Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

2014v4 

28 


 

3) yaşayış mәntәqәlәrindәn kәnarda yolun hәrәkәt hissәsi ilә hәrәkәt etdikdә nәqliyyat vasitәlәrinin hәrәkәti 

istiqamәtinә qarşı getmәlidir (mühәrriksiz әlil arabalarında hәrәkәt edәn, motosiklet, moped, velosiped sürәn şәxslәr 

belә hallarda nәqliyyat vasitәlәrinin hәrәkәti istiqamәtindә getmәlidirlәr); 

4) ümumi istifadәdә olan nәqliyyat vasitәsini vә taksini, yalnız yolun hәrәkәt hissәsindәki nisbәtәn azca 

hündürә qaldırılmış minik meydançalarında, onlar olmadıqda isә, sәkidә  vә ya yol çiyinlәrindә gözlәmәlidir (azca 

hündürә qaldırılmış minik meydançalarının olmadığı dayanacaq mәntәqәlәrindә  nәqliyyat vasitәsinә minmәk üçün 

yolun hәrәkәt hissәsinә yalnız nәqliyyat vasitәsi dayandıqdan sonra çıxmağa icazә verilir. Nәqliyyat vasitәsindәn 

düşdükdәn sonra lәngimәdәn yolun hәrәkәt hissәsini tәrk etmәk lazımdır); 

5) hәrәkәtin nizamlandığı yerlәrdә nizamlayıcının vә ya piyada svetoforunun, o olmadıqda isә, nәqliyyat 

svetoforunun işarәsini әsas tutmalıdır; 

6) yolun hәrәkәt hissәsindә zәrurәt olmadan lәngimәmәli vә dayanmamalıdır; 

7) üstün keçid hüququ olan, qırmızı  vә ya göy sayrışan işıq vә xüsusi sәs siqnalı ilә  işarә verәn nәqliyyat 

vasitәsi yaxınlaşdıqda, yolun hәrәkәt hissәsini keçmәmәlidir (hәrәkәt hissәsindә olanlar isә bu nәqliyyat vasitәlәrinә 

yol vermәli vә hәrәkәt hissәsini dәrhal boşaltmalıdırlar); 

8) dayanmış  nәqliyyat vasitәsinin vә ya görmә sahәsini mәhdudlaşdıran başqa maneәnin arxasından yolun 

hәrәkәt hissәsinә çıxmazdan әvvәl yaxınlaşan nәqliyyat vasitәsinin olmadığını yәqin etmәlidir; 

9) görünmә zonasında keçid vә ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan vә  sәdd çәkilmәyәn, hәr iki 

tәrәfdәn yaxşı görünәn sahәlәrdә hәrәkәt hissәsinin kәnarına nisbәtәn yolu düzbucaq altında keçmәlidir; 

10) sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissәlәrindә yalnız görünüş dairәsindә  nәqliyyat vasitәsi 

olmadıqda keçmәlidir. 

II. Piyada, nizamlanmayan piyada keçidlәrindә yolun hәrәkәt hissәsinә yalnız yaxınlaşmaqda olan nәqliyyat 

vasitәlәrinәdәk mәsafәni, onların sürәtini qiymәtlәndirdikdәn vә yolu keçmәyin onlar üçün tәhlükәsiz olacağını yәqin 

etdikdәn sonra çıxa bilәr. 

III. Keçidi başa çatdıra bilmәmiş piyadalar nәqliyyat vasitәlәrinin әks istiqamәtli hәrәkәtlәrini ayıran xәttin üstündә 

dayanıb gözlәmәlidirlәr. Piyadalar yalnız hәrәkәtin tәhlükәsizliyinә  әmin olduqdan sonra vә svetoforun 

(nizamlayıcının) siqnalını nәzәrә almaqla yolu keçmәyә davam edә bilәrlәr. 

IV. Mütәşәkkil piyada dәstәlәrinә yalnız nәqliyyat vasitәlәrinin hәrәkәti istiqamәtindә, yolun hәrәkәt hissәsinin sağ 

tәrәfi ilә, bir sırada dörd nәfәrdәn çox olmayan dәstә ilә getmәyә icazә verilir. Dәstәnin qabağında vә arxasında — 

sol tәrәfdә müşayiәtçilәr olmalıdırlar, onlar әllәrindә  qırmızı bayraqcıqlar, sutkanın qaranlıq vaxtında vә 

mәhdudiyyәtli görünmә şәraitindә isә, yandırılmış fәnәrlәr: qabaqda — ağ, arxada — qırmızı işıq fәnәri tutmalıdırlar. 

V. Uşaqları dәstә halında yalnız sutkanın işıqlı vaxtı vә böyüklәrin müşayiәti ilә ancaq sәki ilә, piyada yolu ilә, bunlar 

olmadıqda isә yol çiyini ilә aparmağa icazә verilir. 

 

Maddә 41. Sәrnişinin vәzifәlәri 

Sәrnişin: 

1) nәqliyyat vasitәsinә yalnız xüsusi minik meydançasından, belә meydança olmadıqda isә, sәkidәn vә ya 

yolun çiyini tәrәfdәn yalnız nәqliyyat vasitәsi tam dayandıqdan sonra minib-düşmәlidir (sәrnişinlәrin sәki vә ya yolun 

çiyini tәrәfdәn minib-düşmәsi mümkün olmayan halda, onlar yolun hәrәkәt hissәsindәn o şәrtlә minib-düşә bilәr ki, 

bu, tәhlükәli olmasın vә hәrәkәtin digәr iştirakçıları üçün maneә yaratmasın); 

2) hәrәkәt vaxtı sürücünün diqqәtini nәqliyyat vasitәsini idarә etmәkdәn yayındırmamalıdır; 

3) tәhlükәsizlik kәmәri olan avtomobildә gedәrkәn kәmәri bağlamalı, motosikletdә isә motoşlem geyinmәlidir. 

 

Maddә 42. Hәrәkәtә başlama, manevr etmә 

I. Sürücü hәrәkәtә başlamazdan, yerdәyişmәzdәn, dönmәzdәn, ötmәzdәn vә dayanmazdan qabaq müvafiq 

istiqamәtә dönmәk üçün xarici işıq siqnallarının kömәyi ilә, bunlar olmadıqda vә ya nasazlıq yarandıqda isә  әl 

işarәlәri ilә siqnal vermәlidir. Bu zaman manevr tәhlükәsiz olmalı  vә  hәrәkәtin digәr iştirakçıları üçün maneә 

yaratmamalıdır. 

II. Yana uzadılmış sol qol, yaxud yana uzadılaraq düzbucaq şәkildә dirsәkdәn yuxarı bükülmüş sağ qol sola (geriyә) 

dönmә siqnalına uyğundur. Yana uzadılmış sağ qol, yaxud yana uzadılaraq düzbucaq şәklindә dirsәkdәn yuxarı 

bükülmüş sol qol sağa dönmә siqnalına uyğundur. Yuxarı qaldırılmış sol vә ya sağ qol tormozlama siqnalına 

uyğundur. 

III. Dönmә göstәricilәri vә ya әl ilә siqnal manevrә başlamazdan әvvәl verilir, manevr qurtardıqdan sonra isә dәrhal 

kәsilir (әl ilә verilәn siqnal bilavasitә manevrә başlamazdan әvvәl qurtara bilәr). Bu zaman verilәn siqnal hәrәkәtin 

digәr iştirakçılarını çaşdırmamalıdır. Siqnal vermәsi sürücüyә üstünlük vermir vә onu tәhlükәsizlik tәdbirlәri 

görmәkdәn azad etmir. 

IV. Sürücü yola bitişik  әrazidәn (yolun hәr iki tәrәfinә bitişik olan vә  nәqliyyat vasitәlәrinin birbaşa hәrәkәti üçün 

nәzәrdә tutulmayan torpaq sahәlәri vә orada yerlәşәn hәyәtlәr, yaşayış massivlәri, avtomobil duracaqları, 

yanacaqdoldurma mәntәqәlәri, müәssisәlәr vә başqa obyektlәr) yola çıxarkәn, yolda gedәn nәqliyyat vasitәlәrinә vә 

piyadalara, yoldan kәnara çıxdıqda isә, hәrәkәt yolunu kәsәn piyadalara vә velosipedçilәrә yol vermәlidir. 



2014v4 

29 


 

V. Sürücü yerdәyişmә zamanı  hәrәkәt istiqamәtini dәyişmәdәn eyni sәmtә gedәn nәqliyyat vasitәlәrinә yol 

vermәlidir. Eyni sәmtә gedәn nәqliyyat vasitәlәri yerdәyişmәni eyni vaxtda edirlәrsә, onda sürücü özündәn sağdakı 

nәqliyyat vasitәsinә yol vermәlidir. 

VI. Dairәvi hәrәkәt tәşkil edilmiş yolayrıcında dönmәk istisna olmaqla, sağa, sola vә ya geriyә dönmәzdәn  әvvәl 

sürücü hәmin istiqamәtdә  hәrәkәt hissәsindә müvafiq kәnar vәziyyәt tutmalıdır. Solda hәrәkәt hissәsi ilә bir 

sәviyyәdә yerlәşәn eyni istiqamәtli tramvay yolları olduqda, 

 5.8.1 vә ya 

 5.8.2 nişanları 

ilә başqa hәrәkәt qaydası müәyyәn edilmәmişdirsә, hәmin yollardan keçәrәk sola vә geriyә dönmәk lazımdır. Bu 

zaman tramvay üçün maneә yaradılmamalıdır. 

VII. Elә dönmәk lazımdır ki, nәqliyyat vasitәsi hәrәkәt hissәlәrinin kәsişdiyi yerdәn çıxarkәn, qarşıdan gәlәn 

nәqliyyatın yoluna keçmәsin. Nәqliyyat vasitәsi sağa dönәrkәn, hәrәkәt hissәsinin mümkün qәdәr sağ kәnarına yaxın 

hәrәkәt etmәlidir. 

VIII. Nәqliyyat vasitәsi öz qabaritinә  vә ya başqa sәbәblәrә görә bu maddәnin altıncı hissәsinin tәlәblәrinә  әmәl 

etmәklә dönә bilmirsә, hәmin tәlәblәrdәn kәnara çıxmağa o şәrtlә yol verilir ki, hәrәkәt tәhlükәsizliyi tәmin olunsun 

vә bu, digәr nәqliyyat vasitәlәri üçün maneә yaratmasın. 

IX. Yolayrıcından kәnarda sola vә ya geriyә dönәrkәn, relssiz nәqliyyat vasitәsinin sürücüsü qarşıdan gәlәn nәqliyyat 

vasitәlәrinә  vә eyni istiqamәtdә gedәn travmaya yol vermәlidir. Yolayrıcından kәnarda geri dönәrkәn, yolun sol 

kәnarı  tәrәfdәn manevr etmәk üçün hәrәkәt hissәsinin eni kifayәt qәdәr olmadıqda, hәrәkәt hissәsinin sağ 

kәnarından (yolun sağ qırağından) manevr etmәyә yol verilir. Bu zaman sürücü arxadan vә qarşıdan gәlәn nәqliyyat 

vasitәlәrinә yol vermәlidir. 

X. Nәqliyyat vasitәlәrinin hәrәkәt trayektoriyaları  kәsişdikdә, keçmәnin növbәliliyi isә qaydalarda göstәrilmәdikdә, 

sağ tәrәfdәn hәrәkәt edәn nәqliyyat vasitәsinә üstünlük verilir. 

XI. Tormozlama zolağı olduqda, hәrәkәt istiqamәtini dәyişmәk istәyәn sürücü vaxtında hәmin zolağa keçmәli vә 

yalnız burada sürәti azaltmalıdır. Yola giriş yerindә sürәtlәndirmә zolağı olduqda, sürücü hәmin zolaqla getmәli vә bu 

yolla gedәn nәqliyyat vasitәlәrinә yol verәrәk qonşu zolağa keçmәlidir. 

XII. Aşağıdakı hallarda geriyә dönmәk qadağandır: 

1) piyada keçidlәrindә; 

2) tunellәrdә; 

3) körpülәrdә, estakadalarda vә onların altında; 

4) dәmiryol keçidlәrindә; 

5) әn azı bir istiqamәtdә yolun 100 metrdәn az hissәsi görünәn yerlәrdә

6) ümumi istifadәdә olan nәqliyyatın dayanacaq mәntәqәlәrinin yerlәşdiyi yerlәrdә.  

XIII. Nәqliyyat vasitәsinin geriyә hәrәkәtinә o şәrtlә icazә verilir ki, bu manevr tәhlükәsiz olsun vә hәrәkәtin digәr 

iştirakçılarına maneә yaratmasın. Lazım gәldikdә, sürücü başqa şәxslәrin kömәyindәn istifadә etmәlidir. 

XIV. Yolayrıclarında vә bu maddәnin on ikinci hissәsinә  әsasәn, geriyә dönmәnin qadağan edildiyi yerlәrdә geriyә 

hәrәkәt qadağandır. 

XV. Yol nişanları ilә hәrәkәt üstünlüyü müәyyәn edilmәmişdirsә, dairәvi hәrәkәt tәşkil olunmuş yolayrıcına daxil olan 

sürücü dairәdә hәrәkәt edәn nәqliyyat vasitәlәrinә yol vermәlidir.  

 

Maddә 43. Avtomagistrallarda hәrәkәt 

I. Nәqliyyat vasitәlәrinin sürücülәri avtomagistrala girdikdә, avtomagistralda hәrәkәt edәn nәqliyyat vasitәlәrinә yol 

vermәlidirlәr. Sürәtlәndirmә zolağı olduqda, sürücülәr bundan istifadә etmәlidirlәr. 

II. Avtomagistrallarda: 

1) piyadaların, mal-qaranın, at-araba nәqliyyatının, yük motorollerlәrinin, atlıların,  әl arabalarının, 

velosipedlәrin, mopedlәrin, traktorların, kәnd tәsәrrüfatı maşınlarının vә özügedәn maşınların, texniki 

xarakteristikasına vә ya vәziyyәtinә görә, sürәti saatda 50 kilometrdәn az olan digәr nәqliyyat vasitәlәrinin, 

avtomagistralda xidmәt işlәrinin görülmәsi halları istisna olmaqla, yol maşınlarının hәrәkәti; 

2) icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtomobillәrinin ikinci zolaqdan sonrakılarda 

hәrәkәti; 

3) 

 5.15 vә ya 



 6.11 nişanları ilә  işarә edilmiş xüsusi dayanacaq meydançalarından kәnarda 

dayanmaq vә ya durmaq; 

4) geriyә dönmәk vә ayırıcı zolağın texnoloji kәsiklәrinә girmәk; 

5) geriyә hәrәkәt etmәk; 

6) sürmә tәlimi keçmәk qadağandır. 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə