Yol hərəkəti haqqında



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix26.11.2017
ölçüsü0,97 Mb.
#12924
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

2014v4 

32 


 

 

Maddә 49. Nәqliyyat vasitәlәrinin yolun hәrәkәt hissәsindә yerlәşmәsi 

I. Normal hәrәkәt zamanı  nәqliyyat vasitәlәrinin sürücülәri vәziyyәtdәn asılı olaraq, yolun hәrәkәt hissәsinin sağ 

kәnarı ilә hәrәkәt etmәlidirlәr. Yaşayış mәntәqәlәrindәn kәnarda, habelә yaşayış mәntәqәlәrindә 

 5.1 vә ya 

 5.3 nişanları ilә işarәlәnmiş yolun hәrәkәt hissәsindә hәrәkәt istiqamәtindә sağ zolaq boş olduğu halda sol 

zolaqlarla hәrәkәt etmәk qadağandır. 

II. Hәr istiqamәtdә azı iki hәrәkәt zolağı olan ikitәrәfli hәrәkәt yollarında qarşıdan hәrәkәt üçün nәzәrdә tutulmuş 

tәrәfә keçmәk qadağandır. 

III. Üç hәrәkәt zolağı olan ikitәrәfli hәrәkәt yollarında nәqliyyat vasitәlәri yolun hәrәkәt hissәsinin mәrkәzindә 

yerlәşәn vә hәr iki istiqamәt üçün sol kәnar hesab olunan orta zolağa keçmәmәlidirlәr. Orta zolağa keçmәyә yalnız 

ötmә, yandan keçmә vә sola, yaxud geriyә dönmә üçün icazә verilir. 

IV. Eyni istiqamәtdә azı iki hәrәkәt zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qadağandır. 

Başqa yollarda nәqliyyat vasitәlәrinin sürücülәri tramvay yaxınlaşarkәn, imkan olan kimi tramvay xәttini 

boşaltmalıdırlar. 

V. Eyni istiqamәtdә üç vә daha çox hәrәkәt zolağı olan yolda nәqliyyat vasitәlәrinin bütün hәrәkәt zolaqlarını 

tutduqları intensiv hәrәkәt vaxtı asta gedәn nәqliyyat vasitәlәri yalnız sağ kәnar zolaqla hәrәkәt etmәli, tam kütlәsi 

3,5 tondan çox olan nәqliyyat vasitәlәri isә  hәmin istiqamәtdә sol kәnar hәrәkәt zolağını tutmamalıdır; hәrәkәt 

istiqamәtini sola dәyişmәk vә ya dönmә halları istisna tәşkil edir.  

VI. Nәqliyyat vasitәlәrinin sürücülәri intensiv hәrәkәt vaxtı yalnız sola vә ya sağa dönmәk, ötmәyә hazırlaşmaq, 

hәrәkәti düzünә istiqamәtdә davam etdirmәk, dayanacağa vә ya duracağa çıxmaq üçün olduqları hәrәkәt zolağını 

qaydalara әmәl etmәklә dәyişә bilәrlәr. 



 

Maddә 50. Hәrәkәt sürәti vә nәqliyyat vasitәlәri arasında ara mәsafәsi 

I. Sürücü hәrәkәtin intensivliyini, nәqliyyat vasitәsinin, yükün xüsusiyyәtlәrini vә  vәziyyәtini, yol vә meteoroloji 

şәrati, xüsusәn hәrәkәt istiqamәtindә görmә şәraitini nәzәrә almaqla, nәqliyyat vasitәsini müәyyәn olunmuş sürәt 

mәhdudiyyәtindәn çox olmayan sürәtlә sürmәlidir. Sürücü hәrәkәt üçün tәhlükә yarandığını gördükdә, nәqliyyat 

vasitәsinin sürәtini tam dayanma hәddinә qәdәr azaltmaq üçün mümkün olan tәdbirlәri görmәlidir. 

II. Nәqliyyat vasitәlәri: 

1) yaşayış  mәntәqәlәri daxilindә — saatda 60 kilometrdәn çox olmayan sürәtlә (sәlahiyyәtli orqanlar yolun 

müәyyәn sahәlәrindә daha yuxarı hәdd müәyyәn edә bilәrlәr, lakin bu hәdd saatda 90 kilometrdәn çox ola bilmәz), 

yaşayış zonalarında vә hәyәt әrazilәrindә isә saatda 20 kilometrdәn çox olmayan sürәtlә

2) minik avtomobillәri vә icazә verilmiş maksimum kütlәsi 3,5 tondan artıq olmayan yük avtomobillәri yaşayış 

mәntәqәlәrindәn kәnarda: 

avtomagistrallarda — saatda 110 kilometrdәn çox olmayan sürәtlә; 

başqa yollarda — saatda 90 kilometrdәn çox olmayan sürәtlә; 

3) şәhәrlәrarası vә xüsusilә kiçik avtobuslar vә motosikletlәr yaşayış mәntәqәlәrindәn kәnarda bütün yollarda 

saatda 90 kilometrdәn çox olmayan sürәtlә

4) digәr avtobuslar, yedәyindә qoşqu aparan minik avtomobillәri, icazә verilәn maksimum kütlәsi 3,5 tondan 

artıq olan yük avtomobillәri yaşayış mәntәqәlәrindәn kәnarda: 

avtomagistrallarda — saatda 90 kilometrdәn çox olmayan sürәtlә; 

başqa yollarda — saatda 70 kilometrdәn çox olmayan sürәtlә; 

5) banında adamlar daşıyan yük avtomobillәri — saatda 50 kilometrdәn çox olmayan sürәtlә; 

6) yedәyindә mexaniki nәqliyyat vasitәlәri aparan nәqliyyat vasitәlәri — saatda 50 kilometrdәn çox olmayan 

sürәtlә; 

7) tәhlükәli, ağır çәkili vә iri qabaritli yüklәr daşıyan nәqliyyat vasitәlәri — daşıma  şәrtlәri razılaşdırılarkәn 

müәyyәn edilmiş hәddәn çox olmayan sürәtlә hәrәkәt etmәlidirlәr. 

III. Sürücü sürәtdәn vә  hәrәkәt  şәraitindәn asılı olaraq elә ara mәsafәsi seçmәlidir ki, qabaqda gedәn nәqliyyat 

vasitәsi sürәti kәskin azaltdıqda vә ya gözlәnilmәdәn dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün 

olsun. 

IV. Yaşayış mәntәqәlәrindәn kәnarda ötmәni asanlaşdırmaq mәqsәdilә, asta gedәn, ağır yüklü vә ya uzun nәqliyyat 



vasitәlәrinin sürücülәri özlәrindәn qabaqda gedәn nәqliyyat vasitәsi ilә kifayәt qәdәr ara mәsafәsi saxlamalıdırlar ki, 

onları ötәn nәqliyyat vasitәlәri ötmәni tam tәhlükәsiz  şәraitdә başa çatdırsınlar.  Әgәr sürücü ötmә  әmәliyyatına 

başlamışdırsa vә ötürsә, bu tәlәbә әmәl olunmur. 

V. Üstün hәrәkәt rejimli nәqliyyat vasitәlәri zәrurәtdәn irәli gәlәn sürәtlә hәrәkәt edә bilәrlәr. Göstәrilәn nәqliyyat 

vasitәlәrinin sürücülәri yol-nәqliyyat hadisәlәrinin qarşısını almaq üçün hәr cür tәdbir görmәlidirlәr. 



2014v4 

33 


 

VI. Sürücülәrә: 

1) nәqliyyat vasitәsini onun texniki xarakteristikası üzrә müәyyәn edilmiş maksimum sürәtdәn artıq sürmәk; 

2) lüzumsuz olaraq hәddindәn az sürәtlә hәrәkәt etmәklә başqa nәqliyyat vasitәlәri üçün maneә yaratmaq; 

3) yol-nәqliyyat hadisәsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilmәklә, nәqliyyat vasitәsini sәrt 

tormozlamaq qadağandır. 

VII. Yollarda nәqliyyat vasitәlәrinin hәrәkәt sürәtinin ölçülmәsi üçün nәzәrdә tutulan mobil vә ya stasionar xüsusi 

texniki vasitәlәrdәn (radarlardan) qabaqda radarın mövcudluğu barәdә  mәlumat vermәk mәqsәdilә 

 6.14 

“İnformasiya stendi” servis nişanı vә әlavә mәlumat nişanı, yaxud hәmin yolda icazә verilәn sürәt hәddini göstәrәn 



 3.24 “Maksimum sürәtin mәhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belә servis nişanı  vә ya 3.24 nişanı 

yaşayış  mәntәqәlәrindәn kәnarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış  mәntәqәlәrindә isә 50-200 

metr qabaqda quraşdırılır. 

 

Maddә 51. Ötmә vә qarşılıqlı keçmә 

I. Ötmәyә başlamazdan әvvәl sürücü әmin olmalıdır ki: 

1) girmәk istәdiyi hәrәkәt zolağı ötmә üçün kifayәt edәcәk mәsafәdә boşdur vә bu manevr ilә o, qarşıdan 

gәlәn vә bu zolaqda gedәn nәqliyyat vasitәlәri üçün maneә yaratmayacaq; 

2) eyni zolaqda arxasınca gәlәn nәqliyyat vasitәsi onu ötmәyә başlamayıb, özündәn qabaqda gedәn nәqliyyat 

vasitәsi isә ötmә, sola dönmә, yerdәyişmә barәdә siqnal vermir; 

3) qarşıdan gәlәn vә bu zolaqda gedәn nәqliyyat vasitәlәri üçün tәhlükә  vә ya maneә yaratmadan çıxmaq 

istәdiyi hәrәkәt zolağı kifayәt edәn mәsafәdә boşdur vә iki nәqliyyat vasitәsinin nisbi sürәti ötmәni kifayәt qәdәr qısa 

müddәtdә başa çatdırmağa imkan verәcәkdir. 

II. Relssiz nәqliyyat vasitәsini yalnız sol tәrәfdәn ötmәyә icazә verilir. Lakin sürücüsü sola dönmә siqnalı verәn vә 

manevrә başlayan nәqliyyat vasitәsini sağ tәrәfdәn ötmәk lazımdır. 

III. Ötmәnin sonunda (sağ tәrәfdәn ötmәyә icazә verilәn hallardan başqa) sürücü әvvәl tutduğu hәrәkәt zolağına 

qayıtmalıdır. Lakin eyni istiqamәtdә hәrәkәt üçün iki vә daha artıq zolaq olduqda, ötәn sürücü әgәr әvvәl tutduğu 

zolağa qayıdıb dәrhal yenidәn ötmәyә başlamalı olacaqsa vә onun arxasınca daha yüksәk sürәtlә  gәlәn nәqliyyat 

vasitәlәri üçün maneә yaratmayacaqsa, sol zolaqda qala bilәr. 

IV. Hәrәkәt sürәtini artırmaqla vә ya başqa hәrәkәtlәrlә ötәn nәqliyyat vasitәsinin sürücüsünә maneçilik törәtmәk 

qadağandır. 

V. Ötmә: 

1) nizamlanan yolayrıclarında — әks istiqamәtli hәrәkәt zolağına keçmәklә vә nizamlanmayan yolayrıclarında 

— baş yol olmayan yolla hәrәkәt etdikdә (hәrәkәtin dairәvi olduğu yolayrıclarında ötmә, yanqoşqusu olmayan 

ikitәkәrli nәqliyyat vasitәlәrini ötmә vә icazә verilmiş sağdan ötmә istisna edilmәklә); 

2) piyada keçidlәrindә — piyadalar olduqda; 

3) dәmiryol keçidlәrindә vә onlara 100 metrdәn az qaldıqda; 

4) ötәn vә ya yanından keçәn nәqliyyat vasitәsini; 

5) yoxuşun axırında vә yolun mәhdudiyyәtli görünüşlü digәr sahәlәrindә — әks istiqamәtli hәrәkәt zolağına 

çıxmaqla; 

6) tunellәrdә qadağandır. 

VI. Yaşayış mәntәqәlәrindәn kәnarda asta gedәn vә ya iriqabaritli nәqliyyat vasitәsini ötmәk çәtinlәşdikdә, sürücü 

nәqliyyat vasitәsini mümkün qәdәr sağa çәkmәli, lazım gәldikdә isә arxasında yığılmış  nәqliyyat vasitәlәrini 

buraxmalıdır. 

VII. Qarşılıqlı keçmә çәtinlәşәn hallarda — hansı sürücü tәrәfdә maneә varsa, hәmin sürücü yol vermәlidir. 

 

1.13 vә 



 1.14 nişanları ilә  işarәlәnmiş yerlәrdә maneә olduqda, enişlә  aşağı  hәrәkәt edәn nәqliyyat 

vasitәsinin sürücüsü yoxuşla yuxarı gedәn nәqliyyat vasitәsinә yol vermәlidir. 



 

Maddә 52. Dayanma vә durma 

I. Nizamlama vasitәlәrindә başqa göstәriş nәzәrdә tutulmamışdırsa, nәqliyyat vasitәlәrinin yolun sağ tәrәfindә — yol 

çiyinindә, yol çiyini olmadıqda isә yolun hәrәkәt hissәsinin kәnarında bir cәrgәdә dayanmasına vә durmasına icazә 

verilir. Yanqoşqusu olmayan motosikletlәr, mopedlәr vә velosipedlәr yolun hәrәkәt hissәsinin kәnarında iki cәrgәdә 

dayana vә dura bilәrlәr. 



Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə