Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

 
63
Alkilatın neytrallaşdırılması və yuyulması 3 pilləli sirkulyasiya sxemi ilə aparılır. 1-ci 
pillədə  alkilat  4  qarışdırıcısında    sirkulyasiya  olunan  AICI
3
 

  ün  20

25%

li  sulu 
məhlulu  və  təzə  su  ilə  yuyulur.  Sonra  alkilat  7  çökdürücüsündə  AICI
3
  məhlulundan 
ayrılır  və  5  qarışdırıcısına  göndərilir.  2 

  ci  mərhələdə  AICI
3
-ün  qalan  miqdarı 
sirkulyasiya  olunan  qələvi  məhlulu  ilə  neytrallaşdırılır.  Bunun  üçün  alkilat  5 
qarışdırıcısında  sirkulyasiya  olunan  qələvi  məhlulu  ilə  neytrallaşdırılaraq  8 
çökdürücüsündə  qalıq  AICI
3
 

 
  dən  azad    edilir,    və  yenidən  6  qarışdırıcısına  daxil 
olur. 3-cü mərhələdə isə alkilat su ilə yuyulur. Bunun üçün 8 çökdürücüsündə AICI
3
 
məhlulundan tamamilə ayrılmış alkilat 6 qarışdırıcısında  su ilə qarışdırılaraq yuyulur, 
sonra 9 çökdürücüsündə sudan ayrılaraq  rektifikasiyaya göndərilir. Yuma prosesinin 
bu cür sxem üzrə aparılması çirkli suların xeyli dərəcədə azalmasına imkan yaradır və 
bərk  tullantıların  əmələgəlməsini  də  azaldır.  Yuyulmuş  alkilat  10  kalonunda 
rektifikasiya  prosesinə  uğradılır.  Əvvəlcə  alkilatdan  yüngül  parafinlər  qatışığı  ilə 
benzol  fraksiyası  qovulur.  Sonra  da  distillatdan  12  kalonunda  yüngül  parafinlər 
ayrılır, bu kalonun kub məhsulu təzə benzol və olefinlərlə qarışdırılaraq 15 azeotrop 
qurutma  kalonuna  göndərilir.  10  rektifikasiya  kalonunun  kub  məhsulu    14  kalonuna 
verilir ki, burada da alkilatın tərkibində olan reaksiyaya girməyən olefinlər qovularaq 
15  azeotrop  qurutma  kalonuna  verilir.  14  rektifikasiya  kalonunun  kub  məhsulu  
monoalkilbenzol  isə  ayrılaraq  sonrakı  emal  prosesinə  göndərilir.  15  kalonunun  kub 
məhsulu  yenidən  alkilləşmə  prosesinə  qaytarılır  və  beləliklə  proses  davam  etdirilir. 
Parafinlər toplandıqca sistemdən vaxtaşırı olaraq çıxarılır.  
        Benzolun xətti quruluşlu C
20 

 C
28
 tərkibli  
α
 

 olefinlərlə alkilləşməsi prosesini 
60

70
0
C  temperaturda,  benzol  :  olefin  mol  nisbətinin  10  :  1

ə
  yaxın,  katalizator 
kompleksinin  şıxtadaki  qatılığının  1,5%      qiymətində  həyata  keçirirlər.  Bu  şərayitdə 
ilkin olefinlərin konversiyası 85 % , çevrilən olefinlərə görə alkilbenzolların çıxımı 91 
mol.%  olur. Aşağı molekullu alkilaromatik karbohidrogenlərin ali 
α
 - olefinlər (C
12
-
C
14
  ,  C
8
-C
16
)  fraksiyası  ilə  alkilləşmə  prosesi  85

90
0
C–də,  olefin:aromatik 


 
64
karbohidrogenlər nisbətinin 1:3 qiymətində aparılır. Bu halda olefinlərin konversiyası 
98% , məqsədli məhsulun çıxımı 1 kq xammala görə 840-850 qram təşkil edir . 
 
2.3.7. Maye parafinlərdən alkilbenzolların alınması 
Son    illərdə  inkişaf  etmiş  ölkələrdə  tərkibində  müxtəlif  təyinatlı  səthi  aktiv 
maddələr  kompozisiyası  saxlayan  mürəkkəb  yuyucu  vasitələr  tətbiq  edilir.  Lakin 
onların  belə  müxtəlifliyinə  baxmayaraq  əksəriyyət  hallarda  yuyucu  vasitələrin 
tərkibinə 
alkilbenzolsulfonatlar 
daxil 
olur. 
Yuyucu 
tozların 
içərisində 
alkilbenzolsulfonatlar  və  alkilsulfatlar  qarışığı  çox  geniş  yayılmışdır.  Bu  cür  yuyucu 
tozlar cod sulara daha az həssas olmaqla, yüksək aktivliyə malik olurlar və qiymətləri 
də  daha  ucuz  olur.  Maye  yuyucu  vasitələr  arasında  istehsalına  görə  birinci  yerdə 
molekul  çəkisi  300

ə
  yaxın  olan  xətti  quruluşlu  alkilbenzolsulfonatlar  və  onların 
molekulunda  50

65%  polietilenoksid  qrupu  saxlayan  qeyri  ionogen  səthi  aktiv 
maddələr  qarışığı  ilə  əmələ  gətirdikləri  məhlullar  durur.  Qab-qacaqların  yuyulması 
üçün  istifadə  olunan  maye  yuyucu  vasitələr  sinifi  mövcuddur  ki,  onların  da 
tərkiblərinin  vacib  komponenti  alkilbenzolsulfonatlardır.  Son  elmi  dəlillərin  analizi 
göstərdi  ki,  normal  parafinlərin  dehidrogenləşdirilməsi  yolu  ilə  alınan  olefinlər 
ə
sasında  alkilbenzolsulfonatların  sintezi  xətti  quruluşlu  alkilbenzolsulfonatların 
istehsalı  üçün    praktiki  olaraq  yeganə  üsul  hesab  olunur.  Əvvəllər  xətti  quruluşlu 
alkilbenzolsulfonatların  istehsalı  üçün  yaradılan  qurğular  (Normal  parafinlərin 
xlorlaşdırılması  və  termokrekinqi  metodu  ilə)  indi  də    istismar  olunmaqdadir.  lakin 
yeni  inşa  olunan  istehsal  qurğuları  olefin-parafin  xammallarına  əsaslanır.  Avropa, 
Amerika, Asiya və Afrikanın bir sıra ölkələrində olefin

parafin qarışığı əsasında  xətti 
quruluşlu alkilbenzolsulfonatlar istehsal edən çox güclü qurgular fəaliyyət göstərirlər. 
Bu  proses  çox  yüksək  texniki  göstəricilərə  malik  olduğuna  görə  bütün  yeni  istehsal 
sahələri onun əsasında yaradılır.  


 
65
             Alkilbenzolsulfonatları  əsasən  normal  parafinlər  (xlor  üsulu  ilə)  və  normal 
parafinlərin  termokrekinqi  ilə  alınan 
α−
olefinlər  əsasında  istehsal  edirlər.  Xlorsuz 
metodla, 
α−
olefinlər  əsasında,  alınan  sulfanolun  keyfiyyətinin  aşağı  olmasının  əsas 
səbəbi    ilkin 
α−
olefinlər  fraksiyasının  tərkibində  dien-,  aromatik  və  polien  
karbohidrogenlər  qatışığının  xeyli  çox  olmasıdır.  Alkilbenzolsulfonatları  Na  duzları 
şə
klində  buraxırlar.  Onun  əmtəəlik  forması  duzunun  40%

li  məhlulu  olur.  Xətti 
quruluşlu alkilbenzolsulfonatların  istehsalı prosesinin müxtəlif üsullarının müqayisəsi 
göstərir  ki,  onların  xlorparafin  üsulu  ilə  alınması  zamanı  xeyli  miqdarda  xlor  lazım 
olur  və  tam  utilizasiya  oluna  bilməyən  yan  məhsullar  da  yaranır.  Bundan  başqa 
tərkibində  xlorlu  birləşmələr  olan  tullantıların  çox  olması  istehsal  sahəsi  yerləşən 
rayonun  ekoloji  durumuna  da  pis  təsir  göstərir.  Xlorsuz  üsulun  üstünlüyü  ondan 
ibarətdir  ki,  burada  çox  defisit  olan  xammal  –  buxar  halında  olan  xlordan  və  böyük 
miqdarda  xlorid  turşusundan  istifadə  olunmur.  Digər  tərəfdən  reaksiya  mühitinin 
korroziya aktivliyi də xeyli aşağı olur.  
           C
11
-C
14
  tərkibli  parafin  fraksiyasının  dehidrogenləşdirilməsi  yolu  ilə  alınan 
olefinlərdən  sulfanolun  alınması  prosesi  də  işlənib  hazırlanmışdır.  Bu  üsul 
karbohidrogenlərin xlorlaşma mərhələsini aradan götürməyə imkan yaradır. Bu halda 
qiymətli  karbohidrogen  xammalına,  köməkçi  materiallara  qənaət  olunur,  xlorid 
turşusunun  çıxımının  azalması  hesabına  tullantıların  və  çirkli  suların  miqdarı  azalır. 
Lakin bu üsul da olefinlərin qatılaşdırılması prosesinin təşkilinin hədsiz çətinliyinə və 
qurğunun yüksək maya dəyərinə malik olmasına görə geniş tətbiq sahəsi tapmamışdır. 
           Ali  normal  parafinlərin  dehidrogenləşdirilməsi    ilə  alınan  olefinlər  əsasında  
xətti  quruluşlu  alkilbenzolsulfonatların  yeni  alınma  üsulu  aşağıdakı  mərhələlərdən 
ibarətdir: xətti normal  parafinlərin  dehidrogenləşdirilməsi;  dien  karbohidrogenlərinin 
hidrogenləşdirilməsi;  benzolun  olefin

parafin  qarışığı  ilə  alkilləşdirilməsi;  benzolun 
qovulması;  parafinlərin  qovulması  və  onların  resirkulyasiyası;  alkilbenzolların 
sulfolaşdırılması.            


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə