63
Alkilatın neytrallaşdırılması və yuyulması 3 pilləli sirkulyasiya sxemi ilə aparılır. 1-ci
pillədə alkilat 4 qarışdırıcısında sirkulyasiya olunan AICI
3
−
ün 20
−
25%
−
li sulu
məhlulu və təzə su ilə yuyulur. Sonra alkilat 7 çökdürücüsündə AICI
3
məhlulundan
ayrılır və 5 qarışdırıcısına göndərilir. 2
−
ci mərhələdə AICI
3
-ün qalan miqdarı
sirkulyasiya olunan qələvi məhlulu ilə neytrallaşdırılır. Bunun üçün alkilat 5
qarışdırıcısında sirkulyasiya olunan qələvi məhlulu ilə neytrallaşdırılaraq 8
çökdürücüsündə qalıq AICI
3
−
dən azad edilir, və yenidən 6 qarışdırıcısına daxil
olur. 3-cü mərhələdə isə alkilat su ilə yuyulur. Bunun üçün 8 çökdürücüsündə AICI
3
məhlulundan tamamilə ayrılmış alkilat 6 qarışdırıcısında su ilə qarışdırılaraq yuyulur,
sonra 9 çökdürücüsündə sudan ayrılaraq rektifikasiyaya göndərilir. Yuma prosesinin
bu cür sxem üzrə aparılması çirkli suların xeyli dərəcədə azalmasına imkan yaradır və
bərk tullantıların əmələgəlməsini də azaldır. Yuyulmuş alkilat 10 kalonunda
rektifikasiya prosesinə uğradılır. Əvvəlcə alkilatdan yüngül parafinlər qatışığı ilə
benzol fraksiyası qovulur. Sonra da distillatdan 12 kalonunda yüngül parafinlər
ayrılır, bu kalonun kub məhsulu təzə benzol və olefinlərlə qarışdırılaraq 15 azeotrop
qurutma kalonuna göndərilir. 10 rektifikasiya kalonunun kub məhsulu 14 kalonuna
verilir ki, burada da alkilatın tərkibində olan reaksiyaya girməyən olefinlər qovularaq
15 azeotrop qurutma kalonuna verilir. 14 rektifikasiya kalonunun kub məhsulu
monoalkilbenzol isə ayrılaraq sonrakı emal prosesinə göndərilir. 15 kalonunun kub
məhsulu yenidən alkilləşmə prosesinə qaytarılır və beləliklə proses davam etdirilir.
Parafinlər toplandıqca sistemdən vaxtaşırı olaraq çıxarılır.
Benzolun xətti quruluşlu C
20
−
C
28
tərkibli
α
−
olefinlərlə alkilləşməsi prosesini
60
−
70
0
C temperaturda, benzol : olefin mol nisbətinin 10 : 1
−
ə
yaxın, katalizator
kompleksinin şıxtadaki qatılığının 1,5% qiymətində həyata keçirirlər. Bu şərayitdə
ilkin olefinlərin konversiyası 85 % , çevrilən olefinlərə görə alkilbenzolların çıxımı 91
mol.% olur. Aşağı molekullu alkilaromatik karbohidrogenlərin ali
α
- olefinlər (C
12
-
C
14
, C
8
-C
16
) fraksiyası ilə alkilləşmə prosesi 85
−
90
0
C–də, olefin:aromatik
64
karbohidrogenlər nisbətinin 1:3 qiymətində aparılır. Bu halda olefinlərin konversiyası
98% , məqsədli məhsulun çıxımı 1 kq xammala görə 840-850 qram təşkil edir .
2.3.7. Maye parafinlərdən alkilbenzolların alınması
Son illərdə inkişaf etmiş ölkələrdə tərkibində müxtəlif təyinatlı səthi aktiv
maddələr kompozisiyası saxlayan mürəkkəb yuyucu vasitələr tətbiq edilir. Lakin
onların belə müxtəlifliyinə baxmayaraq əksəriyyət hallarda yuyucu vasitələrin
tərkibinə
alkilbenzolsulfonatlar
daxil
olur.
Yuyucu
tozların
içərisində
alkilbenzolsulfonatlar və alkilsulfatlar qarışığı çox geniş yayılmışdır. Bu cür yuyucu
tozlar cod sulara daha az həssas olmaqla, yüksək aktivliyə malik olurlar və qiymətləri
də daha ucuz olur. Maye yuyucu vasitələr arasında istehsalına görə birinci yerdə
molekul çəkisi 300
−
ə
yaxın olan xətti quruluşlu alkilbenzolsulfonatlar və onların
molekulunda 50
−
65% polietilenoksid qrupu saxlayan qeyri ionogen səthi aktiv
maddələr qarışığı ilə əmələ gətirdikləri məhlullar durur. Qab-qacaqların yuyulması
üçün istifadə olunan maye yuyucu vasitələr sinifi mövcuddur ki, onların da
tərkiblərinin vacib komponenti alkilbenzolsulfonatlardır. Son elmi dəlillərin analizi
göstərdi ki, normal parafinlərin dehidrogenləşdirilməsi yolu ilə alınan olefinlər
ə
sasında alkilbenzolsulfonatların sintezi xətti quruluşlu alkilbenzolsulfonatların
istehsalı üçün praktiki olaraq yeganə üsul hesab olunur. Əvvəllər xətti quruluşlu
alkilbenzolsulfonatların istehsalı üçün yaradılan qurğular (Normal parafinlərin
xlorlaşdırılması və termokrekinqi metodu ilə) indi də istismar olunmaqdadir. lakin
yeni inşa olunan istehsal qurğuları olefin-parafin xammallarına əsaslanır. Avropa,
Amerika, Asiya və Afrikanın bir sıra ölkələrində olefin
−
parafin qarışığı əsasında xətti
quruluşlu alkilbenzolsulfonatlar istehsal edən çox güclü qurgular fəaliyyət göstərirlər.
Bu proses çox yüksək texniki göstəricilərə malik olduğuna görə bütün yeni istehsal
sahələri onun əsasında yaradılır.
65
Alkilbenzolsulfonatları əsasən normal parafinlər (xlor üsulu ilə) və normal
parafinlərin termokrekinqi ilə alınan
α−
olefinlər əsasında istehsal edirlər. Xlorsuz
metodla,
α−
olefinlər əsasında, alınan sulfanolun keyfiyyətinin aşağı olmasının əsas
səbəbi ilkin
α−
olefinlər fraksiyasının tərkibində dien-, aromatik və polien
karbohidrogenlər qatışığının xeyli çox olmasıdır. Alkilbenzolsulfonatları Na duzları
şə
klində buraxırlar. Onun əmtəəlik forması duzunun 40%
−
li məhlulu olur. Xətti
quruluşlu alkilbenzolsulfonatların istehsalı prosesinin müxtəlif üsullarının müqayisəsi
göstərir ki, onların xlorparafin üsulu ilə alınması zamanı xeyli miqdarda xlor lazım
olur və tam utilizasiya oluna bilməyən yan məhsullar da yaranır. Bundan başqa
tərkibində xlorlu birləşmələr olan tullantıların çox olması istehsal sahəsi yerləşən
rayonun ekoloji durumuna da pis təsir göstərir. Xlorsuz üsulun üstünlüyü ondan
ibarətdir ki, burada çox defisit olan xammal – buxar halında olan xlordan və böyük
miqdarda xlorid turşusundan istifadə olunmur. Digər tərəfdən reaksiya mühitinin
korroziya aktivliyi də xeyli aşağı olur.
C
11
-C
14
tərkibli parafin fraksiyasının dehidrogenləşdirilməsi yolu ilə alınan
olefinlərdən sulfanolun alınması prosesi də işlənib hazırlanmışdır. Bu üsul
karbohidrogenlərin xlorlaşma mərhələsini aradan götürməyə imkan yaradır. Bu halda
qiymətli karbohidrogen xammalına, köməkçi materiallara qənaət olunur, xlorid
turşusunun çıxımının azalması hesabına tullantıların və çirkli suların miqdarı azalır.
Lakin bu üsul da olefinlərin qatılaşdırılması prosesinin təşkilinin hədsiz çətinliyinə və
qurğunun yüksək maya dəyərinə malik olmasına görə geniş tətbiq sahəsi tapmamışdır.
Ali normal parafinlərin dehidrogenləşdirilməsi ilə alınan olefinlər əsasında
xətti quruluşlu alkilbenzolsulfonatların yeni alınma üsulu aşağıdakı mərhələlərdən
ibarətdir: xətti normal parafinlərin dehidrogenləşdirilməsi; dien karbohidrogenlərinin
hidrogenləşdirilməsi; benzolun olefin
−
parafin qarışığı ilə alkilləşdirilməsi; benzolun
qovulması; parafinlərin qovulması və onların resirkulyasiyası; alkilbenzolların
sulfolaşdırılması.
Dostları ilə paylaş: |