241
– BaĢı qoparılsın! – kimsə yuxarı yarusdan ciddi Ģəkildə
dedi.
– Necə dediniz? Nə? – Faqot bu biabırçı təklifə o saat
hay verdi, – baĢı qoparılsın? Bu, yaxĢı ideyadır! Begemot! –
o, piĢiyə qıĢqırdır – əməl et! Eyn, svey, drey!!!
GörünməmiĢ hadisə baĢ verdi. Qara piĢiyin tükləri biz-
biz oldu, dəhĢətli bir səslə miyoldadı. Sonra bəbir kimi
yığılıb Benqalskinin sinəsinə, oradan da baĢına sıçradı.
Mırıldayıb koppuĢ pəncələrilə konferansyenin seyrək
saçlarından yapıĢdı və vəhĢicəsinə miyoldayıb, iki dəfə
burmaqla baĢı yoğun boyundan qopardı.
Teatrdakı iki min beĢ yüz adam bir nəfər kimi qıĢqırdı.
QırılmıĢ boyun arteriyalarından qan fəvvarə vurub köynəyi,
frakı batırdı. BaĢsız bədənin ayaqları yöndəmsiz Ģəkildə
qatlandı və o, döĢəməyə oturdu. Zaldan qadınların isterik
çığırtıları eĢidildi. PiĢik baĢı Faqota verdi, o, saçından tutub
baĢı tamaĢaçılara göstərdi və baĢ ümidsizcəsinə qıĢqırdı:
– Həkim çağırın!
– Sən yenə ağzına gələni danıĢacaqsan? – Faqot ağlayan
baĢdan hirslə soruĢdu.
downloaded from KitabYurdu.org
242
– Daha danıĢmayacam! – baĢ xırıldadı.
– Allah xatirinə, ona əzab verməyin! – lojadakı hay-
küyün içindən qəfil qadın səsi eĢidildi və cadugər həmin
səsə tərəf çevrildi.
– Nə deyirsiz, vətəndaĢlar, bağıĢlayaq onu? – Faqot
zaldan soruĢdu.
– BağıĢlansın! BağıĢlansın! – əvvəlcə yer-yerdən, ən
çox da qadın səsləri eĢidildi, sonra kiĢi səsləri də onlara
qoĢuldu.
– Nə buyuracaqsınız, messir? – Faqot maskalıdan xəbər
aldı.
– Nə etməli, – o, fikirli halda cavab verdi, – necə olsalar
da, insandırlar. Pulu sevirlər, ancaq axı həmiĢə belə olub...
BəĢəriyyət pulu sevir – dəridən, kağızdan, tuncdan, ya
qızıldan, nədən hazırlanır-hazırlansın, fərqi yoxdur.
Yelbeyindirlər... amma nə olsun... hərdən ürəkləri rəhmə də
gəlir...
adi
adamlardır...
ümumiyyətlə,
əvvəlkiləri
xatırladırlar... təkcə mənzil məsələsi onları korlayıb... – və
bərkdən əmr etdi, – baĢı yerinə yapıĢdırın.
downloaded from KitabYurdu.org
243
PiĢik diqqətlə niĢan alıb baĢı zərblə boyuna basdı və baĢ
düz yerinə oturdu, elə bil, heç bədəndən ayrılmamıĢdı. Ən
əsası da, boyunda hətta çapıq belə qalmamıĢdı. PiĢik
pəncəsini Benqalskinin frakına, niĢastalı yaxalığına çəkdi və
qan izi yoxa çıxdı. Faqot oturmuĢ Benqalskini ayağa
qaldırdı, frakının cibinə bir paçka onluq qoyub, səhnədən bu
sözlərlə yola saldı:
– Əkilin buradan! Sizsiz daha Ģən keçər.
Konferansye ətrafına key-key baxa-baxa, səndələyə-
səndələyə yanğınsöndürmə postuna qədər gedə bildi və
orada halı pisləĢdi. O, yazıq-yazıq qıĢqırdı:
– BaĢım mənim, baĢım mənim!
Ona tərəf atılanların içində Rimski də var idi.
Konferansye
ağlayırdı,
əllərini
havada
gəzdirirdi,
donquldanırdı:
– Mənim baĢımı verin! BaĢımı qaytarın! Mənzilimi alın,
tablolarımı alın, təkcə baĢımı qaytarın!
Xidmətçi həkim dalınca qaçdı. Benqalskini geyinmə
otağında divana uzatmağa çalıĢdılar, ancaq o, əl-qol atmağa
baĢladı. Karet çağırası oldular. Bədbəxt konferansyeni
downloaded from KitabYurdu.org
244
aparandan sonra Rimski yenə səhnəyə tərəf qaçdı və gördü
ki, orada yeni möcüzələr baĢ verir. Hə, yeri gəlmiĢkən,
həmin vaxt, ya ondan bir az əvvəl cadugər öz rəngi bozarmıĢ
kreslosu ilə səhnədən yox olmuĢdu, onu da demək lazımdır
ki,
Faqotun
səhnədə
çıxartdığı qeyri-adi oyunlara
tamaĢaçıların baĢı qarıĢdığından, bunu heç kim hiss eləmədi.
Faqot isə xəsarət almıĢ konferansyeni yola salıb,
tamaĢaçılara elan etdi:
– Bu zəhlətökəni bitiĢdirdik, indi gəlin qadın geyimləri
mağazası açaq!
Səhnə dərhal Ġran xalıları ilə döĢəndi, kənarlarından
yaĢılımtıl borucuqlarla iĢıqlandırılmıĢ iri güzgülər,
güzgülərin arasında vitrinlər peyda oldu, sevincdən ağızları
açıla qalmıĢ tamaĢaçılar vitrinlərdə Parisdən gətirilmiĢ
müxtəlif rəngdə və fasonda qadın paltarları gördülər. Bu, tək
bir vitrində idi, o birilərinə yüzlərlə lələkli, lələksiz, toqqalı,
toqqasız Ģlyapa, dəridən, atlazdan, zamĢadan həm qayıĢlı,
həm də cürbəcür daĢlarla bəzədilmiĢ yüzlərlə qara, ağ, sarı
tufli düzülmüĢdü. Tuflilərin arasına qoyulan futlyarlardakı
downloaded from KitabYurdu.org
245
büllur ətir ĢüĢələrinin naxıĢları iĢıqda bərq vururdu. Antilop
və maral dərisindən, ipək parçadan hazırlanan əl çantaları,
onların yanında içində dodaq boyası olan qızılı naxıĢlı
uzunsov balaca futlyarlar dağ kimi qalaqlanmıĢdı.
Haradansa peyda olmuĢ, boynundakı əcaib çapığı
gözəlliyini korlayan kürən qız qara ziyafət paltarında
vitrinlərin
yanında
dayanıb,
ixtiyar
sahibi
kimi
gülümsəyirdi.
Faqot qımıĢaraq elan etdi ki, firma tamamilə pulsuz
olaraq köhnə qadın paltarlarını, ayaqqabılarını Paris modeli
olan paltar və ayaqqabılara dəyiĢir. Eyni sözləri əl çantaları,
ətirlər və baĢqa Ģeylər haqqında da dedi.
PiĢik ayaqlarını, pəncələrini yerə vurub, gələnləri
qarĢılayan qapıçıya xas hərəkətlər etdi.
Qız xırıltılı səslə olsa da, avazla, düzgün tələffüz
etmədən nəsə az anlaĢılan sözlər deməyə baĢladı, ancaq
parterdəki qadınların sifətindən bunların çox Ģirnikdirici
sözlər olduğu hiss edilirdi.
– Qerlen, ġanel nömrə beĢ, Mitsuko, Narsis Nuar,
axĢam paltarları, kokteyl paltarlar...
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |