Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XVI mövzu Azərbaycan Sovet rejimi şəraitində (1920-1930-cu illər) Plan



Yüklə 1,44 Mb.
səhifə11/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#42445
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15

XVI mövzu
Azərbaycan Sovet rejimi şəraitində

(1920-1930-cu illər)


Plan

  1. AXC- nin süqutundan sonra Azərbaycanda sosial-iqtisadi vəziyyət. Sovet rejiminə

qarşı üsyanlar.

2. Azərbaycanda Sovet milli siyasəti. DQMV-nin təşkili.

3. Azərbaycanda sosialist yenidən qurmaları və onların nəticələri.Kütləvi siyasi

repressiyalar.



Ədəbiyyat
1. Azərbaycan tarixi.VII cilddə, VI, Bakı, 2008, səh. 9-200,250-406.

2. Məmmədov İ, Məmmədov Ç. Siyasəti tarix, Bakı, 2004.səh.119-154

3. Siyasi tarix.I hissə Bakı, 1995, səh. 241- 267.

4. Siyasi tarix II hissə Bakı, 1998, səh..5-33.

5. Mustafazadə T. Ümumi tarix.IV cild, Bakı, 1997.

6. Məmmədzadə M. Milli Azərbaycan hərəkatı. Bakı, 1992, səh.147-149.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, 1918-ci il aprelin 28-də Müvəqqəti İnqilab Komitəsi yeni hökumətin Az. SSR Xalq Komissarları Sovetinin aşağşdakı tərkibini təşkil etdi: N.Nərmanov-XKS-in sədri, Ç.İldırım- hərbi dəniz işləri komissarı, H.Sultanov-xalq daxili işlər komissarı, Ə.H.Qarayev əmək və ədliyyə komissarı, Q.Musabəyov əkinçilik, ticarət, sənaye və ərzaq komissarı və s.

Elə həmin gün Gəncə də hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. Həmin komitəyə İ.M Əliyev başçılıq etdi. Aprelin axırına yaxın Quba, Şamaxı, Cavanşir qəzası, Şəmkir, Gədəbəy rayonlarında hakimiyyət inqilab komitələrinin əlinə keçdi.

1920 –ci il mayın birinci yarsında Sovet hakimiyyəti Naxçıvandan başqa, demək olar, bütün Azərbaycanda qurulmuşdu.Əhalinin zəhmətkeş təbəqələri və liberal hissəsi bu hakimiyyəti əsasən qəbul edir və dəstəkləyirdi.

Yeni yaranmış hakimiyyət elə ilk günlərdən 27 aprel bəyanatına şərtlərini pozaraq AXC liderlərinin, görkəmli nümayəndələrinin, Azərbaycan ordusunun, müdafiə nazirliyinin xadimlərinin geniş həbsləri həyata keçirilir.Onların bir çoxu Nargin adasında gülləndi, Rusiyanın həbs düşərgələrinə sürgün edildi. Bütün bunlar Azərbaycan İnqilab Komitəsinin icazəsi olmadan, millətçi rus sovimistlərinin və erməni daşnaklarının başçılıq etdikləri XI Ordunun xüsusi şöbəsi tərəfindən özbaşınalıqla edilirdi. Daşnak terorçuları 1920-21-ci illərdə F.X. Xoyiskini və H.B Ağayevi Tiflisdə, Behbudağa Cavanşiri Malta adasında vəhşi-cəsinə qətlə yetirdilər.General Süleyman Sulkeviç, hökumət üzvləri X.Pəfibəyov, İ.Ziyadxanov, F.Köçərli, professor Zimin və başqaları terorun qurbanları oldular.

M.Ə.Rəsulzadə həbs olunsa da İ. Stalin tərəfindən təsadüf nəticəsində ölümdən xilas olmuşdu.Başqa görkəmli xadimlər isə xaricə mühasirət etdikərinə görə salamat qaldılar.Hətta M.Ə.Rəsulzadənin başçılığı altında Türkiyədə Azərbaycan Milli Mühacirət Mərkəzi yaratdılar.

Azərbaycan zəhmətkeşləri yeni cəmiyyət quruculuğuna çətin şəraitdə baş-ladılar.Vətəndaş müharibəsinin vurduğu yaraları sağaltmaq üçün qarşıda ciddi və gərgin iş dururdu. Ölkədə ilk növbədə həqiqi milli sülh yaratmaq lazım idi. Çünki Azərbaycan əhalisi çoxmillətli idi.1920-ci il məlumatına görə, respublika əhalisinin 68.8 faizini azərbaycan türkləri,21.7 faizini ermənilər,7.5faizini ruslar, 0.54 faizini gürcülər, 0,97 faizini yəhudilər, 7.09 faizini digər millətlər təşkil edirdilər.

Azərbaycanın gələcəyi üçün aqrar məsələnin həlli çox böyük əhəmiyyət kəsb edirdi. Belə ki, 1921-ci ildə əhalinin əksəriyyətini – 77.6 faizini kənd əhalisi təşkil edirdi.1920-ci ilin mayında İnqilab Komitəsi torpağın əməkçi kəndlilərə verilməsi haqqında dekret verdi. Dekretdə deyilirdi.”Xanların, bəylərin, mülkədarların bütün torpaqları,bütün iş heyvanları və avadanlıqları ilə birlikdə ödənşsiz olaraq zəhmət-keş xalqa verilir”. Dekreti həyata keçirmək məqsədilə qəza və kənd torpaq komi-tələri yaradıldı.

Mayın 12-də İnqilab Komitəsinin verdiyi dekretə əsasən bütün meşələr, sular, yeraltı sərvətlər respublika dövlətinin mülkiyyəti elan olunurdu.

Mayın 27-də Neft sənayesi milliləşdirildi.Ticarət azadlığı haqqında xüsusi qərar N.Nərmanov tərəfindən imzalandı.

Sovet hakimiyyəti silkləri və dini imtiyazları,qadınların hüquq bərabərsizliyini, milli məhdudiyyətləri ləğv etdi. Söz, mətbuat və vicdan azadlığı elan etdi, ana dilində təhsilin tətbiq olunduğu elan olundu. Sosial təminat və pensiyalar haqqında dekretlər verildi.

1920-ci il mayın 7-də Az.SSR Qızıl Ordusunun və donanmasının yaradıldığı elan olundu.

Əksinqilab, Sobataj və möhtəkərliyə qarşı mübarizə üçün Fövqalada Komis-siya (FK) yaradıldı.

Azərbaycan hökuməti çox çətin şəraitdə özünün iqtisadi siyasətini həyata ke-çirməyə başladı.İlk növbədə “hərbi kommunizm” siyasətinin əsas hissəsi olan ərzaq sapalağını ləğv etmək lazım idi. 1921-ci ildən ərzaq sapalağı ləğv edilərək, ərzaq vergisi tətbiq edilməyə başlandı. Bu siyasət ölkədə ərzaq çatışmazlığını nisbətən aradan qaldırdı və kənd təsərrüfatının müəyyən qədər inkişafına təkan verdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Qərb dövlətləri öz işğalçı fikirlərindən əl çəkmək istəmirdilər.Onlar Böyük Birtaniyadan asılı olan “İran- Azərbaycan Federasiyası ” yaratmaq ideası ilə yaşayırdılar.

Qərb dövlətləri antisovet çıxışlar təşkil etmək məqsədilə Azərbaycana agentlər, böyük miqdarda silah göndərirdilər.Antisovet qüvvələr əhali arasında Sovet hakimiyyəti əleyhinə təbliğat aparırdılar, dindarlar, fanatiklər əhalini silaha sarılaraq silahlı çıxışlara səsləyirdilər.

Üsyanların təşəbbüsçüləri Gəncədəki milli qüvvələr oldu.Onlar mayın 25-də Sovet hakimiyyətinə və Qızıl Ordu qarnizonuna qarşı fəal silahlı çıxışa başladılar.Üsyanın əsas səbəblərindən biri milli zabitlərin xidmətdən çıxarılması və ruslarla əvəz edilməsi idi. Mayın 28-dən-29-na keçən gecə 1800 nəfərlik Gəncə qarnizonu üsyan qaldırdı və şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu. Üsyanı yatırmaq üçün XI ordu hissələri hücuma keçdi və üsyan yatırılarkən minlərlə üsyançı həlak oldu.Onların arasında görkəmli ictimai-siyasi xadimlər var idi.General Mirzə Qacar, Cavad bəy Şıxlınıski, palkovnikn Cahangir bəy Kazımbəyov qətlə yetirildilər. Ə.Şıxlınıski və S.Mehmandarov həbs edilsələr də, N.Nərmanovun təkidi sayəsində azad edilərək, hərbi xidmətlərdə istifadə olunmaq üçün Moskvaya göndərirdilər.

General Nuru paşanının rəhbərliyi ilə Qarabağda başlayan üsyan Şuşa, Ağdam və Bərdəni də əhatə etdi. Üsyanda Azərbaycan priyada polku və yerli bəylərin silahlı dəstələri iştirak edirdilər.1920-cu il iyunun 15-də rus qoşunlarının hücumu ilə üsyan yatırıldı.

Qarabağ üsyanının yatırıldığı vaxt Zaqatala dairəsində üsyan qalxdı və Şəki bölgəsinin də bir hissəsini əhatə etdi. Bu üsyan iyunun 6-da belə bir bəhanə ilə baş-ladı ki, guya Gürcüstan Azrbaycana müharibə elan etmişdir. Digər bəhanə əhalinin silahı təhvil verməsi barədə verilən əmr oldu.

Molla Hafiz Əfəndinin başçılıq etdiyi 1000-dən çox üsyançılar və onlara qoşulmuş Aərbaycan qoşunlarının buradakı zabitləri İnqilab Komitəsinin bütün üzvlərini həbs etməyə başladılar.

İyunun 18-də Qızıl Ordu hissələri şəhərə daxil olaraq qalanı tutmuş və üsyanı yatırmışdılar.

Sovet hakimiyyətinə qarşı üsyanlarXankəndində,Qutqaşendə (Qəbələ), Xaçmasda, Naxçıvanda və şair yerlərdə baş vermiş, lakin rus Qızıl Ordusu tərəfindən amansızlıqla yatırılmışdı. Bütün bu üsyanlar sübut edir ki, əhalinin müəyyən təbəqələri Sovet hökumətinin yeritdiyi siyasətdən narazı idilər.

Azrbaycan əhalisi çoxmillətli idi.Azəri türklərindən əlavə burada erməni,rus, gürcü, ləzgi,ukraynalı,kürd,yəhudi və talışlar da yaşayırdılar.Lakin ötən dövr ərzində milli münasibətlər olduqca kəskinləşmişdir.Ermənistanın başladığı təcavüz xalqımızın həyatında dərin iz buraxmışdı.Milli münasibətlərin çox mürəkkəb olduğu bir şəraitdə ilk növbədə respublikada yaşayan xalqlar arasında milli sülh yaradılmasına başlamaq lazım idi. Ona görə də bütün millətlərin nümayəndələrinin yeni respublika qurucaluğuna cəlb edilməsinə xüsusi diqqət yetirilirdi.1920-ci ilin iyulunda Az.KP MK-si yanında milli azlıqlar şöbəsi yaradıldı.Milli azlıqlar arasında mədəniyyət-maarif işinin təşkilinə xüsusi diqqət yetirilirdi. Milli azlıqlar şöbələri məktəblər, kitabxanalar və digər mədəni – maarif idarələri açır, yeni dərsliklər və ədəbiyyat nəşr olunurdu.Pedaqoji kadrlar hazırlamaq məqsədilə tədrisin ana dilində aparıldığı xüsusi kurslar açılmışdı.

Respublikada yaşayan digər milli azlıqların hüquq və mənafelərinin hər vasitə ilə qorunmsı hökumətin milli siyasətinin əsasını təşkil edirdi. Məsələn, hökumət vətəndaş müharibəsi dövründə Muğanda dağıdılmış rus kəndlərinin bərpasına hər cür yardım göstərirdi. Bu kəndlərin əməkçi kəndlilərinə pul, iş heyvanı və kənd təsərrüfatı alətləri verilirdi.

Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər arasında dinc münasibətlər bərpa olundu.Torpağın əməkçi xalqa verilməsi Azərbaycan qəzalarında normal milli münasibətlər yaradılmasında mühüm rol oynadı.

Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı bütün millətlərin və xalqların zəhmətkeşlərinin sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.Cənubi Qafqaz respublikaları vahid iqtisadi məkan idi. Ona görə də bu respublikaların iqtisadi ittifaqı məsələsi qarşıda dururdu.

1921-ci ilin aprelində Qafqaz respublikalarını vahid bir təsərrüfat mərkəzi hallında birləşdirmək məsələsi qarşıya qoyuldu.

1922-ci il martın 12-də Tiflisdə Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrinin səlahiyyətli konfransı Zaqafqaziya Sovet Sosialist Respublika-larının Federativ İttifaqını (ZSSPFİ) yaratdı.

1922-ci ilin yayından etibarən bu ittifaqın Zaqafqaziya Sovet Federativ Soialist Respublikasına çevrilməsi və bunun SSRİ-yə daxil edilməsi uğrunda kompaniya başladı. Dekabırın 30-da Ümumittifaq Birinci Sovetlər qurultayında Sovet respublikalarının səlahiyyətli nümayəndələri SSRİ-nin yaradılması haqqında müqavilə imzaladılar. SSRİ-yə RSFSR. Ukrayna SSR Belorusiya SSR və ZSFSR-daxil oldular.

Siyasi əhəmiyyətinə və səsial iqtisadi nəticələrinə görə SSRİ-nin mühüm tarixi rolu oldu. SSRİ Ümumdünya tarixinin müəyyən dövründə güclü dövlətə çevrilərək, dünya birliyinin inkişafı gedişinə güclü təsir göstərdi.

Lakin sosialist ideyalarının deformasiyaya uğraması,milli siyasətin elan etdiyi əsl prinsiplərdən geri çəkilməsi, hakim millətçilik şovinizminin güclənməsi bu dövlətin süqutuna gətirib çıxardı.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra da, daşnak-erməni silahlı qüvvələrinin təcəvüzkar hərəkətləri nəticəsində Naxçıvanda gərginlik hələ də davam edirdi.Buranın əhalisi N.Nərmanova müraciət edərək Naxçıvanı azad etməyi və Azərbaycanla birləşdirməyi xahiş etdilər.

1920-ci il iyunun 28–də XI Ordunun 1-ci Qafqaz alayı Naxçıvana daxil oldu və oradan erməni- daşnak işğalçıları qovuldular. Beləliklə Naxçıvan diyarında da Sovet hakimiyyəti quruldu. Naxçıvan Sovet Sosialist Respublikası elan edildi. Naxçıvan diyarı haqqında Əsasnamədə deyilirdi:

“Naxçıvan diyarı AZ.SSR-nin qəyyumluğu altında muxtar respublika elan edilərək Nax.SSR adlandırılsın.”

1924-cü il fevralın 9-da Az.SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvan diyarının Naxçıvan Muxtar SSR-ə çevrilməsi baş verdi.

Əsasnamənin 2-ci bəndində göstərilirdiki ki, Naxçıvan MSSR Azərbaycan SSR-in tərkib hissəsidir və Muxtar Respublika kimi onun tərkibinə daxil olur.

Hələ AXC dövründə Dağlıq Qarabağda erməni millətçiləri hər vasitə ilə bu ərazini Azərbaycandan qoparmağa çalışırdılar. 1919-cu il avqustun 5-də Dağlıq Qarabağ ermənilərinin qurultayında Azərbaycan hökuməti ilə müvəqqəti saziş imzalamışdılar. Sazişə görə Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının ermənilər yaşayan dağlıq hissəsi və onun erməni əhalisi mədəni-milli muxtariyyət əsasında Azərbaycan Respublikasının tərkibində qalırdı. Lakin daşnak ermənilər həmin sazişi pozaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına çalışırdılar.

Sovet hökuməti qurulduqdan sonra ermənilər bu məsələ ilə bağlı daha da fəallaşdılar. 1923-cü il iyulun 7-də AZ.SSP Mərkəzi İcariyyə Komitəsi “Dağlıq Qarabağ muxtar vilayətinin” yaradılması haqqında dekret verdi. Şuşa şəhəri və Xankəndi, Şuşa qəzasında 115 kənd Cavanşir qəzasında 52 kənd, Qaryagın qəzasından 30 kənd DQMV –nə verildi.

Bu ”xəyanətkar səxavətlilik” Azərbaycan millətinin mənafeyinə, Vətənin gələcəyinə ciddi ziyan vuran bağışlanmaz cinayət idi. Qondarma Dağlıq Qarabağ problemi şovinist rus imperiyasının Azərbaycan xalqına, onun taleyinə qarşı vaxt aşırı istifadə etmək üçün bir alət oldu.

1923-cü il iyulun 7-də Pircahan kəndi mərkəz olmaqla Muxtar Kürdüstan yaratmaq ideyası Ə.H. Qarayev tərəfindən irəli sürülmüşdü. Lakin 1923-cu il iyulun 16 da AzKP MK-si kürdlərin yaşadıqları ərazidə Kürdüstan qəzası yaratmağı qərara aldı.

Çoxmillətli ölkədə yeni cəmiyyət quruculuğu buradakı millətlərin və xalqların sıx iqtisadi əməkdaşlığının təmin olunmasını tələb edirdi.

1921-ci ilin martında Azərbaycanın Moskvadakı nümayəndəliyi Cənubi Qafqaz Respublikalarının birləşmələrinin zəruri olduğu haqqında məsələ qaldırdı.Bu Cənubi Qafqaz respublikalarının təsərrüfat fəaliyyətinin birləşdirmələri üçün zəruri idi.Avqustun 7-də bu respublikaların iqtisadi siyasətinin əsas isti-qamətləri müəyyən olundu.İlk növbədə xalq təsərrüfatının elektirikləşdirilməsinin həyata keçirilməsi, suvarma sisteminin genişləndirilməsi maliyyə sisteminin birləşdirilməsi, vahid pul nişanı buraxılması həyata keçirilməli idi.Bütün bunları əlaqələndirmək üçün iqtisadi Büro yaradıldı.

1921-ci ildən etibarən Yeni İqtisadi Siyasətin (NEP) həyata keçirilməsi nəticəsində əzaq sapalağı ərzaq vergisi ilə əvəz olundu. Sosialist ukladı getdikcə digər iqtisadi ukladları sıxışdıraraq aradan çıxarırdı. Dövlət ticarəti və kooperasiya getdikcə güclənirdi.

1925-ildən başlayaraq sosialist sənayeləşdirilməsi siyasəti yeridilməyə başlandı.Bu siyasətdə başlıca məqsəd sosializmin maddi-texniki bazasını yaratmaq, sosialist istehsal münasibətlərini inkişaf etdirmək və ölkənin müdafiə qabilyətini möhkəmləndirməkdən ibarət idi.

1926-cı ildə Respublikanın sənayeləşdirilməsi üzrə komissiya yaradıldı. Bu komissiyanın sədri Q.Musabəyov idi.Həmin komissiya 1926-30-cu illərdə Respub-lika sənayesinin inkişafına dair plan layhiəsi işləyib hazırladı. Ən çox neft sənaye-sinin və pambıqçılığın inkişafına xüsusi diqqət yetirilirdi.

Lakin respublikada sənayeləşmə çox çətin şəraitdə gedirdi. Texniki-iqtisadi gerilik, müxtəlif ictimi-iqtisadi ukladların olması, sinfi düşmənlərin müqavimət göstərməsi bu çətinliklərdən idi.

Bu dövrdə işsizlik də hələ ləğv edilməmişdi. Onların sayı 55 minə qədər idi.(1927-ci ildə)

Azərbaycanda sənayeləşmə sürətlə getdiyi bir dövrdə müxalifət qüvvələri (Sarkis, A.Babayev, Skublninski və başqaları) sosialist quruluşuna şübhə ilə yanaşırdılar.

Lakin 1926-1928-ci illərdə artıq sənayeləşmə sahəsində ilk nailiyyətlər əldə edildi. Gəncədə yağ-sabun kombinatı, Bakıda iri çörək zavodu, Putada neft quyusu , oksigen –asetilen zavodu işə salındı.1926-cı ildə Bakını neft rayonları ilə birləşdirə ilk elektrik dəmir yolu hərəkətə başladı.Yeni neft yataqlarının axtarılıb tapılması sahəsində işlər genişləndi.

1928-1929-cu illərdə Azərbaycanda sənayeləşmənin textiki cəhətdən yenidən qurulmasının birinci mərhələsi başa çatdı.

Elektrikləşdirmə sahəsində xeyli uğurlar əldə edildi.Salyan,Füzuli və Şəkidə elektrik stansiyaları tikintisi başa çatdı. Sənayenin inkişafı ilə yanaşı fəhlə sinifinin də sayı artırdı.1927-ci ildə onların da sayı 47 mindən 200 minə çatdı.

Sənayeləşmə ilə yanaşı kənd təsərrüfatının da sosialistcəsinə yenidən qurulması prosesi genişlənməyə başladı.Xırda fərdi təsərrüfatlar vasitəsilə şəhər əhalisini ərzaqla təmin etmək çox çətin idi. Kənddə xüsusi mülkiyyətçilik münasibətləri sənayenin də inkiçafına maneçilik törədir.1928-ci ildə fərdi kəndli təsərrüfatların sayı 354 minə çatırdı. Bu vəziyyətdən çıxış yolu kollektiv təsərrüfatların yaradılmasında idi.

1927-ci ildən baçlayaraq kənddə kolxozların yaradılması siyasəti genişləndi.Bu prosesə rəhbərlik etmək üçün Azərbaycan Mərkəzi Kolxoz idarəsi yaradıldı. Artıq 1928-ci ildə 289 belə təsərrüfat yaradılmışdı. Eyni zamanda sovxozlar texniki cəhətdən kolxozlara yardım edirdilər.

Göstərmək lazımdır ki, kolxoz quruculuğu çətin şəraitdə yerinə yetirilirdi. Kənddə sinfi mübarizə dərinləşir, sovet quruculuğunun qatı düşmənləri olan qol-çomaqlar kolxoz quruculuğuna qarşı mübarizə aparırdılar. Onlar quldur dəstələri yradaraq kənd fəallarını öldürür, taxıl zəmilərini yandırr, kolxozun anbarlarını dağıdaraq sapotajçılıqla məşğul olurdular. Qolçomaqlara qarşı Azərbaycan Dövlət Siyasi İdarəsi mübarizə aparırdı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mədəni quruculuq sahəsində də mühüm irəliləyişlər oldu.

1920-ci ildən başlayaraq Azərbaycanda savadsızlığın ləğv edliməsi sahəsində işlər görülməyə başlandı. Bunumla əlaqədar savadsızlığı ləğv edən məktəblər yara-dıldı.1923-cü ildə Respublika hökuməti yanında Q.Musabəyov başda olmaqla savadsızlığa qarşı mübarizə Komitəsi yaradıldı.1922-1926-cı illərdə savadsızlığı ləğv etmə məktəblərində 42,7 minə qədər adam savadsızlığını ləğv etmişdi.

1930-31-ci illərdə respublikada ümumi icbarıi təhsil tətbiq edilməyə baçlandı.Köhnə məktəblərin əvəzində iki tipli kütləvi təhsil məktəbləri- 5 illik təhsil müddəti olan bir dərəcəli ibtidai məktəb, 4 illik təhsil müddəti olan iki dərəcəli məktəb (orta məktəb)yaradıldı. Məktəblərdə dini təlim ləğv edildi.

1925-ci il mayın 25-də Bakıda Azərbaycan müəllimlərinin I qurultayı keçirildi. Qurultayda respublikada yeni məktəb quruculuğu sahəsində əldə edilmiş uğurlara yekun vuruldu.

Xalq təhsilinin inkişafında əlifba islahatının həyata keçirilməsinin mühüm rolu olmuşdur.1929-cu il yanvarın 1-dən latın əlifbası qəbul olundu. Lakin təəsüf ki, 1940-cı il yanvarın 1-dən rus-kirill əlifbaslna keçid o qədər də məqsədə uyğun deyildi və bu siyasət bilavasitə Moskvanın göstərişi ilə həyata keçirilmişdi.

Bu dövrdə mədəni-maarif müəssisələrinin genişləndirilməsi sahəsində də müəyyən içlər görüldü. Mədəni-maarif işində qiraət evlərinin,qırmızı guşələrin, kitabxana və klubların təşkil edilməsi əsas yer tutrdu .

1920-ci ildə Bakıda ilk dəfə Əli Bayramov adına Mərkəzi klub yaradıldı. Bu klubun yaxın qəzalarda 17 şöbəsi fəaliyyət göstərirdi. Həmin klubların nəzdində ümum-təhsil və peşə kursları,məktəblər,sənətkarlıq,tikinti,toxuçuluq və s.emalatxan-lar,musiqi,qram dərnəkləri fəaliyyət göstərirdi.

1925-ci ildə Respublikada 75 kütləvi kitabxana fəaliyyət göstərirdi.

Bu dövrdə mətbuat və nəşriyyat işi də inkişaf stməyə başladı.Respublikada qəzet və jurnallar şəbəkəsi xeyli genişləndi. “Yeni yol”, “Molla Nəsrəddin”, “Maarif və mədəniyyət” jurnalları çap edilməyə başladı.

Bu dövrdə orta ixtisas və ali təhsilin də inkişafına diqqət yetirilirdi.1926/27-ci tədris ilində respublikada 39 pedaqoji, kənd təsərrüfatı, sənaye tex-niki, nəqliyyat,tibb üzrə orta ixtisas məktəbi fəaliyyət göstərirdi.1920-ci ildən BDUyeni inkişaf mərhələsinə qədəm qoydu.Yeni fakültələr-fizika-riyaziyyat və şərqşünaslıq fakültəsi açıldı.

1921-ci ildə Azərbaycan Politexniki institutu yaradıldı. Onun tərkibində texnologiya, mühəndis-inşaat və kənd təsərrüfatı fakültələri yaradıldı. Sonralar 1929-cu ildə kənd təsərüfatı fakültəsi əssında Gəncədə Kənd Təsərrüfatı İnstitutu yaradıldı.

1921-ci ildən Azərbaycan Dövlət Pedoqoji İnstitutu fəaliyyətə başladı.1922-ci ildə Qadın Pedoqoji İnstitutu da təşkil edildi və sonralar APİ ilə birləşdi.

Ümumiyyətlə 1926/27-ci tədris ilində Respublikada fəaliyyət göstərən 5 ali məktəbdə 5351 nəfər tələbə təhsil alırdı.

Azərbacanın sosial və iqtisadi inkişafında 30-cu illərdə çox böyük irəliləyişlər olmuşdur.1928-32-ci illərə dair birinci beşillik plan vaxtından qabaq yerinə yetirildi.Neft və digər sənaye sahələri, aqrar sahədə böyük inkişaf nəzərə çarpırdı.

Xalq təsərrüfatının yenidən qurulmasının həlledici mərhələsi başa çatır, sosializmin maddi-texniki bazası daha da möhkəmlənirdi. Sosialist iqtisadi və sosial münasibətləri şəriksiz hökmranlıq edir, bütün istismarçı siniflər ləğv olunurdu.

Bununla belə, sosializm quruculuğu prosesi ilə yanaşı inzibati-anirlik idarəetmə sisteminin törətdiyi narazılıqlar da artmaqda idi.

Bu narazılığı aradan qaldırmaqdan ötrü KP-sı “sıralarını təmizləmək” haqqında qərar verildi”. Təkcə 1933-34 –cü illərdə iki mindən çox kommunist partiya sıralarından çıxarıldı. Partiyadan çıxarılanların əksəriyyətini azərbaycanlılar təşkil edirdi.

30-cu illərin ikinci yarısından respublika rəhbərliyində yaranmış mühit, xüsusilə azərbaycanlılara qarşı düşmənçilik mövqeyində duran ermənilərin partiya və güc strukturlarında cəməlşməsinə gətirib çıxardı. Bu siyasət azərbaycanlıları respublikanın ictimai siyasi həyatından təcrid etməyə, fürsət düşdükdə onları fiziki cəhətdən məhv etməyə yönəldilmişdi.

SSPİ –də sosializm cəmiyətinin qurulması, 20-30-cu illərdə olkənin iqtisadiy-yatında, onun sinfi tərkibində əmələ gəlmiş əsaslı dəyişikliklər 1924-cü ildə Sovet Konstitusiyasında qəbul edilmiş müddəalara yenidən baxılmasını tələb edirdi.

1936-cı il noyabrın 17-də AZ.SSP IX Sovetlər Qurultayı çağrıldı və orada AZ. SSP-in yeni Konstitusiyasının ümumxalq müsakirəsi dinlənildi və həmin layihə bəyənildi. Həmin layihənin müzakirəsində 1 milyondan çox adam iştirak etmişdi.

Qurultay həmçinin ZSFSR-in ləğv edilməsi haqqında məsələni də müzakirə etdi.

1937-ci il martın 14-də IX Sovetlər Qurultayı öz işini davam etdirərək ,AZSSP –ni Yeni Konstitusiyanı qəbul etdi.

Çoxmillətli ölkədə sosial və iqtisadi dəyişikliklər prosesində milli məsələ obyektiv olaraq öz əhəmiyyətini itirmişdi. Sosializm quruculuğunda milli amilin təhrif olunması əhalisi müsəlman olan respublikakalarda xüsusilə aydın şəkildə təzahür edirdi.

Azərbaycanda milli özündərkin hər cür təzahürü əksər hallarda millətçilik damğası ilə kökündən kəsilir,onu az çox özündə əks etdirən elmi və ədəbi əsərlər tənqid atəşinə tutulurdu.

Ölkədə avtoritar idarəçilik güclənir, rəhbər xadimlərin –Stalinin, Bağırovun şəxsiyyəyinə pərəstiş daha da güclənir,idarəetmədə daha çox istifadə edilirdi.

Beləliklə vicdanlı komminstlərə,partiya və dövlət xadimlərinə,elm və ədəbiyyat xadimlərinə qarşı geniş hücumlar başlandı.Ən yaxşı ziyalı nümayəndələrin güllələnməsi,sürgün edilməsi ilə müşaiyət olunan represiyyalar başlandı.

1937-ci ilin mayında XII Bakı partiya konfransında M.C.Bağırov bir çox qocaman partiya üzvlərinin ideyaca darmadağın edilməsi üçün çağırışı kütləvi cəzaları həyata keçirmək üçün bir çağırış oldu.

Bağırov və onun əlaltıları Sumbatov –Topuridze, Markaryan,Yemelyanov, Qriqor-yan, Borşov kimi adamlar siyasi vəziyyətdən istifadə edərək Azərbaycanın görkəmli oğullarını məhv etdilər.

Respublikanın görkəmli partiya və dövlət xadimləri R.Axundov, D.Bünyad-zadə, M.D.Hüseynov,Ç.İldrım,Ə.H.Qarayev,H.Sultanov kimi şəxsiyyətlər repres-siya qurbanı oldular.

Repressiya elm və mədəniyyət xadimlərinə qarşı da yünəldilmişdi.1937-ci ildə H.Cavid, M.Müşfiq, Y.V.Çəmənzəminli, V.Xululu, Əhməd Cavad, T.Şahbazi (Simurq), B.Çobanzadə və başqaları həbs edilərək ya güllələnmiş, ya da Sibirə və uzaq Şərqə sürgün edilmişdilər.

Təkcə 1937-ci ildə Azərbaycanda “xalq düşməni” kimi 29 min nəfər güllələnmiş və ya sürgün edilmişdi.

Ümumiyyətlə 1937-38-ci illərdə Azərbycanda 70 mindən çox insan –sadə əməkçi, rəhbər, ziyalı represiyanın qurbanı olmuşdu.

Əslində bu Azərbaycan millətinin qatı düçmənləri tərəfindən etnik düşmənçlik məqsədilə məhv edilməsi idi. Belə bir kədərli faktla sübut olunur ki, Azərbaycandakı 51 rayondan 31-də daxili işlər idarəsinin baçında ermənilər dururdular.

Beləliklə XX əsrin 30-cu ullərində milyonlarla adam Stalinin şəxsiyyətə pərəstişinin qurbanı olmuşdur. Bunun isə ölkənin gələcək iqtisadi,siyasi,mədəni və hərbi inkişafı üçün çox ağır nəticələri oldu.

XVII MÖVZU

Azərbaycan ikinci Dünya müharibəsi illərində.(1939 – 1945-ci illər)



PLAN
1.Azərbaycan ikinci Dünya müharibəsi illərində

2.Azərbaycan vətəndaşları partizan, müqavimət və milli –azadlıq hərəkatlarında.

3.Xalq təsərrüfatı müharibə illərində
ƏDƏBİYYAT
1.Azərbaycan tarixi.VII cilddə, VII cild.Bakı, 2008, səh II-297.

2.Siyasi tarix.(müh.kursu) II hissə,Bakı, 1995, səh.44-51.

3.Siyasi tarix. (dərs vəsaiti) II hissə, Bakı, 1998, səh.67-100

4.Mədətov Q. Azərbaycan Böyük Vətən müharibəsi illərində. Bakı,

1965, səh,10-33.

5.Orucov Q.S. Azərbaycan Qafqaz döyüşlərində.Bakı, 1984, səh.7-17.



Mövcud nüfuz dairələrini, xammal və satış bazarlarını yenidən bölüşdürmək uğrunda mübarizə güclənmişdi. Versal-Vaşinqton sisteminin sərt, ağır və ədalətsiz şərtlərindən narazı olan Almaniya və Yaponiyada millətçilik, irqçilik və qisasçılıq, İtaliyada revanşizm meyli şiddətlənmişdi. SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzun Şərqdə nüfuz dairəsini genişləndirməyə çalışırdı. Böyük Britaniya, Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini qoruyub saxlamaq əzmində idilər. İkinci Dünya müharibəsinin səbəblərindən biri də liberal-demokratik dövlətlərin totalitar rejimləri – faşizmi və kommunizmi, nasizmi və bolşevizmi bir-birinə qarşı qoyub zəiflətmək və məhv etmək cəhdi idi.

 İkinci Dünya müharibəsini xronoloji baxımdan üç böyük dövrə bölmək olar. Birinci dövr 1939-cu il, sentyabrın 1-dən 1942-ci ilin iyun ayınadək davam etmişdi. Bu dövr təcavüzkarın üstünlüyü şəraitində müharibənin miqyasının genişlənməsi ilə səciyyələnir. İkinci dövr – 1942-ci ilin iyun – 1944-cü ilin yanvar ayları – təşəbbüskarlıq və üstünlük antihitler koalisiyasının əlinə keçmiş əsaslı dönüş dövrüdür. 1944-cü ilin yanvarından 1945-ci ilin 2 sentyabrınadək olan üçüncü dövr faşist bloku dövlətləri ordularının darmadağın edilməsi, təcavüzkar dövlətlərdə hakim rejimlərin böhranı və dağılması ilə əlaqədardır. 

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ keçirməklə Şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı «Qafqazın idarə olunması planı»na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.


Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin «Böyük Türküstan» dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin «Edelveys» adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri «Vilvet» planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi.
Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından müharibəyə cəlb olunmuşdu. Onun da igid oğul və qızları sovet-fin müharibəsi cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqının Böyük Vətən Müharibəsi başlanandan sonra o da faşizmə qarşı müharibəyə cəlb olundu. Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər.
Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü
1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.
1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə göstərdikləri misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov, F.Səfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar.
Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə görə 416-cı diviziya «Taqanroq diviziyası», döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya «Temryuk divİziyası», 271-ci diviziya «Qarlov diviziyası», 77-ci diviziya «Simferopol diviziyası» və 223-cü diviziya «Belqrad diviziyası» adını qazanmışdılar. 223-cü və 416cı diviziyalar Odessa və Kişinyovu, 271-ci diviziya Polşa və Çexoslovakiyanı, 223-cü diviziya Yuqoslaviyanı azad etməkdə fəal iştirak etmişdilər. 416-cı diviziya Qafqazdan Berlinə kimi böyük döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi, Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdikləri igidliyə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.1944-cü ildə Şimali Transilvaniyanın Mağara şəhəri uğrunda döyüşlərdə göstərdiyi misilsiz igidliyə görə Gəray Əsədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuıuşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belorusiyada «Dyadya Kolya» partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli təşkilat yaranmışdı.
Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, «Armed Mişel» (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və en yüksək fəxri adı - «Fransanın Milli Qəhrəmanı», şəxsi igidliyinə görə paradda əskərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.
Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox fa-şist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
Partizan dəstəsində onunla yanaşı T.Əliyev, D.İsmayılov, Ə.Məmmədov, M.Seyidov və b. da döyüşmüşdülər. Bunlardan başqa Yuqoslaviya Xalq Azadlıq ordusu sıralarında onlarla azərbaycanlı faşizmə qarşı vuruşmuşdu. Onlardan 50 nəfəri Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdülər. Onlardan partizan qərargahının rəisi D.Həkimli, bölmə komandirləri M.Abdullayev və A.Məmmədov, pulemyotçu V.Hüseynov, həkim R.Ağazadə, feldşer M.Qulubəyov və b. fərqlənmişdilər.

İtaliyada partizan dəstələrində vuruşan Ə.Babayev, H.Nadirov, M.Nəzərov, İ.Məmmədov, V.Hüseynov, Ş.Məcidov, A.Mirzəyev, M.Nəcəfov, H.Əskərov, M.Abdullayev, S.Səfıyev və b. Şimali İtaliyanın azad edilməsində fəal iştirak etmişdilər. Əli


Babayev Qaribaldi adına batalyonun komandiri olmuş, «Hərbi şücaətinə görə» gümüş medalla təltif olunmuşdu. Vilayət Hüseynov İtaliya faşistlərinin lideri B.Mussolini həbs edənlərdən biri olmuşdu.
Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
Müharibə illərində azərbaycanlılar antisovet hərəkatında da iştirak etmişdilər. Baltikyanı ərazilər uğrunda gedən döyüşlər zamanı əsir düşən Əbdürrəhman (Əbo) Fətəlbəyli Düdənginski Hitlerin razılığı ilə azərbaycanlılardan ibarət hərbi dəstələr yaratmışdı. Azərbaycanlılardan yaradılan hərbi legion Fransanın cənubunda müttəfiqlər əleyhinə döyüşlərdə iştirak etmişdilər.
Hitler hökumətinin Şərq nazirliyi 1941-ci ilin payızında M.Ə.Rəsulzadəni Almaniyaya dəvət etmişdi. Onunla azərbaycanlı əsirlərin azad edilməsi, onlardan milli ordu yaradılması məsələləri müzakirə edilmişdi. Hitler 1941-ci il dekabrın 22-də başqa milli hərbi hissələrlə yanaşı, Qafqaz müsəlmanlarından xüsusi hərbi hissə yaradılması barədə əmr vermişdi. Qafqaz müsəlmanlarından təşkil edilmiş hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etmişdilər. Azərbaycanlılardan təşkil olunmuş 7 min nəfərdən çox döyüşçüsü olan «Aslan», «Dönməz», «Qafqaz», «Vətən» və b. hərbi dəstələr də bu döyüşlərdə iştirak etmişdilər.
Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə