23
– OlmuĢam, olmuĢam, özü də dəfələrlə, – o, gülməyən
gözlərini Ģairdən çəkmədən, gülə-gülə ucadan dedi, – mən
haralarda olmamıĢam! Ancaq heyif ki, Ģizofreniyanın nə
olduğunu professordan soruĢmamıĢam. Bunu siz onun
özündən öyrənərsiniz, Ġvan Nikolayeviç!
– Mənim adımı haradan bilirsiniz?
– Əfv edin, Ġvan Nikolayeviç, axı sizi kim tanımır? – Bu
yerdə əcnəbi cibindən "Literaturnaya qazeta"nın dünənki
sayını çıxartdı və Ġvan Nikolayeviç ilk səhifədə öz Ģəklini,
onun altında isə Ģeirlərini gördü. Hələ dünən Ģöhrətinin və
məĢhurluğunun sübutuna sevinən Ģair bu dəfə fərəh hissi
keçirmədi.
– Üzr istəyirəm, – onun sifəti tutulmuĢdu, – siz bir
dəqiqə gözləyərsinizmi? YoldaĢıma bir-iki kəlmə sözüm
var.
– Ah, məmnuniyyətlə! – naməlum Ģəxs dedi. – Cökənin
altı elə yaxĢıdır ki... mən isə, yeri gəlmiĢkən, heç hara
tələsmirəm.
downloaded from KitabYurdu.org
24
– MiĢa, məsələ belədir, – Ģair Berliozu kənara çəkib
pıçıldadı, – o, turist-zad deyil, casusdur, biz tərəfə keçmiĢ
rus mühaciridir. Ondan sənədlərini istə, yoxsa əkiləcək...
– Belə olar ki? – Berlioz həyəcanla pıçıldayıb fikirləĢdi:
"Axı düz deyir!"
– Sən mənə inan, – Ģair onun qulağına pıçıldadı, –
özünü gicliyə vurub ki, nələrsə öyrənsin. Görürsən, rus
dilində nə qırıldadır, – Ģair danıĢa-danıĢa göz qoyurdu ki,
əcnəbi qaçmasın, – gedək, onu tutaq, yoxsa aradan çıxacaq...
Və Berliozun qolundan tutub skamyaya sarı çəkdi.
Naməlum Ģəxs oturmamıĢdı, əlində tünd-boz cildli nəsə
bir kitabça, yaĢıl kağızdan qalın zərf və vizit vərəqəsi
tutmuĢdu.
– BağıĢlayın ki, mübahisəyə baĢım qarıĢdığından
özümü təqdim etmədim. Bu, mənim vizit vərəqəm, bu
pasport və məsləhətçi kimi Moskvaya dəvətnamə, – əcnəbi
hər iki ədibi diqqətlə süzərək dedi.
Onlar pərt oldular. "Lənət Ģeytana, hər Ģeyi eĢidib..."
– Berlioz fikirləĢib, nəzakətli jestlə göstərdi ki,
sənədlərə ehtiyac yoxdur. Əcnəbi onları redaktorun əlinə
downloaded from KitabYurdu.org
25
dürtdüyü vaxt Ģair macal tapıb vizit vərəqəsinə xarici
hərflərlə yazılmıĢ "professor" sözünü və soyadının baĢ
hərfini – "V"-ni oxuya bildi.
– Çox xoĢdur, – redaktor utancaqlıqla mızıldandı və
əcnəbi sənədləri cibinə qoydu.
Münasibətlər beləcə bərpa olundu və hər üçü təzədən
skamyada oturdu.
– Siz buraya məsləhətçi kimi dəvət olunmusunuz,
professor? – Berlioz soruĢdu.
– Bəli, məsləhətçi kimi.
– Siz almansınız? – Bezdomnı xəbər aldı.
– Mən?.. – professor bir daha soruĢub, qəfil fikrə getdi.
– Bəli, əlbəttə, almanam... – o dedi.
– Rus dilində gözəl danıĢırsınız, – Bezdomnı bildirdi.
– Ah, mən, ümumiyyətlə, poliqlotam, çox dil bilirəm, –
professor cavab verdi.
– Bəs sizin ixtisasınız nədir? – Berlioz xəbər aldı.
– Mən magiya üzrə mütəxəssisəm.
"Əcəb iĢdir!.." – ani olaraq Mixail Aleksandroviçin
fikrindən keçdi.
downloaded from KitabYurdu.org
26
– Sizi... sizi bu ixtisas üzrə bura dəvət ediblər? – o
kəkələdi.
– Bəli, bu ixtisas üzrə, – professor təsdiqləyib sözünə
aydınlıq gətirdi: – Buradakı Dövlət kitabxanasında cadugər
Herbert Avrilakskinin onuncu əsrə aid əlyazmaları tapılıb.
Onları tədqiq etmək üçün çağırılmıĢam. Mən dünyada
yeganə mütəxəssisəm.
– A-a! Siz tarixçisiniz? – Berlioz ürək rahatlığı və
hörmətlə soruĢdu.
– Tarixçiyəm, – alim təsdiqlədi və heç nəyə dəxli
olmadan əlavə etdi, – bu axĢam Patriarx gölünün kənarında
çox maraqlı əhvalat baĢ verəcək!
Redaktor və Ģair yenə xeyli təəccübləndilər, professor
isə hər ikisini özünə sarı çəkib pıçıldadı:
– Nəzərə alın ki, Ġsa həyatda olub.
– Bilirsiniz, professor, – Berlioz zorla gülümsədi, – biz
sizin dərin biliyinizə hörmət edirik, ancaq bu məsələdə
baĢqa nöqteyi-nəzərin tərəfdarıyıq.
– Heç bir nöqteyi-nəzər lazım deyil, – qəribə professor
cavab verdi, – sadəcə, o yaĢayıb, vəssalam.
downloaded from KitabYurdu.org
27
– Axı nəsə bir dəlil-sübut lazımdır... – Berliozun sözü
yarımçıq qaldı.
– Heç bir sübut lazım deyil, – professorun aksenti,
nədənsə, yoxa çıxmıĢdı və o, astadan dedi: – Hər Ģey
sadədir: qan-qırmızı astarlı ağ plaĢda...
II fəsil
PONTĠ PĠLAT
Yaz ayı nisanın on dördündə səhər tezdən Ġudeyanın
prokuratoru Ponti Pilat qan-qırmızı astarlı ağ plaĢda, əyri
ayaqlarını sürüyə-sürüyə Böyük Ġrodun sarayının iki
qanadını birləĢdirən üstüörtülü sütunların arasına daxil oldu.
Prokuratorun dünyada ən çox gül yağının qoxusundan
zəhləsi gedirdi, indi də hər Ģey nəhs gündən xəbər verirdi,
çünki bu qoxu onu lap ertədən izləməyə baĢlamıĢdı.
Prokuratora elə gəlirdi ki, bağdakı sərv ağacları, palmalar
gül yağı qoxuyur, mühafizəçilərin dəri geyimlərinin və
özlərinin tər iyinə də lənətəgəlmiĢ gül yağı qarıĢıb.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |