlləĢmiĢ cəsarətli qadın güzgünün qarĢısında
dayanıb, çılpaq çiyinlərini oynatdı, boynunun ardındakı
saçlarına toxundu və paltarın arxasına baxmaq üçün geri
əyildi.
– Firma xahiĢ edir ki, bunu xatirə kimi qəbul edəsiniz, –
Faqot içində ətir ĢüĢəsi olan açıq futlyarı qadına verdi.
– Mersi, – qadın təkəbbürlə cavab verib, pilləkənlə
parterə doğru getdi. O getdiyi vaxt tamaĢaçılar yerlərindən
durub futlyara toxunurdular.
Daha heç kimi saxlamaq mümkün deyildi, hər tərəfdən
qadınlar səhnəyə axıĢdı. Həyəcanlı danıĢıqların, gülüĢlərin,
downloaded from KitabYurdu.org
248
ah-ufların içindən kiĢi səsi eĢidildi: "Mən sənə icazə
vermərəm!" – və qadın səsi cavab verdi: "Zalım, meĢĢan,
əlimi qırmayın!" Qadınlar pərdə arxasında yox olub, öz
paltarlarını orada qoyaraq, təzə paltarda çıxırdılar. Ayaqları
qızıl suyuna çəkilmiĢ kətillərdə yan-yana oturan qadınlar
təzə geyindikləri tufliləri cidd-cəhdlə xalıya çırpırdılar.
Faqot diz üstə durub buynuz dabankeĢlə iĢləyirdi, piĢik bir
yığın əl çantasını, tuflini vitrindən kətillərin yanına və geriyə
daĢımaqdan üzülmüĢdü, boğazı eybəcər hala salınmıĢ qız
gah görünürdü, gah yoxa çıxırdı və iĢ o yerə gəlib çatdı ki,
tamam-kamal fransızca qırıldatmağa baĢladı, ən təəccüblüsü
isə bütün qadınların, hətta fransızca bir kəlmə bilməyənlərin
də onu ağzını açan kimi baĢa düĢməsi idi.
Səhnəyə soxulan bir kiĢi hamını heyrətləndirdi. O
bildirdi ki, həyat yoldaĢı qripdir və xahiĢ edir, arvadı üçün
ona nə isə versinlər. VətəndaĢ, doğrudan da, evli olduğunu
sübut etməkdən ötrü pasportunu göstərməyə hazır idi.
QayğıkeĢ ərin sözləri qəhqəhəyə səbəb oldu, Faqot bağırdı
ki, pasportsuz da ona özü kimi inanır və həmin adama iki cüt
downloaded from KitabYurdu.org
249
ipək corab verdi, piĢik öz tərəfindən içində dodaq boyası
olan futlyar əlavə etdi.
Gecikən qadınlar səhnəyə cumurdular, bal paltarlarında,
əjdaha rəsmi olan pijamalarda, rəsmi mərasimlər üçün
kostyumlarda, bir qaĢının üstünə endirilmiĢ Ģlyapalarda
səhnədən xoĢbəxtlər enirdilər.
Faqot elan edəndə ki gec olduğu üçün düz bir
dəqiqədən sonra mağaza sabah axĢama kimi bağlanır,
səhnədə vur-çatlasın baĢladı. Qadınlar geyinib baxmadan
tez-tələsik tufliləri qapırdılar. Biri yel kimi özünü pərdənin
dalına saldı, kostyumunu atıb əlinə ilk keçəni – üstündə
Ģapan-Ģapan gülləri olan ipək xalatı əyninə taxdı, bundan
baĢqa, iki ətir ĢüĢəsi də götürməyə macal tapdı.
Düz bir dəqiqə keçmiĢ tapançadan atəĢ açıldı, güzgülər,
vitrinlər, kətillər yoxa çıxdı, xalılar da pərdələr kimi havada
əridi. Sonda dağ kimi qalaqlanmıĢ köhnə paltarlar,
ayaqqabılar yoxa çıxdı və səhnə yenə öz ciddi, boĢ, çılpaq
görkəmini aldı.
Bax, bu yerdə yeni iĢtirakçı məsələyə qarıĢdı.
XoĢ, gur, bariton səsli adam 2 №-li lojadan israrla dedi:
downloaded from KitabYurdu.org
250
– VətəndaĢ artist, hər halda, yaxĢı olardı siz təcili
surətdə tamaĢaçılar qarĢısında öz fokuslarınızın, xüsusilə də
kağız pullarla göstərdiyiniz fokusun texnikasını ifĢa
edəsiniz. Konferansyeni də səhnəyə qaytarmağınız yaxĢı
olardı. Onun taleyi tamaĢaçıları narahat edir.
Bariton səs baĢqa birisinə yox, məhz gecənin fəxri
qonağı, Moskva teatrlarının akustika komissiyasının sədri
Arkadi Apollonoviç Sempleyarova məxsus idi.
Arkadi Apollonoviç lojada iki xanımın arasında
oturmuĢdu: yaĢlı olan bahalı və dəblə, cavan, qəĢəng olan
isə sadə geyinmiĢdi. Birincisi, protokol bağlananda tezliklə
aydınlaĢdığı kimi, Arkadi Apollonoviçin həyat yoldaĢı,
ikincisi isə onun uzaq qohumu, Saratovdan gəlib Arkadi
Apollonoviçlə həyat yoldaĢının mənzilində yaĢayan,
yaradıcılığa yeni baĢlamıĢ ümidverici aktrisa idi.
– Pardon! – Faqot cavab verdi, – üzr istəyirəm, burada
ifĢa olunası bir Ģey yoxdur, hər Ģey aydındır.
– Yox, bağıĢlayın! ĠfĢa olduqca vacibdir. Bunsuz sizin
çox gözəl nömrələriniz ağır təəssürat yaradacaq. TamaĢaçı
kütləsi izah tələb edir.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |