Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


XVII Mövzu II Dünya müharibəsindən sonra Azərbaycanda



Yüklə 1,19 Mb.
səhifə11/14
tarix20.09.2017
ölçüsü1,19 Mb.
#1101
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   14

XVII Mövzu

II Dünya müharibəsindən sonra Azərbaycanda

sosial-iqtisadi və siyasi vəziyyət

PLAN

1. Müharibədən sonra Azərbaycanda sosial –iqtisadi və siyasi vəziyyət.

2. Azərbaycan–Ermənistan münasibətləri.Azərbaycanlıların Ermənistandan

kütləvi surətdə deportasiyası

3. Müharibədən sonra Cənubi Azərbaycanda demokratik və milli-azadlıq

hərəkatı.



ƏDƏBIYYAT

1. Azərbaycan tarixi .VII cilddə, VII cild, Bakı,2005,səh.200-297

2. Məmmədov İ. Məmmədov C.Azərbaycan tarixi .Bakı,2009,səh.176-200.

3. Siyasi tarix (dərs vəsaiti) II hissə,Bakı,1998 səh. 86-100

4. Əliyev H.Ə.Müstəqilliyimiz əbədidir.I,II,cildlər,Bakı, 1997.

5. Əliyev H.Ə.”1948-1953-cü-illərdə azərbaycanlıların Ermənistandan kütləvi

surətdə deportasiyası haqqında”18 dekabr, 1997-ci il fərmanı

“Azərbaycan”qəzeti, 19 dekabr 1997-ci il .

6. Rəhimli Ə.Güney Azərbaycanda milli demokratik hərəkat (1941-1946), Bakı,

2003.


7. Didərginlər. Bakı,1990.

8. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

Müharibə Azərbaycanın da sosial-iqtisadi durumuna güclü zərər vurmuşdu. Sənaye məhsulu 1945-ci ildə 1940-cı ilə nisbətən 22 faiz, neft istehsalı təqribən yarıbayarı azalmışdı. Kənd təsərrüfatındada ciddi geriləmə baş vermişdi. Pambıq istehsalı 1940-cı ilə nisbətən təqribən 3 dəfə, xam ipək istehsalı 2 dəfə azalmışdı. Əhalinin sayı 1940-cı ildəkindən (3304,1min) 17,65, faiz fəhlə və qulluqçuların sayı 60 mindən çox azalmışdı.

Müharibədən sonra Azərbaycanda təsərrüfatın bərpa və inkişaf etdirilməsinə başlandı.Tezliklə təsərrüfatın bütün sahələri dinc quruculuq müstəvisinə keçirilməli və sonra inkişaf etdirilməli idi. Bu vəzifələr 1946—1950-ci illəri əhatə edən dördüncü beşillik planda öz əksini tapmışdı. Həmin plana görə sənaye məhsulu istehsalı müharibədən əvvəlikinə nisbətən18 faiz, kənd təsərrüfatı istehsalı isə 28,2 faiz artmalı idi.

1946-cı ildə xalq təsərrüfatının dinc quruculuq müstəvisinə keçirilməsi vəzifəsi həyata keçirildi. 1948-ci ildə isə Azərbaycanda sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdırdı.1946-1950-ci illərdə Buzovna, Maştağa (1945), Gürgan-dəniz, Hövsan və Umbakı (1948-1950),Neft daşları (1950)yeni neft və qaz yataqları kəşf edirdi.1948-ci ildə dünyada ilk dəfə açıq dənizdə neft- mədən estakadaları quruldu. 1949-cu il noyabrın 7-də Xəzərdə qazılan neft quyusu fontan vurdu.

Xəzər nefti SSRİ-yə xidmət etməyə başladı. İndi Bakı –Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin başa çatması ilə o, dünyaya xidmət edir.1950-ci ildə estakadaların uzunluğu 18,9 km-ə çatdırıldı.

Müharibədən sonrakı ilk onilliyin axırında (1945-1955-ci illər) neft hasilatı 116,6 milyon tona çatdırdı.1946-1950-ci illərdə neft emalı zavodları yenidən quruldular.1946-1950-ci illərdə respublikada sənayenin ümumi məhsulu 78 faiz artdı. Neft hasilatı 28 faiz, qaz çıxarılması 26 faiz çoxaldı.1946-1950-i illərdə neft emalının həcmi 1,3 dəfə artdı.

Həmin illərdə polad əridilməsi 89 faiz, prokat istehsalı 70 faiz, elektirik enerjisi hasilatı 76 faiz, sement istehsalı 48 faiz artdı. Müharibədən sonra Sumqayıt, Mingəçevir, Daşkəsən kimi sənaye şəhərləri yaradıldı. Sumqayıtda kimya və metallurgiya, Mingəçevirdə energetika sənaye sahələri inkişaf etdirilməyə başladı. Daşkəsəndə isə dəmir filizi yataqları istifadəyə verildi. Daşkəsən filiz saflaşdırma kombinatı yaradıldı.

Ümumən, müharibədən sonrakı on il ərzində Azərbaycanda 108 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Onlardan Bakı asbest-şifer zavodunu (1948), Qaradağ sement zavodunu (1951),Yeni neftayırma zavodunu (1953) və b.göstərmək olar.

Azərbaycan kənd təsərrüfatı məhsullrı istehsalı da 1950-ci ildə 1945-ci ilə nis-bətən 32 faiz artdı. Buna baxmayaraq, kənd təsərrüfatı, xüsusən əkinçilik bitkilərinin əkin sahələri və məhsuldarlığının həcmi (taxıl,bostan məhsulları, meyvə və s.) aşağı düşmüşdü. 1951-ci ildə kolxozların iriləşdirilməsi tədbirləri də vəziyyətdən çıxmağa kömək etmədi. Kənd təsərrüfatınıda geriləmənin başlıca səbəbini işçi qüvvəsinin, texnikanın çatışmaması ilə yanaşı, kolxozçuların maddi marağının olmaması da təşkil edirdi. Bu da, zorakılıqla yaradılmış kolxoz quruluşunun ciddi qüsurlarından soraq verirdi.

Bu illərdə əhalinin sosial vəziyyətində də dəyişikliklər baş verdi.1947-ci ilin dekabrında ərzaq və sənaye mlları satışındakı kartoçka sistemi ləğv olundu.Ölkədə pul islahatı keçirildi. 1948-ci ildən etibarən ərzaq və sənaye mallarının qiymətləri ardıcıl olaraq aşağı salınmağa başladı. 1950-ci ildə ümumi qiymətlər 1947-ci ilə nisbətən 43, o cümlədən ərzaq mallarının qiymətləri 47 faiz, sənaye mallarının qiymətləri 35 faiz aşağı salınmışdı. 1951-1954-cü illər hər il qiymətlərin aşağı salınması davam etdirilmişdi.

Müharibədən sonra da əsas siyasi hakimiyyət Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin Siyasi Bürosunun, xüsusən partiyanın rəhbəri İ.Stalinin əlində cəmləşmişdi.

Müharibədən sonra 1946-cı ilin martında Xalq Komissarları Sovetləri Nazirlər Sovetləri adlandırıldı. İ.Stalin ÜİKP MK Siyasi Bürosunun sədri, Kommunist Prtiyasının rəhbəri olmaqla yanaşı SSRİ Nazirlər Sovetinin sədri təsdiq edildi. O, həm partiyanın, həm də hökumətin başçısı oldu. Bu struktur respublikada da tətbiq olundu.

Müharibədən sonra da Azərbaycanda 1937-ci il və müharibə abı- havası davam edirdi. İ.Stalinin şəxsiyyətinə pərəstiş daha da güclənmişdi. Ölkədə yenidən repressiyalar başlandı. İlk növbədə alman əsirliyindən qayıdanlara nəzarət artdı. Onlara inamsızlıq hökm sürməyə başladı. Onlardan çoxları məhkum və ya sürgün olundular. Kadr siyasətində qeyri millətlərin nümayəndələrinə, xüsusilə ermənilərə yaşıl işıq yandırıldı. Gənclərin milli ruhunu boğmaq üçün tədbirlər görüldü. Hələ ikinci dünya müharibəsi illərində (1942-1943-cü illərdə) ali məktəb tələbə və aspiratlarından İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, (Hüseynoğlu), Hacı Zeynalovun başçılığı ilə yaradılmış “İldırım”təşkilatına və onun üzvləri olan Azər Ələsgərova, Kamal Əliyeva, Aydın Vahidova və Musa Abdullayeva divan tutuldu.1948-ci ilin yazında təlşkilatın üzvləri mühakimə olundular.Onlardan 3-ü 25-il müddətinə konslagerə göndərildi, 4-ü 10 il və biri isə 7 il həbs cəzasına məhkum edildi.

Müharibədən sonra totalitarizmin güclənməsini şərtləndirən cəhtlərindən biri də, hakim ideologiasının inhisarının gücləndirilməsi oldu.1947-1951-ci illərdə fəlsəfə (1947) biologiya (1948) fiziologiya (1950) dilçilik (1950) siyasi iqtisad (1951) elmləri üzrə keçirilən diskussiyalar buna misal ola bilər. Bu zaman bir sıra açıq fikirli görkəmli alimlər gözümçıxdıya salındılar. Bakı Dövlət Universitetinin biologiya fakultəsində çalışan professor genetik M.Ə. Axundov tutduğu vəzifələrdən uzaqlaşdırıldı.

Fəlsəfə və tarix elmlərində bu özünü daha qabarıq göstərdi. Bu dövrdəki ədəbiyyatda Qafqazın o cümlədən, Azərbaycanın Rusiya tərəfindən işğal olunması saxtalaşdırıldı. XIX əsrin əvvəllərində Azərbaycanın işğalı onun guya könüllü olaraq Rusiyanın tərkibinə daxil olması kimi qələmə verilirdi. Azərbaycan Cümhuriyyətinin tarixi saxtalaşdırılırdı. Bu illər Azərbaycan tarixinə “musavat dövrü” kimi təqdim olunurdu. Bu dövr təhsil müəssələrində tədris olunmurdu. Sanki, Azərbaqycan tarixində belə dövr olmamışdı.

Türk dünyasının unudulmaz abidəsi “Kitabi Dədə Qorqud” irticaçı xan – bəy eposu kimi qiymətləndirilir, onun tətqiqatçıları, o cümlədən Həmid Araslı təqib olunurdu. Məşhur Azərbaycan tarixçisi, pedaqoqu A.A.Bakıxanov idealizimdə fanatizmdə Mirzə Kazımbəy “Çarızmın sadiq qulu” olmaqda günahlandrılırdı. Akademik M.A.Dadaşzadə “Türkiyənin casusu ” kimi damğalanmış, akademik yazıçı Mirzə İbrahimov, SSRİ Elmlər Akademiyasının müxbir üzvu, professor A.O. Makolevski sayıqlığını itirməkdə, Məmməd Rəfili “Kosmopolitizmdə” təqsirləndirilirdi.Yazıçı Süleyman Vəliyev sürgün edilmişdir. Görkəmli filosof, akademik Heydər Hüseynov “XIX əsir Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsərinə görə kəskin tənqid olunmuş və “ingilis casusu” adlandırımışdı. O, bu haqsızlığa dözməyərək intihar etmişdi.

Neftçi alimlərdən Prof. Ələşrəf Əlizadə, prof. Baxşıbəy Sultanov, Əli Muradbəyli, Yusif Səfərov, filosoflardan Əli Əlizadə, yzıçılarda Əbülhəsən Ələkbərzadə, şair Səməd Vurğun, bəstəkar Ü.Hacıbəyov və b. hələ də təqib olunurdular.

1947-ci il iyunun əvvəllərində verilmiş cinayət fərmanına əsasən Azərbaycanda Sovet rejiminə qarşı sədaqətlə xidmət edən müxtəlif təbəqələrdən olan 10 minlərlə adamlar represiya qurbanları olmuşlar.Cəmiyyətin ən dəyərli kapitalı olan insan sosialist mülkiyyətinə məxsus adi bir alət, əşya, quzu, çəpiş və danadan ucuz olmuşdur.

Azərbaycanın müstəqilliyini bərpa etmək uğrunda ardıcıl mübarizə aparan M.Ə.Rəsulzadənin xalqı bu ruhda marifləndirmək məqsədilə 1949-cu ildə Ankarada yaratdığı “Azərbaycan Kültür dərnəyi” antisovet, antiazərbaycan və mürtəce qurum kimi lənətlənirdi. 1953-cü il martın 5-də İ.Stalinin vəfatından sonra Azərbaycanda da siyasi abı-hava dəyişdi. M.C. Bağırov tutduğu vəzifəsindən (Nazirlər Sovetinin sədri) çıxarıldı. Bir müddət Uralda, Kuybışev neft birliyində müavin işlədi. Sonra, 1953-cü ildə həbs olundu və mühakimə (1956 cı il 12- 26 apreldə) olunaraq ölümə məhkum edildi.

M.C.Bağırovun rəhbərliyi vaxtında güc orqanlarına başçılıq etmiş Sumbatov-Toprudze, X. Qriqoryan, R.Markaryan, T.Borşov, S.Yemelyanov, A.Atakişiyev və b.da mühakimə olundular. Onlardan ilk 4-nə güllələnmə kəsildi. Digərləri isə müxtəlif müddətlərə həbs cəzasına məhkum edildilər.

1954-cü ilin fevralında İ.D.Mustafayev AKP MK-nın Birinci katibi seçildi. Onun başçılığı ilə Azərbaycanda yeni rəhbərlik formalaşdırıldı. O, Azərbaycanda mülayim, demokratik abhavanın, milli meyllərin dirçəlişi, yeni sənaye şəhərlərinin yaradılması, sənaye və kənd təsərrüfatının inkişaf etdirmək istiqamətində xeyli təqdirə layiq tədbirlər həyata keçirdi.

Qonşularından qopardığı və güzəşt edildiyi ərazilər hesabına müstəqil dövlət olmuş Emənistan İkinci Dünya müharibəsindən sonra da Azərbaycana, habelə Türkiyəyə torpaq iddialarından əl çəkmirdi. O,Türkiyədən Şərqi Türkiyə torpaqlarına, Azərbaycan-dan Dağlıq Qarabağın da Ermənistana birləşdirilməsinə nail olmaq üçün Mikoyanın təşəbbüsü və Moskvanın dəstəyi ilə gizli olaraq xüsusi “Qarabağ komitəsi” yaratmış-dılar.Ermənistan başçıları Mikoyanın xeyir-duası ilə 1945-ci ilin payızında rəsmi olaraq SSRİ rəhbərliyinə Dağlıq Qarabağın Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsi barədə məsələ qaldırmışdılar.Onların fikrincə, Dağlıq Qarabağ iqtisadi cəhətdən Azərbaycan SSR-dən çox Ermənistan SSR ilə bağlı idi.Əslində Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisi olaraq,onunla bağlı,onun hesabına yaşayırdı.

Mərkəzi hökumət dərhal bu müraciətə reaksiya vermişdi.ÜİK(b)P MK-nın katibiY.H.Malenkovun imzası ilə bu barədə AZərbaycan K(b)P MK-nın Birinci katibi M.C.Bağırova yazılı məlumat verilmiş və ondan öz rəyini bildirmək təklif olunmuşdu.

M.C.Bağırov həmin məktuba cavab olaraq , 1945-ci ildekabrın 10-da MK-ya yazdığı məktubda bildirmişdi ki, Ermənistanın Dağlıq Qarabağala əlaqədar irəli sürdüyü iddiaların heç bir elmi və tarixi əsasları yoxdur.Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və torpağı olmaqda qalmaqdadır. Habelə, M.C.Bağırovun cavab məktubunda bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağı Ermənistana bu şərtlə güzəştə gedə bilər ki, müxtəlif vaxtlarda Ermənistana , Gürcüstana və sovet Rusiyasına verilmiş ərazilərAzərbaycan SSR-ə qaytarılsın.Bu cavab ermənilərin Dağlıq Qarabağı ələ keçirmək planını puç etdi. Mərkəzi hökumətə problemin bütün ölkə üçün sonsuz fəlakətlər gətirəcəyini anlatdı. Məhz buna görə də, Mərkəzi hökumət məsələsinin “arxivə verilməsini” vacib saydı.

Ermənilər Cənubi Qafqazda özlərinə yer elədikdən sonra zaman –zaman azərbaycanlıların öz doğma torpaqları olan Qərbi Azərbaycandan qovub çıxarmaq niyyətlərini həyata keçirməyə başladılar.1905-1920-ci illərdə yüzlərlə azərbaycanlılar yaşayan kəndlər dağılıb yandırılmış, onların əhalisi məhv edilmiş, sağ qalanlar öz doğma ocaqlarından pərən-pərən edilmişdilər. Onlar sovet rejimi şəraitində də, bu iyrənc şovinst niyyətlərindən əl çəkməmişdilər.Azərbaycan torpaqları hesabına Əzizbəyov, Ararat, Artaşat, Qafan, Noyamberyan, Mikoyan, Dilican, Mehri və b. rayonları yarat-mışdılar.

Ermənilər İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də iyrənc niyyətini davam etdirmişdilər.Onlar 1943-cü ildə İkinci Dünya müharibəsinin qızğın vaxtında üç mütləq dövlət (ABŞ, SSRİ,Böyük Britaniya ) başçılarının Tehran konfransında (28 noyabr-1dekabr 1943-cü il)SSRİ İran münasibətləri məsələsinin müzakirəsindən istfadə edərək Sovet rəhbərliyindən İranda yaşayan ermənilərin SSRİ-yə Ermənistana köçürülməsi razılığını almışdılar.Hətta , onlar xaricdə yaşayan ermənilərin Ermənstan SSR-ə köçürülməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 1946-cı il 19 oktyab rfərmanı verməsinə nail olmuşdular. Bu fərmana əsasən SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-inKür-Araz ovalağına köçürülməsi haqqında”qərarını vermişdi.Həmin qərarı həyata keçirmək məqsədilə SSRİ Nazirlər Soveti 1948-ci il mart ayının 10—da “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-inKür-Araz ovlağına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında qərarını” qəbul etmişdi.

Deportasiya tədbirləri Ermənistanın 22 rayonunu- əsasən Basarkeçər, Zəngibasar, Noyanberyan, Mikoyan ,Dilican, Aştarxat, Kirovakan,Vedi rayonlarını əhatə etmişdi .Dağlıq və dağətəyi yerlərdə yerləşən bu rayonlar azərbaycanlıların kompakt və ya er-mənilərlə qarışıq halda yaşadıqları rayonlar idi.

Əslində xaricdən, əsasən İrandan ,Suriyadan,Livandan ,Misirdən Ermənstan SSR-ə gələn ermənilər azərbaycanlılardan boşaldılmış kənd yerlərində deyil, özlərinin təkidi ilə şəhər və qəsəbələrdə yerləşdirildilər.Bu da, Ermənistan rəhbərliyinin bəhanəsinin əsassız və uydurma olduğundan soraq verirdi.

Öz doğma yurdlarından zorla deportasiyaya məruz qalan zərbaycanlılar əsasən Kür-Araz ovlağında, Jdanov (indiki Beyləqan), İmişli, Saatlı, Sabirabad, Salyan, habelə Yevlax, Ucar,Xaldan,Kürdəmir və s.aran rayonlarında yerləşdirildilər.Bu da onların yarıdan çoxunun isti iqlim şəraitinə dözməyərək tələf olması ilə nəticələnmişdi.

Bu hadisə əvvəllər sovet tarixçünaslığında SSRİ məkanında millətlərin və millətlərarası münasibətlərin tənzim edilməsi,inkişafı və rəhbərliyin “xeyirxah”addımı kimi qiymətləndirilmişdi.Lakin,Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra tariximizin bu faciəli qara səhifəsi özünün əsl siyasi mənasını almışdır.Bu faciəli hadisə əsl siyasi qiymətini ilk dəfə Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olarkən “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında”1997-ci il 18 dekabr fərmanında almışdı.O,xain xislətli qonşumuz olan ermənilərin SSRİ hökumətinin və xaricdəki erməni lobbisinin dəstəyi ilə azərbaycanlılara qarşı növbəti soyqrımı kimi qiymətləndirilmişdi.

Bu dövr Bakıya Azərbaycanda yeni yaradılmış sənaye mərkəzlərinə qeyri millətlərin,o cümlədən ermənilərin axını ilə də səciyyələnmişdi.

Bütün bunlarla kifayətlənməyən ermənilər keçən əsrin 50-60 cı ilərində Dağlıq Qarabağ məsələsini yenidən qabartmışdılar.50-ci illərin sonlarında fitnəkar Mikoyanın və onu dəstəkləyən Suslovun təşəbbüsü ilə Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi yenidən gündəliyə çıxarıldı.Hətta,məsələ Sov.İKPMK-da müzakirəyə çıxarıldı.Lakin,nəticəsiz qaldı.

1964-cü ildə A.Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyyətinin sədri olarkən bu məsələnin yenidən gündəliyə gətirilməsinə cəhd göstərildi.Lakin,müəyyən səbəblər üzündən Mərkəzi rəhbərlik,xüsusən,N.Xruşşov buna imkanverməmişdi.

Buna baxmayaraq antitürk,antiazərbaycan əhvali-ruhiyyəsi güclənməkdə davam edirdi. “Qarabağ Komitəsi”nin fəaliyyəti açıq hal almışdı. Ermənistanda millətçilik tüğyan etməyə başlamışdı.1965-ci il aprelin 23-də qondarma “erməni genosidi”nin 50 illiyi,türklərin,o cümlədən azərbaycanlıların genetik düşməni olan,cəllad Andronikin isə 100 illiyi qeyd olunmuşdu.Hətta,onların şərəfinə İrəvanda və digər yerlərdə abidələr də ucaldılmışdı.1967-ci ildə Xankəndində (Stepanakertdə) bir neçə azərbaycanlı qətlə yetirilmişdi.

Bu dövrdə Azərbaycanda çox güclü erməni lobbisi formalaşmışdı.Onların bir çoxu Azərbaycan rəhbərliyində yuva salmışdılar.Onlar,Aərbaycanın milli inkişafına a əngəlliklər törədirdilər.Mərkəzin dəstəyi ilə onlar bir çox kəndlərə,şəhər və qəsəbələrə,küçələrəerməni adlarının verilməsinə nail olmuşdular.Azərbaycanda isə iki rayona S.Şaumyanın adı verilmişdi.

Moskvanın təzyiqi ilə Azərbaycanın bir çox əzəli torpaqları”xalqlar dostluğunu möhkəmləndirmək “ naminə ermənilərə bəxş olunmuşdu.Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin 1969-cu il 7 may tarixli qərarı ilə Laçın ,Qubadlı, Kəlbəcər,Qazax və b.rayonlardan iki min hektar yararlı torpaqlar Ermənistana bəxşiş olunmuşdu. Lakin, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə onun həyata keçirilməsi saxlanılmışdı.

1941-ci il avqustun 25-də İran-Sovet müqaviləsinə əsasən (6-cı maddə) Sovet qoşunları İran sərhəddini keçərək Ərdəbil və Təbriz istiqamətində irəlilədilər.Sovet qoşunları ilə eyni vaxtda İngilislər İranın cənubundan ölkəyə daxil oldular.

Sovet qoşunlarının İranda keçirdiyi hərbi əməliyyatlarda Azərbaycandan da xüsusi bir qrup iştirak edirdi. Bu qrupa, Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvi Əziz Əliyev rəhbərlik edirdi. Həmin qrupa Süleymanov,Rəhimov, Mirzə İbrahimov,Mustafa Quliyev və başqaları daxil idilər. 1941-ci ilin sonunadək Bakıdan Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda və s.ərzaq məhsulları yardım olaraq göndərilmişdi.

1941-ci il oktyabrın 11-dən Azərbaycan dilində “Vətən yolunda” qəzet nəşr olundu. Urmiyəda Azərbaycan dilində “Qızıl əsgər” qəzeti buraxıldı. Cənubi Azərbaycanlılar da öz növbəsində şimalda gedən Proseslərə ehtiramla yanacaq,onlara yardım edirdilər. Onlar 416-cı Toqanroq diviziyasına pul vəsaiti toplayaraq yardım etmişdilər. Təbrizdə bir sıra fabriklərin fəhlələri bir günlük əmək haqlarını həmin diviziyanın fonduna vermişdilər.

Lakin Sovet hökumətinin burada yeritdiyi siyasət İngiltərə və ABŞ hökumətlətini narahat edirdi. 1943-cü il noyabrrın 28-də başlanan Tehran konfransında qəbul edilmiş “İran haqqında Bəyannamədə” bütün tərəflər İranın ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildirdilər. Bundan sonra Sovet hökuməti İranda fəaliyyətini bir qədər zəiflətdi. Azərbaycandan İrana göndərilmiş siyasi işçilərin çoxu geri çağırıldı.

Sovet hökuməti 1944-cü il martın 6-da “Cənubi Azərbaycan əhaləsinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında “ məsələ müzakirə edərək qərar qəbul etdikdən sonra ora diqqət yenidən artdı. Qərarda diplomatik orqanlarda çalışan azərbaycanlıların sayının artırılması, Azərbaycan dilində ordu qəzetinin nəşr edilməsi, Təbrizdə Azərbaycan dilində pulsuz onillik məktəb, kitabxana , yazıçı və şairlərin əəsərlərinin nəşri və əhali arasında yayılması məsələləri irəli sürülürdü.

1944-cü ilin yaz və yayında 1000 nəfərdən çox işçi səfərbər edilərək Cənubi

Azərbaycana göndərilmişdi.Onların qarşısında duran əsas vəzifə o taydakı azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadıqlarını təbliğ etməkdən ibarət idi.

1945-ci ilin yayında Cənubi Azərbaycanda vəziyyət gərginləşdi. İran hökuməti ABŞ və İngiltərənin hərbi-siyasi yardımına arxalanaraq ,azərbaycanda təqib və terrora başladı.Bunlara qarşı özünümüdafiə məqsədilə fədai dəstələri təşkil olundu.

Belə bir şəraitdə vətəndaş müharibəsinə yol vermədən ictimai-siyasi hadisələrə başçılıq etməyə qadir olan siaysi təşkilatın yaradılmasına ehtiyac var idi.

1945-ci il sentyabrın 3-də S.C.Pişəvərinin başçılığı ilə milli-azadlıq və demokratik hərakata rəhbərlik edən Azərbaycan Demokratik Partiyası (ADP) yaradıldı. 1945-ci il oktyabrın 2-dən 4-dək Təbrizdə ADP-nin I qrultayı keçirildi. Qrultayda qəbul edilmiş proqramda milli məsələ barədə deyilirdi.:” İran məmləkəti daxilində yaşayan hər bir millətin muxtariyyatı və öz müqəddəratını təyin etmək hüququ əyalət və vilayət əncümənləri vasitəsilə təmin edilməlidir”.

Lakin İran hökuməti Azərbaycan xalqının tələblərini eşitmədi. Hətta İran hökuməti suni surətdə Azərbaycanda qıtlıq yaratdı, çoxlu ərzaqı Azərbaycandan kənara daşıtdırdı, azərbaycanlı tacirlərin 15 milyon tümən pulunu Tehran banklarına köçürərək vəziyyəti ağırlaşdırmağa çalışdı.

1945-ci il sentyabrın 10-da Marağa, oktyabrın 2—də Ərdəbil şəhərində hərbi vəziyyət elan edildi. Azərbaycan xalqının qəti ehtirazına baxmayaraq sentyiabrın 12-də qatı irticaçı C.M.Fərrux Azərbaycana vali təyin olundu.Onun məqsədi ADP komitə üzvlərinin həbs edilərək Tehrana göndərilməsi idi.

Bu vəziyyəti görən Sovet Hökuməti vəziyyətin ciddiliyini nəzərə alaraq Cənubi Azərbaycanda möhkəmlənmək barədə qərar qəbul etdi.Buraya göndərmək üçün çoxlu silah ayırdı.

1945-ci il noyabrın 20-21-də Təbrizdə keçiriləcək Azərbaycan Xalq Konqrensinə Cənubi Azərbaycanın bütün şəhərlərindən nümayəndələrin seçilməsi üzrə kompaniya başladı.Lakin noyabrın 18-də Tehrandan İran qoşunları Qəzvinə tərəf hərəkətə başladı. Fədailər hökumətin silahlı qüvvələrinə noyabrın 17-18-də Marağa, Mərənd, Miyanə , Sərab və Ərdəbil istiqamətində ilk zərbəni vurdular.

1945-ci il noyabrın 26-dan Azərbaycanın böyük şəhərlərində hökumət qan tökülmədən xalqın əlinə keçdi. Azərbaycan Xalq Konqrensi özünü Müəssislər məclisi elan etdi və tərkibində milli Heyət seçdi. Müəssislər Məclisinin bəyannaməsində Azərbaycana İran hökuməti daxilində milli muxtariyyat verilməsi tələb olunurdu.

1945-ci il noyabrın 27-dən dekabrın 1-dək Məclisə ümumi seçkilər keçirildi.12 de-kabr Milli Məclisin açıldığı gün Azərbaycan müxtariyyatının yarandığı gün oldu.

Tehran hökuməti 1946-cı il iyunun 13-də Az.Milli Məclisini Azərbaycan Əyalət Əncümənini kimi tanımağa məcbur oldu.

Azərbaycan Milli hökuməti qısa fəaliyyəti ərzində mühüm əhəmiyyətli tədbirlər həyata keçirdi. 1946-cı il fevralın 16-da qəbul edilmiş “Müsadirə haqqında” qanuna əsasən Dövlət kəndlərinin torpaq və suları əvəzsiz olaraq kəndlilər arasında bölünürdü. Sənayedə fəhlə nəzarəti yaradıldı.Əmək qanununa görə 8 saatlıq iş günü ,əməkçilərin sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi nəzərdə tutulurdu.

1946-cı il fevralın 6-dan Xalq qoşunları yaradılmasına başlanıldı.Hərbi məktəb açıldı və az müddət ərzində 250 nəfərdən çox zabit hazırlandı.

1946-cı il yanvarın 6-da Milli Hökumət “Dil haqqında” qərar qəbul etdi. Qərara görə Azərbaycan dili Cənubi Azərbaycanda rəsmi dövlət dili elan olundu.

İyunun 12-də Təbriz Universiteti fəaliyyətə başladı. Aprelin 7-də Azərbaycan radiosu fəaliyyətə başladı.Əhalinin vəsaiti hesabına bir ildə 2000 –dən artıq məktəb açıldı.Azərbaycan dilində 20-dən çox qəzet və jurnal nəşr edilməyə başladı.1946-cı ilin martından başlayaraq Sovet qoşunları İrandan çıxarılmağa başlandı.

1946-cı il aprelin 4-də SSRİ –ilə İran hökuməti arasında sazişə əsasən bütün qoşunların çıxarılması haqqında saziş bağlandı.Bu sazişdə deyilirdi.”Azərbaycan məsələsi İrananın daxili işi olduğundan mövcud qanunlara görə hökümətlə Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda islahat keçirməyin dinc yolu tapılacaqdır”

Beləliklə Azərbaycan məsələsinin taleyi artıq həll olunmuşdu. Hələ 1942-ci ildən İranın bütün silahlı qüvvələrinin ixtiyarını öz əlinə almış ABŞ “21 Azər hərəkatının” əvvəlindən İranın silalhı qüvvələrini Azərbaycana qarşı hücuma hazırlayırdılar.ABŞ İrana 20 milyon dollarlıq silah və hərbi sursat, 40 bombardmançı təyyarə vermişdi.

1946-cı il sentyabrın 1-də Azərbaycan Xalq hakimiyyəti üzərinə ümumi silahlı hücuma başlayan İran hökuməti 1946-cı ilin noyabrında 50 minlik qoşunla Cənubi Azərbaycana hücuma keçdi.Əməliyyata İran şahı Məhəmməd Rza Pəhləvi özü rəhbərlik edirdi. O, İran əsgərlərinə deyirdi: “Gedin,Azərbaycanı atəşə tutun, oranı yerlə yeksan edin”. Bu böyük qüvvəyə qarşı cəmi 18 min nəfərlik silahlı qüvvə var idi. Lakin şah ordusuna qarşı inadlı müqavimət göstərildi. Qısa müddət ərzində milli –demokratik hərakat qan içində boğuldu.30 minə qədər adam öldürüldü, 300 min adam isə sürgün olundu.1947-ci ildə S.C.Pişəvəri Gəncə yolunda avtomobil qəzasında həlak oldu.

1945-46-cı illərdə Cənubi Azərbaycanda baş vermiş milli –demokratik hərakat xalqımızın azdlıq mübarizəsi tarixinin mühüm və şanlı səhifələrindən biridir.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə