13
– Yüzə yüz! – deyə təsdiqlədi.
– Heyrətamizdir! – çağırılmamıĢ həmsöhbət nəyə
görəsə oğrun-oğrun ətrafına boylanıb səsini qısdı: –
Zəhlənizi tökdüyümə görə üzr istəyirəm, ancaq mən belə
baĢa düĢdüm ki, siz hələ, üstəlik, Allaha da inanmırsınız?
– O, qorxduğunu göstərib əlavə etdi: – And içirəm, heç
kəsə deməyəcəyəm.
– Bəli, biz Allaha inanmırıq, – Berlioz əcnəbinin
ürkməyinə gülümsədi, – özü də bu barədə tam sərbəst
danıĢmaq olar.
Əcnəbi
skamyanın
söykənəcəyinə
yayxanıb,
təəccübdən, az qala, qıĢqırdı:
– Siz ateistsiniz?!
– Bəli, biz ateistik, – Berlioz gülümsəyərək cavab verdi,
Bezdomnı isə hirsli-hirsli düĢündü: "Qır-saqqız olub ha,
əcnəbi qaz!"
– Ah, necə gözəldir! – qəribə əcnəbi ucadan deyib, gah
bu, gah da o biri ədibə baxdı.
– Bizim ölkədə ateizm heç kimi təəccübləndirmir.
downloaded from KitabYurdu.org
14
– Berlioz diplomatcasına nəzakətlə dedi, – bizim
əhalinin əksəriyyəti Ģüurlu surətdə çoxdandır Allah haqqında
nağıllara inanmır.
Bu yerdə əcnəbi belə bir hoqqa çıxartdı: ayağa qalxıb
heyrətlənmiĢ redaktorun əlini sıxdı:
– Ġcazə verin, sizə səmimi-qəlbdən minnətdarlığımı
bildirim!
– Nəyə görə siz ona minnətdarlıq edirsiniz? – Bezdomnı
gözlərini döyərək soruĢdu.
– Bir səyahətçi kimi mənə xeyli maraqlı olan mühüm
məlumata görə, – qəribə əcnəbi barmağını mənalı Ģəkildə
qaldırıb izah etdi.
Mühüm məlumat, görünür, doğrudan da, səyahətçiyə
güclü təsir bağıĢlamıĢdı, çünki o, ətrafındakı binaları qorxa-
qorxa süzdü, elə bil, hər pəncərədə ateist görəcəyindən
ehtiyatlanırdı.
"Yox, o, ingilisdir..." – Berlioz fikirləĢdi, Bezdomnı isə:
"Çox maraqlıdır, bu, rus dilini haradan belə öyrənə bilib!" –
deyə düĢündü və yenə sifətini turĢutdu.
downloaded from KitabYurdu.org
15
– Ancaq icazənizlə soruĢum, – xarici qonaq narahat
düĢüncələrdən sonra dilləndi, – bəs onda Allahın varlığını
təsdiqləyən o beĢ sübutu neyləyək?
– Əfsus, – Berlioz təəssüfləndi, – bu sübutların heç biri
heç nəyə yaramır və bəĢəriyyət onları çoxdan arxivə verib.
RazılaĢın ki, elmi cəhətdən Allahın varlığını təsdiqləyən heç
bir sübut ola bilməz.
Əhsən, – əcnəbi qıĢqırdı, – əhsən! Siz narahat qoca
Ġmmanuilin bu barədəki fikirlərini büsbütün təkrar etdiniz.
Ancaq məzəlisi budur: o, beĢ sübutun hamısını yerləyeksan
elədi, sonra isə özünə gülürmüĢ kimi, öz altıncı sübutunu
yaratdı!
– Kantın sübutu da, – savadh redaktor nəzakətlə
gülümsəyərək etiraz etdi, – inandırıcı deyil. ġiller nahaq
yerə deməyib ki, Kantın bu məsələ ilə bağlı mühakiməsi
ancaq qulları razı sala bilər, ġtraus isə, sadəcə, bu sübutlara
gülüb.
Berlioz danıĢa-danıĢa fikirləĢirdi: "Axı bu kimdir? Rus
dilində niyə belə yaxĢı danıĢır?"
downloaded from KitabYurdu.org
16
– Belə sübutlarına görə bu Kantı tutub üçilliyə basasan
Solovkiyə! – tamamilə gözlənilmədən Ġvan Nikolayeviç
guruldadı.
– Ġvan! – Berlioz pərt halda pıçıldadı.
Ancaq Kantı Solovkiyə göndərmək təklifi əcnəbini
nəinki heyrətləndirdi, əksinə, hətta vəcdə gətirdi.
– Elədir ki var, – o qıĢqırdı və Berlioza baxan yaĢıl sol
gözü parıldadı, onun yeri elə oradır! Axı mən o zaman səhər
yeməyində ona demiĢdim: "Professor, özünüz bilərsiniz,
ancaq fikirləriniz nəsə dolaĢıqdır! Bəlkə də, ağıllıdır, ancaq
həddindən artıq anlaĢılmazdır! Sizi məsxərəyə qoyacaqlar!"
Berliozun gözləri bərəldi. "Səhər yeməyində... Kanta?
Bu nə sayıqlayır?"
– Ancaq, – əcnəbi Berliozun heyrətinə fikir vermədən,
üzünü Ģairə tutaraq davam etdi, – Solovkiyə göndərmək o
səbəbdən mümkün deyil ki, o, yüz ildən artıqdır Solovkidən
daha uzaq yerdədir və sizi inandırıram, onu həmin yerdən
heç vəchlə çıxarmaq olmaz!
– Təəssüf! – davakar Ģair söyləndi.
downloaded from KitabYurdu.org
17
– Mən də təəssüflənirəm! – Naməlum Ģəxs onunla
razılaĢdı və gözlərini parıldadaraq sözünə davam etdi,
– Ancaq məni belə bir məsələ narahat edir: əgər Allah
yoxdursa, sual olunur, insan həyatını və ümumiyyətlə,
dünyanın qaydalarını kim nizamlayır?
– Elə insan özü nizamlayır, – boynumuza alaq ki, çox
da aydın olmayan bu suala Bezdomnı acıqlı cavab verməyə
tələsdi.
– BağıĢlayın, – naməlum Ģəxs mülayimcəsinə cavab
verdi, – idarə etmək üçün gərək, heç olmasa, müəyyən bir
müddətə dəqiq planın ola. Ġcazənizlə soruĢum, insan necə
idarə edə bilər ki, gülməli dərəcədə qısa bir müddət üçün,
deyək, min il üçün plan qurmaq imkanına malik olmadığı bir
yana, hətta öz sabahkı gününə belə cavabdeh deyil?
Həqiqətən də, – bu yerdə əcnəbi Berlioza tərəf döndü, –
təsəvvür edin, misal üçün, siz baĢlayırsınız özünüzü,
baĢqalarını idarə etməyə, əmrlər verməyə, necə deyərlər,
get-gedə iĢə alıĢırsınız və birdən sizdə... öhö... öhö... ağciyər
sarkoması peyda olur... – bu yerdə əcnəbi Ģirin-Ģirin
gülümsədi, sanki, ağciyər sarkoması haqqındakı fikir ona
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |