Yol hərəkəti haqqında


Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması



Yüklə 2,5 Mb.
səhifə25/34
tarix21.06.2018
ölçüsü2,5 Mb.
#50266
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

Maddə 70. Dəmiryol keçidlərinin siqnallaşdırılması


I. Dəmiryol keçidlərindəki işıq siqnalları eyni səviyyədə quraşdırılmış, növbəliklə işləyən və keçiddən hərəkəti qadağan edən iki yanıb-sönən qırmızı işıqdan ibarətdir.

II. İşıq siqnallarını ahənglə səslənən və keçiddən hərəkəti qadağan edən səs siqnalları müşayiət edə bilər.

III. Qırmızı işıqların arasında, yaxud onların üzərində yerləşən və yanıb-sönən ağ işıq hərəkətə icazə verir.

IV. Şlaqbaum quraşdırılmış keçidlərdə bağlı, yaxud bağlanmağa başlayan şlaqbaum olduqda, keçidə daxil olmaq qadağandır.

V. Şlaqbaum ardıcıllıqla qırmızı və ağ zolaqlarla rənglənməlidir, ortada isə qırmızı rəngdə disk nəzərdə tutula bilər. Sutkanın qaranlıq vaxtı işıqlandırılmayan yollarda şlaqbaum işıqlandırılmalı və ya qırmızı işıqlar nəzərdə tutulmalıdır.

VI. Dəmiryol keçidlərinə yaxınlaşma 1.1 və 1.2 xəbərdarlıq nişanları ilə, yaxud şlaqbaumla nişanlanmalı, keçidin bilavasitə yaxınlığında isə hər bir tərəfdən 1.3.1 və 1.3.2 xəbərdarlıq nişanları quraşdırılmalıdır.

VII. Dəmiryol keçidi önündə yaşayış məntəqələrindən kənarda yol boyu 1.4.1—1.4.6 lövhələri quraşdırılır. Həmin lövhələr hərəkət boyu yolun sol tərəfində də quraşdırıla bilər. Bu zaman onları 1.1 və ya 1.2 xəbərdarlıq nişanları müşayiət edə bilər.

VIII. Hərəkət intensivliyi az olan keçidlərdə 2.5 üstünlük nişanı quraşdırılır. Həmin keçidlərdə nəqliyyat vasitələrinin hərəkətini dəmiryol keçidi üzrə növbətçi nizamlayır.


Maddə 71. Yol işlərində olunan işarələr


I. Yol işləri aparılarkən, habelə yolun zədələnmiş sahələrində təhlükəsiz və fasiləsiz hərəkəti təmin etmək məqsədi ilə aşağıdakı işarələrdən istifadə olunur (6 saylı Əlavə):

1) görülməli işlərin sahəsini müəyyənləşdirən lövhə və səyyari konuslar;

2) nizamlayıcı göstəriciləri olan sürətli hərəkət lövhələri;

3) iş sahəsini müəyyənləşdirən qırmızı və ya narıncı rəngli sarışan işıqlar;

4) hərəkətin istiqamətini göstərən maneə;

5) görülən yol işarələrindən yan keçməni göstərən maneələr;

6) yol işləri sahəsinin müəyyən edilməsi üçün bayraqlar.

II. Yol işləri görülməsinə, onun xarakteri və davam etmə müddətindən asılı olaraq, yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan, xüsusi yol nişanlarının və ya işıq siqnallarının qurulmasından sonra başlanıla bilər.

III. İş aparılacaq sahələri aydın görünən stendlərlə, şlaqbaumlarla, ayırıcı dirəklərlə və ya digər xüsusi vasitələrlə işarə etmək lazımdır.

IV. Yuxarıda göstərilən vasitələr işıqqaytarıcı olmazsa, axşamlar qırmızı və narıncı rəngli daimi və ya sayrışan işıqlar quraşdırılmalıdır.

V. Yolun zədələnmiş hissəsində hərəkəti nizamlamaq üçün xüsusi yol nişanları və işıq siqnalları quraşdırılır, zəruri hallarda isə yaranmış vəziyyətə uyğun olaraq yolun nişanlanmasıaparılır. Əgər vəziyyət tələb edərsə, yol hərəkəti yol fəhlələri tərəfindən nizamlanmalıdır.

VI. Yol işlərinin aparılması müddətində qurulmuş xüsusi yol nişanları və ya işıq siqnalları saxlanılır, işlər qurtardıqda isə ilkin vasitələr bərpa edilir və zəruri olduqda yeni yol hərəkətişəraitinə müvafiq olaraq dəyişikliklər edilir.

VII. Yolun hərəkət hissəsində işləyən şəxs narıncı qolsuz paltar geyməlidir, gecə isə həmin geyim işıq qaytaran olmalıdır və yaxud onun üzərində işıqqaytarıcı elementlər nəzərdətutulmalıdır.

VIII. Yol işlərinin aparılması ilə əlaqədar hərəkətin bağlanılması və ya onun məhdudlaşdırılması, eləcə də işin aparıldığı yerin, yaxud zonanın nişanlanması dövlət standartı ilə müəyyən edilir.


Maddə 72. Nəqliyyat vasitələrinin tanınma nişanları


Nəqliyyat vasitələrində aşağıdakı tanınma nişanlarından istifadə olunur (7 saylı Əlavə):

1) “Avtoqatar” — qoşqulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda — kabinənin damında bir-birindən 150—300 mm aralı, üfiqi yerləşdirilmiş narıncı rəngli üç fənər şəklində;

2) “Tikanlı şinlər” — tikanlı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitələrinin arxasında — bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış içərisində qara rənglə şin təsviri olan üçbucaq şəklində (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər);

3) “Uşaqların daşınması” — avtobusda //çıxarılıb// dəstə ilə uşaq apararkən, bu nəqliyyat vasitələrinin qabağında və arxasında — qırmızı haşiyəyə alınmış vəiçərisində qara rənglə 1.21 yol nişanının simvolu təsvir edilmiş sarı rəngli  kvadrat şəklində (kvadratın tərəfləri azı 250 mm, haşiyənin eni kvadratın tərəfinin onda biri qədər);

4) “Kar sürücü” — lal-kar və ya kar sürücülərin idarə etdiyi mexaniki nəqliyyat vasitələrinin qabağında və arxasında-diametri 160 mm olan, içərisində təpəsi aşağı yönəldilmişbərabərtərəfli xəyali üçbucağın künclərində 40 mm diametrli üç qara dairəcik çəkilmiş sarı rəngli dairə şəklində;

5) “Əlil” — I və II qrup əlillər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitələrinin qabaq və arxasında — tərəfləri 150 mm ölçülü, daxilində 7.17 simvolunun qara boya ilə təsviri olan sarı rəngli kvadrat şəklində;

6) “Həkim” — sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitələrinin qabağında və arxasında — tərəflərinin ölçüsü 140 mm olan, içərisinə ağ dairədə (diametri 125 mm) qızıl xaç (ştrixin hündürlüyü 90 mm, eni 25 mm) təsviri vurulmuş, göy rəngli kvadrat şəklində;

7) “Təlim nəqliyyat vasitəsi” — sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında — bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş vəqırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə “təlim” sözü yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir);

8) “Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük” — 400400 mm ölçüdə, diaqonal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində;

9) “Təhlükəli yük” — belə yüklər daşıyan nəqliyyat vasitələrinin qabağında və arxasında — 690300 mm ölçüdə, onun 400300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enindəqara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir);

10) “Uzunölçülü nəqliyyat vasitəsi” — yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında — 40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir) tanınma nişanları quraşdırılır;

11) “Qəza dayanma nişanı” — yolun hərəkət hissəsində nəqliyyat vasitəsi məcburi dayandığı hallarda quraşdırılır; [126]

12) “AZ” fərqlənmə nişanı — beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır;

13) “Təcrübəsiz sürücü” — nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır.



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə