135
və tirlərə keçirilmiĢ iri tağalaqlar, çınqıl topaları, kanalların
Ģırımladığı torpaq – bir sözlə, hiss olunurdu ki, Moskva
yaxındadır, döngəni burulan kimi üstünə gəlib səni ağuĢuna
alacaq.
MaĢın Ryuxini silkələyir, atıb-tuturdu, üstündə
oturduğu ağac parçası altından qaçırdı. Qabaqcadan
trolleybusla getmiĢ milisionerlə Panteleyin tulladıqları
restoran dəsmalları bir yerdə durmurdu. Ryuxin onları
yığmaq istədi, ancaq nədənsə, hirslə donquldandı:
"Cəhənnəm
olsunlar!
Deyəsən,
elə,
doğrudan da,
səfehləmiĢəm..." – və təpiklə vurub, onlara baxmamağa
çalıĢdı.
Ovqatı əməllicə pozulmuĢdu. Xəstəxana onda ağır iz
buraxmıĢdı. Ryuxin nəyin ona əzab verdiyini tapmağa
çalıĢırdı. YaddaĢına həkk olunmuĢ göy lampalı dəhlizmi?
Dünyada dəlilikdən betər bədbəxtliyin olmadığı fikrimi? Hə,
hə, əlbəttə, bu da ona əzab verir. Ancaq bu axı ümumi
fikirdir. Yenə nəsə var. Axı nədir o? Ġnciklikdir, elədir ki
var.
downloaded from KitabYurdu.org
136
Hə, hə, Bezdomnının onun üzünə dediyi ağır sözlər.
Bədbəxtlik onda idi ki, bu sözlərdə həqiqət vardı.
ġair daha ətrafına baxmırdı, gözünü yük maĢınının
silkələnən çirkli döĢəməsinə dikib, özünə əzab verə-verə
sızıldamağa, nəsə mızıldamağa baĢladı.
Hə, Ģeirlər... Onun otuz iki yaĢı var! YaxĢı, bəs sonra?
– Sonra ildə nə qədərsə Ģeir yazacaq. – Qocalana qədər?
– Hə, qocalana qədər. – Bu Ģeirlər ona nə verəcək?
ġöhrət gətirəcək? "Cəfəngiyatdır! Heç olmasa, özünü
aldatma. Pis Ģeir heç vaxt adama Ģöhrət gətirməz. Bəs bu
Ģeirlər niyə pisdir? Həqiqəti, həqiqəti dedi! – Ryuxin özünə
qarĢı amansız idi. – Yazdıqlarımın heç birinə inanmıram!.."
Əsəbi, qanıqara Ģair yırğalandı, ayağı altındakı döĢəmə
daha silkələnmirdi. Ryuxin baĢını qaldırdı ki, artıq çoxdan
Moskvadadır, üstəlik də, dan yeri ağarıb, buludlar qızılı
rəngə boyanıb, onun yük maĢını bulvara dönən yerdə, baĢqa
maĢınların cərgəsində tıxaca düĢüb və yaxınlıqdakı
postamentin üstündə duran metal insan baĢmı azca əyib
laqeydliklə bulvara baxır.
downloaded from KitabYurdu.org
137
XəstələnmiĢ Ģairin baĢından qəribə fikirlər keçirdi.
"Bəxtli olmağın əsl nümunəsidir... – bu yerdə Ryuxin dik
ayağa durdu, əlini qaldırıb, nəyə görəsə acığını heç kimlə iĢi
olmayan çuqun insanın üstünə tökdü, – həyatda hansı
addımı atıbsa, baĢına nə gəlibsə, hər Ģey onun xeyrinə olub,
hər Ģey ona Ģöhrət gətirib! Axı o nə edib? Anlaya bilmirəm...
Bu sözlərdə fövqəladə nəsə var ki: "Tufan qarı sovurub?.."
BaĢa düĢmürəm!.. Bəxti gətirib, bəxti gətirib! – axır ki,
Ryuxin acı bir nəticəyə gəldi və yük maĢınının tərpəndiyini
hiss etdi, – atəĢ açdı, ağqvardiyaçı atəĢ açıb budunu
parçaladı və əbədiliyini təmin etdi..."
MaĢınlar hərəkətə gəldi. Əməlli-baĢlı xəstələnən, hətta
qocalan Ģair heç iki dəqiqə keçməmiĢ Qriboyedovun
eyvanına daxil oldu. Eyvan artıq boĢalmıĢdı. Küncdəki bir
məclis yekunlaĢmaq üzrə idi, araqçınlı tanıĢ konferansye isə
əlində bir qədəh "Abrau" məclisin mərkəzində vurnuxurdu.
Dəsmalla yüklənmiĢ Ryuxini Arçibald Arçibaldoviç
çox mehriban qarĢıladı, lənətə gəlmiĢ cır-cındırdan onun
canını qurtardılar. Əgər Ryuxin klinikada və yük maĢınında
bu qədər əldən düĢməsəydi, gördüklərini bir az da bəzəyib
downloaded from KitabYurdu.org
138
danıĢmaqdan, yəqin, ləzzət alardı. Ancaq indi o halda
deyildi, üstəlik, bir elə diqqətli olmasa da, yük maĢınındakı
iĢgəncədən sonra Ryuxin ilk dəfə indi dəniz quldurunun
sifətinə zəndlə baxıb baĢa düĢdü ki, o, Bezdomnı haqqında
suallar versə də, hətta "ay-ay-ay!" desə də, əslində,
Bezdomnının taleyinə tamamilə biganədir və ona bir damcı
da ürəyi yanmır. "Əhsən! Düz də eləyir!" – Ryuxin hikkəylə
düĢündü və Ģizofreniya haqqında söhbətini yarımçıq kəsib
xahiĢ etdi:
– Arçibald Arçibaldoviç, araq pis olmazdı...
Dəniz qulduru canıyananlıqla pıçıldadı:
– Anlayıram... bu dəqiqə... – və ofisianta əliylə iĢarə
elədi.
On beĢ dəqiqə sonra Ryuxin tək-tənha oturub, baĢa
düĢərək və razılaĢaraq ki, daha onun həyatında heç nəyi
dəyiĢmək olmaz, ancaq unutmaq olar, balığın üstünə əyilib
qədəhi qədəh dalınca boĢaldırdı.
BaĢqaları kef eləyəndə Ģair gecəni hədər yerə
xərcləmiĢdi və indi baĢa düĢürdü ki, onu geri qaytarmaq
mümkün deyil. BaĢını lampadan qaldırıb göyə baxmaq
downloaded from KitabYurdu.org
139
kifayətdi ki, gecənin birdəfəlik əldən getdiyini anlayasan.
Ofisiantlar stolların üstündən süfrələri tələsik yığıĢdırırdılar.
Yatıb yuxularını almıĢ piĢiklər eyvanın böyür-baĢında
qaçıĢırdı. Gün bütün ağırlığıyla Ģairin üstünə çökürdü.
VII fəsil
PĠS MƏNZĠL
Əgər səhərisi gün Styopa Lixodeyevə desəydilər:
"Styopa, bu dəqiqə durmasan, səni güllələyəcəklər!" –
Styopa
halsız-halsız
mızıldayardı:
"Güllələyin, nə
istəyirsiniz eləyin, ancaq durmayacağam".
Durmaq nədir, ona elə gəlirdi gözlərini də aça bilməz,
çünki gözünü açan kimi ildırım çaxıb baĢını parça-parça
edəcək. BaĢında zəng çalınırdı, yumulu gözlərinin içində
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |