256
– Siz ki eyvana çıxırsınız, onda buradan qaça da
bilərsiniz. Yoxsa hündürdür? – Ġvan maraqlandı.
– Yox, – qonaq qətiyyətlə dedi, – mən buradan qaça
bilmərəm, hündür olduğuna görə yox, ona görə ki, qaçmağa
yerim yoxdur. – Bir az susub əlavə etdi: – ĠliĢmiĢik, hə?
– ĠliĢmiĢik, – Ġvan yad adamın narahat qonur gözlərinə
baxaraq cavab verdi.
– Bəli... – qonaq birdən təĢviĢə düĢdü, – ancaq mən
əminəm ki, siz coĢub özünüzdən çıxmırsınız. Yoxsa
bilirsinizmi, mənim səs-küy, zorakılıq və buna bənzər
Ģeylərlə aram yoxdur. Xüsusilə də insan çığırtısından zəhləm
gedir, istər əzabdan, istər qəzəbdən – nədən olur-olsun.
Məni sakitləĢdirin, deyin, siz özünüzdən çıxmırsınız?
– Dünən restoranda bir tipin sifətinə iliĢdirdim, –
dəyiĢmiĢ Ģair kiĢi kimi boynuna aldı.
– Səbəb? – qonaq ciddi surətdə soruĢdu.
– Boynuma alıram ki, səbəbsiz yerə, – Ġvan pərt oldu.
– Biabırçılıqdır, – qonaq Ġvanı qınadı, – bilirsinizmi,
yumruqla... Yox, yaxĢısı budur, belə Ģeyləri birdəfəlik
tərgidin.
downloaded from KitabYurdu.org
257
Ġvanı məzəmmətləyəndən sonra qonaq xəbər aldı:
– Sənətiniz?
– ġair, – Ġvan, nədənsə, həvəssiz etiraf etdi.
Yad adam kədərləndi.
– Of, bəxtim necə də gətirmir! – ucadan dedi və o saat
da özünü yığıĢdırıb üzr istədi. – Bəs soyadınız?
– Bezdomnı.
– Heyif... – qonaq üz-gözünü qırıĢdırdı.
– Nədir, olmaya Ģeirlərim xoĢunuza gəlmir? – Ġvan
maraqlandı.
– Özü də son dərəcə.
– Bəs siz hansıları oxumusunuz?
– Sizin Ģeirlərin heç birini oxumamıĢam! – yad adam
əsəbi halda dedi.
– Onda niyə belə deyirsiniz?
– Burada nə var ki, – qonaq cavab verdi, – guya,
baĢqalarınınkını oxumamıĢam? Təəccüblü nə ola bilər?
YaxĢı, mən sizin sözünüzə inanmağa hazıram. Özünüz
deyin, sizin Ģeirlər yaxĢıdır?
– DəhĢətdir! – Ġvan birdən cəsarətlə etiraf etdi.
downloaded from KitabYurdu.org
258
– Daha yazmayın! – yad adam, az qala, yalvardı.
– Söz verirəm, and içirəm! – Ġvan təntənəli Ģəkildə dedi.
Əl verməklə andı möhkəmləndirdilər, bu vaxt dəhlizdən
asta addım səsləri və danıĢıq eĢidildi.
– Sss, – qonaq pıçıldadı və eyvana atılıb barmaqlığı
arxasınca bağladı.
Praskovya Fyodorovna otağa baĢ çəkib, Ġvanın özünü
necə hiss etdiyini, qaranlıqda, ya iĢıqda yatmaq istədiyini
soruĢdu. Ġvan xahiĢ etdi ki, iĢığı söndürməsin və Praskovya
Fyodorovna xəstəyə Ģirin yuxu arzulayıb getdi. Sakitlik
çökəndə qonaq təzədən qayıtdı.
O, pıçıltı ilə Ġvana xəbər verdi ki, 119-cu otağa yenicə
kök,
qırmızısifət
bir
adam
gətiriblər,
elə
hey
ventilyasiyadakı valyutadan nəsə qırıldadır və and içir ki,
onların Sadovıdakı binasında cin-Ģəyatin peyda olub.
– PuĢkin haqqında ağzına gələni deyir, elə hey qıĢqırır:
"Kurolesov, bis, bis!" – qonaq narahat halda dedi. Bir az
sakitləĢib oturdu. – ƏĢi, Allah bilən məsləhətdir, – və Ġvanla
söhbətini davam etdirdi: – Bəs siz nəyə görə buraya
düĢmüsünüz?
downloaded from KitabYurdu.org
259
– Ponti Pilata görə, – Ġvan qaĢqabağını sallayıb,
döĢəməyə baxa-baxa cavab verdi.
– Necə?! – qonaq ehtiyatlı olmağı unudub qıĢqırdı və
əliylə ağzını tutdu, – təsadüfə bax! Yalvarıram, yalvarıram,
danıĢın!
Yad adama nəyə görəsə ürəyi qızdığından, Ġvan
Patriarx gölündə dünən baĢ verən əhvalatı əvvəlcə duruxa-
duruxa, sıxıla-sıxıla, sonra isə cəsarətə gəlib yerli-yataqlı
danıĢmağa baĢladı. Bəli, müəmmalı açar oğrusunun Ģəxsində
Ġvan Nikolayeviç qədirbilən dinləyici tapmıĢdı! Qonaq Ġvanı
dəli saymırdı, danıĢılanlara çox böyük maraq göstərirdi və
əhvalatın qızğın yerində, nəhayət, vəcdə gəldi. Tez-tez
Ġvanın sözünü kəsməyə baĢladı:
– Di danıĢın! Yalvarıram sizə, sonra, sonra. Sizi and
verirəm, heç nəyi unutmayın!
Ġvan heç nəyi unutmadı, danıĢmaq onun özünə də asan
gəlirdi və tədricən Ponti Pilatın qan-qırmızı astarlı ağ
mantiyada eyvana çıxdığı yerə çatdı.
Qonaq bu vaxt dua edirmiĢ kimi əllərini qoĢalayıb
pıçıldadı:
downloaded from KitabYurdu.org
260
– Ah, mən necə də duymuĢdum! Ah, mən necə də
hamısını duymuĢdum!
Berliozun dəhĢətli ölüm səhnəsini qonaq müəmmalı
qeydlərlə müĢayiət etdi, gözləri həm də qəzəblə alıĢıb-yandı:
– Bircə ona heyifsilənirəm ki, bu Berliozun yerində
tənqidçi Latunski, ya ədəbiyyatçı Mstislav Lavroviç
olmayıb, – qəzəbini içində boğaraq dedi: – Sonra!
Konduktor qadına yolpulu verən piĢik qonağı xeyli
əyləndirdi və öz söhbətinin ləzzət elədiyini görüb, ikiĢahılığı
bığının yanında tutan piĢiyi yamsılayaraq həyəcanlanmıĢ
Ġvanın çömbəlib yavaĢca hoppandığına baxa-baxa uğunub
getdi.
– Bax beləcə, – Qriboyedovdakı əhvalatı da danıĢan
Ġvan kədərlənərək, dalğın halda söhbətini bitirdi, – gəlib
bura düĢdüm.
Qonaq canıyananlıqla əlini yazıq Ģairin çiyninə qoydu.
– Bədbəxt Ģair! Ancaq əzizim, günah sizin özünüzdədir.
Özünüzü onlarla bu qədər sərbəst, hətta həyasızcasına
aparmamalıydınız. Bu da nəticəsi. Hələ Ģükür eləyin ki,
canınızı nisbətən salamat qurtara bilmisiniz.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |