155
– Yarım saatdan sonra, – Styopa dəstəyi asıb, qıjıldayan
baĢını əllərilə sıxdı. Ax, nə pis iĢ oldu! Onun yaddaĢına axı
nə olub, vətəndaĢlar? Hə?
Dəhlizdə belə çox ləngimək yaxĢı çıxmırdı və Styopa
dərhal plan qurdu: nə yolla olur-olsun, bu qəribə
yaddaĢsızlığını gizlətsin, indi isə ilk növbədə əcnəbidən
bicliklə öyrənsin ki, Styopaya həvalə edilən Varyetedə o, bu
gün məhz nə göstərmək istəyir.
Styopa dəstəyi qoyub dönəndə tənbəl Qrunyaran
çoxdan silmədiyi dəhlizdəki güzgüdə Ģüvül kimi uzun,
eynəkli (ah, kaĢ Ġvan Nikolayeviç burada olaydı! Bu adamı o
saat tanıyardı!) qəribə bir adamı aydınca gördü. O isə
görünüb, həmin an da yoxa çıxdı. Styopa həyəcan içində
dəhlizi diqqətlə gözdən keçirdi və ikinci dəfə diksindi, çünki
güzgüdə bu dəfə iri qara piĢik əks olunub, eləcə də yoxa
çıxdı.
Styopanın ürəyi düĢdü, o səndələdi.
"Bu nədir? – fikirləĢdi, – yoxsa dəli oluram? Əksini
gördüklərim haradan çıxdı?!" – O, dəhlizə tərəf qorxa-qorxa
qıĢqırdı:
downloaded from KitabYurdu.org
156
– Qrunya, bu nə piĢikdir belə, burada gəzir? O, haradan
gəlib? Ondan baĢqa yenə kimsə var?
– Narahat olmayın, Stepan Boqdanoviç, – Qrunyanın
deyil, yataq otağından qonağın səsi eĢidildi, – mənim
piĢiyimdir. ƏsəbiləĢməyin. Qrunya isə yoxdur, mən onu
vətəninə, Voronejə göndərdim, çünki Ģikayətlənirdi ki,
çoxdandır siz ona məzuniyyət vermirsiniz.
Bu sözlər o qədər gözlənilməz və mənasız idi ki,
Styopa qulağının səsə düĢdüyünü güman etdi. ÇaĢqınlıq
içində cəld yataq otağına tərəf qaçdı və kandarda donub-
qaldı. Saçları biz-biz oldu, alnını tər basdı.
Qonaq yataq otağında artıq tək deyildi, baĢının dəstəsi
də burada idi. Dəhlizdə gözünə görünən həmin tip ikinci
kresloda oturmuĢdu. Onu indi aydın gördü: bığları quĢ
tükünə bənzəyirdi, gözlüyünün ĢüĢəsinin biri parıldayırdı, o
biri isə ĢüĢəsizdi. Ancaq yataq otağında bundan da betəri
vardı: zərgər arvadının yumĢaq kətilində ədəbsizcəsinə
yayxanmıĢ nəhəng qara piĢik bir pəncəsində araq dolu
stəkan, o birində macal tapıb turĢuya qoyulmuĢ göbələyə
batırdığı çəngəl tutmuĢdu.
downloaded from KitabYurdu.org
157
Yataq otağının, onsuz da, zəif olan iĢığı Styopanın
gözlərində tamam sönməyə baĢladı. "Demək, beləcə dəli
olurlar!" – düĢündü və yıxılmamaq üçün qapıdan yapıĢdı.
– Görürəm bir az təəccüblənibsiniz, əzizim Stepan
Boqdanoviç, – Voland diĢi diĢinə dəyən Styopaya dedi, –
ancaq
təəccüblü
heç nə yoxdur. Bunlar mənim
müĢayiətçilərimdir.
Bu vaxt piĢik arağı baĢına çəkdi və Styopanın əli
qapıdan aĢağı sürüĢdü.
– MüĢayiətçilərimə qalmaq üçün yer lazımdır,– Voland
sözünə davam etdi, – deməli, bizlərdən hansımızsa bu
mənzildə artığıq. Mənə elə gəlir ki, artıq olan məhz sizsiniz!
– Onlardır, onlardır! – dama-dama paltarlı uzundraz
Styopa haqqında cəm halında danıĢaraq keçi kimi mələdi, –
ümumiyyətlə, onlar son vaxtlar murdar iĢlərlə
məĢğuldurlar. SərxoĢluq edirlər, öz mövqelərindən sui-
istifadə eləyib qadınları yoldan çıxarırlar, heç bir iĢ
görmürlər, çünki heç nə bacarmırlar, onlara tapĢırılan iĢdən
baĢları çıxmır. Rəhbərliyin gözünə kül üfürürlər!
downloaded from KitabYurdu.org
158
– Dövlət maĢınını havayı yerə ora-bura qovurlar! – piĢik
də göbələyi çeynəyə-çeynəyə Ģər atdı.
Styopa döĢəməyə yıxılıb taqətsiz əliylə qapını
cırmaqlayanda mənzildə dördüncü və sonuncu hadisə baĢ
verdi. Bədənnüma güzgünün içindən balaca, ancaq kürəyi
xeyli enli, baĢında yumru Ģlyapa, ağzından çölə sallanmıĢ
köpək diĢləri, onsuz da, iyrənc olan sir-sifətini lap eybəcər
hala salan bir məxluq çıxdı. Üstəlik də, kürən idi.
– Mən, – təzə gələn söhbətə qoĢuldu, – ümumiyyətlə,
baĢa düĢmürəm, bu adam necə direktor olub, – kürən get-
gedə lap burnunda danıĢırdı, – mən arxiyerey
16
olduğum
qədər o da direktordur!
– Sən arxiyereyə oxĢamırsan, Azazello, – piĢik öz
boĢqabına sosiska qoya-qoya dedi.
16
Arxiyerey
– xristian kilsə iyerarxiyasında: yepiskop,
arxiyepiskop, mitropolit (yun. archiercus – baĢ keĢiĢ)
downloaded from KitabYurdu.org
159
– Mən də elə bunu deyirəm, – kürən burnunda danıĢaraq
dedi və Volanda tərəf dönüb hörmətlə əlavə etdi: – Messir
17
,
icazə verin, onu Moskvadan rədd eləyim.
– PiĢt!!! – piĢik tüklərini qabardıb birdən bağırdı.
Yataq otağı Styopanın baĢına fırlandı, gicgahı qapıya
dəydi və huĢunu itirə-itirə fikirləĢdi: "Mən ölürəm..."
Ancaq ölmədi. Gözlərini açıb özünü bir daĢın üstündə
oturan gördü. Ətrafında nəsə uğuldayırdı. Gözünü əməlli-
baĢlı açanda gördü ki, uğuldayan dənizdir, hətta dalğalar, az
qala, ayaqlarına çırpılır və sözün kəsəsi, dalğaqıranın lap
ucunda oturub, ondan aĢağıda mavi dəniz bərq vurur, arxada
– dağların baĢında isə gözəl bir Ģəhər görünür.
Belə vəziyyətdə necə hərəkət edəcəyini bilmədiyindən
Styopa dizləri əsə-əsə qalxıb, dalğaqıranın üstü ilə sahilə
tərəf getdi.
Dalğaqıranda bir adam dayanıb, papiros çəkə-çəkə
dənizə tüpürürdü. O, Styopaya mat-mat baxıb daha
17
Messir – orta əsrlərdə İtaliyada adlı-sanlı feodallara hörmət əlaməti olaraq verilən
ad; sonralar din xadimlərinin, hüquqşünasların adının qarşısında işlədilib.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |