Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   2   3   4   5   6   7   8   9   ...   48

2016v1 

 



 

hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox 

olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir. 

7) yolun hərəkət hissəsi — yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq 

vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); 

8)  yol  çiyini  —  yolun  hərəkət  hissəsində  hərəkətin  kənar  zolağı  və  ya  kənar  zolaqları,  yaxud  velosiped  zolaqları 

müəyyən  nəqliyyat  vasitələrinin  hərəkəti  üçün  nəzərdə  tutulduqda,  “yol  çiyini”  digər  yol  istifadəçiləri  üçün  yolun 

qalan hissəsinin kənarıdır; 

9)  baş  yol  —  kəsişən  (bitişən)  yola  nisbətən  müvafiq  nişanlarla  işarələnmiş  yol  və  ya  torpaq  yola  nisbətən  bərk 

örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər 

hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər 

etmir); 


10)  piyada  keçidi  —  yolun  hərəkət  hissəsində  piyadaların  yolu  keçməsi  üçün  nəzərdə  tutulan  sahə,  yaxud 

mühəndis qurğusudur; 

11) yolayrıcı — yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ 

gətirdiyi ərazidir; 

12)  nizamlanan  yolayrıcı  —  hərəkət  növbəliliyi  svetoforun  və  ya  nizamlayıcının  siqnalları  ilə  müəyyənləşdirilən 

yolayrıcıdır; 

13)  nizamlanmayan  yolayrıcı  —  nizamlayıcının  olmadığı,  svetoforun  qurulmadığı  və  ya  söndürüldüyü,  yaxud 

yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır; 

14)  ayırıcı  zolaq  —  yolun  ayrılmış  elementi  olub,  yanaşı  yerləşən  hərəkət  hissələrini  bir-birindən  ayıran,  lakin 

nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir

15)  hərəkət  zolağı  —  yolun  hərəkət  hissəsinin  nişanlama  xətti  vasitəsilə  bölünmüş,  eni  avtomobillərin  bir  sırada 

hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır; 

16)  səki  —  yolun  hərəkət  hissəsinə  bitişik  olan  və  ya  qazon  vasitəsilə  ondan  ayrılmış,  piyadaların  hərəkəti  üçün 

nəzərdə tutulan hissəsidir; 

17) nəqliyyat vasitəsi — yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, 

habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən 

nəqliyyat vasitələrinə bölünür); 

18) mexaniki nəqliyyat vasitəsi — asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər 

hansı özügedən nəqliyyat vasitəsidir

19) avtomobil — yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin 

yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsidir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə 

birləşdirilmiş  relssiz  nəqliyyat  vasitələrini  də  əhatə  edir.  Lakin  yollarda  adamların  və  yüklərin  daşınması  və  ya  bu 

məqsədlə  istifadə  edilən  nəqliyyat  vasitələrinin  yedəyə  alınması  üçün  istifadə  edilən  və  yalnız  yardımçı  funksiya 

daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir); 

20) operativ nəqliyyat vasitələri — yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin , 

hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli 

yüklərin  daşınması,  Azərbaycan  Respublikasının  ali  vəzifəli  şəxslərinin  mühafizəsi  vəzifələrinin  icrası  üçün  nəzərdə 

tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, 

yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir;  

21) qoşqu — mexaniki nəqliyyat vasitəsi ilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsidir

22) yarımqoşqu — avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan, bir hissəsi avtomobilə söykənərək özünün və 

yükün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur; 

23) uzun ölçülü nəqliyyat vasitəsi — uzunluğu 24 metrdən çox olan nəqliyyat vasitəsidir; 

24) özügedən maşınlar — tırtıllı traktorlar da daxil olmaqla tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə 

istifadə üçün nəzərdə tutulan nəqliyyat vasitəsidir

25)  təkərli  traktor  —  yollarda  qoşquları  yedəyə  almaq  üçün  istifadə  edilən  və  konstruksiyasına  görə  maksimum 

sürəti saatda 30 kilometrdən yüksək olmayan nəqliyyat vasitəsidir; 

26)  motosiklet  —  mühərriki  olan  ikitəkərli,  arabalı  və  ya  arabasız  mexaniki  nəqliyyat  vasitəsidir  (tam  ləvazimatlı 

vəziyyətdə  kütləsi  400  kiloqramdan  çox  olmayan  üç  və  dördtəkərli  mexaniki  nəqliyyat  vasitələri  də  motosikletlərə 

bərabər tutulur); 

27) moped — iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya 

sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir (asma mühərrikli velosipedlər 

və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulur);  

28)  velosiped  —  əlil  arabaları  istisna  olmaqla,  idarə  edən  şəxsin  əzələ  enerjisi  ilə,  xüsusən  pedalların  və  ya 

dəstəklərin köməyi ilə hərəkətə gətirilən hər hansı nəqliyyat vasitəsidir; 

29)  nəqliyyat  vasitəsinin  dayanması  —  adamların  minməsi  və  ya  düşməsi,  yaxud  yüklərin  yığılması  və  ya 

boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir; 

30)  məcburi  dayanma —  texniki  nasazlıq  və  ya  aparılan  yükün,  sürücünün  (sərnişinin) vəziyyətinin  və  ya  yolda 

maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır; 



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə