Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


-cü ilin yazında antisovet hərəkatına rəhbərlik etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı



Yüklə 1,44 Mb.
səhifə12/15
tarix06.05.2018
ölçüsü1,44 Mb.
#42445
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15

1943-cü ilin yazında antisovet hərəkatına rəhbərlik etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı. Həmin ilin may ayında xüsusi azad türk diviziyası (162-ci piyada diviziyası) yaradılmışdı. Diviziyanın tərkibində Azərbaycan legionu da var idi.
Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən xəbər tutan M.Ə.Rəsulzadə hitlerçilərlə əlaqəni kəsmişdi. O, Almaniyanı tərk etməli  olmuşdu.   1943-cü  ilin  payızında  Hitler hökumətinin himayəsi ilə Berlində Azərbaycan parlamenti və hökuməti yaradılmışdı. Ona Əbo bəy Fətəlibəyli Düdənginski başçılıq etmişdi. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.
1942-ci ilin iyul ayında DTK-nin işçisi erməni Aruşanovun uydurma ittihamı əsasında Bakının müxtəlif Ali və Orta ixtisas məktəblərindən olan 8 nəfər tələbə həbs olunmuşdu. Onlar əsassız olaraq antisovet millətçi təşkilat yaratmaqda təqsirləndirilmişdilər. Erməni müstəntiqləri Aruşanovun, Qriqoryanın və Arustamovun əsassız ittihamnaməsi əsasında onlar 1942-ci ilin oktyabrın 31-də mühakimə olunmuşdular. Mühakimə prosesi cəmi 45 dəqiqə çəkmişdi. Mühakimə olunanlardan İsgəndərov Süleyman ƏliAbbas oğlu, Tağıyev Ələsgər Əli Səttar oğlu və Rzayev Məmmədhüseyn Həbib oğlu məhkəmənin hökmü ilə 1942-ci il dekabrın 24-də güllələnmişdilər. Mustafayev Çingiz Seyfulla oğlu, Ağayev Hüseynağa Mirhəşim oğlu, Məmmədov Ağa Ələsgər Rza oğlu, Rzayev Saleh Əbdülhüseyn oğlu və Mehdiyev Zaman Zeynal oğlu 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin işdə adları çəkilən Həbibzadə Şükür 1942-ci ilin noyabrında 8 il həbsə və Rüstəmov Ramiz isə dekabr ayında güllələnməyə məhkum olunmuşdu. Lakin 1943-cü ilin fevralında onun cəzası 10 il həbslə əvəz edilmişdi. Lakin sonradan apardan yoxlamalar nəticəsində sözügedən iş üzrə hökmün əsassız və uydurma olduğu sübuta yetirilmiş, 1960-cı il yanvarın 5-də isə ona xitam verilmişdir.

Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi. Gənclərdən ixtisaslı kadrlar hazırlanması genişləndirilmişdi.


Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. O zaman SSRİ-nin əsas duru yanacaq-neft bazası olan Bakının rolu artmışdı. Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini verirdi. Motorlu hərbi texnika demək olardı ki, əsasən Bakının verdiyi yanacaqla işləyirdi. 1941 1945-ci illərdəBakıölkəyə75 milyon ton neft, 22 milyon ton benzinvermişdi.
Bakıdöyüşənordununcəbbəxanalarındanbirinəçevrilmişdi.Bakıda «Katyuşa» raketi, «Şpakinpulemyotu» istehsaledilir, «YAK - 3» qırıcıtəyyarəsiyığılırdı.ÜmumənBakıda 130-dan çoxsilah
vəonunhissələrihazırlanırdı.
Azərbaycanınkəndəməkçiləridəmüharibəillərindədöyüşəncəbhəyəəllərindəngələnietmişdilər.Onlarölkəyə 500 min ton pambıqvədigərstratejixammalməhsullarıvermişdilər.
Azərbaycan dəmiryolçuları müharibə illərində “LEND-LİZ” yolu ilə ABŞ və Böyük Britaniyadan,İran körfəzindən və İran ərazisindən SSRİ-yə daşınan hərbi sursat,sənaye və ərzaq mallarının təyinat yerlərinə çatdırılmasında fədəkarlıq göstərmişlər.

Azərbaycan ziyalıları da müharibədə qələbəyə öz töhvələrini vermişdi-lər. Azərbaycan alimləri izrehli texnikaya qarşı top gülləsi, özüidarə olunan bombalar, tanka qarşı elektrik minaları, çoxpiləli minalar və s.hazırlamışdılar.



Y.Məmmədəliyevin rəbərliyi altında br qrup kimyaçı alim yüksək oktanlı aviasiya yanacağı əldə etmişdi. Onun rəhbərliyi altında yeni zavod işə salınmışdı. Ümumən,Y.Məmmədəliyevin rəhbərliyi altında kimyaçı alimlər müharibə illərində 38 növ sürtki yağı, 9 adda yüksək oktanlı təyyarə benzini və 8 növ dizel yağı istehsalını təşkil etmişdilər.

Bakının elmi labaratoriyalarında tank əleyhinə yandırıcı və partlayıcı maddələr istehsal olunurdu. Bu maddələrin alnmasında akademik Əli Quliyevin misilsiz xidmətləri olmuşdur.Hətta o, kəşf etdiyi partlayıcı maddəni sınaqdan keçirərkən baş vermiş partlayış nəticəsində qolunun birini itirmişdir.

Geoloq alimləri tərəfindən bu dövrdə 6 neft yatağı kəşf olunmuşdu.Mirəli Qaşqyın və Şamil Əzizbəyovun rəhbərliyi ilə odadavamlı gil, fosvorit vəs. yataqlar kəşf edilmişdi.

Tibb sahəsində akademik M.Topçubaşov cərrahiyyə böyük yeniliklər gətirmişdi. Məhz onun şəfalı əlləri hesabına minlərlə əsgər və zabit yenidən döyüş cəbhələrinə qayıtmışdılar.

Müharibə illərində məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün 1941-ci ildə Qazaxda, Qubada, Naxçıvanda, Xankənddə, Ağdamda ikilik müəllimlər institutları, Cəlilabad və Laçında pedoqoji məktəblər açılmışdı.

Müharibə illərində yaradıcı ziyalılar-yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar qələbə naminə əllərindən gələni etmişdilər.Onlar öz əsərlərində insanlarda Vətənə məhəbbət, düşmənə nifrət hissləri aşılayır, faşizm üzərində qələbəyə inam yaradırdılar. Bundan başqa onlar vaxtaşırı döyüş cəbhələrinə gedir, əsgərlər və zabitlər qarşısında çıxışlar edərək onların qələbə əzmini qüvvətləndirirdilər.Bu sahədə şair və yazıçılardan S.Vurğun,S.Rüstəm, M.Rahim, R.Rza, Ə.Vəliyev və başqalarının unuduımaz xidmətləri olmuşdur. Azərbaycan ruhaniləri də xalqın düşmən qarşı mübarizyə səfərbər edlməsndə fəal iştirak etmişdilər. Müharibədə qələbənin başlıca rəhnini xalqın ordu ilə birgə olması, ön cəbhə ilə arxa cəbhə arasında əlaqənin möhkəmliyi təşkil edirdi. Arxa cəbhə daim ön cəbhə üçün möhkəm dayaq olmuşdu. Əhali iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, cəbhəyə təmənnasız köməyini əsirgəməmişdi. Müharibə illərində Azərbaycanın fəhlə və kəndliləri, ziylıları müdafiə fonduna şəxsi əmlaklarından 15,5 kq qızıl, 952,5 kq gümüş, 295 milon manat pul, 15 milyon manatlıq qızıl istirqaz vermişdilər.

1942-ci ildə respublika zəhmətkeşləri cəbhəyə iki min bağlama və 146 vaqon ərzaq göndərmişdilər. 1941-1993-cü ilərdə hərbi döyüşçülərə 1601 min isti geyim, sırıqlı, gödəkcə, keçə çəkmə, corab, əlcək, qulaqlı papaq və s.göndərilmişdi.

Müharibə dövründə, xüsusən 1941-1942-ci illərdə Azərbaycanda vətəndaşların şəxsi qənaətləri hesabına tank dəstələri və hava eskadronları yaratmaq hərəkatı geniş vüsət almışdı.

Alimlər, ədəbiyyat və incəsənət xadimləri, istehsalat qabaqcılları tank kolonları və hava eskadronları fonduna öz şəxsi qənaətləri hesabına 215 milyon rubl vəsait vermşdilər.

Resoublikanın kənd əhalisi şəxsi təsərrüfatından Qırmızı Ordu fonduna 18 min baş iribuynuzlu heyvan, 152 min pud taxıl, 170 min digər kənd təsərrüfatı məhsulları vermişdilər.

Beləlklə,Azərbaycanın arxa cəbhəsi də İkinci Dünya müharbəsində SSRİ-nin faşizm üzərində qələbə çalmasında çox mühüm rol oynayan Bakı öz layiqli qiymətin almamışdı. O,əslində qəhrəman şəhər olsa da, ancaq Lenin Ordeni ilə təltif edilmişdi.

Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi". Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur".

Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".


Mövzu:18
II Dünya müharibəsindən sonra Azərbaycanda

sosial-iqtisadi və siyasi vəziyyət
PLAN
1. Müharibədən sonra Azərbaycanda sosial –iqtisadi və siyasi vəziyyət.

2. Azərbaycan–Ermənistan münasibətləri. Azərbaycanlıların Ermənistandan

kütləvi surətdə deportasiyası

3. Müharibədən sonra Cənubi Azərbaycanda demokratik və milli-azadlıq

hərəkatı.
ƏDƏBIYYAT

1. Azərbaycan tarixi .VII cilddə, VII cild, Bakı,2008,səh.200-297

2. Məmmədov İ. Məmmədov C.Azərbaycan tarixi .Bakı,2009,səh.176-200.

3. Mustafazadə T.Umumi tarix, IV cild, Bakı,1997.

4. Siyasi tarix (dərs vəsaiti) II hissə,Bakı,1998 səh. 86-100

5. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir.I,II,cildlər,Bakı, 1997.

6. Əliyev H.Ə.”1948-1953-cü-illərdə azərbaycanlıların Ermənistandan kütləvi

surətdə deportasiyası haqqında”18 dekabr, 1997-ci il fərmanı

“Azərbaycan”qəzeti, 19 dekabr 1997-ci il .

7. Rəhimli Ə.Güney Azərbaycanda milli demokratik hərəkat (1941-1946), Bakı,

2003.

8. Didərginlər. Bakı,1990.



Müharibə Azərbaycanın da sosial-iqtisadi durumuna güclü zərər vurmuşdu. Sənaye məhsulu 1945-ci ildə 1940-cı ilə nisbətən 22 faiz, neft istehsalı təqribən yarıbayarı azalmışdı. Kənd təsərrüfatındada ciddi geriləmə baş vermişdi. Pambıq istehsalı 1940-cı ilə nisbətən təqribən 3 dəfə, xam ipək istehsalı 2 dəfə azalmışdı. Əhalinin sayı 1940-cı ildəkindən (3304,1min) 17,65 faiz fəhlə və qulluqçuların sayı 60 mindən çox azalmışdı.

Müharibədən sonra Azərbaycanda təsərrüfatın bərpa və inkişaf etdirilməsinə başlandı. Tezliklə təsərrüfatın bütün sahələri dinc quruculuq müstəvisinə keçiril- məli və sonra inkişaf etdirilməli idi. Bu vəzifələr 1946—1950-ci illəri əhatə edən dördüncü beşillik planda öz əksini tapmışdı. Həmin plana görə sənaye məhsulu istehsalı müharibədən əvvəlikinə nisbətən18 faiz, kənd təsərrüfatı istehsalı isə 28,2 faiz artmalı idi.

1946-cı ildə xalq təsərrüfatının dinc quruculuq müstəvisinə keçirilməsi vəzifəsi həyata keçirdi.1948-ci ildə isə Azərbaycanda sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdırdı.1946-1950-ci illərdə Buzovna, Maştağa (1945), Gürgan-dəniz, Hövsan və Umbakı (1948-1950),Neft daşları (1950)yeni neft və qaz yataqları kəşf edirdi.1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft- mədən estakadaları quruldu. 1949-cu il noyabrın 7-də Xəzərdə qazılan neft quyusu fontan vurdu.

Xəzər nefti SSRİ-yə xidmət etməyə başladı. İndi Bakı –Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin başa çatması ilə o, dünyaya xidmət edir.1950-ci ildə estakadaların uzunluğu 18,9 km-ə çatdırıldı.

Müharibədən sonrakı ilk onilliyin axırında (1945-1955-ci illər) neft hasilatı 116,6 milyon tona çatdırdı.1946-1950-ci illərdə neft emalı zavodları yenidən qu-ruldular.1946-1950-ci illərdə respublikada sənayenin ümumi məhsulu 78 faiz artdı. Neft hasilatı 28 faiz, qaz çıxarılması 26 faiz çoxaldı.1946-1950-i illərdə neft emalının həcmi 1,3 dəfə artdı.

Həmin illərdə polad əridilməsi 89 faiz, prokat istehsalı 70 faiz, elektirik ener-jisi hasilatı 76 faiz, sement istehsalı 48 faiz artdı. Müharibədən sonra Sumqayıt, Mingəçevir, Daşkəsən kimi sənaye şəhərləri yaradıldı. Sumqayıtda kimya və metallurgiya, Mingəçevirdə energetika sənaye sahələri inkişaf etdirilməyə baş-ladı. Daşkəsəndə isə dəmir filizi yataqları istifadəyə verildi. Daşkəsən filiz saflaşdırma kombinatı yaradıldı.

Ümumən, müharibədən sonrakı on il ərzində Azərbaycanda 108 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Onlardan Bakı asbest-şifer zavodunu (1948), Qaradağ sement zavodunu (1951),Yeni neftayırma zavodunu (1953) və b.göstər-mək olar.

Azərbaycan kənd təsərrüfatı məhsullrı istehsalı da 1950-ci ildə 1945-ci ilə nis-bətən 32 faiz artdı. Buna baxmayaraq, kənd təsərrüfatı, xüsusən əkinçilik bitkiləri-nin əkin sahələri və məhsuldarlığının həcmi (taxıl,bostan məhsulları, meyvə və s.) aşağı düşmüşdü. 1951-ci ildə kolxozların iriləşdirilməsi tədbirləri də vəziyyətdən çıxmağa kömək etmədi. Kənd təsərrüfatınıda geriləmənin başlıca səbəbini işçi qüvvəsinin, texnikanın çatışmaması ilə yanaşı, kolxozçuların maddi marağının olmaması da təşkil edirdi. Bu da, zorakılıqla yaradılmış kolxoz quruluşunun ciddi qüsurlarından soraq verirdi.

Bu illərdə əhalinin sosial vəziyyətində də dəyişikliklər baş verdi.1947-ci ilin dekabrında ərzaq və sənaye malları satışındakı kartoçka sistemi ləğv olundu. Ölkədə pul islahatı keçirildi. 1948-ci ildən etibarən ərzaq və sənaye mallarının qiymətləri ardıcıl olaraq aşağı salınmağa başladı. 1950-ci ildə ümumi qiymətlər 1947-ci ilə nisbətən 43, o cümlədən ərzaq mallarının qiymətləri 47 faiz, sənaye mallarının qiymətləri 35 faiz aşağı salınmışdı.1951-1954-cü illərdə də hər il qiymətlərin aşağı salınması davam etdirilmişdi.
II Dünya müharibəsində SSRİ-nin qalib gəlməsi onun nəzarəti altında olan bütün regionlarda, o cümlədən, Azərbaycan SSR-də totalitarizmin daha da güclənməsinə səbəb oldu. Stalinin, Azərbaycanda isə həm də Bağırovun şəxsi nəzarəti altında işləyən Dövlət Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri güclü totalitar rejimin təmin olunması üçün mühüm vasitə idilər. Adamlara qarşı etimadsızlıq, gizli izləmə, düşüncələrə nəzarət, çuğulluq, satqınlıq daha da artmış, cəmiyyətdə ümumi vahimə yaradılmışdı.

Hamı bir-birindən şübhələnirdi. Müharibədən sonra bütün hakimiyyətin Stalinin əlində cəmləşdirilməsinə mənəvi cəhətdən haqq qazandırmaq üçün onu bütləşdirmək, hər vasitə ilə kütlələrdə onun şəxsiyyətinə pərəstiş formalaşdırmaq totalitar üsul-idarəni daha da gücləndirməyin vasitələrindən biri idi. Stalinin şəxsiyyətinə pərəstiş kütləvi psixoz səviyyəsinə çatdırılmışdı.İnzibati-amirlik üsul-idarəsinin daha da güclənməsi, ictimai mülkiyyətə sərəncam vermək hüququnun partiya-təsərrüfat bürokratiyasına məxsus olması, sözdə verilmiş bəzi demokratik hüquqların da təmin olunmaması əhalini siyasətdən daha da uzaqlaşdırmışdı. "Xalq hakimiyyəti" orqanlarına seçkilər ciddi nəzarət, inzibati təzyiq altında keçirilirdi. Səsvermədən yayınmaq, demək olar ki, mümkün deyildi

Müharibədən sonra da Azərbaycanda 1937-ci il və müharibə abı- havası davam edirdi. İ.Stalinin şəxsiyyətinə pərəstiş daha da güclənmişdi. Ölkədə yenidən repressiyalar başlandı. İlk növbədə alman əsirliyindən qayıdanlara nəzarət artdı. Onlara inamsızlıq hökm sürməyə başladı. Onlardan çoxları məhkum və ya sürgün olundular. Kadr siyasətində qeyri millətlərin nümayəndələrinə, xüsusilə ermənilərə yaşıl işıq yandırıldı. Gənclərin milli ruhunu boğmaq üçün tədbirlər görüldü. Hələ ikinci dünya müharibəsi illərində (1942-1943-cü illərdə) ali məktəb tələbə və aspiratlarından İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, (Hüseynoğlu), Hacı Zeynalovun başçılığı ilə yaradılmış “İldırım”təşkilatına və onun üzvləri olan Azər Ələsgərova, Kamal Əliyeva, Aydın Vahidova və Musa Abdullayeva divan tutuldu.1948-ci ilin yazında təlşkilatın üzvləri mühakimə olundular.Onlardan 3-ü 25-il müddətinə konslagerə göndərildi, 4-ü 10 il və biri isə 7 il həbs cəzasına məhkum edildi.

Müharibədən sonra totalitarizmin güclənməsini şərtləndirən cəhtlərindən biri də, hakim ideologiasının inhisarının gücləndirilməsi oldu.1947-1951-ci illərdə fəlsəfə (1947) biologiya (1948) fiziologiya (1950) dilçilik (1950) siyasi iqtisad (1951) elmləri üzrə keçirilən diskussiyalar buna misal ola bilər. Bu zaman bir sıra açıq fikirli görkəmli alimlər gözümçıxdıya salındılar. Bakı Dövlət Universitetinin biologiya fakultəsində çalışan professor genetik M.Ə. Axundov tutduğu vəzifələrdən uzaqlaşdırıldı.

Fəlsəfə və tarix elmlərində bu özünü daha qabarıq göstərdi. Bu dövrdəki ədəbiyyatda Qafqazın o cümlədən, Azərbaycanın Rusiya tərəfindən işğal olunması saxtalaşdırıldı. XIX əsrin əvvəllərində Azərbaycanın işğalı onun guya könüllü olaraq, Rusiyanın tərkibinə daxil olması kimi qələmə verilirdi. Azərbaycan Cümhuriyyətinin tarixi saxtalaşdırılırdı. Bu illər Azərbaycan tarixinə “musavat dövrü” kimi təqdim olunurdu. Bu dövr təhsil müəssələrində tədris olun-murdu.Sanki, Azərbaycan tarixində belə dövr olmamışdı.

Türk dünyasının unudulmaz abidəsi “Kitabi Dədə Qorqud” irticaçı xan – bəy eposu kimi qiymətləndirilir, onun tətqiqatçıları, o cümlədən Həmid Araslı təqib olunurdu. Məşhur Azərbaycan tarixçisi, pedaqoqu A.A.Bakıxanov idealizimində fanatizmndə Mirzə Kazımbəy “Çarızmın sadiq qulu” olmaqda günahlandrılırdı. Akademik M.A.Dadaşzadə “Türkiyənin casusu ” kimi damğalanmış, akademik yazıçısı Mirzə İbrahimov SSRİ Elmlər Akademiyasının müxbir üzvu, professor A.O. Makolevski sayıqlığını itirməkdə, Məmməd Rəfili “Kosmopolitizmdə” təqsirləndirilir-di.Yazıçı Süleyman Vəliyev sürgün edilmişdir. Görkəmli filosof, akademik Heydər Hüseynov “XIX əsir Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərinə görə kəs-kin tənqid olunmuş və “ingilis casusu” adlandırımışdı.O, bu haqsızlığa dözməyərək intihar etmişdi.

Neftçi alimlərdən Prof. Ələşrəf Əlizadə, prof. Baxşıbəy Sultanov, Əli Muradbəyli, Yusif Səfərov, Filosoflarda Əli Əlizadə, yzıçılarda Əbülhəsən Ələkbərzadə şair Səməd Vurğun, Bəstəkar Ü.Hacıbəyov və b. hələ də təqib olunurdular.

1947-ci il iyunun əvvəllərin də verilmiş cinayət fərmanına əsasən Azərbaycanda Sovet rejiminə qarşı sədaqətlə xidmət edən müxtəlif təbəqələrdən olan 10 minlərlə adamlar repressiya qurbanları olmuşlar. Cəmiyyətin ən dəyərli kapitalı olan insan sosialist mülkiyyətinə məxsus adi bir alət, əşya, quzu, çəpiş və danadan ucuz olmuşdur.

Azərbaycanın müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə aparan M.Ə.Rəsulzadənin xalqı bu ruhda marifləndirmək məqsədilə 1949-cu ildə Ankara da yaratdığı “Azərbaycan Kültür dərnəyi” antisovet, antiazərbaycan və müntəce qurum kimi lənətlənirdi. 1953-cü il martın 5-də İ.Stalinin vəfatından sonra Azərbaycanda da siyasi abı-hava dəyişdi. M.C. Bağırov tutduğu vəzifəsindən (Nazirlər Sovetinin sədri) çıxarıldı. Bir müddət Uralda, Kuybşev neft birliyində müavin işlədi. Sonra, 1953-cü ildə həbs olundu və mühakimə (1956 cı il 12- 26 apreldə) olunaraq ölümə məhkum edildi.

M.C.Bağırovun rəhbərliyi vaxtında güc orqanlarına başçılıq etmiş Sumbatov-Toprudze, X. Qriqoryan, R.Marqaryan, T.Barşov, S.Yemelyanov, A.Atakişiyev və b.da mühakimə olundular. Onlardan ilk 4-nə güllələnmə kəsildi. Digərləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər.

1954-cü ilin fevralında İ.D.Mustafayev AKP MK-nın Birinci katibi seçildi. Onun başçılığı ilə Azərbaycanda yeni rəhbərlik formalaşdırıldı. O, Azərbaycanda mülayim, demokratik ab-havanın, milli meyllərin dirçəlişi, yeni sənaye şəhərlərinin yaradılması, sənaye və kənd təsərrüfatının inkişaf etdirmək istiqamətində xeyli təqdirə layiq tədbirlər həyata keçirdi.

Sovet imperiyasının "Parçala-hökm et!" siyasəti xalqlar arasında daim münaqişə, süni konfliktlər, problemlər yaradılmasında daha aydın təzahür edirdi. Moskva Qafqazda da Azərbaycan, erməni, gürcü və başqa xalqları bir-birinə qarşı qoymaq və hamısı üzərində hakim mövqeyini saxlamaq üçün ciddi milli münaqişə ocaqları yaratmışdı. Bunlardan ən dərini Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı muxtar vilayətdə idi. Moskvanın fitvası və havadarlığı ilə mərkəzdəki erməni lobbisinə arxalanan erməni millətçiləri, daşnaklar vaxtaşırı Azərbaycanın əsasən XIX əsrin əvvəllərindən ermənilər tərəfindən məskunlaşdınlmış bu ərazisinin ondan qoparılıb Ermənistana verilməsi tələbi ilə çıxış edirdilər. Qonşularından qopardığı və güzəşt edildiyi ərazilər hesabına müstəqil dövlət olmuş Emənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O,Türkiyədən Şərqi Türkiyə torpaqlarına, Azərbaycan-dan Dağlıq Qarabağın da Ermənistana birləşdirilməsinə nail olmaq üçün mikoyanın təşəbbüsü və moskvanın dəstəyi ilə gizli olaraq xüsusi “Qarabağ komiyəsi” yaratmış-dılar. Ermənistan başçıları Mikoyanın xeyir-duası ilə 1945-ci ilin payıında rəsmi olaraq SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə məsələ qaldırmışdılar. Onların fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR iləbağlı idi. Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq,onunla bağlı,onun hesabına yaşayırdı.

Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya vermişdi. ÜİK(b)P MK-nın katibi Y.H.Malenkovun imzası ilə bu barədə AZərbaycan K(b)P MK-nın Birinci katibi M.C.Bağırova yazılı məlumat verilmiş və ondan öz rəyini bildirmək təklif olunmuşdu.

M.C.Bağırov həmin məktuba cavab olaraq , 1945-ci ildekabrın 10-da MK-ya yazdığı məktubda bildirmişdi ki, Ermənistanın Dağlıq Qarabağa əlaqədar irəli sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur.Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırovun cavab məktubunda bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana bu şərtlə güzəştə gedə bilər ki, müxtəlif vaxtlarda Ermənistana , Gürcüstana və sovet Rusiyasına verilmiş ərazilər Azərbaycan SSR-ə qaytarılsın. Bu cavab ermənilərin Dağlıq Qarabağı ələ keçirmək planını puç etdi. Mərkəzi hökumətə problemin bütün ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anlatdı. Məhz buna görə də, Mərkəzi hökumət məsələsinin “arxivə verilməsini” vacib saydı.

Ermənilər Cənubi Qafqazda özlərinə yer elədikdən sonra zaman –zaman azərbaycanlıların öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar.1905-1920-ci illərdə yüzlərlə azərbaycanlılar yaşayan kəndlər dağılıb yandırılmış, onların əhalisi məhv edilmiş, sağ qalanlar öz doğma ocaqlarından pərən-pərən edilmişdilər. Onlar sovet rejimi şəraitində də, bu iyrənc şovinst niyyətlərindən əl çəkməmişdilər.Azərbaycan torpaqları hesabına Əzizbəyov, Ararat, Artaşat Qafan, Noyamberyan, Mikoyan, Dilican, Mehri və b. rayonları yarat-mışdılar.

Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də iyrənc niyyətini davam etdirmişdilər. Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında üç mütləq dövlət (ABŞ, SSRİ,Böyük Britaniya ) başçılarının Tehran konfransında (28 noyabr-1dekabr 1943-cü il)SSRİ İran münasibətləri məsələssssinin müzakirəsindən istfadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə Ermənistana köçürülməsi razılığını almışdılar.Hətta , onlar xaricdə yaşayan ermənilərin Ermənstan SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Hüyətinin 1946-cı il 19 oktyabr fərmanı verməsinə nail olmuşdular. Bu fərman əsasən SSRİNazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-inKür-Araz ovlağına köçürülməsi haqqında”qərarını vermişdi.Həmin qərarıhəyata keçirmək məqsədilə SSRİ Nazirlər Soveti 1948-ci il mart ayının 10—da “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıəhalinin Azərbaycan əhalinin Azərbaycan SSR-inKür-Araz ovlağına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında qərarını” qəbul etmişdi.

Depotasiya tədbirləri Ermənistanın 22 rayonunu ,əsasən Basarkeçər, Zəngibasar, Noyanberyan, Mikoyan ,Dilican, Aştarxan, Kirovakan,Vedi rayonlarınıəhatə etmişdi .Dağlıq və dağətəyiyerlərdə yerləşən bu rayonlar azərbaycanlıların kompakt və ya ermənilərlə qarışıq halda yaşadıqları rayonlar idi.

Əslində xaricdən, əsasən İrandan ,Suriyadan,Livandan ,Misirdən Ermənstan SSR-ə gələn ermənilər azərbaycanlılardan boşaldlmış kənd yerlərdə deyil, özlərinin təkidi ilə şəhər qəsəbələrdə yerləşdirilirdilər. Bu da, Ermənistan rəhbərliyinin bəhanəsinin əsassız və uydurma olduğundan soraq verirdi.

Öz doğma yurdlarındanzorla deportasiyaya məruz azərbaycanlılar əsasən Kür-Araz ovlağında, Jdanov (indiki Beyləqan), İmişli, Saatlı, Sabirabad, Salyan, habelə Yevlax, Ucar, Xaldan, Kürdəmir və s. aran rayonlarında yerləşdirildilər. Bu da onların yarıdan çoxunun isti iqlim şəraitinə dözməyərək yələf olması ilə nəticələnmişdi.

Bu hadisə əvvəllər sovet tarixşünaslığında SSRİ məkanında millətlərin və millətlərarası münasibətlərin tənzim edilməsi, inkişafı və rəhbərliyin “xeyirxah”addımı kimi qiymətləndirilmişdi. Lakin, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi mənasını almışdır.Bu faciəli hadisə əsl siyasi qiymətini ilk dəfə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”1997-ci il 18 dekabr fərmanında almışdı. O, xain xislətli qonşumuz olan ermənilərin SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqrımı kimi qiymətləndirilmişdi.

Bu dövr Bakıya Azərbaycanda yeni yaradılmış sənaye mərkəzlərinə qeyri millətlərin,o cümlədən ermənilərin axını ilə də səciyyələnmişdi.

Bütün bunlarla kifayətlənməyən ermənilər keçən əsrin 50-60 cı ilərində Dağlıq Qarabağ məsələsini yenidən qabartmışdılar.50-ci illərin sonlarında fitnəkar Mikoyanın və onu dəstəkləyən Suslovun təşəbbüsü ilə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi yenidən gündəliyə çıxarıldı. Hətta, məsələn Sov. İKPMK-da müzakirəyə çıxarıldı. Lakin, nəticəsiz qaldı.

1964-cü ildə A. Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyyətinin sədri olarkən bu məsələnin yenidən gündəliyə gətirilməsinə cəhd göstərildi. Lakin, müəyyən səbəblər üzündən Mərkəzi rəhbərlik,xüsusən,N.Xruşşov buna imkan verməmişdi.

Buna baxmayaraq antitürk,antiazərbaycan əhvali-ruhiyyəsi güclənməkdə davam edirdi. “Qarabağ Komitəsi”nin fəaliyyəti aşıq hal almışdı. Ermənistanda millətçilik tüğyan etməyə başlamışdı.1965-ci il aprelin 23-də qondarma “erməni genosidi”nin 50 illiyi,türklərin,o cümlədən azərbaycanlıların genetik düşməni olan,cəllad Andronikin isə 100 illiyi qeyd olunmuşdu.Hətta,onların şərəfinə İrəvanda və digər yerlərdə abidələr də ucaldılmışdı.1967-ci ildə Xankəndində (Stepanakertdə) bir neçə azərbaycanlı qətlə yetirilmişdi.

Bu dövrdə Azərbaycanda çox güclü erməni lobisi formalaşmışdı.Onların bir çoxu Azərbaycan rəhbərliyində yuva salmışdılar.Onlar,Aərbaycanın milli inkişafın a əngəlliklər törədirdilər.Mərkəzin dəstəyi ilə onlar bir çox kəndlərə,şəhərvə qəsəbələrə,küçələrəerməni adlarının verilməsinə nail olmuşdular.Azərbaycanda isə iki rayona S.Şamuyanın adı verilmişdi.

Moskvanın təzyiqi ilə Azərbaycanın bir çox əzəlitorpaqları”xalqlar dostluğunu möhkəmləndirmək “ naminə ermənilərəbəxş olunmuşdu.Azərbaycan SSR Ali soveti Rəyasət Heyyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Laçın ,Qubadlı, Kəlbəcər,Qazax və b.rayonlarıdan iki min hektar yararlı torpaqlar Ermənistana bəxşiş olunmuşdu. Lakin, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbər-liyinə gəlməsi ilə onun həyata keçirilməsi saxlanılmışdı.

1941-ci il avqustun 25-də Sovet müqaviləsinə əsasən (6-cı maddə) İran sərhəddini keçərək Ərdəbil və Təbriz istiqamətində irəlilədilər.Sovet qoşunları ilə eyni vaxtda İngilislər İranın cənubundan ölkəyə daxil oldular.

Sovet qoşunlarının İranda keçirdiyi hərbi əməliyyatlarda Azərbaycandan da xüsusi bir qrup iştirak edirdi.Bu zaman,Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvi Əziz Əliyev rəhbərlik edirdi. Həmin qrupa Süleymanov,Rəhimov, Mirzə İbrahimov,Mustafa Quliyev və başqaları daxil idilər.1941-ci ilin sonunadək Bakıdan Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda və s.ərzaq məhsulları yardım olaraq göndərilirdi.

1941-ci il oktyabrın 11-dən Azərbaycan dilində “Vətən yolunda” qəzet nəşr olundu.Urmiyədə azərbaycan dilində “Qızıl əsgər” qəzeti buraxıldı.Cənubi Azərbaycanlılar da öz növbəsində şimalda gedən Proseslərə ehtiramla yanacaq,onlara yardım edirdilər.Onlar 416-cı Toqanroq diviziyasına pul vəsaiti toplayaraq yardım etmişdilər.Təbrizdə bir sıra fabriklərin fəhlələri bir günlük əmək haqlarını həmin diviziyanın fonduna vermişdilər.

Lakin Sovet hökumətinin burada yeritdiyi siyasət İngiltərə və ABŞ hökumət-lətini narahat edirdi. 1943-cü il noyabrrın 28-də başlanan Tehran konfransında qəbul edilmiş “İran haqqında Bəyannamədə” bütün tərəflər İranın ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildirdilər. Bundan sonra Sovet hökuməti İranda fəaliyyətini bir qədər zəiflətdi. Azərbaycandan İrana göndərilmiş siyasi işçilərin çoxu geri çağrıldı.

Sovet hökuməti 1944-cü il martın 6-da “Cənubi Azərbaycan əhatəsinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında “ məsələ müzakirə edərək qərar qəbul etdikdən sonra ora diqqət yenidən artdı.Qərarda diplomatik orqanlarda çalışan azərbaycanlıların sayının artırılması, Azərbaycan dilində ordu qəzetinin nə-şr ediləsi, Təbrizdə Azərbaycan dilində pulsuz onillik məktəb, kitabxana , yazıçı və şairlərin nəşri və əhali arasında yayılması məsələləri irəli sürülürdü.

1944-cü ilin yaz və yayında 1000 nəfərdən çox işçi səfərbər edilərək Cənubi

Azərbaycana göndərilmişdi.Onların qarşısında duran əsas vəzifə otaydakı azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadıqlarını təbliğ etməkdən ibarət idi.

1945-ci ilin yayında Cənubi Azərbaycanda vəziyyət gərginləşdi.İran hökuməti: ABŞ və İngiltərənin hərbi-siyasi yardımına arxalanaraq ,azərbaycanda təqib və terrora başladı.Bunlara qarşı özünümüdafiə məqsədilə fədaidəstələri təşkil olundu.

İkinci dünya müharibəsinin başlanılması Böyük Britaniya ilə yanaşı Sovetlər Birliyi hərbi hissələrinin İran adlanan ölkənin ərazisinə daxil olması ilə yekunlaşdı. Bu isə, eyni zamanda, ölkənin Rza şahın başçılıq etdiyi istibdad rejiminin süqutuna gətirib çıxardı. Bir tərəfdən xarici müdaxilə, digər tərəfdən mövcud rejimin yıxılması İranda müəyyən qədər demokratik mühitin yaranmasına gətirib çıxarmış oldu. Demokratik proses ölkənin müxtəlif bölgələrində fərqli formalarda təzahür edirdi. Güney Azərbaycanda isə bu milli-azadlıq hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökümətinin yaranması ilə nəticələndi.

Azərbaycan Milli Höküməti Azərbaycan türklərinin apardığı uzun illik milli-azadlıq hərəkatının təbii yekunu kimi şərtlənməkdədir. Seyid Cəfər Pişəvərinin başçılığı ilə aparılan 21 Azər hərəkatı 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökümətinin qurulması ilə nəticələnir. Ona görə də tarixi-siyasi ədəbiyyatda Azərbaycan Milli Höküməti 21 Azər hərəkatı adı ilə tanınmaqdadır.

Azərbaycan Milli Höküməti İran adlanan ölkədə Azərbaycan türklərinin milli muxtariyyət hüququnu tanıyan bir hökümət kimi fəaliyyətə başlamış, daha sonra isə siyasi istiqamətini müstəqil dövlətçilik səmtinə yönləndirmək məramı izləmişdir.

Azərbaycan Milli Höküməti xalqın böyük dəstəyilə dövlətin bir sıra mühüm işlərini həyata keçirməyə başladı. Təbriz Dövlət Universitetinin və çoxlu sayda orta məktəblərin açılması, Milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi işlərlə Azərbaycan Milli Höküməti bir ildə iyirmi illik İran höküməti dövründən qat-qat artıq bir irəliləyiş əldə etmişdi.

Azərbaycan Milli Höküməti dövründə könüllü xalq birliklərindən ibarət olan fədai dəstələri Milli ordunun əsasını təşkil edirdi. Qısa müddət ərzində xalqın sevimlisinə çevrilən fədailər Milli Hökümətin möhkəmlənməsində, onun hərbi qüdrətinin güclənməsində, xalqda öz dövlətinə olan inamın, etibarın formalaşmasında əhəmiyyətli rol oynamışlar. Fədai dəstələrinin özlərindən qat-qat güclü olan İran Pəhləvi rejimi qarşısında dayanması, Milli Azərbaycan dövlətini müdafiə etməsi yüksək vətənpərvərlik və qəhrəmanlığın təkrarsız örnəyidir.

Seyid Cəfər Pişəvərinin ciddi təşkilatçılıq səyləri, işgüzarlığı və fəaliyyəti nəticəsində olduqca qısa bir dövr ərzində Azərbaycanın milli-demokratik qüvvələri birləşərək xalqın iradəsinə və dəstəyinə söykənən milli dövlətin təməlini qurdular.

Azərbaycan Milli Hökümətinin apardığı islahatların ikinci qismi ölkədə həqiqi mənada inqilabın həyata keçirilməsini təmin etmiş oldu.

Bu inqilab İran pəhləvi rejiminin assimilyasiya siyasətinə qarşı çıxmaq və Azərbaycan Milli kimliyini təsdiq etmək məqsədi daşıyırdı. Azərbaycan dilinin yüksək tutulmasına əsaslanan mədəni dəyişikliklər prosesi hətta 1945-ci ilin noyabrından qabaq başlamışdı. Lakin öz rəsmi xarakterini 1946-cı ilin yanvarın 6-da “Dil haqqında Milli Hökümətin Qərarı” ilə aldı. Bu sənəd elan etdi ki, “bu gündən etibarən, Azərbaycanda rəsmi dil türk dilidir”. Bu vaxtadək türk dili artıq bir çox məktəblərdə tədris olunurdu və ana dili dərsliklərin güclü şəkildə nəşrinə başlanılmışdı. Qərarın qəbul edilməsi isə bu prosesin tez bir zamanda uğurlu nəticələr verməsinə səbəb oldu. Həmçinin bir neçə ictimai – Azərbaycan İncəsənət və Rəssamlıq Məktəbinin (19 yanvar 1946 ), Dövlət Teatrının (23 mart 1946), Azərbaycan Radioverilişləri Agentliyinin (4 iyul 1946) və Təbriz Dövlət Universitetinin (6 iyun 1946) açılması bu prosesin ən önəmli hadisələri oldu. 1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dili olan Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tutmaqdadır.

Azərbaycan Milli Höküməti dövründə aparılan mədənin islahatların mühüm bir qanadını ana dili mətbuatın formalaşması səciyyələndirməkdədir. 1945-1946-cı illərdə Azərbaycanın Güneyində müxtəlif mətbuat orqanları, o cümlədən “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümü tapmışdır.

Azərbaycan Milli Höküməti sosial və iqtisadi dəyişiklikləri həyata keçirmək məqsədilə bir sıra ciddi islahatlara da başladı. Bu sırada torpaqların kəndlilərə paylanılması, şəhərlərdə və kənd yerlərində xəstəxanaların açılması, yolların çəkilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması və s. kimi mühüm məsələlər qeyd olunmalıdır.

Nəhayət ki, sosial-iqtisadi islahatların surətli bir şəkildə həyata keçirildiyi bir dövrdə Milli Hökümət İran fars rejiminin əlilə 12 dekabr 1946-cı ildə süquta uğradıldı.
Qeyd edək ki, bir qədər öncə İran mərkəzi höküməti Azərbaycan Milli Höküməti ilə imzaladığı anlaşmalarla bu muxtar dövləti rəsmən tanınmış olsa belə, eyni il içərisində 1946-cı il sentyabrın 1-də Azərbaycan Xalq hakimiyyəti üzərinə ümumi silahlı hücuma başlayan İran hökuməti 1946-cı ilin noyabrında 50 minlik qoşunla Cənubi Azərbaycana hücuma keçdi.Əməliyyata İran şahı Məmməd Rza Pəhləvi özü rəhbərlik edirdi.O, İran əsgərlərinə deyirdi: Gedin,Azərbaycanı atəşə tutun, oranı yerləyeksan edin”. Bu böyük qüvvəyə qarşı cəmi 18 min nəfərlik silahlı qüvvə var idi. Lakin şah ordusuna qarşı inadlı müqavimət göstərdi. Qısa müddət ərzində milli –demokratik hərakat qan içində boğuldu.30 minə qədər adam öldürüldü, 300 min adam isə sürgün olundu.

Azərbaycan Milli hökümətinin qurucuları Seyid Cəfər Pişəvəri başda olmaqla böyük işgəncələrə məruz qalmışlar. S.C.Pişəvəri 1947-ci ilin iyul ayının 11-də Yevlax şəhəri yaxınlığında müəmmalı şəkildə maşın qəzasında həlak olmuşdur. Hökümətin baş prokuroru Firudin İbrahimi Təbrizdə edam olunmuş, maarif naziri Məhəmməd Biriya sovet siyasi - rejimi tərəfindən 22 ildən artıq həbsdə saxlanılmışdır. Milli Hökümətin digər qurucları da həbs və sürgünlərə göndərilmiş, ağır mühacirət həyatı yaşamağa məcbur olmuşlar. Lakin onların Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti yolunda apardığı mübarizə adlarını tarixə ədəbi olaraq yazmışdır.

Azərbaycan Milli Hökümətinin ömrü uzun olmasa da, bu hökümətin yaranması və fəaliyyəti Azərbaycanın güneyində milli-azadlıq hərəkatının sonrakı mərhələdə inkişafına ciddi təkan vermişdir. Bu gün istər güneydə, istərsə də dünyanın müxtəlif ölkələrində gedən azadlıq hərəkatının əsas ideya qaynaqlarından biri məhz Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulmuş Azərbaycan Milli Hökümətidir.


Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə