18
ləzzət verdi, – bəli, sarkoma, – piĢik kimi gözlərini qıyıb
təkrar etdi, – və budur, sizin idarə etməyiniz sona çatdı! Öz
həyatınızdan savayı daha sizi heç nə maraqlandırmır.
Qohumlarınız baĢlayır sizə yalan söyləməyə, siz narahatlıq
hiss edib bilikli həkimlərin, sonra Ģarlatanların, olur ki,
falçıların üstünə qaçırsınız. Birinci və ikinci kimi, üçüncü də
tamamilə mənasızdır, özünüz baĢa düĢürsünüz. Və bütün
bunlar faciə ilə bitir: bir az əvvəl nəyi isə idarə etdiyini
güman edən Ģəxs qəfil taxta qutuda hərəkətsiz uzanası olur
və yaxınları anlayanda ki bu uzanandan daha heç bir xeyir
yoxdur, onu sobada yandırırlar. Hələ bundan da pisi olur:
kimsə yığıĢır ki, getsin Kislovodska, – əcnəbi bu yerdə
Berliozu süzdü, – deyirsən adi bir iĢdir, ancaq bunu da eləyə
bilmir, çünki nəyə görəsə qəfildən ayağı sürüĢür, düĢür
tramvayın altına! Doğrudanmı, siz deyəcəksiniz, o, özünü
belə idarə edib? DüĢünmək doğru olmazmı ki, kimsə onu
idarə eləyib? – Naməlum Ģəxs qəribə tərzdə güldü.
Berlioz sarkoma və tramvay haqqındakı söhbətə çox
böyük maraqla qulaq asırdı və hansısa narahat fikirlər ona
downloaded from KitabYurdu.org
19
əzab verməyə baĢladı: "O, əcnəbi deyil! O, əcnəbi deyil... o,
çox qəribə adamdır... di yaxĢı, axı o kimdir?"
– Görürəm, papiros çəkmək istəyirsiniz, – naməlum
Ģəxs birdən Bezdomnıya müraciət etdi, – hansına üstünlük
verirsiniz?
– Nədir, sizdə hər cürü var? – papirosu qurtaran Ģair
qaĢqabaqla soruĢdu.
– Hansına üstünlük verirsiniz? – yad adam təkrar etdi.
– Tutaq ki, "Bizim marka"ya, – Bezdomnı acıqla cavab
verdi.
Yad
adam
cibindən
dərhal
portsiqar çıxarıb,
Bezdomnıya təklif etdi:
– "Bizim marka".
Redaktoru və Ģairi portsiqarda məhz "Bizim marka"nın
olmasından çox, portsiqarın özü heyrətləndirdi. Qutu çox iri
idi, saf qızıldandı və açanda qapağındakı göy və ağ brilyant
üçbucaq Ģəklində bərq vurdu.
Bu yerdə ədiblərin hərəsi bir cür fikirləĢdi. Berlioz:
"Yox, xaricidir", Bezdomnı isə: "Bir buna bax ha!"
downloaded from KitabYurdu.org
20
ġairlə portsiqar sahibi papiros yandırdılar. Berlioz isə
çəkən olmadığı üçün imtina etdi.
"Ona belə etiraz etmək lazımdır", – Berlioz qərara aldı,
– "bəli, insan müvəqqətidir, heç kim bunun əksini demir.
Ancaq məsələ belədir ki..."
Di gəl, o, bu sözləri deməyə macal tapmamıĢ, əcnəbi
danıĢmağa baĢladı:
– Bəli, insan müvəqqətidir, ancaq bu, dərdin yarısıdır.
Pis odur ki, onun hərdən qəfil ölməyi də var, bax, məsələ
bundadır! O hətta bu axĢam nə edəcəyini də deyə bilməz.
"Məsələyə bu cür yanaĢmanın özü mənasızdır..." –
Berlioz düĢünüb etiraz etdi:
– Bunu artıq ĢiĢirdirsiniz, bu axĢam nə edəcəyim mənə
az-çox aydındır. Əgər Bronnıda baĢıma kərpic düĢməsə...
– Heç nədən, – naməlum Ģəxs onun sözünü ağzında
qoydu, – heç kimin heç vaxt baĢına kərpic düĢmür. O
cümlədən, inanın ki, sizi belə bir təhlükə gözləmir. Siz baĢqa
cür öləcəksiniz.
downloaded from KitabYurdu.org
21
– Siz dəqiq bilirsiniz, – Berlioz tamamilə təbii olaraq
kinayə ilə soruĢdu. O, doğrudan da, mənasız söhbətə
giriĢmiĢdi, – bəlkə, mənə də deyəsiniz?
– Həvəslə, – yad adam cavab verdi. O, Berliozu baĢdan-
ayağa süzdü, sanki, ona kostyum tikməyə hazırlaĢırdı, sonra
pıçıldadı: "Bir, iki... Merkuri ikinci binanın üstündədir... ay
batdı... altı – bədbəxtlik... axĢam – yeddi..." – və sevinə-
sevinə ucadan elan etdi: – Sizin baĢınızı kəsəcəklər!
Bezdomnı gözlərini heyrətlə, kinlə bu həyasız naməlum
Ģəxsə dikmiĢdi, Berlioz isə zorla gülümsədi:
– Bəs kim? DüĢmənlər? Müdaxiləçilər?
– Yox, – həmsöhbəti dedi, – rus qadını, komsomolçu.
– Hm... – naməlum Ģəxsin zarafatından əsəbiləĢən
Berlioz mızıldadı, – məni bağıĢlayın, bu inandırıcı deyil.
– XahiĢ edirəm, məni də bağıĢlayasınız, – əcnəbi cavab
verdi, – ancaq belədir. Hə, istərdim sizdən soruĢam, əgər sirr
deyilsə, bu axĢam nə edəcəksiniz?
– Sirr deyil. Ġndi mən Sadovıdakı evimə gedəcəyəm,
axĢam saat onda Massolitdə iclasdır, mən də bu iclasa
sədrlik edəcəyəm.
downloaded from KitabYurdu.org
22
– Yox, bu heç cür ola bilməz, – əcnəbi qətiyyətlə etiraz
etdi.
– Nə üçün?
– Çünki, – əcnəbi qara quĢların axĢamın sərinliyini
duyub səssizcə süzdüyü göyə baxdı, – AnnuĢka artıq
günəbaxan yağını alıb, alıb nədir, hətta dağıdıb da. Ona görə
də iclas baĢ tutmayacaq.
Bu zaman, tamamilə aydındır ki, cökə ağacının altına
sükut çökdü.
– BağıĢlayın, – pauzadan sonra Berlioz ağzına gələni
çərənləyən əcnəbiyə baxdı, – nə günəbaxan yağı, hansı
AnnuĢka?
– Nə günəbaxan yağı? – Bezdomnı qəfil dilləndi,
görünür, çağırılmamıĢ həmsöhbətinə müharibə elan etmək
qərarına gəlmiĢdi, – vətəndaĢ, siz haçansa ruhi xəstələr üçün
müalicəxanada olmusunuz?
– Ġvan!.. – Mixail Aleksandroviç astadan dedi.
Ancaq əcnəbi azacıq da olsa, incimədi və ürəkdən
güldü.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |