150
– Dünən sizin kabinetinizdə bu Ģəxsi ötəri gördüm,
ancaq sifətinə bircə dəfə baxmaq kifayətdir ki, onun əclaf,
aravuran, ikiüzlü, yaltaq olduğunu anlayasan.
"Tamamilə doğrudur!" – Xustovun xarakterinin belə
düzgün, dəqiq, yığcam təsviri Styopanı heyrətləndirdi.
Hə, dünənki gün hissə-hissə tamamlanırdı, ancaq
narahatlıq Varyetenin direktorundan hələ əl çəkməmiĢdi.
Çünki dünənki gündə böyük bir boĢluq var idi. Nə deyirsiniz
deyin, bu beretli adamı Styopa dünən qətiyyən görməmiĢdi.
– Magiya professoru Voland, – Styopanın çətinə
düĢdüyünü görən qonaq dedi və hər Ģeyi yerli-yataqlı
danıĢdı.
O, xaricdən Moskvaya dünən gündüz gəlib, dərhal da
Styopanın yanına təĢrif buyurub, Varyete ilə birlikdə
qastrollara çıxmağı təklif edib. Styopa Moskva vilayətinin
tamaĢalar komissiyasına zəng vuraraq bu məsələni
razılaĢdırıb (rəngi ağaran Styopa gözlərini döydü), yeddi
çıxıĢ üçün professor Volandla müqavilə bağlayıb (Styopanın
ağzı açıla qaldı), ĢərtləĢiblər ki, Voland bu gün saat onda
downloaded from KitabYurdu.org
151
bəzi detalları dəqiqləĢdirmək üçün onun yanına gəlsin...
Budur, Voland da gəlib!
Qapını üzünə Qrunya açıb; deyib ki, o özü indicə gəlib,
burada müvəqqətidir, Berlioz evdə yoxdur, əgər qonaq
Stepan Boqdanoviçi görmək istəyirsə, qoy özü yataq otağına
keçsin. Stepan Boqdanoviç elə bərk yatır ki, onu oyatmağa
cürət etmir. Stepan Boqdanoviçin nə halda olduğunu görən
artist Qrunyanı araq, qəlyanaltı almaq üçün yaxınlıqdakı
qastronoma, buz üçün isə aptekə göndərib və...
– Ġcazə verin, sizinlə hesablaĢım, – qanı lap qaralan
Styopa sızıldayıb, pul kisəsini axtarmağa baĢladı.
– Bu nə sözdür! – qastrolçu ona bu barədə danıĢmağa
imkan vermədi.
Nəhayət, araq və qəlyanaltı məlum oldu, ancaq Styopa
ağlamalı vəziyyətdə idi: o, müqavilə barədə qətiyyən heç nə
xatırlamırdı və öldürsələr də, xeyri yoxdu, dünən bu Volandı
görməmiĢdi. Hə, Xustov olmuĢdu, Voland isə yox.
– Ġcazə verin, müqaviləyə baxım, – Styopa astadan
xahiĢ etdi.
– Buyurun, buyurun...
downloaded from KitabYurdu.org
152
Styopa kağıza göz gəzdirdi və quruyub qaldı. Hər Ģey
yerli-yerində idi. Birincisi, Styopanın öz dəsti-xəttiylə
çəkdiyi göz çıxaran qol! Yan tərəfdən maliyyə direktoru
Rimskinin öz əliylə yazdığı çəpəki icazəsi ki, yeddi çıxıĢa
görə artist Volanda çatası otuz beĢ min rubldan on min rubl
ödənilsin. Üstəlik Volandın artıq on min aldığı barədə
verdiyi qəbz də burada idi.
"Bu nə iĢdir belə?!" – bədbəxt Styopa fikirləĢdi və baĢı
hərləndi. Yoxsa zəhrimara qalmıĢ yaddaĢ pozğunluğu
baĢlayır?! Ancaq təbii ki, müqavilə təqdim olunduqdan
sonra təəccübləndiyini göstərmək, sadəcə, ədəbsizlik olardı.
Styopa qonaqdan bir dəqiqəliyə icazə istəyib, zəng
vurmaqüçün elə corabla dəhlizə qaçdı. Qaça-qaça mətbəxə
sarı qıĢqırdı: – Qrunya!
Ancaq heç kim cavab vermədi. Berliozun dəhlizin
yanındakı kabinetinə tərəf baxanda donub-qaldı. Qapının
dəstəyindəki kəndirdə surğuclu iri möhür var idi. "Salam
əleyküm!" – içində kimsə qıĢqırdı. "Bircə bu çatmırdı!" –
Styopanın beyni qarıĢdı, fikri min yerə getdi, heç biri də
aparıb bir yana çıxarmadı. Bir yandan qara beretli, soyuq
downloaded from KitabYurdu.org
153
araq və ağla sığmayan müqavilə ilə bağlı müəmma, bu
azmıĢ kimi, buyuracaqsınız, qapıda da möhür. Kimə desəniz
ki Berlioz nəsə törədib – inanmaz, vallah, inanmaz! Ancaq
bu da möhür! Hə...
Tərs kimi, jurnalda çap olunmaq üçün bu yaxınlarda
Mixail Aleksandroviçə sırıdığı məqalə barədə xoĢagəlməz
fıkirlər də elə bu yerdə Styopanın beynindən keçdi. Öz
aramızdır, sarsaq bir məqalə idi! Həm də vecsiz, verdikləri
nə puldu ki...
Məqalə barədə fikirlərin arxasınca Ģübhəli bir söhbət
yadına düĢdü, səhv etmirdisə, bu söhbət aprelin iyirmi dördü
axĢamı elə burada, yemək otağında Mixail Aleksandroviçlə
Ģam eləyərkən olmuĢdu. Bir yana qalanda, əlbəttə, bu
söhbəti sözün həqiqi mənasında Ģübhəli adlandırmaq
olmazdı (Styopa belə söhbətə yol verməzdi), ancaq lazımsız
bir mövzuya toxunmuĢdular. VətəndaĢlar, o söhbətdən çox
asanca yayınmaq da olardı. Çapa qədər, heç Ģübhəsiz, bu
söhbət tamamilə boĢ Ģey sayıla bilərdi, di gəl çapdan sonra...
"Ah, Berlioz, Berlioz! – Styopa yanıb-yaxıldı. – Axı bu,
ağıla sığmır!"
downloaded from KitabYurdu.org
154
Ancaq
kədərlənmək
uzun
sürmədi və Styopa
Varyetenin maliyyə direktoru Rimskinin kabinetinin
nömrəsini yığdı. Styopa naqolay vəziyyətdə qalmıĢdı:
birinci müqavilə göstəriləndən sonra Styopanın onu
yoxlamasından əcnəbi inciyə bilərdi, maliyyə direktoru ilə
danıĢmağın özü də çox çətindi. Doğrudan da, axı necə
soruĢasan: "Mən dünən magiya professoru ilə otuz beĢ min
rubl məbləğində müqavilə bağlamamıĢam ki?" Belə
soruĢmaq yaramaz!
– Bəli! – dəstəkdə Rimskinin sərt, xoĢagəlməz səsi
eĢidildi.
– Salam, Qriqori Daniloviç, – Styopa astadan dedi, –
Lixodeyevdir. Məsələ belədir... hm... hm... bu... artist
Voland... mənim yanımdadır... Belə ki... soruĢmaq
istəyirdim, bu axĢam üçün nə fikirləĢmisiniz?
– Hə, cadugər? AfiĢalar indi hazır olacaq.
– Aha, – Styopa zəif səslə dedi, – di hələlik...
– Bəs siz tez gələcəksiniz? – Rimski soruĢdu.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |