236
Zal rahat nəfəs aldı. Faqot və piĢik səhnənin müxtəlif
tərəflərinə çəkildilər. Faqot çırtıq çalıb bağırdı:
– Üç, dörd! – havadan bir dəst kart tutub qarıĢdırdı və
lent kimi piĢiyə tərəf atdı. PiĢik lenti tutub, onu geri atdı.
Atlas kartlar pırıltı ilə uçdu. Faqot quĢ balası kimi
ağzını açıb bir-bir kartın hamısını uddu.
Bundan sonra piĢik sağ ayağını yerə vurub baĢ əydi və
sürəkli alqıĢ qazandı.
– Əla, əla! – səhnənin arxasındakılar heyranlıqla
qıĢqırdılar.
Faqot isə barmağı ilə parteri göstərib elan etdi:
– Hörmətli vətəndaĢlar, kart dəsti indi yeddinci sırada
oturmuĢ vətəndaĢ Parçevskinin cibində, üç manatlıqla
vətəndaĢ Zelkovaya aliment ödənməsiylə bağlı məhkəməyə
çağırıĢ vərəqinin arasındadır.
Parterdə qımıldandılar, yerlərindən qalxmağa baĢladılar
və nəhayət, soyadı, doğrudan da, Parçevski olan heyrətdən
pörtmüĢ bir adam pul kisəsindən kart dəstini çıxarıb, onunla
nə edəcəyini bilmədən əlində yuxarı qaldırdı.
downloaded from KitabYurdu.org
237
– Qoy sizə yadigar qalsın! – Faqot qıĢqırdı. – Dünən
Ģam yeməyi vaxtı nahaq yerə demirdiniz ki, əgər poker
olmasaydı, Moskvada həyatınız lap dözülməz olardı.
– Köhnə hoqqadır, – yuxarı yarusdan kimsə dedi, – bu
parterdəki də onlarla eyni dəstədəndir.
– Siz belə hesab edirsiniz? – Faqot gözlərini qıyıb,
yuxarı yarusa baxa-baxa bağırdı, – onda siz də bizim
dəstədənsiniz, çünki o, sizin cibinizdədir.
Yuxarı yarusdakılar hərəkətə gəldilər və kimsə
sevincək dedi:
– Düzdür! Ondadır! Burada, burada... Dayan! Bu ki
onluqlardır!
Parterdə oturanlar baĢlarını çevirdilər. Yuxarı yarusda
həyəcanlanmıĢ bir adam cibindən bankda bağlanmıĢ, üstünə
"Min rubl" yazılmıĢ pul dəsti tapmıĢdı.
QonĢuları onun üstünə tökülüĢdülər, o isə heyrət içində
dırnağı ilə bağlamanı didiĢdirirdi ki, görsün əsl onluqlardır,
yoxsa yox.
– Allah haqqı, həqiqidir! Onluqlardır! – yuxarı yarusda
sevinclə qıĢqırırdılar.
downloaded from KitabYurdu.org
238
– Mənimlə də bu cür kart oynayın, – parterin
ortalarından gonbul bir adam Ģən-Ģən xahiĢ etdi.
– Avek plezir! – Faqot cavab verdi, – ancaq niyə təkcə
sizinlə? Hamı həvəslə iĢtirak edəcək! – və əmr etdi: – Hamı
yuxarı baxsın!.. Bir! – əlində tapança peyda oldu.
– Ġki! – tapançanı qaldırdı. – Üç! – gurultu eĢidildi və
elə həmin an günbəzin altından, idman alətləri asılmıĢ
iplərin arası ilə zala ağ kağızlar tökülməyə baĢladı.
Kağız pullar fırlana-fırlana yuxarı yarusa tökülürdü,
uçuĢub orkestr oturan yerə, səhnəyə düĢürdü. Bir neçə
saniyədən sonra pul yağıĢı lap sıxlaĢıb kreslolara çatdı və
tamaĢaçılar kağız pulları göydə tutmağa baĢladılar.
Yüzlərlə əl qalxmıĢdı, tamaĢaçdar kağız pulları iĢıqlı
səhnəyə tərəf tutub, bütün niĢanlarının doğru-düzgün
olduğunu görürdülər. Qoxusu da heç bir Ģübhə yeri
qoymurdu: bu, yenicə çap olunmuĢ pulun gözəlliyi heç nə
ilə müqayisəyə gəlməyən qoxusu idi. Əvvəlcə sevinc, sonra
heyrət bütün zalı bürüdü. "Onluqlar, onluqlar" sözü hər yanı
baĢına götürmüĢdü, "ah, ah!" nidaları, Ģən gülüĢlər eĢidilirdi.
Kimlərsə artıq keçidlərdə dizin-dizin sürünüb, kresloların
downloaded from KitabYurdu.org
239
altını axtarırdı. Çoxları oturacağın üstünə çıxıb, yellənə-
yellənə, nazlana-nazlana düĢən onluqları havada tuturdular.
Milis nəfərlərinin sifətində çaĢqınlıq hiss olunurdu,
artistlər isə utanıb çəkinmədən baĢlarını səhnə arxasından
çıxarmağa baĢlamıĢdılar.
Beletajdan səs eĢidildi: "Nə qapırsan? Bu mənimdir!
Mənim üstümə uçurdu!" O biri səs dedi: "Ġtələyib eləmə,
səni elə itələyərəm ki!" Birdən Ģapalaq səsi gəldi. Dərhal
beletajda milisioner dəbilqəsi göründü, kimisə beletajdan
apardılar.
Həyəcan get-gedə artırdı və əgər Faqot qəfil havaya
üfürüb pul yağıĢını kəsməsəydi, bunun axırının nə ilə
qurtaracağını bilmək olmazdı.
Ġki cavan oğlan çoxmənalı, Ģən baxıĢlarla bir-birinə
baxıb, yerindən durdu və birbaĢ bufetə yollandı. Teatr
uğuldayırdı, tamaĢaçıların gözü həyəcanla parıldayırdı. Bəli,
bəli, bunun nəylə qurtaracağını bilmək olmazdı, əgər
Benqalski özündə güc tapıb hərəkətə gəlməsəydi. Özünü ələ
almağa çalıĢaraq, vərdiĢ etdiyi kimi, əllərini bir-birinə sürtüb
gur səslə dedi:
downloaded from KitabYurdu.org
240
– Budur, vətəndaĢlar, biz indi sizinlə, necə deyərlər,
kütləvi hipnozun Ģahidi olduq. Heç bir möcüzənin və
cadugərliyin olmadığını hər Ģeydən gözəl sübut edən düzgün
elmi təcrübə idi. Maestro Volanddan xahiĢ edək, bu
təcrübəni bizim üçün ifĢa eləsin. VətəndaĢlar, siz indi, guya,
pul olan bu kağızların qəfil peyda olduğu kimi, qəfil də yoxa
çıxdığını görəcəksiniz.
Bu yerdə o əl çaldı, ancaq tamamilə təklikdə, sifətində
özünə əminlik ifadəsi vardı, di gəl, gözlərində bu əminlikdən
əsər-əlamət yox idi, daha doğrusu, gözlərindən yalvarıĢ
oxunurdu.
Benqalskinin çıxıĢı tamaĢaçılann xoĢuna gəlmədi.
Çökən sükutu dama-dama paltarlı Faqot pozdu.
– Bu, necə deyərlər, növbəti yalandır, – o çığırdı, –
vətəndaĢlar, pullar həqiqidir!
– Bravo! – yoğun kiĢi səsi yuxarıdan qıĢqırdı.
– Yeri gəlmiĢkən, bu, – Faqot, Benqalskini göstərdi, –
məni bezdirib. Dəqiqədəbir hara gəldi burnunu soxur, yalan
fikirləriylə seansı pozur! Onunla nə edək?
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |