266
– Mən ana dilindən baĢqa beĢ dil bilirəm, – qonaq cavab
verdi, – ingilis, alman, fransız, latın və yunan. Az-maz
italyan dilində də oxuyuram.
– Gör ha! – Ġvan həsədlə pıçıldadı.
Heç yerdə qohumu, Moskvada, demək olar, tanıĢı
olmayan tarixçi tək yaĢayırmıĢ. Və təsəvvür edin, bir dəfə
yüz min rubl udur.
– Heyrətimi gözünüzün qabağına gətirin, – qarapapaqlı
qonaq pıçıldadı, – əlimi kirli alt paltarları yığılmıĢ zənbilə
soxub nə görsəm yaxĢıdır: qəzetdəki nömrə ilə bu eynidir.
Ġstiqraz vərəqəsini, – izah etdi, – mənə muzeydə vermiĢdilər.
Ġvanın yüz min udan müəmmalı qonağı belə hərəkət
edib: kitablar alıb, Myasnitskayadakı mənzilini atıb...
– Ax, lənətəgəlmiĢ ucqar! – qonaq mızıldadı.
... və Arbat yaxınlığındakı dalanda evtikənlərdən
18
bir
yer kirayələyib...
18
Evtikən – yeni iqtisadi siyasət dövründə kiçik bina tikməyə hüququ olan adamlar
sonradan həmin binaların sahibinə çevrildilər.
downloaded from KitabYurdu.org
267
– Siz bilirsinizmi, evtikən nə deməkdir? – qonaq
Ġvandan soruĢdu və dərhal da izah etdi: – Bu, bir ovuc
fırıldaqçıdır ki, hansı yollasa Moskvada salamat qalıb...
Evtikəndən bağçası olan kiçik evin zirzəmisində iki
otaq kirayələyib. Muzeydəki iĢini atıb, Ponti Pilat haqqında
roman yazmağa baĢlayıb.
– Ah, bu, qızıl dövr idi, – o, gözləri parıldaya-parıldaya
pıçıldadı, – ayrıca mənzil, üstəlik, artırma və orada su dolu
əlüzyuyan, – nəyə görəsə bunu çox fəxrlə vurğuladı, –
doqqazdan gələn ensiz səkinin lap bərabərində xırda
pəncərələr. QarĢı tərəfdə, dörd addımlıqda, hasarın dibində
yasəmən, cökə, bir də ağcaqayın. Bəh, bəh, bəh! QıĢda az-az
olardı ki, pəncərədən kiminsə çirkli ayaqqabılarını
görəydim, ayaq altda qalan qarın xırçıltısını eĢidəydim.
Sobam həmiĢə gurhagur yanırdı. Ancaq qəfil yaz girdi,
pəncərələrin tutqun ĢüĢəsindən mən əvvəlcə çılpaq, sonra isə
yaĢıllaĢan yasəmən kolunu gördüm. Bax, elə onda, ötən yaz,
yüz min rubl udmaqdan daha valehedici bir hadisə baĢ verdi.
Yüz min isə, razılaĢın ki, çox böyük məbləğdir!
– Elədir, – diqqətlə qulaq asan Ġvan etiraf etdi.
downloaded from KitabYurdu.org
268
– Mən xırda pəncərələri açıb ikinci, lap kiçik otağa
yığıĢdım, – qonaq əliylə göstərməyə baĢladı, – belə... burada
divan, qarĢı tərəfdə o biri divan, onların arasında masa,
masanın üstündə qəĢəng gecə lampası, pəncərənin böyründə
kitablar, burada kiçikyazı stolu, on dörd metrlik birinci
böyük otaqda isə – kitablar, kitablar, bir də soba. Ax, necə
gözəl Ģəraitim var idi!
Yasəmənin ətri adamı bihuĢ edir! BaĢım yorğunluqdan
yüpyüngül, Pilat haqqında roman isə sona yaxınlaĢır...
– Ağ mantiya, qırmızı astar! BaĢa düĢürəm! – Ġvan
bərkdən dedi.
– Tamamilə doğrudur! Pilat axıra yaxınlaĢırdı və mən
artıq bilirdim ki, romanın son cümləsi belə olacaq:
"...Ġudeyanın beĢinci prokuratoru, süvari Ponti Pilat". Təbii
ki, gəzməyə də çıxırdım. Yüz min böyük məbləğdi, mənim
əla kostyumum vardı. Hərdən hansısa bir ucuz restorana
nahar etməyə yollanırdım. Arbatda gözəl restoran var idi,
bilmirəm, indi dururmu?
Bu yerdə qonağın gözləri geniĢ açıldı və o, aya baxa-
baxa pıçıldadı:
downloaded from KitabYurdu.org
269
– O, əlində ürək sıxan xoĢagəlməz sarı güllər tutmuĢdu.
Adını da bilmirəm, ancaq nədənsə Moskvada ilk dəfə o
güllər peyda olur. Bu güllər onun qara yaz paltosunun
fonunda çox seçilirdi. Əlində sarı güllər tutmuĢdu!
XoĢagələn rəng deyil. O, Tverskoydan dalana buruldu və
geri boylandı. Tverskoya bələdsiniz də? Tverskoydan
minlərlə adam keçir, ancaq sizi əmin edirəm, o təkcə məni
gördü, təlaĢla deməzdim, ağrı ilə, əzabla mənə baxdı. Onun
gözəlliyindən çox, gözlərindəki qeyri-adi, heç kimin
sezmədiyi tənhalıq məni sarsıtdı.
Bu sarı əlamətə boyun əyib, mən də dalana buruldum
və onun arxasınca getdim. Əyri-üyrü, cansıxıcı dalanla
dinməzcə gedirdik. Mən küçənin biri tərəfində, o isə əks
tərəfində. Təsəvvür edin, dalanda heç kim yox idi. Mən əzab
çəkirdim, çünki mənə elə gəlirdi onunla mütləq danıĢmaq
lazımdır və narahat olurdum ki, ağzımı açıb bir 144 kəlmə
deyə bilməyəcəyəm, o isə çıxıb gedəcək, bir daha onu
görməyəcəm...
Ġnanmazsınız, qəfildən o özü danıĢdı:
– Mənim güllərim xoĢunuza gəlirmi?
downloaded from KitabYurdu.org
270
Onun səsini aydın xatırlayıram, nə qədər mənasız olsa
da, mənə elə gəldi ki, qırıq-qırıq dediyi sözlər dalanın çirkli
sarı hasarına dəyib əks-səda verdi. Tələsik onun getdiyi
tərəfə keçib cavab verdim:
– Yox.
O, mənə təəccüblə baxdı, mən isə birdən, tamam
gözlənilmədən baĢa düĢdüm ki, bütün ömrüm boyu məhz bu
qadını sevmiĢəm! Əcəb iĢdir, hə? Siz, əlbəttə, deyəcəksiniz
ki, dəliyəm.
– Mən heç nə demirəm, – Ġvan bərkdən dedi və əlavə
etdi: – Yalvarıram, danıĢın!
Qonaq söhbətinə davam elədi:
– Bəli, o, təəccüblə mənə baxıb soruĢdu:
– Siz, ümumiyyətlə, gülləri sevmirsiniz?
Mənə elə gəldi, onun səsində bir ədavət çaları var.
Onunla ayaqlaĢmağa çalıĢaraq yanınca gedirdim və nə qədər
təəccüblü olsa da, özümü çox sərbəst hiss edirdim.
– Yox, mən gülləri sevirəm, ancaq beləsini yox, –
dedim.
– Bəs necəsini?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |