Bəhs olunan faciələrin, müharibə dəhşətlərinin baş ver
diyi məkan - Avropa məkanı idi.
Yəqin ki, məhz bu acı tarixi təcrübənin hec vaxt təkrar
olunmaması arzusu, faşizm kabusunun külə döndərdiyi xara
balıqlar üzərində bu gün ölkələrarası inteqrasiyanım unikal
modelini - Avropa Birliyini yaratmağı şərtləndirən ən mühüm
amil olmuşdur. Avropa xalqlan Böyük İdeyanı - inteqrasiya
ideyasını həyala keçirərək minillərin arzusu kimi mövcud olan
layihəni həyata keçirmək əzmini ortaya qoymuşdur.
İkinci dünya müharibəsindən sonra Qərbi Avropada
gerçəkləşməyə başlayan inteqrasiya prosesləri ötən yüzilliyin
sonlarında müasir dünyanın bütün regionlarına yayılmağa
başladı. Nəinki Avropa bölgəsinin, hətta bütün dünyada inkişaf
və qarşılıqlı əməkdaşlığın başlıca - qlobal meyillərinədən biri
nə çevrildi. XXI əsrdə “Avropa Birləşmiş Ştatlan” ideyasını
həyata keçirəcəyi “Böyük Avropa”nın təşəkkül tapacağı pers
pektivləri artıq o qədər də şübhə doğurmurdu.
Lakin Avropada inteqrasiya proseslərinin zirvə nöqtəsi,
inteqrasiyanın simvolu olan vahid Avropa Konstitusiyasının
qəbul edilməsi ilə bağlı olan proseslər bu modelin də hələlik
optimal, universal model olmadığını gündəmə gətirdi, ötən əlli
il ərzində ilk baxışda nəzərə alınmayan, inteqrasiyanın həlledici
istiqaməti kimi diqqət mərkəzində olmayan problemlər bütün
ciddiliyi ilə ortaya çıxdı.
-
12
-
§ 2. Avropada sosial-mədəni inteqrasiya
məkanının kəşfi
“Polad və daş köm ür birliyindən m ədə
niyyətlərin birliyinə doğru".
XXI əsrin əvvəllərində həm biitiin dün
yada, həm də Avropada baş verən sistem li
transformasiyalar, qloballaşma prosesləri
nin geniş viisət alınası, inteqrasiya m odelin
də özünəm əxsus strategiyanın ayrı-ayrı dö v
lətlər, bölgələr, mədəni və m illi birliklər
üçün optim al olan variantın axtarışını sü rət
ləndirdi.
İlk dəfə mövcud olan inteqrasiya proseslərinin bütün
istiqamətlərini, tiplərini, qarşılıqlı təsirin mexanizmlərini ye
nidən nəzərdən keçirmək imkanı əldə edildi. 1951-ci ildə, apre
lin 18-də altı dövlətin (Belçika, İtaliya, Lüksemburq, Niderland.
Fransa, Almaniya Federativ respublikası) Parisdə, “Avropa daş
kömür və polad istehsalı birliyi” yaratmaq haqda müqavilə
sindən başlayan, hələlik dünyada gənc olan inteqrasiya tarixi
nin məqamları, uğurları və ziddiyyətlərinin təhlili sadə həqiqət
ləri üzə çıxarır. Hamının qəbul edə biləcəyi ümumi, universal
təcrübə ilə yanaşı, artıq sınaqdan çıxmayan layihələrin, inteqra
siya meylinə əks olan dezintcqrasiya hərakatını doğuran sə
bəblərin aradan qaldırılmasına böyük zərurət yaradır.
-
13
-
“Dəmir pərdələri, Berlin divarlarım" yıxan insanları
birlik ideyası, bu ideyanın təntənəsi olan vahid Avropa Kons
titusiyasının qəbul edilməsinə necə mane ola bildi? Bu və buna
bənzər suallar qloballaşmanın doğurduğu problemlərlə bağlı
xüsusilə aktuallaşmışdır. Yarım əsrdən çox qət edilmiş yolun,
tarixlə müqayisədə çox gənc, dünyada ilk təcrübə almaq ba
xımından çox böyük olan Avropa inteqrasiya modelinin,
mövcud əməkdaşlıq mexanizmlərinin əhatəli təhlili çox vacib
məsələdir.
Bu illər ərzində ilk əvvəl inteqrasiyanın iqtisadi, siyasi,
hüquqi mexanizimləri həyata keçirilmişdir. Yeni yüzillikdə
inteqrasiyanın Avropa modelinin ən önəmli istiqaməti -
mədəni-mənəvi mexanizmlərin hərəkətə gətirilməsi, dünya
ölkələri ilə vahid sosial-mədəni məkanın formalaşdırılması ən
prioritet məsələ kimi irəli sürülmüşdür.
İlk baxışda elə görünə bilər ki, bu problemlər yalnız
bəhs edilən məkanla bağlıdır. Əlbəttə ki, yox. Məsələ bura
sındadır ki, iqtisadi, siyasi, hüquqi inteqrasiya sahəsində səmə
rəli təcrübəsini bütün dünyada tətbiq edilən hüquqi dövlət qu
ruculuğunun, liberal bazar iqtisadiyatının yüksək inkişaf etdiyi
qabaqcıl ölkələrdə inteqrasiyanın qarşısında duran problemlər
bu gün, ümumiyyətlə, Qərb demokratiyasının optimal model
olduğunu, onun həyatiliyini sübut etmək üçün ən ciddi sınağa
çevrilmişdir. Bir qədər dəqiq desək, iqtisadi və siyasi məkan
ların birliyi Avropada mexaniki mədəni, mənəvi məkanların da
qovuşmasım təmin edə bilmişdir.
Mövcud problemlərin həllinin sadalanan sahələrdə bü
tün mexanizmləri, infrastrukturu formalaşdınlsa da mə
dəniyyətin inteqral potensialı arxa planda qalmışdır. Nəticədə
Avropa iyirminci yüzilliyin əvəlində də, uzaq keçmişdə olduğu
-
14
-
kimi həqiqi birlik idealından hələlik çox uzaqda olduğunu dərk
etmişdir. Bunu yalnız sosial-mədəni, mənəvi amillərdən qay
naqlanan kütləvi iğtişaş və qalmaqallar deyil, həm də ictimai
rəy sorğuları da aşkar göstərmişdir. Avropa sakinlərinin
problemə münasibətdə bədbin və nikbin mövqelərdə demək
olar ki, bərabər bölünməsi inteqrasion modelin tənqidini güc
ləndirdi.
Ziddiyyətlərin zahiri təzahürünü beynəlxalq hüquqla
milli hüquq sistemləri arasındakı uğursuzluq şərtləndirdi. Bö
yük Avropa Konstitusiyası yaradıcıları tərəfindən, inteqrasiya
prosesinin iştirakçısı olan bütün dövlətlərin milli qanunveri
ciliyində artıq mövcud olan demokratik prinsiplərin daha dol
ğun ifadəsi kimi səciyyələndirilir. Ən başlıcası isə. rəsmi bə
yanatlarda deyildiyi kimi, Avropanın insan hüquqları sahəsində
əldə etdiyi əsas uğurlar burada tətbiq olunmuşdur. Qlobal
iqtisadi, siyasi və s. təsirlərə qarşı duran səmərəli mexanizmlər
sistemi yaradılmış, nəhayət, yeni şəraitin idarə olunması üçün
zəruri olan əlaqələndirici institutlar təsis edilmişdi. Avropa
Konstitusiyasının yaradılması üsulu doğrudan da spesifik haldır.
Onun əsasında milli hüquq deyil, beynəlxalq müqavilələr və
beynəlxalq hüquq durur.
Dünya inkişafının tamamilə yeni xüsusiyyətlərlə sə-
ciyyələnməsini göstərən əlamətlər çoxdur. Bu gün yalnız
tarixən, uzun müddət mövcud olan birgəyaşayış formaları
nın dəyişməsi baş vermir. Hətta yaşı cəmi yarım əsri
haqlayan inteqrasiya prosesinin Avropa modelinin də artıq
səmərəli tətbiqi üçün çox ciddi əngəllər olduğu ortaya çıx
mışdır. Bu da öz növbəsində həmin modelin, inteqrasiyanı
monolit birliyə çevirən bağların hansı həlqəsindən zəiflə
məsini, həqiqi birlik üçün hansı amilin nəzərdən qaçırıldı
Dostları ilə paylaş: |