Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


IX MÖVZU Azərbaycan xanlıqlar dövründə



Yüklə 1,19 Mb.
səhifə6/14
tarix20.09.2017
ölçüsü1,19 Mb.
#1101
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14

IX MÖVZU

Azərbaycan xanlıqlar dövründə

Plan

1. Xanlıqların daxili siyasəti. Dövlət quruluşu

2. Ölkənin dövlət birliyi uğrunda mübarizə

3. Xanlıqların xarici siyasəti

4. Qacar basqınlarına qarşı qəhrəmanlıq mübarizəsi





Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə,III cild,Bakı,2005, səh.404-460.

2. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.57-59.

3. Əhmədbəy Cavanşir. Qarabağ xanlığlnın 1747-1806-cı illərdə siyasi vəziy-

yətinə dair. Qarabağnamələr. Bakı 1989,səh.157-174.

4. Kərim Ağa Fateh.Şəki xanlarının müxtəsər tarixi.Bakı.1959.

5. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Qarabağnamələr.

Bakı, 1989. səh. 110-129

6. Axundov N.Qarabağ salnamələri.Bakı,1989.səh 7-214.

7.Dəlili N.Azərbaycanın cənub xanlıqları XVIII əsrin iknci yarısında. Bakı, 1979, səh.29-105.

XVIII əsrin iknci yarısı Azərbaycan tarixinin mühüm dövrlərindən biridir. Özünəməxsus xüsusiyyətləri olan bu dövr müstəqil və yarımmüstəqil dövlət qurumlarının –xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində xanlıqlar başlıca olaraq İran hökmranlığı ilə mübarizədə yarandığından onların meydana gəlməsinin sosial-iqtisadi şərtləri ümumi xarakter daşıyırdı. Lakin xanlıqların yaranması formaca bir-birindən fərqlənirdi.

Bu dövrdə Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü, vahid siyasi və iqtisadi mərkəz yox idi. Təsərrüfatda, iqtisadiyyatda natural təssərüfat üstünlük təşkil edirdi. Ayrı-ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa çalışır, öz mənafeləri naminə ölkəni pərakəndə vəziyyətdə saxlamaq iatəyirdilər.Belə feodallar eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət yaratmaq siyasəti yürüdənlərə qarşı çıxırdılar.

XVIII əsrin ortalarında İranda feodal ara müharibələri genişlənir. Azər-baycanda isə demək olar ki, hər bir şəhər ətrafında müstəqil və yarlmmüstəqil feodal dövlətləri-xanlıqlar meydana gəlirdi.

Xanlıqların əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardan ibarətdir:

-Ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması;

-natural təsərrüfatın hökm sürməsi;

-Ayrı-ayrı feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri;

-mərkəzi hakimiyyətin olmaması.

Azərbaycan ərazisındə ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Əgər onlardan bəzisi Nadir şahın ölmündən sonra, onun yaratdığı dövlətin süqutundan sonra meydana gəlmişdirsə,bəziləri hələ Nadir şahın hökmranlağı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmağa başlamıışdı.Xanlıqların bəzisi isə öz başlanğıcını hələ Səfəvilər dövlətinin tərkibində yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür. Məsələn, XVII əsrin sonlarından Quba və Talış xanlıqları yarımmüstəqil formada Səfəvilərin hakimiyyəti dövründə mövcud olmuşdular.

Nadir Şahın ölümündən sonra (1747) isə Azərbaycanda daha müstəqil və siyasi cəhətdən güclü xanlıqlar meydana çıxdı: Araz çayı ilə Kür çayı arasında Qarabağ xanlığı, Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanan ərazilərdə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayına qədər Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında Bakı xanlığı, Azərbaycanın şimal-şərqində Quba xanlığı, Dərbənd xanlığı, Bakı xanlığından cənuba Salyan xanlığı, Kür ilə Arazın qovuşuğuna bitişmiş torpaqlarda Cavad xanlığı, Xəzərin cənub-qərb sahilində Talış (Lənkəran) xanlığı yaranmışdı. İndiki Ermənistan ərazilərinin şərqində İrəvan xanlığı fəaliyyət göstərirdi.

Azərbaycanın Araz çayından cənuba olan torpaqlarında da xanlıqlar yaranmışdı. və bunlar öz müsdəqillikləri uğrunda İran feodallarına qarşı mübarizə aparır-dılar. Bunlardan Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqlarını göstərə bilərik. Ümumilikdə 18-ə qədər şimallı-cənublu xanlıq fəaliyyət göstərmişdir.

Bunlardan əlavə daha kiçik ərazilərə malik və əksər vaxtlarda xanlıqların tabeçiliyində olan məliklik və sultanlıqlar da yaranmışdı. Məsələn Qarabağda “Xəmsə” adlanan beş məliklik-Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın fəaliyyət göstərirdi və bu məlikliklərin əksəriyyəti Qarabağ xanlığından asılı idilər.

Qutqaşen, Qəbələ, Ərəş, İlusu sultanlıqları Şəki, xanlığından, Qazax və Şəmşəddil sultanlıqları bəzi vaxtlarda Gəncə və İrəvan xanlıqlarından asılı vəziyyətdə olurdular.

Adını göstərdiyimiz bu xanlıqlardan bəziləri Azərbaycanın siyasi həyatında əhəmiyyətli rol oynamış,bəziləri isə Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda uzun müddət mübarizə aparmışlar.Bunlardan Şəki,Qarabağ və Quba xanlıqlarını misal gətirə bilərik.

Şəki xanlığı

Şəki xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən olan Hacı Çələbi xan olmuşdur. O, hələ Nadir şahın sağlığında Şəkini müstəqilləşdirə bilmişdi. Onun dövründə Xanlıq güclü siyasi qüvvəyə çevrildi. Qəbələ və Qutqaşen sultanlıqları Hacı Çələbinin (1747-1755) hakimiyyətini tanımağa məcbur oldular. Hacı Çələbi Gəncə və Qarabağ xanlıqlarını özünə tabe etmək uğrunda uzun müddət mübarizə aparmışdı. O, 1748-ci ildə Qarabağa torpaqlarına yürüş edərək bir sıra torpaqları ələ keçirmiş və bir aydan artıq Bayat qalasını mühasirədə saxlasa da tezliklə geri çəkilmişdi.

Şəki xanlığının getdikcə qüdrətinin artması, onun Gəncə və Qərb torpaqları uğrunda mübarizəsi, Azərbaycanın digər xanlarının və Kartli-Kaxetiya çarlığının ciddi narahatlığına səbəb olmuşdu.Gürcü çarı Teymuraz Gəncə və Qarabağı tutmağa çalışırdı. Hətta bu məqsədlə O, Dağıstan hakimlərinə müraciət etmiş və rədd cavabı almışdı.

1751-ci ildə Teymuraz və oğlu II İrakli Alazan çayını keçərək Şəki xanlığının ərazisinə daxil oldu. Fevral ayında gürcülər Car torpağında Hacı Çələbi ilə qarşı-laşdılar. XVIII əsr Gürcü xronikasında bu yürüş barəsində deyilir: “1751-ci ildə çar Teymuraz və oğlu İrakli Hacı Çələbi ilə vuruşmaqdan ötrü Cara getdilər. Onların çoxlu qoşunu olmasına baxmayaraq, fevralda məğlub oldular”

1752-ci ildə Gürcü çarları Gəncə xanlığını ələ keçirməyi qərara aldılar.Onlar Hacı Çələbiyə qarşı Azərbaycan xanlarından Şahverdi xanı (Gəncə) Heydərqulu xanı (Naxçıvan) və Pənahəli xanı (Qarabağ) öz tərəfinə çəkərək itifaqa girdi.

1752-ci il martın 21-də müttəfiqlər müşavirə üçün Gəncə yaxınlığında düşərgəyə toplaşdılar. Lakin Gürcü çarı qəflətən onları əsir alaraq Gürcüstana apardı.

Bunu görən Hacı Çələbi xan Kür çayını keşərək Gəncəyə doğru hərəkət edir.O,İraklinin qoşunlarını Ağstafa çayına qədər təqib edərək güclü zərbə endirir.Düşmən 400 nəfər itki verərək Gürcüstanın içərlərinə çəkilirlər.Hacı Çələbi Qazax və Borçalı ərazilərini tutaraq oğlu Ağakişi bəyi hakim təyin edir.

1755-ci ildə Hacı Çələbi böyük silahlı qüvvə ilə Şirvana yürüş edərək Ağsu qalasını mühasirəyə alır. Qubalı Hüseynəli xan Şamaxı xanının köməyinə gəilr. Birləşmiş qoşun Hacı Çələbini məğlub edirlər . O,çoxlu itki verərək geri çəkilidi .Hacı Çələbi 1755-ci ildə vəfat edir.Hakimiyyətə onun oğlu Ağakişi xan keçir. Lakin çox çəkmir ki,o qayınatası Qazıqumux hakimi Məhəmməd xan tərəfindən öldürülür. Məhəmməd xan Şəkini tutur və qarət edir. Onun Şəkidə hakimliyi 40 gün çəkir.Hacı Çələbinin nəvəsi Hüseyn xan Quba xanının köməyi ilə Şəkidən işğalçıları qovaraq özünü xan elan edir. 1768-ci ildə ittifaqa girən Şəki və Quba xanları Şamaxı xanlığına hücum edərək, oranı öz aralarında bölüşdürdülər.

Bir qədər sonra Şəki xanlarının qohumları arasında mübarizə başlayır. Şəki xanlığı olduqca zəifləyir. 1779-cu ildə Hüseyn xan öldürüldükdən sonra hakimiyyəti Əbdülqədir ələ keçirir. Lakin o da hakimiyyətdə çox qala bilmir.Qarabağa qaçmış Hüseyn xanın oğlu Məhəmmədhəsən xan İbarahim xanın köməyini alaraq Şəkiyə gəlir. Əbdülqədir isə Qubaya qaçır. Hakimyyəti Məhəmmədəhsən xan ələ keçirir 1781-1795).Ondan sonra isə Səlim xan hakimiyyətə gəlir. O,1805-ci il mayın 21-də Şəki xanlığının Rusiyaya qatılması müqaviləsini imzaladı və beləliklə Şəki xanlığı ləğv edildi.

Qarabağ xanlığı

Əsası Pənah Əli xan (1748-1763)tərəfindən qoyulmuş Qarabağ xanlığı XVIII əsrin 2-ci yarısında xeyli qüvvətlənmişdi.Pənah Əli xan Qarabağda köçəri həyat keçirən Cavanşirlər tayfasına məxsus olan Sarıcalı kəndindən idi.O,gəncliyində qardaşı Behbudəli bəylə Nadir şahın yanında qulluq edirdi.

Lakin 1738-ci ildə qardaşı edam edildikdən sonra Pənahəli müəyyən müddət Zəngəzurda gizlənir, tərəfdarlar toplayaraq Gəncə, Naxçıvan və Şəkiyə basqınlr edirdi.Nadir şahın ölmündən sonra O, Qarabağda öz hakimiyyətini quraraq, Cavanşirlər, otuzikilər tayfasını ğz ətrafında cəmləyərək 20 minlik heyyət toplayır.

Pənah Əli xan İran və ona düşmən olan yerli feodallardan qorunmaq üçün Kəbirli mahalında Bayat qalasını tikdirir (1748-ci il).Xan bütün ailəsini və əyanları bu qalaya köçürür.Habelə Təbriz və Ərdəbildən çoxlu sənətkarlar da burada yerləş-dirildi.

Qarabağ xanlığının artmaqda olan qüdrətini görən Şirvan və Şəki hakimləri, habelə erməni məlikləri Pənahəli xana qarşı ittifaq yaradırlar.Şəki xanı Hacı Çələbi və onun müttəfiqləri xeyli qüvvə ilə 1848-ci ildə hücum edərək Bayat qalasını mühasirəyə alırlar. Bir aydan çox davam edən mühasirə heç bir nəticə vermədi. Müttəfiqlər çoxlu itki verərək geri şəkildilər. Pənahəli xan gələcəkdə öz düşmənlərinə qarşı dura bilmək üçün Ağdam yaxınlığında Şahbulaq qalasını da tikdirir.

Pənahəli xan İrandakı siyasi vəzuyyətdən istifadə edərək Gəncə, İrəvan, Naxçıvan və Ərdəbil xanlıqlarını ələ keçirmıəyi qərara alır. Qısa müddət ərzində O, həmin xanlıqlarda bəzilərini (Ərdəbil) zor ilə tabe etmiş, digərlərini isə ittifaq bağlamağa məcbur edərək öz vassalına çevirmişdi.

Bu vaxt İranda hakimiyyət iddiasında olan Məhəmməd Həsən Qacar Qarabağda hücum edir. (1751-ci ildə ).Pənahəli İrandan təhlükə olduğunu bilərək 1750-ci ildən Şuşa qala şəhərini tikdirir. Əvvəllər bu qala Pənahabad adlanırdı. Qa-la 1757-ci ildə tikilib başa çatmışdı. Şuşa tezliklə böyüyərək xanlığın mərkəzinə çevrilir. Qacar yeni tikilməkdə olan qalanın ətrafında Topxana meşəsində düşərgə salır. 1aya qədər orada qalmasına baxmayaraq heç qalaya yaxınlaşa bilmir.O, tez-liklə geri qayıdır.

1760-cı ildə Urmiya hakimi Fətəli Xan Əfşar böyük qüvvə ilə Qarabağa hü-cum edir. Demək olar ki, Şuşa 6 ay mühasirədə qalır. Lakin Pənahəli xan oğlunu girov verməklə mühaisrədən azad olur.

1763-cü ildə Pənahəlinin vəfatından sonra oğlu İbrahim Xəlil xan hakimiyyətə keçir.(1763-1806). Onun dövründə xanlıq daha da qüvvətlənir. Bu xanlığın hökmü Qaradağ ,Ərdəbil, Naxçıvan və Gəncə ərazilərində işlənirdi. İbrahim Xəlil xan Şəki, Car Balakən əhalisi ilə ittifaqda idi. Onun dövründə Qarabağ xanlığının Ru-siya və Gürcüstan ilə əlaqələri genişlənirdi. Bu əlaqələrin yaranmasında görkəmli Azərbaycan şairi M.P.Vaqifin böyük rolu olmuşdur.

1806-cı ildə Pənahəli xan ailəsi ilə birlikdə öz çadrında rus zabiti Lisaneviç tərəfindən gülləboran edilmişdir. Xanlıq faktiki olaraq 1805-ci ildən Rusiyanın himayəsinə keçmiş,formal olsada 1826-cı ilə qədər fəaliyyət göstərmişdir.



Quba xanlığı.

Quba xanlığının banisi Hüseynəli xan (1726-1758) hələ 1726-cı ildə Rus haki-miyyəti tərəfindən bu vəzifəyə təqdim olunmuş və Rus çarı onu Quba xanı təyin et-mişdi. Hüseynəli xan sonralar Gülhan, Altıpara, Doqquzpara icmalarını öz mülk-lərinə birləşdirmişdi. Hüseynəli xan xarici siyasətdə Rusiyaya meyl edirdi. Lakin zahirən Nadir şaha itaətini bildirdi. Nadir şahdan sonra O, müstəqil hakim oldu. O, Salyan və Rusları Quba xanlığına billəşdirdi.

Onun oğlu Fətəli xanın dövründə (1758-1789) Quba xanlıığının mövqeyi daha da mökəmləndi. Fətəli xan öz dövrünün görkəmli dövlət xadimi idi.A.Bakıxanov onun haqqında yazırdı: “Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam idi.”

Fətəli xan mərkəzi hakimiyyəti möhəkəmləndirmək məqsədilə mahal naiblərinin hakimiyyətini məhdudlaşdırdı, vergi toplanmasını nizama saldı, xəzinə-nin gəlirini artırdı.

Fətəli xan hərbi işə ciddi yanaşırdı,onun xeyli qoşunu var idi.O,qonşu xanlıqların torpaqlarını ilhaq etmək yolu ilə öz ərazilərini genişləndirmək istəyirdi. Fətəli xanın bu siyasəti geniş miqyas aldı və şimali-şərqi Azərbaycan torpaqlarının birləşdirilməsi ilə nəticələndi.

1757-ci ildə Salyan xanlığı qubalıların hücumuna məruz qaldı və tutularaq Quba xanlığına birləşdirildi.1759-cu ildə Fətəli xan bir sıra şimali Qafqaz hakimləri ilə birləşərək Dərbənd xanlığına yürüş etdi.Çox çəkmədi onlar Dərbəndə daxil oldular və Dərbənd xanı Narinqalaya çəkildi.Az sonra Fətəli xan danışıqlar adı ilə Məhəmməd Hüseyn xanı öz düşərgəsinə dəvət edir və həbsə alaraq gözlərini çıxartdırır.

Dərbənddən sonra Fətəli xan Baki xanlığını birləşdirmək siyasəti yüritməyə baçladı.O,Bakı xanlığı üzərində öz təsirini gücləndirmək üçün “nigah diplomatiyasından”istifadə etdi. O, Qaraqaytaq usmisi Əmir Həmzəyə vəd etdiyi bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verdi.Ağıllı Xədicə Bikə ərinin bütün işlərinə fəal müdaxilə etməyə başladı və nəticədə Bakı xanlığı Quba-dan asılı vəziyyətə düşdü. (1766)

Fətəli xanın xarici siyasətində əsas yerlərdən birini Şamaxı xanlığının Qubaya birləşdirilməsi məsələsi tuturdu. 1768-ci ildə Fətəli xanın qoşunu Şamaxıya hücuma keçdi. Eyni vaxtda Fətəli xanın müttəfiqi Şəki xanı da Şamaxıya hücum etdi.Şamaxılılar məğlub oldu və birləşmiş qoşun Şamaxıya daxil oldular. İşğaldan sonra Şamaxı xanlığının az hissəsi Şəki xanlığlna, qalan hisəsi isə Quba xanlığına birləşdirildi. Lakin çax çəkmir ki, şəki xanı Hüseyn xanla ittifaq pozulur və Fətəli xan Şəkiyə düşən torpaqları da Quba xanlığına tabe edir.

Bu zaman gözləri kor edilib Şamaxıdan qovulan Ağası xan Qarabağın Kotevan düzündə yerləşərək Fətəli xana qarşı müttəfiqlər toplayır.O,Avar hakimi Nütsal xanı və Şəki xanı Hüseyn xanı öz ətrafında birləşdirir. 1774cü ildə mütəffiqlər Şamaxıya hücum etdilər. Qəflətən yaxalanan Fətəli xan məğlub olaraq geri çəkilr, Lakin sonralar öz qüvvələrini cəmləşdirən Fətəli xan yenidən Şamaxını ələ keçirir.1768-ci ildə Cavad xanlığı da Quba xanlığından asılı vəziyyətə salınır.1780-ci illərdə Fətəli xan dəfələrlə Qarabağ xanlığı üzərinə yürüş etsə də bu yürüşlər uğursuz oldu. O,1784-cü ildə Azərbaycanın cənub xanlıqlarına hücum edir. O, Ərdəbil və Meşini tutsada burada möhkəmlənə bilmədi.1785-ci ildə Fətəli xan Şəki xanlığını özünə tabe etdi. Talış və Dağıstanın bir sıra torpaqları da ondan asılı vəziyyətə düşdülər. 1788-ci ildə Fətəli xan Gəncəyə daxil olur. Lakin 1789-cu ilin martında Fətəli xan qəflətən vəfat edir və onun Azərbaycan torpaqlarını birləşdirmək siyasəti yarımçıq qalır.

Onun oğlu Əhməd xan (1789-1791) atasının nailiyyətlərini möhkəmləndirə bilmir.Onun qardaşı Şeyx Əli dövründə (1791-1810) xanlığın qüdrəti daha da zəifləyir və Şəki, Bakı, Şamaxı xanlıqları Qubanın asılılığından çıxırlar.



Gəncə xanlığı

Bu xanlıq Gəncə bəylərbəyliyi əsasında yaranmışdı. Bu bəylərbəylik irsi olaraq XVII əsrdən Qacarlar tayfasının Ziyadoğlular tərəfindən idarə olunmuşdur. Gəncə istər hərbi-siyasi, istərsə də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edirdi.

Gəncə xanlığının əsasını II Şahverdi (1747-1760) qoymuşdur. Onun hakimiyyəti dövründə qonşu dövlətlər –Qarabağ xanlığı və Kartli-Kaxetiya çarları buraya hücumlar etmişdir. Hətta bir müddət Gəncə Kartli çarlarından asılı vəziyyətə düşmüşdür. II Şahverdinin oğlu Məhəmmədhəsən xanın dövründə (1760-1780) Gəncə Gürcü çarlarının asılığından qurtarır. Lakin 1780-ci ildə Məhəmməd Həsən xan öz qardaşı Məhəmməd tərəfindən öldürülür. Bu vəziyyətdən istifadəedən Qarabağ xanı İbrahim Xəlil xan və Gürcü çarı II İrakli yenidən Gəncəyə hücum edərək şəhəri alırlar. Şəhərə Qarabağ nümayəndəsi Həzrətqulu bəy və gürcü nümayəndəsi Keyxosrov Andronikşvili hakim təyin edilirlər. Bu vəziyyətdən zərər çəkən aşağı xalq kütlələri tezliklə işğalçılara qarşı mübarizəyə başlayırlar. 1783-cü ildə başlanan həmin hərəkəta Ziyadoğullar nəslindən olan Hacı bəy başçılıq edirdi.

Bu üsyana Qarabağ xanı İbarahimxəlil xan da kömək edirdi, çünki O, gürcülərin buradan qovulmasını istəyirdi. Lakin üsyançılar hər iki işğalçını Gəncədən qovurlar. Hacı bəy 1783-cü ilə qədər xanlığı idarə edir. Bu vaxt Şuşada əsirlikdə olan Ziyadoğlu nəslindən olan Rəhim bəy (1785-86) Gəncəyə qaçır və hakimiyəti ələ keçirir. Lakin Qarabağ və Gürcü hakimləri yenidən Gəncənin işlərinə qarışmağa başlayırlar. Nəticədə Ziyadoğlu nəslinin görkəmli nümayəndəsi Cavad xan (1786-1804)hakimiyyətə keçir.O,əvvəllər Gürcü çarlarından asılı olsada, 1795-ci ildən bu asılılığa son qoyur.

Cavad xan 1804-cü il yanvarın 3-də Rus qoşunlarına qarşı mübarizədə həlak olmuş və bununla Gəncə xanlığı süqut etmişdir.

Azərbaycanın cənub xanlıqları:

Bu xanlıqlardan biri Qaradağ xanlığı olmuşdur. Onun əsasını qoyan Kazım xan (1748-1752) qonşu feodal hakimlərlə münasibətdə ehtiyatlı siyasət yeridir, xanlığın daxili işlərini qaydaya salırdı. Xanlığın mərkəzi Əhər şəhəri olmuşdur. Bu xanlıq 1782-ci ildə Qarabağ və Xoy xanlıqları tərəfindən işğal edildi və bundan sonra xanlıq öz müstəqilliyini itirdi.

Təbriz xanlığının banisi Dünbuli tayfasından olan Nəcəfqulu xan (1745-1780) olmuşdur. Bu xanlıq müəyyən vaxt ərzində Urmiya feodallarından asılı vəziyyətdə olmuşdur. Lakin 1763-cü ildə Təbriz xanlığı tam müstəqillik əldə edir.

Marağa xanlığının əsasını Əliqulu xan Müqəddəm qoymuşdur. (1747-1750) elə bir əhmiyyət kəsb etməyən bu xanlıq Qacar hakimiyyətinə qədər müstəqil fəaliyyət göstərmişdir.

-Ərdəbil xanlığının banisi Şahsevən tayfasından Nəzərəli xan (1747-1783)olmuşdur.O,xarici siyasətdə Qarabağ və Talış xanlığı ilə əlaqələrə üstünlük verirdi.Ərdəbil xanlığı Kərim xan Zəndə qarşı mübarizə aparmışdır.

-Güclü xanlıqlarından biri olan Urmiya xanlığının əsası Fətəli xan Əfşar (1747-1763) tərəfindən qoyulmuşdur. Fətəli xan Cənubi Azərbaycanda xeyli ərazi tuta bilmişdi.O,1763-cü ildə Kərim xan Zənd tərəfindən öldürüldükdən sonra xanlıq öz əvvəlki əhəmiyyətini itirir.

-Xoy xanlığının ilk hakimi Şahbaz xan (1747-1763) olmuşdur. Mülayim siyasət yeridən Şahbaz xan Urmiya hakimi Fətəli xan Əfşarla dostluq siyasəti yürüdürdü. O, da Zənd tərəfindən məğlub edilmişdir.

-Maku xanlığı Bayat tayfasının başçısı Nadir şahın sərkərdəsi olmuş Əhməd sultan (1747-1778) tərəfindən yaradılmışdır. Xanlığın mərkəzi Maku şəhəri idi. Xanlıq öz ətrafında 30 kənd birləşdirdi.

-Sərab xanlığının əsası Şəqaqi tayfasının başçısı Əli xan (1747-1786) tərəfindən qoyulmuşdur.O, Məhəmməd Həsən Qacara qarşı mübarizə aparmış-dır. Sonralar Kərim xan Zəndin nominal hakimiyyətini qəbul etmişdir.

Yuxarıda adlarını çəkdiyimiz cənub xanlıqları demək olar ki, Azərbaycanın siyasi həyatında o qədər də əhəmiyyətli rol oynamamış, tezliklə mübarizələrdə tarix səhnəsindən çəkilb getmişlər.

İranda baş vermiş feodal ara mühartibələrində mənşə etibarıilə türk –qızılbaş olan Qacar sülaləsi qələbə qazandı. Sülalənin banisi ağa Məhəmməd xan Qacar XVIII əsrin 80-ci illərinin ortalarında İranın başlıca əyalətlərini (Xorasan istisna olmaqla) işğal edərək Tehranı özünə paytaxt etdi. O,1793-cü ildə Azərbaycan xanlarına tabe olmaq haqqında fərmanlar göndərdi. Lakin onun bu fərmanları Azərbaycan xanlarını qorxutmadı. Qarabağ, Lənkəran, xanları, Kartli çarı II İrakli, İrəvan xanı Məhəmməd Qacarın gələcək hücumlarının qarşısını almaq üçün tədbirlər həyata keçirdilər.Hətta İbrahimxəlil xan Araz çayı üzərindəki Xudafərin körpüsünü dağıtmağı əmr etdi.

1794-cü ildə Ağa Məhəmməd xan Qacar Qarabağa 8 minlik qoşun göndərir. Lakin qoşun Əsgəran qalası yaxınlığında məğlub olub geri çəkildi. Dərbənd, Gəncə və Şəki xanlarının itaət etməyə hazır olduqlarını görən Məhəmməd Qacar yeni yürüşlərə həvəsləndi. Həm də bəzi Azərbaycan xanlarının Rusiyaya meyl etməsi Qacarı Azərbaycana yürüş etməyə tələsdirdi.

Qacar qoşunlarına 3 istiqamətdə-Lənkəran, İrəvan və Şuşa istiqamətində yü-rüş etməyi əmr etdi.

Qacar xan özü Şuşa üzərinə yürüşə başladı. İrəvana doöru hərəkət edən İran qoşunları (sərbazlar ) Naxçıvan qalası yaxınlığında ciddi müqavimətə rast gəldilər.Qacar şah buradan İrəvana doğru hərəkət edərək qalanı alır.

Ağa Məhəmmədin özünün başçılıq etdiyi əsas qoşun 1795-ci ilin yayında Şuşa qalasını mühasirəyə aldı. Lakin qala möhkəm müdafiə olunurdu . Hətta qala müdafiəçiləri bir neçə dəfə qaladan çıxaraq düşmənə ciddi zərbə endirdilər.Şuşanın mühasirəsi bir aydan artıq davam etdi. Düz 33 gündən sonra işğalçılar Şuşanın mühasirəsindən əl çəkib Tiflis istiqamətində irəliləməyə başladılar. Sentyabr ayında onlar Tiflisi qarət etdilər. Bu yürüşdə Ağa Məhəmməd şahı Cavad xan da müşaiyət etmişdir.

Bundan sonra Ağa Məhəmməd şah qışlamaq üçün Muğana gedir və oradan yenidən Azərbaycan xanlarına və Dağıstan hakimlərinə hədə qorxu dolu məktublar göndərir. Bu zaman Azərbaycanın bir sıra xanları kömək üçün Rusiyaya müraciət edirlər . Bu müraciətlər rus qoşunlarının Ön Qafqaza hərbi yürüşünə səbəb oldu.1796-cı il aprelin 18 –də Zubovun başçılığı altında 30 minlik Rus qoşununun Azərbaycana yürüşü başladı. Bunu görən İran şahı tələsik Arazın o tayına çəkildi. Həmin ildə o,özünü İran şahı elan etdi.

Rus qoşunları Dərbəndə yaxınlaşırlar .Quba xanı Şeyx Əli Azərbaycan xanlarına Dərbəndə kömək etməyə dair müraciət etsə də bu müraciətə Bakı xanından savayı heç kəs cavab vermədi. Dərbən də baş vermiş ixtişaşlar nəti-cəsində şəhər təslim olur. Zubov buradan Şamaxı istiqamətində yürüş edir. Mustafa xan şəhərdən çıxır. Onun yerinə Zubova təslim olan Qasım xan Şamaxı xanı təyin edilir. Zubov daha sonra Salyan tərəfə gedərək orada düşərgə salır. Bu vaxt Qarabağ xanının nümayəndəsi də ora gələrək Ruslara itaətini bildirir. Beləliklə Azərbaycanın Şimal xanlıqlarının bir neşəsi Rusiyaya tabe edildi. Lakin Ruslar Azərbaycanda möhkəmlənə bilmədilər. 1796-cı ildə II Yekatirinanın ölməsi Qafqaz siyasətinə təsir etdi. Çar I Pavel 1797-ci ildə Rus qoşunlarını Azərbaycan və Dağıstandan geri çağırdı.

Rus qoşunlarının buradan getməsindən istifadə edən Ağa Məhəmməd şah Qacar 1797-ci ilin yazında böyük bir ordu ilə Arazı keçərək Şuşaya yaxınlaşdı. İbrahim Xəlil xan öz dəstəsilə düşmən topxanasına hücum edərkən geri qayıdır və qala qapılarını bağlı görür. Qalada ona qarşı xəyanət etmişdilər.Ona görə də İbrahim Xəlil xan öz dəstəsi ilə Car Balakənə-Avar hakimi, qohumu Ümmə xanın yanına gedir.

Şuşa qalasının müdafiəçiləri başsız qalır və qala içərisində çaxnaşma yaranır. Bundan istifadə edən İran Şahı Şuşanı işğal edir. O, şəhər əhalisi üzərinə 200 min əşrəfi cərimə təyin edir. İran Şahı İbrahim xanın düşməni olan Məhəmməd bəyi Şuşanın xanı təyin edir.

İran Şahının Qarabağı tutması Azərbaycanda siyasi vəziyyəti dəyişdi. Gən-cə,Quba ,Bakı, Şəki xanları İran Şahına öz itaətlərini bildirdilər.

Ağa Məhəmməd şah yüzlərlə adamı zindana saldırdı. Onların içərisində M.P.Vaqif və oğlu Əli bəy də var idi. Onalrın hamısını edam gözləyirdi.

Lakin 1797-ci il iyulun 4-də İbrahim xanın qardaşı oğlu Məhəmməd bəyin təşəbbüsü ilə Şahın yaxın adamları Səfərəli bəy və Abbas bəy tərəfindən Qacar şah öldürülür. Bunu görən İran qoşunu tələsik geri çəkilir. Məhəmməd bəy hakimiyyəti ələ keçirir və onun əmri ilə M.P.Vaqif və oğlu öldürülür.

Tezliklə İbrahim xan Şuşaya qayıdır. Məhəmməd bəyi xəyanətdə ittiham edərək həbs edir və onun düşməni Şamaxı xanı Mustafa xana göndərir.O, isə öz nöbəsində Məhəmməd bəyi edam edir.

Beləliklə XVIII əsrin sonlarına yaxın nə Rusiya nə də İran işğalçılarına Şimali Azərbaycanı işğal etmək nəsib olmadı.



X MÖVZU

Azərbaycan XIX əsrin birinci yarısında

Azərbaycanın iran və Rusiya arasında bölüşdürülməsi.

PLAN

1.Rusiyanın Azərbaycanın şimal torpaqlarını tutması. Car- Balakən və Gəncənin işğalı.

2.Birinci-İran-Rusiya savaşı. Gülüstan müqaviləsi

3.İkinci İran Rusiya müharibəsi. 1828-ci il Türkmənçay sülh müqaviləsi.



ƏDƏBİYYAT:

1. Azərbaycan tarixi: VII-cilddə, IV-cild, Bakı, 2005, səh. 14-54.

2. Azərbaycan tarixi: Bakı,1994,səh.465-523.

3. Azərbaycan tarixi üzrə qaynaqlar Bakı 1989.

4. Banixanov.A.Gülüstani-İrəm. Bakı,1991.

5. Mustafayev.T XVIII-əsrin birinci yarısında Azərbaycanda Rusiya meylinin

güclənməsi. Bakı,1986.

6. Balayev. A Rusiyaya qovuşmaq ərəfəsində Bakı, 1988,səh.157-167.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə