Yol hərəkəti haqqında



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix17.11.2017
ölçüsü1,14 Mb.
#10838
1   ...   10   11   12   13   14   15   16   17   ...   48

2016v1 

18 


 

VII.  Əvvəl  qeydə  alındığı  dövlətin  daimi  uçotundan  çıxarılmadan  Azərbaycan  Respublikasına  gətirilmiş  nəqliyyat 

vasitəsi gömrük orqanlarının verdiyi icazə sənədi əsasında sahibinin adına müvəqqəti qeydiyyata alınaraq, qeydiyyat 

şəhadətnaməsi  və  nişanları  ilə  təmin  olunur,  nəqliyyat  vasitəsinin  əvvəlki  uçot  yerinə  Azərbaycan  Respublikasının 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  edilən  müraciətə  müvafiq  təsdiqləyici  cavab  alındıqdan  sonra  daimi 

şəhadətnamə verilir. Nəqliyyat vasitəsinin əvvəlki uçot yerindən silinməsi Azərbaycan Respublikasında yerləşən xarici 

səfirlik və konsul nümayəndəlikləri tərəfindən həyata keçirildikdə, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə 

tutulmuş orqanlara müvafiq konsul şəhadətnaməsi təqdim edilir. 

VIII.  Dövlət  qeydiyyatının  aparılması  və  daimi  uçota  alınması  üçün  nəqliyyat  vasitəsinin  təqdim  edilməsi  texniki 

nasazlıq  səbəbindən  mümkün  olmadıqda,  nəqliyyat  vasitəsinin  sahibi  ərizədə  həmin  səbəbi  qeyd  etməli  və  bu 

maddənin  ikinci  və  üçüncü  hissələrində  nəzərdə  tutulmuş  orqan  tərəfindən  ona  göstəriləcək  xidmət  üçün  rüsum 

ödəməlidir.  Rüsumun  ödənilməsi  barədə  sənəd  təqdim  edildikdən  sonra  beş  gün  ərzində  həmin  orqan  nasaz 

nəqliyyat vasitəsinin olduğu yer üzrə onun mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədi ilə 

müayinə keçirməlidir. 

IX. Bu maddənin II və III hissələrində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə 

daimi uçotdan aşağıdakı hallarda çıxarılır: 

1) nəqliyyat vasitəsi sahibinin yaşayış yeri dəyişdikdə və onun yeni yaşayış yeri nəqliyyat vasitəsini qeydiyyata 

almış  müvafiq  orqanın  fəaliyyət  göstərdiyi  ərazinin  hüdudlarından  kənarda  olduqda,  habelə  qeydiyyat  yerinin 

dəyişməsi ilə bağlı olan digər hallarda

2) nəqliyyat vasitəsinə mülkiyyət hüququ xitam edildikdə və ya nəqliyyat vasitəsi başqasına verildikdə; 

3) nəqliyyat vasitələri çıxdaş edildikdə. 

X. Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycan Respublikasına 30 günədək müddətə müvəqqəti gətirilən 

nəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının  sərhəd  məntəqəsinin  yaxınlığında  yerləşən,  bu  maddənin  ikinci 

hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  müvafiq  icra  hakimiyyəti  orqanında  təxirəsalınmadan  müvəqqəti  uçota 

alınır. Bu barədə həmin nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir. 

XI.  Xarici  dövlətlərdə  daimi  qeydiyyatdan  çıxarılmadan  Azərbaycan  Respublikasına  30  gündən  artıq  müddətə 

müvəqqəti  gətirilən  nəqliyyat  vasitələri,  onları  geriyə  qaytarmaq  barədə  sahibinin  verdiyi  öhdəçilik  və  gömrük 

orqanlarının verdiyi icazə sənədi əsasında, bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş Azərbaycan 

Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanında  nəqliyyat  vasitəsi  sahibinin  əcnəbilər  üçün  vizasında  göstərilən 

müddətə,  Azərbaycan  Respublikası  vətəndaşı  üçün  isə  bir  il  müddətindən  artıq  olmamaq  şərti  ilə,  onun  öhdəçiliyi 

müddətinə  dövlət  qeydiyyatından  keçirilir.  Bu  zaman  həmin  nəqliyyat  vasitələrinin  xarici  qeydiyyat  sənədləri  və 

nişanları müvəqqəti olaraq saxlanca qəbul olunur və əvəzində onlar müvəqqəti dövlət qeydiyyat şəhadətnaməsi və 

qeydiyyat nişanları ilə təmin edilirlər. Respublika ərazisini tərk etdikdə xarici qeydiyyat sənədləri və nişanları nəqliyyat 

vasitəsi sahibinə geri qaytarılır. 

XII.  Xarici  dövlətlərdə  qeydiyyatdan  çıxarılmadan  Azərbaycan  Respublikasına  gətirilmiş  nəqliyyat  vasitələrinin 

müvəqqəti  dövlət  qeydiyyatının  aparılması  və  müvəqqəti  uçota  alınması  üçün,  onların  sahibləri  və  ya  sərəncam 

vermək hüququ olan digər şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri 

təqdim etməlidirlər: 

1) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini

2)  Azərbaycan  Respublikası  vətəndaşının  şəxsiyyət  vəsiqəsini  (müvafiq  olaraq  Azərbaycan  Respublikasının 

ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi 

üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 

3)  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  rüsumların  və  ya  vergilərin  ödənilməsi 

barədə sənədi; 

5) gömrük orqanlarının müvəqqəti icazə sənədlərini. 

XIII. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə müqaviləsi, etibarnamə 

əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət 

qeydiyyatından keçirilməlidir. 

XIII-I. Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya 

ona  dair  sərəncam  verilməsi  hüquqları  ilə  bağlı  etibarnaməni  təsdiq  edərkən  notarius  müqavilənin  və  ya 

etibarnamənin  təsdiq  edilməsi  barədə  məlumatı  dərhal  müvafıq  icra  hakimiyyəti  orqanına  göndərir.  Müvafiq  icra 

hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı üç gün müddətində müvafiq icra hakimiyyəti 

orqanına  göndərir.  Daxil  olmuş  məlumat  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanı  üç  gün  müddətində  nəqliyyat 

vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir. 

Nəqliyyat  vasitəsinin  icarəyə  verilməsinə  dair  müqavilənin  notarial  qaydada  təsdiq  edilməsi  qanunla  tələb 

olunmadıqda  notarial  qaydada  təsdiq  edilməmiş  icarə  müqaviləsinə  əsasən  nəqliyyat  vasitəsinin  təkrar  dövlət 

qeydiyyatı bu maddənin IV-I, V və VI hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

XIII-II.  Bu  Qanunun  27-ci  maddəsinin  II  hissəsinin  1-ci  bəndində  nəzərdə  tutulmuş  nəqliyyat  vasitəsini  başqa 

regionda  təkrar  dövlət  qeydiyyatından  keçirmək  üçün  müraciət  edildikdə,  nəqliyyat  vasitəsinin  yeni  regionda 

qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.  




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə