Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə28/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   151

 

140 


yaĢıl  haĢiyəli  qəhvəyi  dairələr  oynayırdı,  üstəlik,  ürəyi 

bulanırdı,  həm  də  ona  elə  gəlirdi  ki,  ürəkbulanma  hansısa 

patefonun zəhlətökən səsiylə bağlıdır. 

Styopa  nəsə  xatırlamağa  çalıĢırdı,  ancaq  bircə  Ģey 

yadına  düĢürdü  –  deyəsən,  dünən  haradasa  əlində  salfet, 

dayanıb bir xanımı öpməyə çalıĢırdı, həm də vəd verirdi ki, 

sabah,  düz  günorta  onlara  gələcək.  Xanım  razı  olmurdu: 

"Yox,  yox,  mən  evdə  olmayacağam!"  –  Styopa  isə  əl 

çəkmirdi: "Mənsə durub gələcəyəm!" 

Hansı  xanım  idi,  indi  saat  neçədir,  hansı  ayın  hansı 

günüdür  –  Styopa  qətiyyən  bilmirdi  və  ən  pisi  də  o  idi  ki, 

harada  olduğunu  anlamırdı.  Heç  olmasa,  sonuncunu 

aydınlaĢdırmaq  üçün  sol  gözünün  bitiĢmiĢ  kirpiklərini 

araladı.  Yarıqaranlıqda  nəsə  tutqun-tutqun  iĢıldayırdı. 

Styopa,  nəhayət,  bədənnüma  güzgünü  tanıdı  və  baĢa  düĢdü 

ki,  öz  çarpayısında,  daha  doğrusu,  zərgərin  dul  arvadının 

yataq  otağındakı  çarpayıda  arxası  üstə  uzanıb.  Bu  vaxt 

baĢından elə ağrı qopdu ki, gözlərini yumub inildədi. 

Ġzahat  verək:  Varyete  teatrının  direktoru  Styopa 

Lixodeyev səhər tezdən Sadovaya küçəsində yerləĢən böyük 

downloaded from KitabYurdu.org



 

141 


altımərtəbə  binada,  rəhmətlik  Berliozla  tən  böldükləri 

mənzildə oyanmıĢdı. 

Demək  lazımdır  ki,  50  nömrəli  bu  mənzil  pis  də 

olmasa,  hər  halda,  qəribə  ad  çıxarmıĢdı.  Hələ  iki  il  əvvəl 

onun sahibi zərgər de Fujerin dul qadını idi. Hörmətli və çox 

iĢgüzar bir qadın olan əlli yaĢlı Anna Fransevna de Fujer beĢ 

otaqdan  üçünü  kirayəyə  vermiĢdi:  kirayəçilərdən  birinin 

soyadı, deyəsən, Belomut idi, obirinin soyadı unudulub. 

Və  iki  il  əvvəl  mənzildə  müəmmalı  hadisələr  baĢ 

verməyə  baĢladı:  bu mənzildən  adamlar  izsiz-soraqsız  yoxa 

çıxırdılar. 

Bir bazar günü mənzilə milisioner təĢrif buyurub, ikinci 

kirayəniĢini  (soyadı  unudulanı)  dəhlizə  çağırdı  və  dedi  ki, 

ondan xahiĢ olunur, nəyəsə qol çəkmək üçün bir dəqiqəliyə 

milis Ģöbəsinə gəlsin. KirayəniĢin Anna Fransevnanın sadiq 

və  çoxdankı  ev  qulluqçusu  Anfisaya  tapĢırdı  ki,  əgər  ona 

zəng eləyən olsa, desin, on dəqiqədən sonra qayıdacaq və ağ 

əlcəkli  nəzakətli  milisionerlə  birlikdə  çıxıb  getdi.  Ancaq 

nəinki  on  dəqiqədən  sonra,  ümumiyyətlə,  qayıdıb  gəlmədi. 

downloaded from KitabYurdu.org




 

142 


Ən təəccüblüsü o idi ki, görünür, onunla birlikdə milisioner 

də yoxa çıxmıĢdı. 

Dindar,  açığını  desək,  mövhumatçı  Anfisa  qanı  çox 

qaralan  Anna  Fransevnanın  birbaĢa  üzünə  dedi  ki,  bu, 

cadugərlikdir  və  o,  çox  gözəl  bilir  kirayəniĢinlə  milisioneri 

kim aparıb, ancaq gecə vaxtı demək istəmir. Cadugərlik də, 

məlum  məsələdir  ki,  baĢlamağa  bənddir,  sonra  onun 

qabağını almaq mümkün olmur. Ġkinci kirayəniĢin, deyəsən, 

bazar ertəsi yoxa çıxdı, çərĢənbə axĢamı isə Belomut, elə bil, 

yerə  batdı,  ancaq  doğrusu,  baĢqa  Ģəraitdə.  HəmiĢəki  kimi 

səhər  tezdən  iĢə  aparmaq  üçün  onun  dalınca  maĢın  gəldi, 

intəhası,  maĢın  heç  kimi  geri  qaytarmadı,  onun  özü  də  bir 

daha qayıtmadı. 

Xanım  Belomutun  dərdini  və  keçirdiyi  dəhĢəti  sözlə 

ifadə  etmək  mümkün  deyil.  Ancaq  heyhat,  hər  ikisi  çox 

uzun çəkmədi. Elə həmin gecə Anna Fransevna nəyə görəsə 

tələsik  getdiyi  bağ  evindən  Anfisa  ilə  geri  qayıdanda  artıq 

xanım  Belomutu  mənzildə  tapmadı.  Bu  hələ  harasıdır:  ər-

arvad Belomutların qaldığı hər iki otaq möhürlənmiĢdi. 

downloaded from KitabYurdu.org




 

143 


Ġki  günü  birtəhər  yola  verdilər.  Elə üçüncü gün, bütün 

bu  müddət  ərzində  yuxusuzluqdan  əziyyət  çəkən  Anna 

Fransevna 

yenə 


tələsik 

bağ  evinə  getdi...  Onun 

qayıtmadığını deməyə lüzum yoxdur! 

Tək  qalıb  doyunca  ağlamıĢ  Anfisa  gecə  ikidə  yatmaq 

üçün yerinə girdi. Sonra baĢına nə gəlib, məlum deyil, ancaq 

baĢqa  mənzillərin  sakinləri  deyirdilər  ki,  guya,  50  nömrəli 

mənzildən bütün gecəni nəsə taqqıltı eĢidilib və guya, səhərə 

kimi  pəncərələrdən iĢıq gəlib. Səhər  məlum  olub ki, Anfisa 

da yoxdur! 

Yoxa çıxanlar və lənətlənmiĢ mənzil barədə binada hələ 

uzun  müddət  cürbəcür  əfsanələr  dolaĢdı,  misal  üçün,  guya, 

bu arıq və dindar Anfisa Anna Fransevnanın iyirmi beĢ dənə 

iri  brilyantını  dəri  kisəyə  yığıb,  öz  qurumuĢ  sinəsində 

gəzdirirmiĢ. Guya ki, Anna Fransevnanın tələsik getdiyi bağ 

evinin  taxta  çardağında  həmin  brilyantlardan  və  çarın 

dövründə  kəsilmiĢ  qızıl  pullardan  ibarət  çox  böyük  xəzinə 

tapılıb...  Buna  oxĢar  baĢqa  Ģeylər  də  danıĢırdılar.  Ġntəhası, 

bilmədiyimiz Ģeyə zamin ola bilmərik. 

downloaded from KitabYurdu.org



 

144 


Bütün bunlara baxmayaraq, mənzil boĢ və möhürlənmiĢ 

vəziyyətdə vur-tut bir həftə qaldı, sonra Berlioz və həmin bu 

Styopa  arvadları  ilə  oraya  köçdülər.  Tamamilə  təbiidir  ki, 

lənətə  gəlmiĢ  mənzildə  yerləĢən  kimi  onların  da  baĢına 

olmazın  iĢlər  gəldi.  Bircə  ayın  içində  hər  ikisinin  arvadı 

yoxa  çıxdı.  Ancaq  onlar  izsiz-soraqsız  qeyb  olmadılar. 

Berliozun  arvadı  haqqında  danıĢırdılar  ki,  guya,  onu 

Xarkovda  hansısa  bir  baletmeysterlə  görüblər,  Slyopanın 

arvadına  isə,  guya,  Bojedomkada  rast  gəliblər,  deyilənə 

görə,  Varyetenin  direktoru  saysız-hesabsız  tanıĢlarının 

köməyilə  ona  orada  bir  otaq  təĢkil  edib,  bu  Ģərtlə  ki, 

Sadovaya küçəsinə ayağı dəyməsin... 

Styopa  inildədi.  FikirləĢdi,  ev  qulluqçusu  Qrunyanı 

çağırıb,  ondan  piramidon  istəsin,  ancaq  ağlı  kəsdi  ki,  bu, 

axmaqlıqdır...  Qrunyada  piramidon  deyilən  Ģey,  əlbəttə, 

yoxdur. Berliozu köməyə çağırmağa çalıĢdı, iki dəfə zarıdı: 

"MiĢa...  MiĢa...",  ancaq  özünüz  baĢa  düĢürsünüz  ki,  cavab 

gəlmədi. Mənzildə tam sükunət hökm sürürdü. 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə