226
XII fəsil
QARA MAGĠYA VƏ ONUN ĠFġASI
BaĢına deĢikli sarı Ģlyapa qoymuĢ, armudĢəkilli tünd-
qırmızı burun taxmıĢ dama-dama Ģalvarlı, laklanmıĢ çəkməli
balaca bir adam adi ikitəkərli velosipedlə Varyetenin
səhnəsinə çıxdı. O, fokstrot sədaları altında dövrə vurub
qalib kimi hayqırdı və velosipedi Ģahə qaldırdı. Balaca adam
velosipedi bir az dal təkər üstündə sürüb, çevrilərək
ayaqlarını mil qaldırdı, sürə-sürə qabaq təkəri açıb səhnənin
arxasına diyirlətdi, sonra pedalı əlləriylə fırlada-fırlada bir
təkərlə yoluna davam etdi.
Əynindəki triko və yubkaya gümüĢü ulduzlar
səpələnmiĢ kök sarıĢın qadın oturacağı yüksəkdə olan
birtəkərli uzun metal dirəyin üstündə səhnəyə çıxıb dövrə
vurmağa baĢladı. Onunla qarĢılaĢanda balaca adam
qıĢqıraraq salamlaĢır və yumru Ģlyapasını ayağı ilə baĢından
çıxarırdı.
downloaded from KitabYurdu.org
227
Nəhayət, səkkiz yaĢlarında qoca sifətli bir uĢaq çox iri
avtomobil siqnalı bərkidilmiĢ bapbalaca velosipedlə səhnəyə
çıxıb, böyüklərin arasında sapma vurmağa baĢladı.
Bir neçə dövrədən sonra orkestr barabanlarının
həyəcanlı sədaları altında bütün dəstə sürətlə səhnənin lap
kənarına yaxınlaĢdı və birinci cərgədə oturanlar qıĢqırıĢıb
geri dartındılar, tamaĢaçılara elə gəldi ki, indi onların hər
üçü öz velosipedilə orkestrin üstünə aĢacaq.
Ancaq qabaq təkərlər boĢluqda sürüĢüb çalğıçıların
baĢına düĢhadüĢdə velosipedlər dayandı. Velosipedçilər
"hop!" deyə yerə atılaraq baĢ əydilər, sarıĢın qadın
tamaĢaçılara hava öpüĢü göndərdi, uĢaq isə öz məzəli
avtomobil siqnalı ilə camaatın baĢ-qulağını dəng elədi.
AlqıĢlar binanı titrətdi, mavi pərdə hər iki tərəfdən
sürüĢüb velosipedçiləri görünməz etdi, qapının üstündə
"ÇıxıĢ" sözləri yazılmıĢ yaĢıl iĢıqlar söndü, hörümçək toru
kimi iplər sallanan günbəzin altında isə günəĢ kimi ağ Ģarlar
yandı. Sonuncu hissədən əvvəl fasilə elan olundu.
Culli ailəsinin velosipedlə göstərdiyi möcüzələrə heç
bir maraq göstərməyən yeganə adam Qriqori Daniloviç
downloaded from KitabYurdu.org
228
Rimski idi. O, tək-tənha öz kabinetində oturub nazik
dodaqlarını gəmirirdi, hərdən-hərdən sifəti səyriyirdi.
Lixodeyevin qeyri-adi Ģəraitdə itkin düĢməsinin ardınca
inzibatçı Varenuxa da tamam gözlənilmədən yoxa çıxmıĢdı.
Rimski bilirdi o hara gedib, ancaq o getmiĢdi və... geri
qayıtmamıĢdı! Rimski çiyinlərini çəkib, öz-özünə pıçıldadı:
– Axı nəyə görə?!
Qəribə iĢdir: maliyyə direktoru kimi iĢgüzar adam üçün
Varenuxanın getdiyi yerə zəng vurub, orada nə baĢ verdiyini
öyrənmək, əlbəttə, asan bir Ģeydi, di gəl, axĢam saat ona
qədər özünü buna məcbur edə bilmədi.
Saat onda isə Rimski özünü əziyyətə salıb telefonun
dəstəyini qaldırdı və əmin oldu ki, telefon iĢləmir. Xidmətçi
məlumat verdi ki, binadakı baĢqa aparatlar da xarab olub.
Əlbəttə, bu xoĢagəlməz, ancaq heç bir qeyri-adiliyi olmayan
hadisə, nədənsə, maliyyə direktorunu lap sarsıtdı, intəhası,
həm də sevindirdi: zəng vurmaq məcburiyyətindən canı
qurtarmıĢdı.
Fasilənin baĢlandığını bildirən qırmızı lampa maliyyə
direktorunun baĢı üstündə yanıb-sönəndə xidmətçi daxil
downloaded from KitabYurdu.org
229
olub əcnəbi artistin gəldiyini xəbər verdi. Maliyyə
direktorunun nəyə görəsə bədəni ürpəĢdi və bulud kimi
qaralıb, qastrolçunu qəbul etmək üçün səhnə arxasına keçdi,
çünki onu qarĢılayası baĢqa adam yoxdu.
Dəhlizin
baĢındakı, artıq xəbərdarhq zənginin
cingildədiyi iri geyinmə otağına maraq üçün müxtəlif
bəhanələrlə boylananlar çox idi. Parıltılı xalat geyinmiĢ,
çalma qoymuĢ fokusçular, ağ toxunma gödəkcədə
konkisürən, pudradan rəngi ağarmıĢ hekayəçi və qrimçi
buraya yığıĢmıĢdılar.
TəĢrif buyuran məĢhur adam olduqca gözəl parçadan
tikilmiĢ frakının uzunluğu və qara yarımmaskası ilə hamını
heyrətə saldı. Ancaq ən qəribəsi cadugərin iki yoldaĢı idi:
eynəyinin ĢüĢəsi çatlamıĢ dama-dama paltarlı uzundraz və
dal ayaqlarının üstündə geyinmə otağına girən kimi
saymazyana divanda oturub, gözlərini qıyaraq əlvan qrim
fanarlarına baxan qara kök piĢik.
Rimski özünü gülümsəməyə məcbur etsə də, sifətində
acıqlı, turĢumuĢ bir ifadə yarandı və divanda piĢiklə yanaĢı
dinməzcə oturmuĢ cadugəri baĢla salamladı. Əl verib
downloaded from KitabYurdu.org
230
görüĢmədilər. Di gəl, dama-dama paltarlı sırtıq "onların
köməkçisi" deyərək, özünü maliyyə direktoruna təqdim etdi.
Maliyyə direktoru buna təəccübləndi, heç xoĢagələn hal
deyildi: müqavilədə köməkçi adı çəkilmirdi.
Qriqori Daniloviç gözlənilmədən peyda olmuĢ dama-
dama paltarlıdan, çox rəsmi və soyuq tərzdə artistin
aparaturasının harada olduğunu xəbər aldı.
– Gözümüzün ağı, qarası, baĢımızın tacı, çox qiymətli
direktor, – cadugərin köməkçisi xırıltılı səslə cavab verdi, –
bizim aparaturamız həmiĢə üstümüzdədir. Bax, budur! Eyn,
svey, drey! – Və düyünlü barmaqlarını Rimskinin gözü
qarĢısında oynadıb, maliyyə direktorunun bir az əvvəl
qabağı düymələnmiĢ pencəyinin altındakı jiletin cibində
olan, zənciri ilgəyə keçirilmiĢ qızıl saatı birdən piĢiyin
qulağının dibindən çıxardı.
Rimski əlini qeyri-ixtiyari qarnına tərəf apardı,
ətrafdakılar heyrətdən içlərini çəkdilər, qapıdan baxan
qrimçi isə məmnunluqla güldü.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |