Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

 
57
olurlar  və  pis  regenerasiya  olunurlar:  yan  məhsulların  alınması  əsas  reaksiyanın 
selektivliyini  artırır,  həm  də  əsas  məhsul  -  alkilbenzolun  təmizlənməsinə  və  əlavə 
məhsulların regenerasiyasina xərclər tələb edir; eyni zamanda çoxlu miqdarda çirkli, o 
cümlədən də turş  sular  alınır ki, bunların da  təmizlənməsi  əlavə xərclərə  səbəb olur. 
Bununla  əlaqədar  olaraq  daha  səmərəli  digər  texnologiyaların  da  tapılması  lazımdır. 
Göstərilən  çatışmayan  cəhətləri  aradan  qaldırmaq  üçün  katalizator  kimi  seolitlərdən 
istifadə etmək olar. 
 
2.3.5. Heterogen katalizatorların iştirakı ilə  
izopropilbenzol istehsalı 
  
Hal-hazırda  benzolun  propilenlə  alkilləşmə  prosesinin  fosforlu  turşular,  oksid 
və  metalların  duzları,    oksidlər,  modifikasiya  olunmuş  BF
3
,  amorf  alümosilikatlar, 
seolitlər  və  kationitlər  əsasında  hazırlanmış    heterogen  katalizatorları  mövcuddur. 
Bərk  katalizatorlardan  istifadə,  texnoloji  sxemi  xeyli  sadələşdirir,  prosesin  
avtomatlaşdırılmasına  imkan  verir,  aparatların  korroziyasının  qarşısını  alır,  reaksiya 
məhsullarının  ayrılmasını  asanlaşdırır  və  prosesdə  çirkli  sular  da  alınmır.  Belə 
katalizatorları  regenerasiyaya  uğradaraq    dəfələrlə  istifadə  etmək  mümkündür  .  Bu 
halda biz seolitlər və kationitlər üzərində aparılan alkilləşmə texnologiyasını nəzərdən 
keçirəcəyik.  Nadir  torpaq  elementlərindən  hazırlanan  “CaHY”    tipli  seolit  tərkibli 
katalizatorlar  perspektiv  hesab  edilir,  çünki    onların  üzərində  alkilləşmə  reaksiyası 
şə
raitində  perealkilləşmə  prosesi  də  gedə  bilir.  Prosesin  optimallaşdırılmasi  zamanı 
nəzərə almaq lazımdır ki, benzol:propilen nisbətinin artması ilə selektivlik artır . Bu 3 
səbəbdən baş verir: 
1) Benzolun yüksək qatılığında kumolun tarazlıq qatılığı böyükdür; 
2)  İki  alkilləşmə  reaksiyasının  kinetikası    benzol:  propilen  nisbətinin  yüksək 
qiymətində də kumolun əmələ gəlmə prosesinə əlverişli şərait yaradır; 
3)  Eyni  bir  temperaturda  reaktorun  girişində  benzolun  yüksək  qatılığı  reaktorun 
çıxışında temperaturun azalmasına kömək edir ki, bu da öz növbəsində perealkilləşmə 


 
58
reaksiyasının  tarazlıq  sabitini  yüksəldir.  Bütövlükdə  kumola  çevrilmə  selektivliyi 
93,7% olur. 
           Şəkil 2.4-də seolit katalizatorları üzərində benzolun propilenlə alkilləşməsi ilə 
izopropilbenzolun  istehsalı  prosesinin  texnoloji  sxemi  göstərilmişdir.  Bu  variantda  1 
reaktoru alkilator rolunu oynayır,  digər 2 reaktoru isə perealkilləşmə və katalizatorun 
regenerasiyası proseslərini həyata keçirir. Alkilləşmə prosesini maye xammalı yüksək 
sürətlə  verməklə    (15

25  saat

1
),  benzol  və  propilenin  mol  nisbətinin  (7

8  ) 
÷
1-ə, 
reaktorun  giriş  temperaturunun  210

215
0
C,  çıxış  temperaturunun  isə  250

255
0
C-yə 
bərabər  qiymətlərində  aparmaq  lazımdır.  Alkilləşmə  məhsulları  izotermiki  işləyən  2 
perealkilləşmə  reaktoruna  verilməzdən  əvvəl  7  soyuducusunda  220
0
C-yə  qədər 
soyudulur.  Bu  halda  katalizator  propilen  ilə  kontaktda  olmadığından  öz  aktivliyini 
itirmir.  Sonra  2  perealkilləşmə  reaktorundan  çıxan  alkilləşmə  məhsulları    8 
istidəyişdiricisində  öz  istiliyini  ilkin  xammal  axınlarına  verərək  soyudulur  və  3 
depropanizatoruna verilir. Burada ilk əvvəl propan – propilen fraksiyasının tərkibində 
olan  propan  ayrılır.  3  kalonunun  kub  məhsulu  4  rektifikasiya  kalonuna  göndərilir.  4 
rektifikasiya  kalonunda  reaksiyaya  girməyən  benzol  ayrılaraq  yenidən  alkilləşmə 
prosesinə  qaytarılır.  4  rektifikasiya  kalonunun  kub  məhsulu  5  rektifikasiya  kalonuna 
daxil olur ki, burada da məqsədli məhsul- kumolun ayrılma prosesi gedir. 5 kalonunda 
aralıq  məhsul  kimi  alınan  diizopropilbenzollar  1  reaktoruna  qaytarılır.  5  kalonunun 
kub  məhsulu  kimi  polialkilbenzollar  çıxarılır.  Bu  prosesdə  ilkin  reagentlər  əvvəlcə 
perealkilləşmə  məhsullarının  istiliyi  hesabına  8  istidəyişdiricisində  sonra  isə  6 
qızdırıcısında alkilləşmə temperaturuna qədər qızdırılır .  
Qeyd  etmək  lazımdır  ki,  seolit  katalizatorların  iştirakı  ilə  alkilləşmə 
proseslərinin  aparılması  turş  xassəli  çirkli  suların  yaramasının  qarşısını  alır  və 
belələklə  də  turş  çirkli  suların  neytrallaşdırılması  mərhələsi  də  kənar  edilir.  Lakin 
seolit  katalizatorlarının  iştirakı  ilə  alkilləşmə  zamanı  monoalkilbenzollarla  eyni 
zamanda  polialkilbenzollar  da  alınır,  toluol  və  etilbenzolun  alınması  ilə  nəticələnən 
izopropilbenzolun  krekinqi,  izopropilbenzolun  n-propilbenzola  izomerləşməsi  və 


 
59
propilenin  polimerləşməsi  prosesləri  də  gedir.  Beləliklə,  ekoloji  təhlükəsiz  və 
tullantısız  istehsal  texnologiyalarının  yaradılması  üçün  sadaladığımız    birləşmələrin 
məqsədli məhsul kimi tətbiq sahələrinin tapılması lazımdır.    
                                             
2.3.6. Xətti quruluşlu ali alkilbenzolların alınması 
Xətti quruluşa malik əvəzləyicisi olan ali alkilbenzollar səthi aktiv maddələrin 
alınmasında ilkin xammal hesab olunurlar. Xətti quruluşlu ali
 
alkilbenzolların bir sıra 
politörəmələri  aşagı  temperaturda  donan  mоtor  yağlarının,  hidravlik  mayelərin  və 
konsistentli  sürtkülərin  əsasını  təşkil  edir.  Alkil  zəncirinin  uzunlugu  C
12
-C
14
  olan 
mono əvəzli xətti quruluşlu alkilbenzollar ən kütləvi sintetik yuyucu vasitələrdən olan 
alkilbenzolsulfonatların  alınmasında  başlıca  və  əsas  xammallardan  biridir.  C
14
-C
16
 
olefinləri  əsasında  alınan  bu  cür  xətti  alkilbenzollar  hidravlik  mayelər  kimi,  C
20
-C
26
 
olefin  karbohirrogenləri  əsasında  alınan  xətti  alkilbenzollar  isə  yaglara  əlavə  olunan 
sintetik  sulfonatlı  aşqarların  alınmasında  istifadə  oluna  bilər.  Bu  məqsədlə  C
10
-C
12
 
alkil radikalı ilə  diəvəz  olunmuş xətti alkilbenzollardan da istifadə oluna bilər. 
 
            Xətti quruluşlu ali
 
alkilbenzolların əksəriyyət hissəsi benzolun xlorparafinlərlə 
alkilləşməsi  ilə  alınır.    İstehsalatda  xətti  alkilbenzolların  alınmasında  olefinlərin  bir 
sıra  növləri  istifadə  olunur.  Burada  n-parafinlərin  termokrekinqi  və  ya  etilenin 
oliqomerləşməsi  ilə  alınan 
α−
olefinlər  və  həm  də  n-parafinlərin  dehidrogenləşməsi 
yolu ilə alınan “daxili” olefinlər də istifadə oluna bilər . 
            Benzolun      ali  olefinlərlə  alkilləşməsi  zamanı  katalizator  kimi  protonlu  və 
aprotonlu  turşulardan  –  sulfat  turşusu,  hidrogen  flüorid,  silisiumluvolfram  turşusu, 
kationdəyişmə  qətranları,  amorf  alümosilikatlar,  seolitlər,  borflüorid,  alüminium 
xlorid  və  həmçinin  də  bir  sıra  digər  birləşmələr  istifadə  olunur.  Texnikada  ən  çox 
hidrogen flüorid, həmçinin də Lyuis turşuları – AICI
3
 və ya BF
3
 əsasında hazırlanmış 
katalizatorlardan  istifadə  olunur.  Benzolun  yüksək  molekullu  olefinlərlə  alkilləşmə 
reaksiyasının  mexanizmi  də  alçaq  molekullu  olefinlərlə  aparılan  alkilləşmə 
reaksiyasının  mexanizmi  kimidir.  Lakim  ikinci  dərəcəli,  əlavə    reaksiyaların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə