Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

 
54
Tərkibində  mol  nisbətləri    benzol:  alkilbenzollar  =  (3

5):1,  AICI
3
:  aromatik 
karbohidrogenlər  nisbəti
  1:(2,5

3,0)  olan  şıxtadan  hazırlanan  katalizator  kompleksi 
maksimal aktivliyə malik olur. Peaktor katalizator kompleksi məhlulu ilə doldurulur, 
sonra  isə  prosesin  gedişi  zamanı  işləndikcə  yenisi  əlavə  olunur.  1  reaktorunda 
hazırlanan  katalizator  kompleksi  2  alkilləşmə  reaktoruna  verilir.  Reaksiya  istiliyi 
soyuq  xammalın  verilməsi  və  benzolun  buxarlandırılması  hesabına  sistemdən  xaric 
edilir.  Katalizator  məhlulu,  qurudulmuş  benzol  və  etan-etilen  (propan-propilen) 
fraksiyası  2  reaktorunun  aşağı  hissəsinə  daxil  edilir.  Barbotaj  olunduqdan  sonra  2 
reaktorunun  yuxarı  hissəsindən  reaksiyaya  girməyən  buxar-qaz  qarışığı  çıxarılaraq 3 
kondensatoruna  göndərilir.  3  kondensatorunda  ilk  əvvəl  2  reaktorundan  buxarlanan 
benzol  kondensləşdirilir,  kondensat  2  reaktoruna  qaytarılır,  tərkibində  xeyli  miqdar 
benzol  (xüsusən  reagent  kimi  duru  olefin  istifadə  olunduqda)  və  HCI  olan 
kondensləşməyən qazlar 6 skrubberinin aşagı hissəsinə daxil olur. 6 skrubberi benzol 
buxarlarını tutmaq üçün polialkilbenzollarla suvarılır. Benzolun polialkilbenzollardakı 
məhlulu  6  skrubberinin  aşağı  hissəsindən  2  reaktoruna  qaytarılır,  kondensləşməmiş 
qazlar HCI-u udmaq üçün su ilə suvarılan  7 skrubberinə daxil olur. Buradan HCI-un 
sulu  məhlulu  neytrallaşmaya,  qazlar  isə  istiliyin  utilizasiyası  sisteminə  göndərilir. 
Alkilləşmə  məhsulları  ilə  katalizator  məhlulu  birlikdə  4  çökdürücüsünə  verilir  ki, 
buradan da aşağı lay (katalizator məhlulu) reaktora qaytarılır, yuxarı lay  (alkilləşmə 
məhsulları)  5  nasosu  vasitəsilə  8  skrubberinin  aşağı  hissəsinə  göndərilir.  8  və  10 
skrubberlərində  alkilatın  tərkibində  həll  olmuş  hidrogen  xloridin  və  AICI
3
  –un 
yuyulması prosesi həyata keçirilir. 8 skrubberi  9 nasosu ilə vurulan qələvi məhlulu ilə 
suvarılır. Resirkulyasiya olunan qələvi məhlulu axınına HCI-u neytrallaşdırmaq üçün 
lazım olan miqdarda təzə qələvi də verilir. Sonra alkilat qələvidən təmizlənmək üçün 
su  ilə  suvarılan   10  skrubberinin  aşağı hissəsinə daxil  olaraq neytral  mühit yaranana 
qədər  yuyulur.  Qələvinin  sulu  məhlulu  neytrallaşmaya,  alkilat  isə  14  qızdırıcısını 
keçərək 13 rektifikasiya kalonuna daxil olur. 13 rektifikasiya kalonunun yuxarısından  
distillat – benzolun su ilə heteroazeotropu ayrılır susuzlaşdırılır, qurudulur və yenidən  


 
55
1  reaktoruna  qaytarılır.  13rektifikasiya  kalonunun  kub  məhsulu  14  rektifikasiya 
kalonuna verilir ki, burada da etilbenzolun ayrılması prosesi baş verir. 14 rektifikasiya 
kalonunun 
kub 
məhsulu 
15 
rektifikasiya 
kalonuna 
göndərilir. 
Burada 
polialkilbenzolları  2  fraksiyaya  ayırırlar.  Bu  kalon  vakuum  altında  işləyir  (P  =  5,3 
kPa).  15  rektifikasiya  kalonunun  yuxarı  məhsulu  1  və  2  reaktoruna  qaytarılır,  aşagı 
kub qalığı (qətranlaşmış məhsullar) isə məqsədli məhsul kimi sistemdən çıxarılır. Bir 
ton  monoalkilbenzolun  alınmasına  5-10  kq  AICI
3   
sərf  olunduğu  halda  məqsədli 
məhsulun çıxımı 94 -95 % təşkil edir.  
       Nəzərdən  keçirdiyimiz  istehsal  prosesinin  ekoloji  təmizliyini    yaxşılаşdırmaq 
məqsədilə  burada  yaranan  turş  və  qələvili  suların  qarşılıqlı  neytrallaşdırılmasının 
təşkil  olunması  məqsədəuyğundur.  Bunun  üçün  elə  şərait  yaratmaq    lazımdır  ki, 
qələvinin  və  turşunun  müəyyən  nisbəti  saxlanılsın  .  Bu  halda  baxılan  texnologiya 
daha  münasib  hesab  oluna  bilər.  Qeyd  etmək  lazımdır  ki,  AICI

məhlulu  (  işlənmiş 
katalizator) 
neft 
emali 
və 
sellüloza-kağız 
sənayesinin 
tullantı 
sularının 
təmizlənməsində  koaqulyant  kimi  istifadə  oluna  bilər.  Alkilləşmə  prosesində  alınan 
qətran  hal-hazırda  yanacaq  kimi  istifadə  olunur.  Lakin  bu  onun  ən  yaxşı  istifadə 
sahəsi  hesab  olunmur,  çünki  həmin    tullantıdan  tikinti  sənayesində  daha  effektiv 
istifadə  oluna  bilər.  Bu  texnologiyanin  əsas  çatışmayan  cəhəti  ondan  ibarətdir  ki, 
burada  reaksiya  istiliyinin  regenerasiyası  olmadığı  üçün  həmin  istilik  3 
kondensatorunda su vasitəsilə çıxarılır . 
      “Monsanto”  (ABŞ)  firmasının  hazırlamış  oldugu  maye  fazalı  alkilləşmə 
texnologiyası  yuxarıda  göstərilən  çatışmayan  cəhətlərin  aradan  qaldırılmasına  imkan 
yaradır  .  Təklif  olunmuşdur  ki,    regenerasiya  olunmadan  az  miqdarda  AICI
3
  (1  kq 
alkilata  nəzərən  2  qrama  yaxın)  istifadə  olunsun.  Maye  fazalı  alkilləşmə  zamani 
təzyiq  prosesin  temperaturundan  asılı  olur.  Belə  ki,  reaksiya  qarışığı  maye  halında 
olmalıdır.  Temperaturun  artırılmasına  baxmayaraq  (müvafiq  təzyiqdə  160-200
0
C) 
katalizatorun  miqdarı  az  olduğundan    qətranəmələgəlmə  dərəcəsi  aşagıdır  ki  ,  bu  da 
tullantısız  istehsal  prosesinin  yaradılması  üçün  çox  əhəmiyyətlidir.  Lakin  bu  halda, 


 
56
alkilləşmə prosesi  şəraitində polialkilbenzolların perealkilləşməsi baş vermədiyindən 
texnoloji  sxemdə  dealkilləşmə  prosesini  yerinə  yetirmək  üçün  əlavə  reaktor  nəzərdə 
tutulur. 
Qeyd  etmək  lazımdır  ki,  AICI
3
  əsasında  hazırlanmış  katalizator  kompleksinin 
iştirakı ilə benzolun propilenlə alkilləşmə prosesi də analoji olaraq benzolun etilenlə 
alkilləşmə  texnologiyası  kimidir.  Alkilləşdirici  agent  kimi  propilendən  başqa 
qabaqcadan  nəmlikdən,  karbon  qazından  və  digər  qatışıqlardan  təmizlənmiş  propan-
propilen fraksiyasından da istifadə etmək mümkündür.  
             İzopropilbenzol sintezi prosesinin əsas göstəriciləri: 
 
Benzol:propilen mol nisbəti                                                 2,5:1,0; 
Temperatura,
0
C ilə                                                               70-90; 
Təzyiq, MPa                                                                          0,1-0,5; 
Propilenin qatılığı, həcm % ilə                                             35-80; 
Bir keçiddə propilenin konversiyası, kutlə % ilə                  99;  
1 ton məhsula görə katalizator sərfi, kq ilə                           20; 
1 m
3
 reaktorda 1 saat ərzində propilbenzolun 
çıxımı, kq ilə                                                                          150-250  
Məhsulun tərkibi, kütlə %-i ilə : 
Benzol                                                                                     60-62 
Etilbenzol                                                                                 1-2 
Izopropilbenzol                                                                        28-33 
Polialkilbenzollar, qətranlar                                                    7-9 
        Beləliklə,  aromatik  karbohidrogenlərin  maye  fazalı  alkilləşmə  prosesləri  çox 
sayda  texnoloji  məsələlərin  həll  olunmasına  və  sənaye  miqyasında  bir  sıra  aromatik 
karbohidrogenlərin  alınmasına  imkan  verir.  Bununla  belə  bu  texnologiyanın  bir  sıra 
çatışmayan  cəhətləri  vardır:  sənaye  katalizatorları  lazımi  dərəcədə  stabil  və  aktiv 
deyildir ; AICI
3
, H
2
SO
4
 və digər sənaye katalizatorları aparatların korroziyasına səbəb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə