ğını, dərk və təhlil etməsinə kəskin sosial sifariş yaratmış
dır.
Bəşəriyyətin vəhdəti, sarsılmaz birliyi arzusu tarixin
bütün dönəmlərində mövcud olmuşdur. Lakin bu arzunun
gerçəkləşməsinə ən böyük ümidin bəslənildiyi müasir dövr
dür. Bir tərəfdən, qloballaşma prosesləri dünyanın maddi
(iqtisadi və informasiya bağlılığı) vəhdətini reallığa çevir
mişdir. Digər tərəfdən isə, tarixdə siyasi dövlət, milli dövlət
quruluşları ilə yanaşı, ilk dəfə sosial dövlət forması həyata
vəsiqə almışdır. Avropa Birliyi və inteqrasiyanın Avropa
modeli, insanların bütün (maddi, mənəvi, sosial və s.) im
kanlarının təmin olunmasını, ümumi rifahın yüksəldilmə
sini gerçəkliyə çevirən sosial dövlət quruluşunun təməlini
qoymuşdur. Bununla yanaşı, qulaqlarımız üçün yeni olan
“Avropa identikliyi” sivilizasion inkişaf yolunun seçimində
tam vüsətlə özünü büruzə verir.
Bu məkanda inteqrasiya ideyaları qədim tarixi kök
lərə malikdir. Bu mövzudan bəhs ediləndə Qədim Roma
imperiyasının, Böyük Karlın imperiyasının, təcrübəsi (mü
qəddəs Roma imperiyası), Napoleonun fəth siyasəti, Av
ropa Birləşmiş Ştatlarının yaradılmasına dair çoxillik dis
kussiyalar yada düşür.
İkinci dünya müharibəsindən sonrakı intensiv inteq
rasiya proseləri, Maastrixt (1992), Amsterdam (1997) və
Nits şəhərində imzalanmış (2001) müqavilələr
birliyini
şərtləndirən obyektiv proseslər olmuşdur. Sonrakı m ərhələ
lərdə, birliyin simvolu olan konstitusiya timsalında Avropa
identikliyində, inteqrasiyanın bu qlobal layihəsində nə isə
çatışmayan bir həlqənin olduğunu qabarıq şəkildə nümayiş
etdirdi.
-
16
-
Sosial dövlət quruculuğu ideologiyasından çıxış
edən inteqrasiyanın başlıca məntiqinə görə, bu obyektiv bir
layihədir. Çünki insanların hüquq və azadlıqlarını, iqtisadı
baxımdan əlverişli üstünlük əldə edilməsini, bütövlükdə
Avropa üçün təhlükəsizliyi təmin edir.
Lakin layihənin reallaşdırılması başqa mövqelərdən
də qiymətləndirilməyə başladı: Avropanın birləşdirilməsi
liberal dəyərlərin itməsinə səbəb olsa, fundamental dəyər
və hüquqların - milli identikliyin, sosial, mədəni, şəxsi hü
quqlar, büdcə təminatı, milli və mədəni azlıqların hüquq
ları, immiqrasiya və sığınacaqların verilməsi, artıq vahid
olan vizaların verilməsi və s. bütün bunlar milli dövlətin və
hökumətlərin nəzarətindən kənarda həll olunacaqsa, vəziyəl
necə ola bilər?
Əsas problem məhz Avropa identikliyi, milli və
Avropa suverenliyinin nisbəti, inteqrasiya prosesinin bu
aspektdə strategiyasının nədən ibarət olması idi. Fransada
və Hollandiyada referendumların baş tutmaması inteqrasiya
modelinin ən ciddi ekspertizasına təkan verdi. Artıq özünə
yer almış “avropessimizm” yaxud “avrooplimizm” kimi
mövqelərdən yox, “avrorealizm” gerçəkliyindən çıxış edil
məsi gündəmə gəldi.
Qərbi Avropadan fərqli olaraq, Şərqi Avropa bölgə
sində demokratik ümumi konstitusiyanın qəbul edilməsi ilə
milli identiklik axtarışlarının eyni vaxta düşməsi xüsusilə
destruktiv faktor kimi özünü göstərdi. M illətçilik ruhunun
yüksələn xətt üzrə getdiyi Şərqi Avropada paradoksal isti
qamətli proseslər gedirdi. Bir tərəfdən, milli identiklik Al
maniyanın birləşməsinə və inteqrasiya prosesinə təkan ve
rilməsinə səbəb olurdusa, digər tərəfdən, dezinteqrasiya
-
17
-
mcyilləri çox günlü idi və ayrı-ayrı dövlətlərin parçalanma
sının hüquqi şəkildə təsbit olunmasını şərtləndirirdi (Çe
xoslovakiya, Yuqoslaviya).
Millətçiliyin, milli dövlət ideyasının, sosial dövlət
vətəndaş cəmiyyəti konsepsiyası ilə ziddiyyətə girməsi
məhz bu ərəfəyə təsadüf edi.
Vahid konstitusiya və inteqrasiya modelinin tənqidi
gedişində, birliyə mane olan prinsiplər və meyarlar sistemi
problemin yalnız prosedur və prosessual icra məsələsində
deyil, hər şeydən əvvəl, mədəni, sosial, tarixi amillərə
dayaqlandığı məlum oldu.
Başlanmaqda olan dezinteqrasiya proseslərinin sə
bəbləri kimi mühüm parametrlər aşkara çıxarıldı:
- hər şeydən əvvəl, Avropa identikliyinə əngəl olan
mühüm maneənin, mədəni-milli müxtəliflik və
özünəməxsusluğunun gələcəyindən doğan narahat
lıq olduğu bəlli oldu, (multikulturalizm problemi);
- Avropa ıdentikliyi və suverenliyi ilə milli suveren
liyin hüquqi, siyasi nisbətinin müəyyən olmadığı
ortaya çıxdı;
- sosial dövlət və insan hüquqları ideologiyasının
prioritet hesab edilməsinə rəğmən, inteqrasiyaya
mane olan destruktiv faktorlardan (mədəni iden-
tikliyin itməsi, marginallaşma, immiqrasiya, ucuz
işçi qüvvəsinin rəqabəti və s.) səmərəli müdafiənin
hüquqi mexanizmlərinin olmaması arasında zid
diyyət kəskin şəkildə durur;
- Avropa sərt seçim qarşısında qalmışdır: sosial
dövlətin, iqtisadi üstünlüyün saxlanılması, insan
hüquqları ideyasına sadiq qalmağı, yoxsa ziddiy
-
18
-
yətlərin həlli mexanizmləri tanınana qədər, ikili
standartlar xeyrinə onlardan imtina elməli;
- Avropa məkanı xarici aləmə qapalı olmalı, yoxsa
sosial mədəni inteqrasiyanın çevik, işlək mexa
nizmlərini, sivil formalarını yaratmalıdır;
- gələcək inteqrasiyanın inkişaf strategiyası demo
kratik institutların dondurulması, yoxsa mövcud
sosial gərginliyin artırılması fonunda onların dəs
təklənməsi önəmlidir;
- inteqrasiya yönündə ciddi əngəllərdən biri də
müasir Avropada (həm də bütün dünyada) klassik
parlamentarizm institutlarının kütləvi cəmiyyət şə
raitində effektiv işlənməsi imkanlarının maneələr
lə üzləşməsidir. Mədəni səviyyənin və təhsilin
keyfiyyətinin arzuolunan şəkildə formalaşmaması
bir tərəfdən, ictimai şüurun manipulyasiyası vasi
tələrinin çoxalması isə digər tərəfdən, siyasi eli
taların strateji qərarlar qəbul etməsinə mane olur,
parlamentarizmin zəifləməsinə səbəb olur.
Bütün bu və çoxsaylı digər amillər Avropa in
teqrasiya modelində böhran doğuran səbəbləri, onun strateji
istiqamətlərini yenidən nəzərdən keçirməyə, m üxtəlif para
m etrlər arasında səmərəli konsensusa nail olmağa sövq
etmişdir.
Avropada “kömür və polad birliyinə dair müqavi
lə d ə n başlayaraq, ümumi idarəetmə strukturu altı ölkənin
imzaladığı və vahid valyutanın yaranmasına, insanların, ka
pitalın, malların və xidmətlərin azad hərəkətinin təmin edil
məsinə, millətüstü qurumların təşkilinə, əlaqəli xarici siya
sət yeridilməsinə doğru addımlayan Avropa Birliyi bu gün
-
19
-
Dostları ilə paylaş: |