251
– TamaĢaçı kütləsi, – həyasız oyunbaz Sempleyarovun
sözünü kəsdi, – deyəsən, heç nə bildirməyib. Ancaq qoy
belə olsun, Arkadi Apollonoviç, sizin böyük istəyinizi
nəzərə alıb ifĢa edərəm. Bunun üçün, icazənizlə, bir dənə də
kiçik nömrə göstərərdim.
– Niyə də yox, – Arkadi Apollonoviç təkəbbürlə dedi, –
ancaq mütləq ifĢası da olsun!
– BaĢ üstə, baĢ üstə. Beləliklə, icazənizlə sizdən
soruĢum, dünən axĢam harada olmusunuz, Arkadi
Apollonoviç?
Bu yersiz, hətta, ola bilsin, ədəbsiz sualdan Arkadi
Apollonoviçin sifəti dəyiĢdi, həm də olduqca çox dəyiĢdi.
– Dünən
axĢam
Arkadi
Apollonoviç
akustika
komissiyasının iclasında olub, – Arkadi Apollonoviçin həyat
yoldaĢı təkəbbürlə dedi, – ancaq mən anlamıram, bunun
magiyaya nə dəxli var?
– Ax, madam, təbii ki, dəxli var, – Faqot təsdiq etdi, –
siz anlamırsınız. Ġclasa gəlincə, siz tamamilə yanılırsınız.
Həmin iclasa getmək adıyla evdən çıxan – sözgəliĢi deyim
ki, dünənə belə bir iclas təyin olunmamıĢdı – Arkadi
downloaded from KitabYurdu.org
252
Apollonoviç akustika komissiyasının Çistıy gölü sahilindəki
binasının yaxınlığında öz sürücüsünü buraxıb (bütün teatr
susmuĢdu), avtobusla Yeloxovskaya küçəsinə, səyyar rayon
teatrının artisti Militse Andreyevna Pokobatkoya qonaq
gedib və təxminən, dörd saat onun yanında olub.
– Oy! – çökmüĢ sükutda kimsə iztirab dolu bir səslə
bərkdən dedi.
Arkadi Apollonoviçin gənc qohumu isə birdən vahiməli
bir qəhqəhə çəkdi.
– Hər Ģey aydındır! – o dedi, – mən çoxdan bundan
ĢübhələnmiĢdim. Bu fərsizin Luiza rolunu necə aldığı indi
mənə aydın oldu!
Və gözlənilmədən bənövĢəyi rəngli qısa, yoğun çətiri
qaldırıb Arkadi Apollonoviçin baĢına çırpdı.
Həm də Korovyev olan əclaf Faqot qıĢqırdı:
– Hörmətli vətəndaĢlar, bu da Arkadi Apollonoviçin
israrla görmək istədiyi ifĢalardan biri!
– Yaramaz qız, sən nə cürət edib Arkadi Apollonoviçə
toxunursan? – Arkadi Apollonoviçin həyat yoldaĢı ayağa
qalxıb, öz nəhəng bədənini əsdirə-əsdirə qəzəblə soruĢdu.
downloaded from KitabYurdu.org
253
Gənc qohum ikinci dəfə iblisanə qəhqəhə çəkdi.
– BaĢqalarını deyə bilmərəm, – o güldü, – ancaq mənim
toxunmağa cürətim çatır! – və ikinci dəfə Arkadi
Apollonoviçin baĢına çırpılan çətirin Ģappıltısı eĢidildi.
– Milis! Tutun onu! – Sempleyarovun həyat yoldaĢı elə
dəhĢətli səslə çığırdı ki, çoxlarının ürəyi qopdu.
Bu yerdə piĢik də rampaya sıçrayıb, birdən insan səsi
ilə bağırdı:
– Seans bitdi! Maestro! MarĢ guppuldat!!!
HavalanmıĢ dirijor nə etdiyini özü də bilmədən
çubuğunu yellədi və orkestr çalmadı, hətta guruldamadı,
məhz piĢiyin iyrənc Ģəkildə ifadə etdiyi kimi ağla gəlməyən,
ədəbsizlikdə tayı-bərabəri olmayan bir marĢ guppuldatdı.
Hamıda bir an elə təsəvvür oyandı ki, haçansa cənub
səmasındakı ulduzların altında, kafeĢantanda bu marĢın
mənasız, ancaq ovqat yaradan sözləri ətrafa yayılıb:
Cənab zati-aliləri
Sevirdi ev quĢlarını,
Alırdı himayəsinə
Gözəl-göyçək qızları!!!
downloaded from KitabYurdu.org
254
Bəlkə də, heç bu sözlər olmamıĢdı, elə bu musiqiylə
baĢqa, lap ədəbsiz sözlər oxunmuĢdu. Əsas bu deyildi, əsas
o idi ki, bütün bunlardan sonra Varyetedə qiyamət qopdu.
Sempleyarovun lojasında milisionerlər qaçıĢırdı, hər Ģeyi
bilmək
istəyənlər
məhəccərə
dırmaĢırdılar, orkestr
sinclərinin cingiltisində batan dəli qəhqəhələr, hirsli
qıĢqırıqlar eĢidilirdi.
Səhnə birdən-birə boĢaldı, yaramaz piĢik Begemot kimi
kələkbaz Faqot da havada əriyib itdi, necə ki bir az əvvəl
üzlüyü bozarmıĢ kreslosu ilə birlikdə cadugər yoxa çıxmıĢdı.
XIII fəsil
QƏHRƏMANIN GƏLĠġĠ
Deməli, naməlum adam Ġvanı barmağı ilə hədələyib
pıçıldadı: "Sss!"
downloaded from KitabYurdu.org
255
Ġvan ayağını çarpayıdan sallayıb boylandı. Üzü qırxıq,
gözləri iztirablı, topa saçları alnına tökülmüĢ otuz səkkiz
yaĢlarında qarasaç, sivriburun bir adam ehtiyatla eyvandan
otağa baxırdı.
Ġvanın tək olduğuna inanandan və ətrafı dinləyəndən
sonra sirli qonaq ürəklənib otağa girdi. Ġvan onun xəstəxana
paltarında olduğunu gördü. Əynində alt paltarı vardı,
çəkələyi yalın ayağına keçirmiĢdi, boz xalatı çiyninə
atmıĢdı.
Gələn adam Ġvana göz vurdu, açar topasını cibində
gizlədib astadan dedi: "Oturmaq olar?" – baĢla razılıq iĢarəsi
alıb kresloya çökdü.
– Siz bura necə gəldiniz? – quru barmağın hədəsinə tabe
olan Ġvan pıçıltı ilə soruĢdu, – axı eyvanın barmaqlığı
qıfıllıdır?
– Barmaqlıq qıfıllıdır, – qonaq təsdiq etdi, – Praskovya
Fyodorovna yaxĢı insandır, ancaq əfsus ki, huĢsuzdur. Bir ay
əvvəl açar topasmı ondan çırpıĢdırmıĢam, buna görə də
bütün mərtəbə boyu uzanan ümumi eyvana çıxıb, hərdən
qonĢulara baĢ çəkirəm.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |